Cümə günü, 23 oktyabr 2026
     

Lavrov indi “başa düşür” ki, Ermənistanın istehkamları Qarabağda əbədi qalmaq üçün idi...

Image


Sahil Kərimli: “İşğal dövründə Ermənistanın bizim ərazilərdə istehkamlar qurmasına Rusiya özü dəstək verib, bu istiqamətdə yaxından iştirak edib”

Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarında tikdiyi istehkamların xarakteri bu əraziləri uzun müddət nəzarət altında saxlamaq niyyətindən xəbər verirdi. Bunu İrəvanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Lavrov analitiklərin qiymətləndirmələrinə istinad edərək bildirib ki, Ermənistanın işğalı altında olan Azərbaycanın yeddi rayonunda mühəndis istehkamları bu əraziləri qaytarmaq niyyətinin olmadığını göstərirdi: “Rusiya silahlarından Ermənistanın heç vaxt rəsmi olaraq iddia etmədiyi yeddi mübahisəsiz Azərbaycan rayonunu işğal etmək üçün istifadə edilib. Orada istehkamlar və döyüş xətləri yaradılıb, bu da açıq şəkildə göstərirdi ki, həmin mövqeləri çox uzun müddət əldə saxlamaq planı var idi”.

Lavrov bu sözləri zamanında niyə demirdi ki, Ermənistan bu torpaqları heç vaxt tərk etməmək üçün istehkam qururdu? Niyə indi deyir?

“Rusiya da artıq Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qaldı”

Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın xarici işlər naziri S.Lavrovun İrəvana səfəri və səfər çərçivəsində səsləndirdiyi bəyanatlar ilk növbədə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan irəli gəlir: “Eyni zamanda Azərbaycanın bölgəmizdəki xüsusi çəkisindən və gücündən, tutduğu mövqedən qaynaqlanan məsələdir. Çünki işğal dövründə Rusiya daim Ermənistanı müxtəlif yollarla dəstəkləyirdi, işğalçı ölkənin silahlandırılmasında yaxından iştirak edirdi, bütün istiqamətlərdə siyasi dəstək verirdi. Hətta biz bu münasibətlərin Ermənistanla Rusiya arasında müttəfiqlik səviyyəsində olduğunu müşahidə edirdik. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən və lokal antiterror tədbirlərindən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsindən sonra Rusiya da artıq Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qaldı. Bu gün biz Lavrovun bu bəyanatının mövcud reallıqlardan irəli gəldiyini görürük.

Bəli, vaxtilə Rusiya Ermənistanı silahlandırırdı, ona ciddi dəstək verirdi, dolayısı ilə işğalın ömrünü uzatmağa çalışırdı. Ancaq biz indi Rusiyanın bunu etiraf etməsinin şahidi oluruq. Rusiya etiraf edir ki, Ermənistan Rusiya silahları ilə Azərbaycan ərazilərini işğal edib və uzun illər işğalda saxlayıb, Azərbaycanın ərazisində istehkamlar qurub. Təbii ki, işğal dövründə Ermənistanın bizim ərazilərdə istehkamlar qurmasına Rusiya özü dəstək verib, bu istiqamətdə yaxından iştirak edib. Amma bu gün proseslər tam fərqlidir, Azərbaycan öz gücü, hərbi arsenalının qüdrətilə böyük geosiyasi dəyişikliklər edib. Təbiidir ki, bu gün Rusiya artıq Cənubi Qafqaz siyasətinə də dəyişikliklər etmək məcburiyyətində qalıb. Amma məsələdə bir detalı xüsusi vurğulamalıyıq, Lavrov qeyd edir ki, Ermənistan Azərbaycanın 7 rayonunu qaytarmaq istəmirdi, istehkamlar qururdu. Biz burda Lavrovun yenə də səhvə yol verdiyini görürük. Çünki Ermənistan Azərbaycanın təkcə 7 rayonunu yox, digər rayonlarını da uzun illər işğal altında saxlayıb. Rusiya dəfələrlə 7 rayon dedikdə nəyi nəzərdə tutur? Təbii ki, bu anlaşılan deyil. Azərbaycanın digər bölgələri də, Qarabağın digər əraziləri də uzun illər Ermənistan tərəfindən işğalda saxlanılıb.

Biz bu gün Azərbaycanın bütün istiqamətlərdə qətiyyətli siyasətinin şahidi oluruq”.

S.Kərimlinin fikrincə, təbiidir ki, Lavrovun Ermənistana səfərinin bir çox pərdəarxası məqamları da var, çünki Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin yubanması, uzanması, burda Ermənistan və onu dəstəkəyən qüvvələr tərəfindən süni maneələrin yaradılması da böyük təəssüf doğurur. “Görünən odur ki, Rusiya Ermənistan üzərində öz nüfuzunu, öz təsir imkanlarını, rıçaqlarını saxlamaq üçün bu gün bu cür səfərlər təşkil edir. Lavrovun Ermənistana səfəri çərçivəsində, heç şübhəsiz ki, Ermənistanın əldə və təsir altında saxlanılması cəhdləri də olub. Düşünürəm ki, bundan sonra da Rusiya bu istiqamətdə öz siyasətini birmənalı şəkildə davam etdirəcək. Burda son dövlərdə Ermənistanın Qərbmeylli siyasət yürütməsi, Qərbə üz tutması, Avropa İttifaqı ilə yaxınlığı, ABŞ-la yaxınlığa cəhd göstərməsi və Rusiyaya arxa çevirməsi niyyətləri də açıq-aydın görünür. Şübhəsiz ki, Lavrovun Ermənistana səfəri çərçivəsində bu məsələlər də əsas müzakirə mövzularından biri olacaqdır. Ermənistanın Qərbdən uzaqlaşdırılması, Avropa İttifaqına yaxınlaşmasının qarşısının alınması, Rusiya ilə əvvəki münasibətlərin bərpa olunması məsələsi də Rusiya tərəfindən əsas prioritet məsələ hesab olunur.

Hesab edirəm ki, Lavrov artıq reallıqlarını çılpaq şəkildə etiraf edib və işğal dövründə Rusiyanın Ermənistana birbaşa dəstək göstərdiyini dilə gətirib” - deyə S.Kərimli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ