Cümə axşamı günü, 12 noyabr 2026
     

Sərhəddə Azərbaycanla üz-üzə dayanan Ermənistan ordusunun tam rəzil vəziyyəti üzə çıxdı

Image


Ermənistan ordusunun Azərbaycan qarşısında duruş gətirməsinin mümkünsüzlüyü bu ölkənin özündə indi daha açıq etiraf edilir. Ermənistanda ona da diqqət çəkilir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusunu daha da gücləndirib və bu proses uğurla davam etdirilir. Ancaq Ermənistanda tamamilə bunun əksi müşahidə edilir.

Məsələ ilə bağlı “Azatutyun” radiosunun hazırladığı reportajda qeyd edilir ki, Ermənistanın Azərbaycanla sərhəd zonalarında yerləşən hərbi hissələrində də vəziyyət acınacaqlıdır: “44 günlük müharibədən sonra ikinci ildir ki, Ermənistan hakimiyyəti Azərbaycanla sərhədi möhkəmləndirmək, lazımi səngərlər və istehkamlar tikmək iddiasındadır, lakin cəbhə xəttində xidmət edənlərin çoxu bunun əksini iddia edir. Sosial şəbəkələrdə son günlər bununla bağlı çoxlu yazılar yayılıb. Cəbhə xəttində adını açıqlamaq istəməyən əsgərlərdən biri “Azatutyun” radiosuna bildirib ki, mövqelərin düzgün yerləşdirilməsi, məsələn, dəmir-beton istehkamlar çoxlu əsgərin həyatını xilas edə bilər: “Dron aviasiya kimi böyük həcmli mərmiləri daşıya bilməz, onun imkanları çox məhduddur, 10-15 kiloqram partlayıcı ilə məhdudlaşır. Və məsələn, aviasiya bir neçə tona qədər partlayıcı daşıya bilər. Və belə olan halda səngərlər betonlaşdırılıb düzgün qurulubsa, dronların rolu sıfıra enir. Açıq səma altında səngərdə hərbçinin xilas şansı yoxdur. Ermənistanda vəziyyət bu gün belədir”. Bir neçə gün əvvəl Azərbaycanla sərhəddə baş vermiş döyüş əməliyyatlarından sonra internetdə erməni tərəfinin mövqelərinin İkinci Qarabağ müharibəsindən əvvəlki qaydada qaldığına dair videolar yayılıb. Halbuki, bununla bağlı Azərbaycan tərəfi daha sistemli fəaliyyət göstərir . “Azatutyun”a danışan əsgər bu xüsusda bildirir: “Əgər bizim vəziyyətimizdə bu işləri bütün növbətçilik boyu yatmayan və mühəndis işlərini yerinə yetirən növbətçi əsgərlər yerinə yetirirsə, düşmənin vəziyyətində onların yaxşı inkişaf etmiş, yaxşı qurulmuş infrastrukturu var”. “Hayastan” müxalifət parlament fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu yaxınlarda bildirib ki, son toqquşmalarda ən çox itki Ermənistan ordusunun sərhəd mövqelərində düzgün təchiz olunmaması ilə bağlıdır: “İndi biz Ermənistan  rəhbərliyinə birbaşa sual verə bilərik: niyə asfaltlama işləri aparılır, niyə müxtəlif şərab festivallarına pul xərclənir, niyə Ermənistan daxilində, şəhərlərdə müvafiq tədbirlər keçirilir, amma cəbhə xəttində, səngərlərdə heç bir iş görülmür? Ən azı, şərti düşmənin atəşindən və pilotsuz təyyarələrdən qorunmaq üçün əsgərlər müvafiq qaydada təchiz edilmir”. “Şərəf duyuram” müxalifət fraksiyasının katibi Tiqran Abramyan qeyd edib ki, 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan sərhədi çox genişlənib. Müxalifətçi deputat iddia edir ki, hökumət yeni sərhədlərdə adekvat müdafiə infrastrukturu yaratmayıb, baxmayaraq ki, bunun üçün onun iki ilə yaxın vaxtı olub: “Baxın, bizim faktiki aqressiyamız olub, təxminən bir gün və ya bir az da çox davam edib. Azərbaycan deyir ki, 8-9 saat döyüş olub, amma gəlin bu müddəti  bir gün yarımı götürək. Belə olan halda deyim ki, intensivlik, istifadə olunan vasitələr 2016-cı ilin aprelində baş verən və dörd gün davam edən hərbi əməliyyatlardan xeyli aşağı idi. Amma bir gündə qeydə alınmış insan itkilərini müqayisə etsək, fərq çox böyükdür. Bu həm də onu göstərir ki, cəbhə xətti Azərbaycanın zərbələrinə hazır deyildi və bu çox böyük insan itkilərinə səbəb oldu”.  

2016-cı ilin aprelində Qarabağda dörd günlük hərbi əməliyyatlar nəticəsində Ermənistan tərəfi 100-ə yaxın itki verib ki, bu da cari  ilin sentyabrında baş verən döyüşlərdəki itkilərdən iki dəfə azdır. Hökumətyönlü deputat, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin sədr müavini Armen Xaçatryan etiraf edir ki, hələ görüləcək çox iş var, eyni zamanda təkid edir ki, yeni sərhədlər üzərində çox böyük işlər görülüb: “Bəli, məsələn, daha min traktorumuz, daha min ədəd xüsusi texnikamız olsa və bütün bunları çox tez təşkil etsəydik, çox yaxşı olardı. Amma edilənlər bizim imkanlarımız daxilindədir. Bütün texniki imkanlardan istifadə edilir və bəli, bu ordudur, bəzən adi kürək lazım olur. Bu barədə danışmaq kifayətdir. Bütün sərhəd boyu dəmir-beton bunkerlərin tikilməsi bir neçə il çəkəcək. Bir neçə yüz kilometrlik dəmir bunkerləri təsəvvür edə bilərsinizmi? Amma mən bunları deyəcəyəm: dəmir bunkerlərin istehsalı ilə bağlı kifayət qədər böyük işlər görülüb və biz bir çox sahələri dəmir bunkerləri təchiz edib möhkəmləndirmişik. Dəmir bunkerlərin sayını deyə bilmərəm, lakin onların sayı kifayət qədər çoxdur və hazırda tikinti gedir”. 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan sərhədi artıb. Keçən ilin mayında parlamentdə bu yeni cəbhə xəttinin necə təchiz olunması ilə bağlı sualı cavablandıran Paşinyan əmin etdi ki, mövqelər düzgün qurulur, lakin işlərin çoxu gizlidir”. Beləliklə, radionun bu reportajından görünür ki, Azərbaycanla sərhəddə erməni bölmələrinin vəziyyəti yaxşı deyil. Buna görə də Ermənistan yeni sərhəd təxribatlarına getsə, Azərbaycan ordusu düşmənin müdafiə xətlərini asanlıqla darmadağın edib, qarşı tərəfin dərinliklərinə nüfuz etmək gücündədir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ