Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilər məşhur Memar Sinana da murdar əllərini uzatdılar

Image


Ermənilər dünyanın maddi-mədəni, mənəvi xəzinəsinə qənim kəsilən bir toplum olaraq mövcuddur. Dünyanın ən məşhur memarlıq abidələrindən, tarixi şəhərlərindən tutmuş, dünya çapında tanınan şəxsiyyətlərə qədər iddialarından çəkinməyən ermənilərin bu sərsəm xülyaları sərhəd tanımır. Türkiyənin məşhur Dolmabahçe abidəsinə də, Hindistanın dünyaca məşhur olan və türklər tərəfindən inşa edilən Tac Mahal abidəsinə, eləcə də Misir piramidalarına qarşı açıq iddia ortaya qoyan ermənilər indi də Türkiyə memarlığının atası hesab edilən Memar Sinanı erməniləşdirməyə cəhd göstərirlər.

Artıq xeyli müddətdir erməni ideoloqları Memar Sinanı “erməniləşdirmək layihəsi” üzərində baş sındırırlar. Lakin nə qədər cəhd etsələr də, heç bir tarixi sənəd onların xeyrinə hər hansı bir işarə belə göstərmir. Ermənilər bir çox ölkənin qapıları onların üzünə taybatay açıq olan arxivlərində nə qədər eşələnsələr də, Memar Sinanın “erməniliyinə” dair heç bir məlumat əldə edə bilmirlər. Memar Sinanın “erməni” olması iddiasını meydana atan və bununla da erməniləri aldadan Türkiyənin erməni yazar və tarixçilərindən olan Panos Dabağzadır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o özünün “Milleti Sadika” adlı kitabında Sinanın erməni, Ağırnasın sakinlərinin də büsbütün erməni olduğunu yazır. Heç bir tarixi sənədə istinad etməyən və tamamilə yalan iddialar üzərində qurulan kitabda vurğulanır ki, Sinan gənclik illərində yeniçəri olub, o, 20 yaşında islamı qəbul edib.

Memar Sinan haqqında mövcud olan məlumatların heç birində onun “erməni” olduğuna dair hər hansı bir eyham belə yoxdur. Böyük Memar Sinan Ağa Osmanlı memarıdır və Memar Sinan türk memarı olub dünyanın ən böyük memarlarından biridir. Məlumatlara görə, Sinanəddin Əbdülmənnan oğlu Yusuf (Memar Sinan) 1489-cu ildə Kayserinin Kesi nahiyəsindəki Ağırnas kəndində doğulub. Onu da qeyd edək ki, bəzi mənbələr onun bir xristian ailəsində dünyaya gəldiyini bildirir. Amma onun erməni ailəsində doğulduğu haqqında heç bir informasiya yoxdur.

Memar Sinan 17 iyul 1588-ci ildə İstanbulda vəfat edib. Ailəsinə və keçirdiyi həyat tərzi ilə bağlı bəzən yetərsiz, bəzən də ziddiyyətli məlumatlar müasiri Sai Mustafa Çələbinin onun dilindən yazdıqlarına, memarbaşı olduğu vaxtlardan qalan yazışmalara, özünün vəqfinə və yazarı bilinməyən mənbə və kitablara dayanmaqdadır.

Mənbələrə görə, Sinan I Səlim (Yavuz) sultan olduqdan sonra başlanan və Rumelidə olduğu kimi, Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verilib, 1514-cü ildə Çaldıran döyüşündə, 1516-1520-ci illər arasında da Misir səfərlərində iştirak edib. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olunub.

1-ci Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi alıb. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis olur. 1529-cu ildə Vyana, 1529-1532-ci illər arasında Almaniya, 1532-1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak edib. Bu son səfər ərəfəsində Van gölündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə ona “haseki” ünvanı verilib.

536-cı ildə Pulya səfərlərinə qatılıb. 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri ərəfəsində Prut çayı üstündə inşa etdiyi bir körpü ilə hamının diqqətini öz üzərinə çəkir. Bir il sonra Əcəm Əlinin ölümündən sonra onun yerinə keçir, sarayın baş memarı olur. Ömrünün axırına qədər bu vəzifədə qalır.

Memar Sinan Osmanlı imperatorluğunun ən güclü olduğu dövrdə yaşayıb. I Süleyman (Qanuni), II Səlim və III Murad kimi üç böyük sultan zamanında baş memar olmuş, imperatorluğunun gücünü simvolizə edən şah əsərlərinin layihələşdirilib tikilməsində əsas rol oynayıb. Sənətdə təsiri ölümündən sonra da qalmış, hər zaman hörmətlə qarşılanıb.

1982-ci ildə İstanbuldakı Dövlət İncəsənət Akademiyasının bazasında qurulan yeni universitetə onun adı verilib. Sinanın bir memar kimi yetişməsi ilə əlaqədar kifayət qədər məlumat olmasa da, dülgərliyi Əcəmi oğlanlar ocağında öyrəndiyi ehtimal edilir. Əcəmi oğlanlar başqa işlərlə bərabər memarlıq işləri ilə də vəzifələndirilirdilər. Sinan daha sonra orduda struktur ehtiyaclarını ödəyən vəzifələrdə işləmiş, buradakı işlərilə önə çıxıb. İstər orduda usta-şagird münasibətləri içində həyata keçirilən tikinti və təmir işləri, gərəksə orduyla getdiyi yerlərdə müşahidə etdiyi binalar Memar Sinanın yetişməsində əsas rol oynayıb. Müxtəlif mənbələrə görə, Sinan 84 cami (böyük məscid), 52 məscid, 7 məktəb və darulqurra, 22 türbə, 17 imarət, 3 daruşşəfa, 7 su kəməri, 8 körpü, 20 karvansaray, 35 köşk (bağça) və saray, 6 anbar və yeraltı anbar, 48 hamam olmaqla, adı çəkilməyənlərlə birlikdə üç yüz əllidən çox memarlıq əsəri yaradıb.

Mənbələrdə qeyd edilir ki, əlli ilə yaxın bir zaman Osmanlı imperatorluğunun baş memarı olmasına baxmayaraq, bütün bu abidələrin hamısını onun layihələndirib tətbiq etməsini söyləmək çətindir. Çoxu İstanbulda olmaqla yanaşı, imperatorluğun hər tərəfində yerləşən bu abidələrin bir qisminin  tələbələri, yaxud da ona tabe olan memarlar qrupunun inşa etməsi də mümkün ola bilər. Bunların arasında təmir edilənlər də var. Bu cür rəqəmlər həm də Sinana olan hörməti göstərir. Onun əsl əhəmiyyəti abidələrində həyata keçirdiyi təcrübə və gətirdiyi yeniliklərlə Osmanlı-türk memarlığını klassik zirvəsinə qaldırmasıdır.

Sinan baş memar olmasından öncə də qeyri-hərbi tikililər layihələndirib və tikib. Amma ilk əhəmiyyətli memarlıq əsəri İstanbuldakı Şahzadə (Mehmed) Camisidir. Özünün şagirdlik dövrü əsəri olaraq adlandırdığı bu cami dörd ayağın daşıdığı və dörd yarım günbəzin dəstəklədiyi bir günbəz ilə örtülüdür. Xarici bər-bəzəyin təsiri azaldılmış, içəridə isə daha işıqlı bir məkan yaratmaq yolu tutulub. Bundan sonra tikdiyi Üsküdardakı Mehrimah Sultan Camisində isə yarımçıq günbəzlərin sayı üçə endirilərək daha rahat bir daxili məkan ortaya qoyulub. Osmanlı-türk memarlığının ən mühüm abidələrindən biri Süleymaniyyə Camisi və külliyyəsidir. Sinan tələbəlik dövrü abidəsi adlandırdığı bu camidə İstanbuldakı Bəyazid Camisində istifadə olunan daşıyıcı sistemi yeniləmış, dörd ayaq üstünə oturan günbəzi giriş-mehrab istiqamətindəki yarım günbəzlərlə dəstəkləyib.

Bu, Ayasofya ilə ortaya qoyulan strukturun onun tərəfindən bir daha ələ alınmasıdır. Süleymaniyyə, darulqurrası, daruşşəfası, hamamı, imarəti, altı mədrəsəsi, dükanları və Qanuni Süleyman ilə Xürrəm sultanın türbələrilə böyük bir sahəyə yayılmış şəhərsayağı bir tərtibatdır və türklərin dini tikililərdə ictimai xidməti də yerləşdirmələrinin bariz nümunəsidir.

Tarixçilər qeyd edirlər ki, Memar Sinan erməni olmayıb. O özü 1539-cu ildə Çələbi Lütfi Paşaya dediyi sözlərlə milli və dini kimliyini açıqlayıb: “Əslim rum, özüm müsəlman, ruhum türk, devri-şüurum osmanlı, qüdüssatım səlcuqlu, nübuvvatım hilaldır, əlhəmdüllah!”. Hesab edirik ki, bu, ermənilər üçün çox kəsin bir cavabdır.

  • Vaqif Abışov: “Heç bir tarixi sənəddə bu dahi memarın erməni olduğuna dair bir işarə belə yoxdur”

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri dokroru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər bu cəfəng fikri ortaya atmaqla özlərinin saxtakar olduğunu bir daha aydın şəkildə göstərirlər. “Memar Sinanın erməni olmasına dair iddialar cəfəngiyyatdan başqa bir şey deyil. Heç bir tarixi sənəddə bu dahi memarın erməni olduğuna dair bir işarə belə yoxdur. O, müsəlman olduğunu və türk düşüncəsinə xidmət etdiyini özü qeyd edib, bu barədə tarixi mənbələrdə konkret məlumat var. Hansısa bir erməni yazıçısının uydurma, cəfəngiyyat dolu kitabı Memar Sinanı erməniləşdirə bilməz. Bütün dünya bilir ki, ermənilər özlərinə aid olmayan mədəniyyətləri, şəxsiyyətləri, eləcə də tarixi abidələri mənimsəməyə cəhd edirlər. Memar Sinan erməni olsaydı, bu barədə tarixi mənbələrdə hər hansı bir informasiya olardı. Ancaq belə bir məlumat yoxdur. Tac Mahalı “erməni abidəsi” kimi təqdim edən ermənilərdən hər şey gözləmək olar. Çünki onlar həmişə yalan danışırlar. Azərbaycan musiqisini, nağıl və dastanlarını oğurlayan, torpaqlarımızı işğal edən ermənilər başqa xalqların da mədəniyyətinə qənim kəsiliblər” - deyə V.Abışov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ