Cümə günü, 23 oktyabr 2026
     

Ukrayna XİN başçısının Bakıya səfərinin “dərin qatları” var...

Image


Ukraynanın xarici işlər naziri Andriy Sıbihan Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub, eyni zamanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Andriy Sıbiha Bakıda Zəfər parkını, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ukraynaəsilli Milli Qəhrəmanı Viktor Seryoginin məzarını ziyarət edib.

A.Sıbihanın Bakı səfərini şərh edən ekspertlər hesab edirlər ki, bu səfərin “dərin qatları” var.

Mətin Məmmədli: “Bir çox vacib məsələlər, istiqamətlər var ki...”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, bu, Ukraynanın xarici işlər nazirinin ölkəmizə ilk səfəridir və bu səfəri yüksək dəyərləndirmək olar: “Azərbaycan və Ukrayna strateji tərəfdaşlığı olan dövlətlərdir. Hər iki ölkə qarşılıqlı olaraq müstəqilliyə, ərazi bütövlüyünə, suverenliyə böyük əhəmiyyət verir. Yəni Azərbaycan, xüsusən də Ukrayna-Rusiya müharibəsi başlayandan sonra ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini dəfələrlə bəyan edib. Bu gün Azərbaycan postsovet məkanında Ukraynaya ən çox humanitar yardım göstərən dövlətdir. Təxminən 100 milyon dollar həcmində humanitar yardım göstərib və bu humanitar yardımlar, Prezidentin də qeyd etdiyi kimi, bundan sonra da davam edəcək. İki ölkə arasında indiyə qədər müxtəlif sahələrdə yaxın münasibət qurulub. Siyasi, iqtisadi, ticari, enerji və sair sahələrdə əlaqələr mövcuddur. İki ölkə maraqlıdır ki, müxtəlif müstəvilərdə qurulmuş bu əlaqələri daha da dərinləşdirsinlər, davam etdirsinlər.

Düşünürəm ki, Ukraynanın xarici işlər nazirinin səfəri iki ölkə arasında əməkdaşlıq münasibətlərinin dərinləşməsinə müəyyən mənada töhfə verəcək.

Təbii ki, Azərbaycan və Ukraynanın fərqli xarici siyasət gündəlikləri var, prioritetlər fərqlidir. Amma Azərbaycanla Ukrayna arasında ümumi ortaq mövqe ondan ibarətdir ki, hər iki ölkə müstəqilliyin qorunmasını xarici siyasətlərində əsas prioritet kimi qəbul edirlər”.

M.Məmmədlinin sözlərinə görə, vaxtilə, hələ keçən əsrin 90-cı illərinin sonlarında Azərbaycanla Ukrayna arasında GUAM təşkilatı yaradılıb və Azərbaycanla, Ukrayna ilə paralel olaraq digər postsovet ölkələri - Gürcüstan və Moldova da bu təşkilata qoşulmuşdu.

“Dediyim kimi, bir çox vacib məsələlər, istiqamətlər var ki, iki ölkə əməkdaşlıq edir. Ümumi oxşar, üst-üstə düşən məqam hər iki ölkənin müstəqilliyinin qorunmasını xarici siyasətində əsas prioritet kimi qəbul etməsidir. Bu gün biz Rusiya-Ukrayna müharibəsindən danışarkən də qeyd edirik ki, bu münaqişə ilk növbədə sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapmalıdır. İkinci vurğuladığımız məqam odur ki, münaqişə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi çərçivəsində öz həllini tapmalıdır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini Ukrayna hər zaman dəstəkləyib, bu da Azərbaycan tərəfindən yüksək dəyərləndirilib”-deyə M.Məmmədli qeyd etdi.

İlyas Hüseynov: “Həlli mümkün olmayan problemlərin nizamlanmasında vasitəçi rolunu həyata keçiririk”

Politoloq İlyas Hüseynovun isə məsələyə mövqeyi belə oldu: “Ukraynanın xarici işlər nazirinin Bakıya səfəri Azərbaycanla Ukrayna arasında olan münasibətlərin yüksək səviyyəsini ifadə edir. Burda bir sıra mühüm danışıqlar həyata keçirilib. Cənab Prezident İlham Əliyev praqmatik siyasət yürüdür və Prezidentin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mötəbər kürsülərdən söylədiyi fikirlər real siyasətə əsaslanır. Biz 30 illik işğalı aradan qaldırmışıq və torpaqlarımızın üzərində nəzarəti bərpa etmişik, ərazi bütövlüyümüz təmin olunub. Bu baxımdan Azərbaycana diqqət çox böyükdür, xüsusilə də xarici ekspertlər tərəfindən. Xarici müşahidəçilər bölgədəki siyasəti dəqiq incələyirlər. Elə Rusiya-Ukrayna müharibəsi də göstərdi ki, Azərbaycan postsovet məkanında inanılmaz bir uğura imza atdı və yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu geopolitik reallıqlar həm də dünyada gedən tranformasiya, yeni dünya nizamına keçid istiqamətində qanlı müharibələrdə özünü göstəməkdədir. Rusiya-Ukrayna müharibəsi də onların ən böyük bir parçasını təşkil edir. Bu baxımdan, Azərbaycanın təcrübəsini öyrənmək, Azərbaycanla məsləhətləşmələr həyata keçirmək, müxtəlif dialoqlar icra etmək əhəmiyyət kəsb edir”.

İ.Hüseynovun sözlərinə görə, Azərbaycan Rusiya-Ukrayna müharibəsində çox ağıllı “qırmızı xətti” müəyyənləşdirib və bu da Rusiya ilə imzalanmış müttəfiqlilk, qarşılıqlı fəaliyyəti ilə müəyyənləşən bəyannamədən irəli gəlir: “Eyni zamanda da Ukraynanın ərazi bütövlüyünə olan ehtiram və hörmət, Ukraynaya humanitar yardımlar burda xüsusilə fərqlənir. Bildirilən fikir də bundan ibarətdir ki, bundan sonra da Azərbaycan Ukraynaya humanitar kontekstdə dəstəyini ifadə edəcək. Biz müharibənin nə olduğunu bilirik. İki böyük müharibə həyata keçirmişik və tarixi nəticə qazanmışıq. Dağıntılar, fəlakətlər, qaçqın, məcburi köçkün problemi, onıların sosial qayğıları bizə çox tanışdır. Ona görə də bizim üçün dünyanın müxtəlif bölgələrində sülhün qorunması, təhlükəsizlik sisteminin etibarlı mühafizəsi və dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir. Müharibələr dünyada iqtisadi böhrana, tədarük zəncirinin qırılmasına, dolayısı ilə həm də bizim coğrafiyaya təsir edir. O cümlədən, biz də çalışırıq ki, dünyada sülhü və ədaləti bərpa edək, ən azından buna bir təşəbbüs göstərək. Azərbaycanın ötən illər ərzində artan geosiyasi nüfuzu həm də ona dəlalət edir ki, biz çox çətin, həlli mümkün olmayan problemlərin nizamlanmasında vasitəçi rolunu həyata keçiririk. Əminəm ki, bu danışıqlardan sonra Rusiya tərəfi ilə hər hansı təmaslar olarsa, burda da Azərbaycan barışdırıcılıq siyasətini həyata keçirəcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ