Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yazıçı-bənna Prezident təqaüdünə layiq görüldü - MÜSAHİBƏ

Image


“Orta məktəbdə 6-cı sinfə qədər oxumuşam, sonra təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım”
“Mən tikintidə çalışıram, bənnalıqla məşğulam, ev tikirəm, ev təmir edirəm”

 

Ədəbiyyat həm düşüncədir, həm təfəkkür, həm də bir könül işidir. O qədər “şairəm” deyib “şair işləyən”lər var ki, yazdıqlarının bir misrasının belə şeirə, poeziyaya aidiyyəti yoxdur. Günümüzdə belələri bəs deyincədir.

Ancaq elə adamlar da var ki, onlar bu şəhərdə “şair işləmir”, sadəcə, könlünün sözünə qulaq asıb poeziya yaradırlar. Əsl şairin ya bənna, ya fəhlə, ya adi bir çörəkçi, ya bir mühəndis, ya bir müəllim, ya da elm xadimi olması fərq etmir, əsas odur ki, o, şeir yazır.

Bənna tanıyıram ki, gözəl şairdir, şeirləri ürəkləri riqqətə gətirir. Onun bənna əlləri, şair ürəyi var. Bu günlərdə məlumat yayıldı ki, şair-bənna Vasif Zöhraboğlu Prezident mükafatına layiq görülüb.

Prezident mükafatçısı, bənna-şair Vasif Zöhraboğlu ilə əlaqə saxladım və ondan kiçik müsahibə götürdüm.

- Vasif bəy, yazdığınız şeirlərə görə Prezident mükafatına layiq görülmüsünüz. Bu bir təsadüfdürmü?

- Sözün açığı, mənim heç vaxt Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq niyyətim olmayıb. Yəni bu barədə heç düşünməmişdim. Prezident mükafatı almaq üçün Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq tələb olunur. Bundan başqa da bir şair kimi özünü təsdiqləməlisən, sənin yazdıqlarını oxuyan, sənə inanan, etimad göstərən oxucuların olmalıdır. Bu ona görə lazımdır ki, sənin yazdığın həqiqətən də şeirdir, cızma-qara deyil. Bilirsiniz ki, mən tikintidə çalışıram, bənnalıqla məşğulam, ev tikirəm, ev təmir edirəm. Bu səbəbdən də ədəbiyyatla bağlı tədbirlərdə sıx-sıx iştirak edə bilmirəm. Ancaq şeirlərim mətbuatda dərc edilir. Mənim yazılarımı, şeirlərimi izlədilər və sonra mənə təklif etdilər ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü ol. Üzv oldum. Əslində, bilmirdim ki, Prezident mükafatı, təqaüd almaq üçün hansı proseslərdən keçmək lazımdır. Mən Prezident mükafatı almağımla bağlı Yazıçılar Birliyinə müraciət etdim və bir ay keçdikdən sonra “siz Prezident mükafatına layiq görülübsünüz” dedilər.

- Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Əlbəttə, Prezident mükafatı almağımı eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Çünki elə hisslər var ki, onları sözlə deyəndə onlar cılızlaşır. Bu hisslər də sevgi kimidir. Şeirlər də sevgidən yazılır, sevgidən yazdığın şeirlərə görə uğurlar, nailiyyətlər qazanırsan. İşdə idim. Mənə mesaj gəldi, bu mesajdan o qədər duyğulandım ki, sözlə deyə bilmirəm. Həmin gün sevindiyimdən işləmədim.

- Bir bənnanın belə bir mükafata layiq görülməsi sözsüz ki, diqqəti daha çox çəkir... Bu sizə əsas vermirmi ki, bütövlükdə, ədəbiyyatla məşğul olasınız?

- Mən, əslində, özümü ədəbiyyat adamı hesab etmirəm. Düşünürəm ki, ədəbiyyat ədəbli həyat deməkdir. Ədəbi olan hər kəs ədəbiyyatçıdır. Fərq etmir ki, nəsr yazırsan, yoxsa şeir, əsas odur ki, yaratdığın ədəbiyyat olsun. Yazdıqlarımız göstəri, görüntü olmasın, həqiqi ədəbiyyat olsun. Mən özümü ədəbiyyat nəzəriyyəsini dərindən bilən birisi hesab etmirəm. Bizim kifayət qədər ədəbiyyatşünasımız var. Mən, sadəcə, şeir yazıram. Düşünürəm ki, mənim ədəbiyyatım elə şeirlərimdir. İndiyə qədər iki kitabım nəşr olunub. 2015-ci ildə “Ömür birgünlük yuxudur”, 2019-cu ildə “Natamam təklik” kitablarım işıq üzü görüb. Sonuncunun təqdimatı Gəncliyə Yardım Fondunda oldu.

- Sizin yaradıcılığınızı izləyirəm və görürəm ki, kifayət qədər ciddi ədəbiyyat adamı, görkəmli şairlər yaradıcılığınız haqqında müsbət fikirlər söyləyib. Bu, Sizin yaradıcılığınıza hansısa mənada  təsir edirmi?

- Təbii ki, məni izləyən oxucularım var. Elə oxucular var ki, onlar şeirlərimi elə təhlil edirlər, öz-özümə “mən yazanda belə yazmamışdım, nə gözəl izah edirlər” deyirəm. Doğrudur, şeirlərim haqqında Xalq şairi Musa Yaqub, Ayaz Arabaçı, Ramiz Qusarçaylı, Fərqanə Mehdiyeva, Qulu Ağsəs, İradə Tuncay və başqaları müsbət fikirlər deyiblər.

- Adlarını qeyd etdiyiniz qələm adamlarının hamısı kifayət qədər ciddi simalardır.

- Bəli, onlar ədəbiyyatda öz sözünü demiş, tanınmış simalardır. Mən görkəmli ədəbiyyat adamlarının sözlərindən güc almışam, onların fikirləri mənə stimul verib ki, yazım, həqiqətən də yazdığım şeirdir.

- Bildiyim qədər, Sizin heç orta təhsiliniz də yoxdur. Doğrudur?

- Əslən Şəkinin Oxud kəndindənəm, orada doğulmuşam. Orta məktəbdə 6-cı sinfə qədər oxumuşam, sonra təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım.

- Niyə orta təhsilinizi davam etdirmədiniz?

- O vaxt bir çox çətinlik oldu. Uşaqlığımız müharibə illərinə düşdü. Ölkəmiz təzə müstəqillik qazanmışdı. Müharibə və sosial çətinliklər mənim uşaqlığımı əlimdən aldı. O dövrdə yaşamaq çox çətin idi. Saatlarla əlimizdə talon çörək növbəsinə dayanırdıq. Biz də ehtiyacı olan bir kənd adamı kimi başqaları kimi Bakıya üz tutduq. Məqsədim işləmək idi. Bu səbəbdən də orta təhsilim yarımçıq qaldı.  Həmin dövrlər bizim üçün çox çətin olduğu üçün, atama kömək etmək qərarına gəldim. Onu da deyim ki, mütaliədən əl çəkmədim, mütəmadi olaraq oxudum, amma mütaliə təhsilin yerini vermir. Mən bənnalığı atamdan öyrənmişəm, ustadım atam olub. Amma ilk dəfə əlimə mala götürüb sərbəst işlədiyim vaxt yadımdan çıxıb, çünki çox əvvəllər olub. Əsgərlikdən əvvəl bu işlə məşğul olmağa başlamışam. Mən erkən əməyə cəlb edilən uşaqlardan olmuşam. Dediyim kimi, mənim uşaqlığım olmayıb, uşaqlığımı müharibə, ehtiyac, problemlər əlimdən alıb. Mən tikintidən əvvəl çox yerdə işləmişəm. Deməkdən utanmıram, çünki zəhmət çəkmişəm. Bazarda araba sürdüyüm, alver etdiyim dövrlər də olub. Həyatın hər üzünü görmüşəm, onun tufanından, boranından, təlatümlərindən keçmişəm. Hazırda da, bildiyiniz kimi, həm şeirimi yazıram, həm də bənnalıqla məşğul oluram.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ