Bazar günü, 13 iyul 2025
     

Azərbaycanda ev muzeyləri - dövlət vəsaitinin mənasız xərcləndiyi daha bir sahə… Dünya onları çoxdan özəlləşdirib…

Image

Xatirə Mirzəyeva:”Xaricdəki kimi bizim xatirə-memorial, mənzil muzeylərinə xüsusi fondlar, iş adamları tərəfindən maliyyə yardımları göstərilərsə, onlar da özəl fəaliyyət göstərməkdə maraqlı olarlar”

Aydın Xan Əbilov:”Fikrimcə, bu muzeylər ya birləşdirilməli, ya böyük muzeylərin daxilində bir şöbə kimi fəaliyyət göstərməli, ya da ki, xüsusi fondlar tərəfindən maliyələşdirilməlidir ki, dövlət büdcəsinə yük olmasınlar”

 

Dünyanın hər yerində ən çox ziyarət edilən məkanlardan biri muzeylərdir. Onların sırasında görkəmli şəxsiyyətlərin, ədəbiyyat-incəsənət, dövlət xadimlərinin, böyük musiqçilərin, bir sözlə, bəşəriyyətin rifahına xidmət edən insanların memorial-xatirə, ev muzeyləri də ziyarətçiləri cəlb edir. Həm yerli sakinlər, həm də xarici turistlər görkəmli şəxsiyyətlərin keçdiyi həyat, yaradıcılıq, mübarizə yolunu öyrənmək üçün bu muzeyləri də ziyarət etməyi unutmur. Həmin şəxsiyyətlərin xatirələrinin əbədiləşdirildiyi muzeylərə xarici ölkələrdə yanaşma bizdəkindən fərqlidir. Görkəmli şairlərin, yazıçıların, bəstəkarların, rəssamların, inqilabçıların, ictimai və siyasi xadimlərin mənzil, xatirə və memorial muzeyləri özəl qurumlar kimi fəaliyyət göstərir. Bu muzeylər ziyarətçilərdən əldə edilən vəsitlə, muzeylərin öz daxili imkanları hesabına saxlanır. Keçmiş İttifaq ölkələrinin çoxunda mənzil və xatirə muzeylərinin özəlləşdirildiyi məlumdur. Sovet dövründə əsası qoyulan xatirə-memorial, mənzil muzeyləri o dövrdən başlayaraq dövlət büdcəsindən maliyyələşib. Qeyd etdiyimiz kimi, bir sıra keçmiş ittifaq respublikalarında mənzil muzeylərinin maliyələşdirməsi dövlət büdcəsindən çıxarılıb. Lakin Azərbaycanda hələ də xatirə-memorial, mənzil muzeyləri dövlətdən ayrılan vəsait hesabına fəaliyyət göstərir. Bu muzeylərdə eksponatların alınmasından, bərpasından tutmuş əməkdaşların əməkhaqqına qədər tələb olunan bütün vəsaitlər dövlət büdcəsindən ayrılır.

Yeri gəlmişkən bildirək ki, Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə yaradılıb. İlk memorial muzey isə 1938-ci ildə Şəkidə fəaliyyətə başlayıb. Bu, böyük Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundovun ev-muzeyidir.

Azərbaycanda bu muzeylərin yaranmasına qədər mövcud olan qiymətli eksponatlar indi dünyanın bir çox muzey və sərgi salonlarını bəzəyir.  Hazırda Azərbaycan ərazisində  201 muzey fəaliyyət göstərir ki, bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyidir.

Məlum olduğu kimi, resblikamızın muzey şəbəkəsində görkəmli şəxsiyyətlərin xatirə muzeyləri mühüm yer tutur. Xatirə muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısının 1970-1980-ci illərə, daha sonra isə Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı dövrə təsadüf etdiyi bildirilir. Bu muzeylərin açılışı təntənəli mərasimlərlə müşayiət olunub, dövlət və hökumət rəsmiləri həmin mərasimlərdə iştirak edib.

Qeyd edək ki, Bakıda Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Bülbülün, Hüseyn Cavidin, L. və M. Rostropoviçlərin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Cəlil Məmmədquluzadənin, Hacı Zeynalabdin Tağıyevin, Əzim Əzimzadənin, Qara Qarayervin, Niyazinin, Məmməd Səid Ordubadinin, Vaqif Mustafazadənin, Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Şamaxıda Mirzə Ələkbər Sabirin, Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın, Xızıda Cəfər Cabbarlının, Gəncədə Mir Cəlal Paşayevin, Göyçayda Rəsul Rzanın, Ağstafada Hüseyn Arifin, Ağdaşda Maqsud Şeyxzadənin xatirə muzeyləri fəaliyyət göstərir. Bu muzeylərdə  həmin şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı toplanan materiallar yer alıb. Muzeylərin yaradılmasında məqsəd həmin böyük şəxsiyyətlərin irsinin yaşadılması, təbliğ edilməsi və mühafizəsidir. Bu muzeylər onların sağlığında yaşadığı, yaradıcılıqla məşğul olduqları şəxsi mənzillərində yaradılıb. Bundan başqa, çox təəssüf ki, Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində Şuşada Üzeyir Hacıbəylinin, Bülbülün və Mir Möhsün Nəvvabın, Ağdamın Gülablı kəndində Qurban Pirimovun, Laçının Güləbird kəndində Sarı Aşığın xatirə muzeyləri erməni vandalizminin qurbanı olub.

Onu da qeyd edək ki, respublikamızın xatirə muzeyləri sırasında şair və yazıçılara həsr olunmuş ədəbi-xatirə muzeyləri daha çoxdur.  Ədəbi-xatirə muzeyləri kompleksinə yazıçının yaşamış olduğu ev, mənzil, malikanə, onun şəxsi əşyaları, əlyazmaları, müxtəlif sənədləri, sağlığında nəşr olunmuş kitabları, yaxud yaradıcılığına həsr olunmuş tədqiqat işləri və s. daxildir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən xatirə-memorial, ev muzeylərinin bir çoxu Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət İdarəsinin, bir neçəsi Azərbaycan Milli Elmlər Akademiyasının, bir hissəsi isə rayon mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərir.

Azərbaycanda mənzil muzeyləri özəl fəaliyyət göstərərsə...

Əlbəttə, ədəbiyyatımızda, mədəniyyətimizdə, dövlətçilk tariximizdə, hərb sənətimizdə çox parlaq izlər qoyan görkəmli şəxsiyyətlərimizin hər birinin xatirəsi bizim üçün əzizdir. Ancaq 40-dan xatirə-memorial, ev muzeylərinin dövlət büdcəsindən ayrılan maliyə vəsaiti hesabına fəaliyyət göstərməsi doğru deyil. Bu mənada ki, o muzeylərin özləri müstəqil olaraq maliyyə qaynaqları tapmalı və dövlət büdcəsindən asılı olmadan fəaliyyətlərini davam etdirməlidirlər. İl ərzində dövlət büdcəsindən xatirə-memorial ev muzeylərinin saxlanması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitlə həm muzeyləri saxlayırlar, həm də burada çalışan muzey işçilərinin əməkhaqqını ödəyirlər. Bu muzeylərdə bələdçilərlə, şöbə müdirləri ilə, ekspozisiya nəzarətçiləri ilə yanaşı həm də elmi işçilər çalışır, onlar burada elmi-tədqiqat işləri aparırlar. Bu baxımdan, xatirə-memorial, mənzil muzeylərinin saxlanmasına daha çox vəsait xərclənməsi tələb olunur.

Bəzi muzeyşünasların bildirdiyinə görə, bu muzeylər ya özəlləşdirilməli, ya da ölkəmizdə fəaliyyət göstərən digər muzeylərdə xüsusi şöbələr kimi fəaliyyətini davam etdirməlidir. Hazırda belə muzeylərin saxlanmasının dövlət büdcəsi üçün böyük yük olduğunu qeyd edən muzeyşünasların bildirdiyinə görə, bu muzeylərin heç biri müstəqil olaraq vəsait qazana bilmir.

Bakıda fəaliyyət göstərən xatirə-memorial, mənzil muzeylərinə dövlət büdcəsindən ayrılan vəsitin həcmini araşdırmaq istədik. Mədəniyyət Nazirliyindən sorğumuza cavab ala bilmədiyimiz üçün muzeylərin özləri ilə əlaqə saxladıq.

Belə profilli muzeylərdən bildirdilər ki, muzeylərə ayrılan illik vəsaitin həcmini açıqlaya bilməzlər. Muzeylərin özəlləşdirilməsinə gəlincə, muzey əməkdaşları qeyd etdilər ki, muzeylərə giriş haqqı o qədər ucuzdur ki, bu vəsait hesabına ümumiyyətlə muzeyləri saxlamaq mümkün deyil.

“Demək olar ki, bizim muzeyə xarici turistlər gəlmir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya eləmləri doktoru Gülbəniz Babaxanlı baki-xeber.com-un sorğusuna cavab olaraq bildirdi ki, Hüseyn Cavidin ev muzeyinin fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən tələb olunan vəsait ayrılır. O qeyd etdi ki, muzeyə giriş çox ucuzdur, qoyulan qiymət simvolik xarakter daşıyır. O, tələbələrin muzeyə giriş üçün 50 qəpik, qeyri-tələbələrin isə 1 manat ödədiyini dedi. “Bizim əsas məqsədimiz Hüseyn Cavid irsini təbliğ etməkdir. Odur ki, muzeyə daha çox məktəblilərin, tələbələrin cəlb edilməsinə çalışırıq. Bura ən çox məktəblilər gəlir və onların da muzeyə ziyarətini ödənişsiz olaraq özümüz təşkil edirik ki, təki onlar muzeyə gəlib Cavid irsi ilə tanış olsunlar. Məqsədimiz Cavid irsini gənc nəslə öyrətmək, onlar arasında təbliğ etməkdir. Demək olar ki, bizim muzeyə xarici turistlər gəlmir. Qonaqlarımız əsasən Türkiyədən gələn tədqiqatçı alimlərdir, onlardan da giriş üçün pul alınmır. O insanlar Cavidi sevənlər, onun irsini tədqiq edənlərdir. Dövlət büdcəsindən ayrılan vəsaitə gəlincə, bu, muzeyin tələbatı ilə  bağlıdır. Bizim muzeyə il ərzində dövlət büdcəsindən təqribən 30-40 min manat civarında vəsait ayrılır”-deyə G.Babaxanlı bildirdi.  

“Xatirə-memorial, mənzil muzeylərinin özəlləşdirilməsi bir qədər həssas məsələdir”

Müstəqil muzeyşünas Xatirə Mirzəyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanda özəl muzeylər, demək olar ki, yoxdur. O qeyd etdi ki, bir-iki muzeyi çıxmaq şərtilə, bizim xatirə-memorial, mənzil muzeylərinə xarici turistlər gəlmir. Onun sözlərinə görə, muzeylərə dövlət büdcəsindən vəsait ayrılmasa bizim xatirə-memorial, mənzil muzeylərimizin fəaliyyəti sual altına düşər. Muzeylərə giriş haqqının həddən artıq aşağı olduğunu deyən mütəxəssisin bildirdiyinə görə, Bakıda belə profilli muzeylərə giriş 50 qəpiklə 1 manat arasındadır. Məktəblilərə isə girişin ümumiyyətlə pulsuz olduğunu deyən mütəxəssis qeyd edir ki, dövlət büdcəsindən ayrılan vəsait muzeyləri xilas edir. O hesab edir ki, dünyada olduğu kimi, Azərbaycanda da xatirə-memorial, mənzil muzeylərin özəlləşdirilməsi yaxşı olardı, amma bizdə o muzeylərin yaşaması üçün əvvəlcə maliyə qaynaqları müəyyən edilməlidir. İl ərzində xatirə-memorial, mənzil muzeylərinə ən çox məktəblilərin gəldiyini bildirən müsahibimiz bildirdi ki, çox nadir hallarda bura tələbələr və sıravi vətəndaşlar üz tutur, xarici turistlər isə ümumiyyətlə bir çox xatirə muzeylərinin qapısını tanımırlar. Muzeyşünasın sözlərinə görə, bir mənzil muzeyin saxlanması üçün kifayət qədər vəsait tələb olunur. Dövlət büdcəsindən belə muzeylərə ayrılan vəsaitin həcminə gəlincə, onun məlumatına görə, bu təxminən 20-40 min civarındadır. Muzeylərə il ərzində ayrılan vəsaitin həcminin ictimaiyyət üçün açıqlanmadığını deyən mütəxəssisin dediyinə görə, xatirə-memorial, mənzil muzeylərinin müstəqil olaraq özlərini saxlamaq imkanları yoxdur.  “Xatirə-memorial, mənzil muzeylərinin özəlləşdirilməsi bir qədər həssas məsələdir. Bu muzeylər o zaman özəlləşdirilə bilər ki, onların özlərinin müstəqil olaraq maliyyə qazanmaq imkanları olar. Siz xaricdə fəaliyyət göstərən xatirə-memorial muzeylərin özəl olaraq fəaliyyət göstərdiyini deyirsiz. O muzeylərin ziyarətçi sayından və qiymətlərindən xəbəriniz varmı? O muzeyləri il ərzində 500-  800 min nəfər ziyarət edir. Özü də ora giriş bizdəki kimi 50 qəpik, 1 manat deyil, onların giriş qiyməti bahadır. Xaricdəki xatirə-memorial muzeylər ona görə özəl qurum kimi fəaliyyət göstərə bilir ki, onlar marketinq xidmətlərini tətbiq edirlər. Eyni zamanda da ziyarətçiləri muzeyə cəlb etmək üçün xüsusi işlər görürlər, onlayn reklamlar yerləşdirirlər və s. Həm də bu muzeylərin yaşadılmasına müxtəlif fondlar, imkanlı şəxslər tərfindən maliyə yardımları edilir. Bizim muzeylər isə əsasən maarifçilik xidməti göstərir, öyrədir, gəncləri cəlb edir və bu baxımdan da giriş qiymətlərini hədsiz dərəcədə ucuz edirlər. Muzeylərimiz qiyməti qaldırsalar ziyarətçilər gəlməyəcək. Bizdə belə bir ənənə var, yeməyə, gəzməyə, əyləncəyə böyük vəsaitlər xərcləyirik, amma təəssüf ki, muzeyə pul xərcləmək istəmirik. Azərbaycanda xatirə-memorial muzeylərin özəlləşdirilməsi hələlik müsbət effekt verə bilməz. Bəlkə nə vaxtsa bizdə də xatirə-memorial, mənzil muzeyləri özəlləşdirilə bilər, ancaq bunun üçün hələ tezdir. Əgər müəyyən xeyriyyəçi fondlar, xeyriyyəçi insanlar bizim xatirə-memorial, mənzil muzeylərinə xüsusi qayğı göstərsələr, onların da özəlləşdirilməsi aktuallaşa bilər. Xaricdəki kimi bizim xatirə-memorial, mənzil muzeylərinə xüsusi fondlar, iş adamları tərəfindən maliyə yardımları göstərilərsə onlar da özəl fəaliyyət göstərməkdə maraqlı olarlar”-deyə müsahibimiz bildirdi.

“Xatirə-memorial muzeylərin özəlləşdirilməsi Azərbaycan üçün hələ tezdir”

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə də, xatirə-memorial, mənzil muzeylərinin özəlləşdirilməsi müsbət hal olardı, ancaq bunun üçün o muzeylərin özlərini saxlamaq imkanları olmalıdır. “Azərbaycanda fəaliyyət göstərən mənzil muzeylərinin özəlləşdirilməsi çox yaxşı olardı. Ancaq görək, bu muzeylərin hansı özəlləşdirmədən sonra öz fəaliyyətini davam etdirə bilər? Dövlət büdcəsindən vəsait ayrılmasa o muzeylərin, demək olar ki, çoxu fəaliyyət göstərməz. Bu da onunla bağlıdır ki, xatirə-memorial, mənzil muzeylərimizin ziyarətçi sayı çox aşağıdır. Bu gün heç böyük muzeylərə kütləvi ziyarətçi axını yoxdur. Bu baxımdan, xatirə-memorial muzeylərin özəlləşdirilməsi Azərbaycan üçün hələ tezdir. Xaricdə fəaliyyət göstərən belə profilli muzeylərin arasında il ərzində yarım milyarddan artıq vəsait əldə edən muzeylər var. Əlbəttə, belə muzeylər dövlət büdcəsində asılı deyil, əksinə, öz fəaliyyəti ilə dövlət büdcəsinə də gəlir gətirir. Almaniyada fəaliyyət göstərən bir muzeyi il ərzində yüzlərlə ziyarətçi ziyarət edir, bu da külli miqdarda vəsait deməkdir.

Bəli, bu gün Azərbaycanda mənzil, xatirə-memorial muzeylərin yaşadılması üçün dövlət tərəfindən böyük həcmdə vəsait ayrılır. Demək olar ki, bu muzeylər dövlət büdcəsinə heç bir xeyir vermir. Fikrimcə, bu muzeylər ya birləşdirilməli, ya böyük muzeylərin daxilində bir şöbə kimi fəaliyyət göstərməli, ya da ki, xüsusi fondlar tərəfindən maliyələşdirilməlidirlər ki, dövlət büdcəsinə yük olmasınlar. Çünki onların müstəqil olaraq özlərini yaşatması mümkün deyil. Mənzil muzeyləri ziyarətçiləri cəlb etmək üçün xüsusi layihələr düşünməlidir. Məsələn, muzeylərdə əlavə olaraq kitab klubları da fəaliyyət göstərə bilər, bu, muzeyə gəlir gətirə bilər”.

A.X.Əbilov hesab edir ki, hələlik xatirə-memorial, mənzil muzeylərinin özəlləşdirilməsi müsbət nəticə verməz. O, hətta bunun çox qorxulu tendensiya olduğunu da vurğuladı. “Bu profilli muzeylərin özəlləşdirilməyə cəlb edilməsi indiki halda fayda verməz. Yadınıza gəlirsə, keçən əsrin 90-cı illərinin ortalarından sonra bir sıra kinoteatrların, kitabxanaların, kitab mağazalarının və s. özəlləşdirilməsi baş verdi. Gördük ki, onların çox cüzi hissəsi öz profilinə uyğun fəaliyyət göstərdi, qalanları isə restoranlara, kafelərə, digər obyektlərə çevirildi. Qorxuram ki, mənzil muzeylərinin özəlləşdirilməsinin də nəticəsi bu cür olar. Yaxşı hal o ola bilərdi ki, Dövlət Neft Fondu, eləcə də digər yerli qurum və fondlar özəlləşməyə meyl göstərən muzeylərin fəaliyyətinə maliyyə dəstəyi versin”-deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA

      

 



VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 22:09
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910