Cümə axşamı günü, 12 noyabr 2026
     

Dağıstan müftisinin xanımından Putinə cəsarətli müraciət...

Image


Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən rus vətəndaşlarının sayı sürətlə artır. Bunlar fonunda diqqət çəkən daha bir məqam qeyri-rusların səfərbərliyə etirazıdır. Ümumiyyətlə, Ukraynada müharibə başlanandan milli-etnik bölgələrdə yerli qeyri-rus əhalinin kütləvi şəkildə Rusiya ordusunun tərkibində savaş meydanına göndərilməsi əvvəlcədən diqqət cəlb edirdi.

Kreml qismən səfərbərliyi də daha çox Rusiya Federasiyasının qeyri-rus subyektlərində daha asan reallaşdıra bilir. Amma buna qarşı da artıq etirazlar qeydə alınır. Etirazçılar bildirir ki, səfərbərlik qeyri-mütənasib şəkildə, əsasən etnik azlıqların hesabına həyata keçirilir. Onlar belə yanaşmanı “soyqırımı” adlandırır. Belə etirazlardan biri sentyabrın 29-da Tuvanın paytaxtı Kızıl şəhərində baş tutub. Şəhərin Arat meydanında keçirilən mitinq polis tərəfindən dərhal dağıdılıb. Rusiya polisi Sibirdəki Tuva regionunda azı 27 qadını saxlayıb və yerli kişilərin Ukraynada döyüşmək üçün səfərbər edilməsinə qarşı keçirilən mitinqi dağıdıb. Bu mitinqdə onlarla qadın “Səfərbərliyə yox! Soyqırımına yox!” şüarları səsləndirib. Saxlanan qadınlardan biri bildirib ki, polis qadınların şəxsi məlumatlarını qeyd edib və barmaq izlərini götürüb. Aksiya dağıdıldıqdan sonra 7 polis maşını meydanda qalıb və daha sonra bura gətirilən xüsusi maşın meydanı su ilə yuyub. Tuvanın hərbi komissarı Artın Demir-Ool deyib ki, respublika səfərbərlik kvotasını yerinə yetirib və Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edəndən bəri “qeyri-müəyyən sayda” tuvalı kişi ordu sıralarına cəlb olunub. Bu da bildirilir ki, həmin adamlar Ukraynada döyüşən 55-ci Motopiyada Briqadasının bazasında yerləşdirilib.Tuvadan əvvəl isə ötən həftə Rusiyanın Uzaq Şərqində yerləşən Yakutiyada qadınların səfərbərliyə qarşı aksiyası olmuşdu. Etirazçılar bildirirdilər ki, səfərbərlik qeyri-mütənasib şəkildə, əsasən etnik azlıqların hesabına həyata keçirilir. Onlar belə yanaşmanı “soyqırım” adlandırır. İndiyədək səfərbərliyə qarşı ən böyük etiraz Rusiyanın etnik azlıqlarının yaşadığı Dağıstan Respublikasında keçirilib. Hətta Dağıstan müftisinin arvadı və müşaviri Ayna Qamzatova  Vladimir Putindən Dağıstan sakinləri üçün səfərbərliyin heç olmasa yarım il ləngidilməsini xahiş edib. Qamzatova deyib ki, bu müddət ərzində çağırışçılar hərbi təlim görə bilərdilər. Beləliklə də, Dağıstan müftisinin müşaviri respublikadan Ukrayna müharibəsinə hərbi təlim keçməyən gənclərin göndərildiyini etiraf edib. Qamzatova Putinə müraciətində yazıb ki, Çeçenistan Respublikası kimi Dağıstan da səfərbərlik üzrə planını doldurub: “Bu gün döyüşə heç bir hazırlığı olmayan, döyüş texnikasını bilməyən, hər hansı silahlarla ümumən tanışlığı olmayan gənclər göndərilir”.

Daha öncə Çeçenistanın başçısı Ramzan Kadırov bildirib ki, Çeçenistanda heç bir səfərbərlik keçirilməyəcək. O bunu belə izah edib ki, respublika səfərbərlik planını artıqlaması ilə yerinə yetirib. Lakin bundan bir neçə gün sonra Kadırovun sözçüsü İlman Vaxidov bildirmişdi ki, belə bir xəbəri “müxalifətin Telegram-kanalları” yayıb. Bəzi ekspertlərə görə, Kreml bilərəkdən hərbi səfərbərlik üçün milli-etnik mənsubiyyətli bölgələrə daha çox yönəlir. Həmin bölgələrdə əhali artımı ruslarla müqayisədə daha intensiv olduğundan, Kreml gələcəkdə Rusiyada demoqrafik vəziyyətin əks istiqamətdə dəyişə biləcəyini də nəzərə almağa çalışır. Bu baxımdan, Kremlin milli-etnik bölgələrdə yerli qeyri-rus əhalini kütləvi şəkildə Rusiya ordusunun tərkibində savaş meydanına göndərməsi onların sayının planlı olaraq azaldılmasına yönəlik hesablamaların mövcudluğundan danışmağa müəyyən əsaslar verir. Onu da qeyd edək ki, səfərbərlik Putin hakimiyyətinin Rusiya cəmiyyətindəki mövqelərini ciddi şəkildə sarsıdır. Bunu “Levada” mərkəzinin sorğuları da təsdiq edir. Qurum bildirir ki, Vladimir Putinin reytinqi sentyabrda bir ay əvvəllə müqayisədə 6 faiz azalaraq 77 faizə düşüb. Bu, prezident qismən səfərbərlik elan edəndən sonra baş verib. Avqust ayında Putinin fəaliyyətini rəyi soruşulanların 83 faizi dəstəkləyirdi. “Levada” mərkəzi bildirir ki, Ukraynaya müdaxilə ərəfəsində Putinin reytinqi 70 faiz idi, müharibə başlanandan sonra isə bu rəqəm 80 faizə qalxmışdı. Lakin sorğu zamanı respondentlərə hansı siyasətçini dəstəklədikləri barədə açıq sual verilərkən Putinin reytinqi 44 faizdən 40 faizə enib. Rusiyada hakimiyyətin başqa nümayəndələrinə də etimad azalıb. Eyni zamanda ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünənlərin də sayı səfərbərlik elanından sonra 7 faiz azalıb. Avqust ayında hökumətin siyasətini dəstəkləyənlər 67 faiz idi. “Levada”nın respondentləri səfərbərliyə münasibət barədə suala cavab veriblər. Bu sahədə mənfi emosiyalar üstünlük təşkil edir. Rəyi soruşulanların yarısı səfərbərlik xəbərindən qorxuya düşüb. Respondentlərin 23 faizi səfərbərlik xəbərindən şok yaşadığını bildirib, 13 faiz səfərbərliklə bağlı qəzəbini bildirib. 24 yaşınadək respondentlər arasında səfərbərlikdən “qorxu, vahimə və dəhşət” keçirənlərin faizi 56 olub. Rusiyada keçirilən aylıq ənənəvi rəy sorğusu göstərib ki, rusiyalılar sentaybr ayında Ukrayna ilə bağlı daha çox narahatlıq keçiriblər. Narahatlıq keçirənlər respondentlərin 56 faizini təşkil edib. Bu, müharibə başlanandan bəri ən böyük rəqəmdir. Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini dəstəkləməyənlərin faizi də müharibənin əvvəlindən ən yüksək həddə - 24 faizə çatıb. Sülh danışıqlarını dəstəkləyənlərin faizi (48 faiz) də ilk dəfə olaraq müharibəni dəstəkləyənlərdən (44 faiz) çox olub.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ