çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanımızın aşıq poeziyası...

Image


“Qərbi Azərbaycan mədəniyyəti” rubrikasında Qərbi Azərbaycan aşıqlarından və onların zəngin, koloritli poeziyasından danışacağıq. Qərbi Azərbaycanın 16 mahalının hamısında saz-söz adamları, el aşıqları, sinədəftər, bədahətən söz deyən adamlar çox olub.  

Bu şəxsiyyətlərin qiymətli sözlər tarixin ayrı-ayrı açırımlarıdan keçərək günümüzə qədər gəlib çatıb. Qərbi Azərbaycanın Zəngəzur, Göyçə, Ağbaba və başqa ellərində adı bəlli, sözü qiymətli sənətkarlar çox olub. Mübağiləsiz deyə  bilərik ki, bu şeirlər aşıq poeziyasının ən maraqlı örnəkləridir.

Bildiyimiz kimi, Qərbi Azər­­bay­ca­nın tarixi-mədəni irsinin məhz Azər­bay­can xal­qına mənsub­lu­ğu­nun isbata ehtiyacı yoxdur. Qərbi Azər­bay­candakı aşıq mühiti və onun görkəmli nüma­yən­dələri çoxdur. Əlbəttə, zəmanəmizdə daha çox göyçəli aşıq Ələsgər tanınır...

Adım Ələsgərdir, Göyçə mahalım
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.

Ustad aşığın sazının tellərindən, ürəyinin nurundan yaranan bu şeir indi də aşıqların dil əzbəridir. Sirr deyil ki, adı “Dədə Qorqud” kitabəsində çəkilən Göyçə eli aşıq sənətinin əsas ünvanlarından olub. Bu mahalda adı bəlli ustadlar yetişib.  Biz Miskin Abdalın, Ağ Aşığın (Allahverdi), Aşıq Alının, aşıq Ələsgərin, Növrəs İmanın, daşkəndli aşıq Nəcəfin, şair Məm­mədhüseynin, Zodlu Abdullanın və başqalarının adlarını çəkə bilərik.  Bu sənətkarlar Göyçə mahalındandır, amma bütövlükdə onlar Qərbi Azərbaycan aşıq mühitinin təmsilçiləridir.

İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxdi,
Məmməd Hüseynin bəxdi,
Yatıb, oyanmaz, oyanmaz.

Bu misraları Şair Məmmədhüseyn yazıb, o,  XIX əsr Göyçə aşıqları və el şairləri içərisində seçilən görkəmli sənətkarlardandır. 1800-cü ildə Göyçənin Daşkənd kəndində anadan olan Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir...  Şair Məmmədhüseynin şeirlərinin oxunduğu saz  havasına “Məmmədhüseyni” deyirlər. Bu d ondan qaynaqlanır ki, el şairinin şeirləri saz üstə qanadlanıb.

Söz Göyçə şairlərinin, aşıqlarının poeziysından düşmüşkən, qeyd edək ki, o mahalda Növrəs İman adlı bir haqq aşiqi, söz ustası olub. Həyatı, taleyi müəmmalı olan və itkin düşən İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şeir yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.

Bədahətən şeir demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır. Bu barədə İmanın irsini tədiq edənlər yazır.

Göyçə sakiniyəm, adımdı İman,
Könlüm çox sınaqda, halım pərişan.

Hər nə ki sirrim var, eylədim bəyan,
Dedim sana hər nişanı, ay mara!

Göyçənin aşıq şairlərinin də, Qərbi Azərbaycanın digər el şairlərinin də şeirlərində açıq şəkildə ifadə edilən bir məqam var. Bu da onların o torpaqların əsl sahibləri olduqlarını bildirmələridir.

Qərbi Azərbaycanın sazlı-sözlü ellərindən biri də Ağbaba mahalıdır ki, burada da çoxlu söz xridarları yetişib. Aşıq Nəsib, aşıq İsgəndər Ağbabalı kimi ozanlar bu torpaqda yetişib. Deyirlr ki, bu mahalın Qasım Əfəndi, Heydər Xoca, Güllüoğlu İsgəndər, Daşdan Daşdanov kimi el şairləri də olub.

Qırx dördüncü ildə qarışdı başım,
Elə bil qaralar geymişdi yaşım.
Məndən üz döndərdi qohum-qardaşın,
Baxtım qara gəldi, qalanı gördüm…

Aşıq İsgəndər Ağbabalının şeirindən bir bənddir. şıq İsgəndər Ağbabalı Ağbaba aşıq havalarının (“Çıldır divanisi”, “Xoşqılıq”, “Xoşdamağı”, “Ağbabayi”, “Ağbaba qaytarması”, “Şenlik Mirzəcanıslı” , “Konyalı”, “Qəza nişanı”, “Sarı yaylıq”, “Ota nanayı”, “Çıldır zinharısı”, “Aşıq Tüccarın nanayı”, “Ağbaba zarıncısı”, “Sörəyeli”, “Tərcümanı”, “Summanı”, “Atüstü”, “Sörəyeli”, “Dəli hicranı”, “Qırdoğlu”, “Dərbədəri”, “Qars gözəlləməsi”, “Çıldırı”, “Baharı”, “Rəhmanı”, “Sirri-sübhan”, “Göyatlı”, “Dovşanquluoğlunun gəraylısı”, “Qaracaoğlan”, “Daşdanoğlu”, “Asıroğlu”, “Durmuşoğlu”, “Çalpapaq”, “Tərəkəmə”, “Türkmanı”, “İsgəndəri”, “Ağbaba gülü”, “Gəlin nanayı” və b.) mahir ifaçısı idi. O, otuz üç dastanı sinədən bilirdi. Yaxşı dastançı aşıq kimi şöhrəti eldən-elə, dildən-dilə yayılmışdır. Bundan əlavə aşıq Ağbaba regional dastanlarının (“Qaracaoğlan”, “Qaçax Yusif”, “Qulamsöyüm”, “Aybəniz-Gündoğan”, “Yetim Məhəmməd”, “Yaralı Mahmud” və b.) mahir bilicisi sayılırdı. Aşıq İsgəndər həm də yaradıcı aşıq olduğundan bir neçə aşıq rəvayəti (“Qaçaq Usuf oğlu Məmmədvəli”, “Ellərkətdi Bilalın ermənilərnən qabaxlaşması”, “Məşədi Paşa”, “Hənifənin küsməyi” və b.) yaratmışdır. Aşıq İsgəndər Ağbaba mahalında doğulsa da, taleyinə deportasiya yazılıb. Erməni şovinstləri tərəfindən Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımız arasında xalqımızın böyük ozanı da vardı. Aşıq İsgəndər 1992-ci ildə Şəmkirdə vəfat edib. Aşıq İsgəndər Ağbabalı Ağbabanın sonuncu azman aşığıdır.

Ağbaba aşıq mühitinin digər adı bəlli ozanı aşıq Qərib Hasan olub ki, onun da şeirlər gəlib çatıb.

Qərib Hasan bu vəhşətdən ah çəkər.
Fəryad edər, gözlərindən yaş tökər.
Qan içində yatır burda bəy-nökər,
Oyuq gözə, o qıcanmış dişə bax.

Qərbi Azərbaycanın Dərələyəz mahalı da güclü aşıqlar, el şairləri yetirib.

Soruşmursan dost-tanışdan hardasan?
Sağım yağı,solum düşmən,dardayam.
Dörd bir yanım dəmir qəfəs tordayam,
Yetiş dada,canım-gözüm,hardasan?

Yapon bu yerlərdə meydan sulayır,
Nijde belimizdə ocaq qalayır.
Yurdumuzda-yuvamızda bayquş ulayır,
Sönür od-ocağım,gözüm hardasan?

Bu iki bənd şeir isə Dərələyəzli ustad sənətlar, aşıq Cəlilə məxsusdur. Yazılanlara görə, Dərələyəzli Aşıq Cəlil Dərələyəz aşıq mühitinin ustad aşığıdır, bu mahalın Sallı kəndindəndir. Bu böyük aşığın indiyə qədər cəmi beş şeiri,yəni üç qoşması və iki təcnisi dövrümüzə qədər gəlib çatıb. Aşıq Cəlil həm də Dərələyəz aşıq mühitində bəstəçi aşıq kimi də tanınmışdır. Onun on iki aşıq havası məlumdur. Bu ustad aşığın on beş şəyirdi olmuş,onların arasında el sənətkarının üç oğlu da bu sənətə könül verib. Aşıq Cəlil haqqında xüsusi araşdırma, tədqiqat aparılmayıb. Gələcəkdə belə araşdırmaların aparılması Aşıq Cəlilin ədəbi irsinin ətraflı işıqlandırılmasına imkan yaradacaq. Tədqiqatçılar qeyd edir ki, Dərələyəz aşıq mühitinin formalaşması və inkişafı təbii ki, Göyçə aşıq mühiti ilə qarşılıqlı təmas və mədəni münsibətlərlə bağlıdır. Göyçə aşıqlarının Dərələyəz mahalına toy-düyünə çağrılması inkşaf ahənginin eyni axarla getməsinə geniş imkan və şərait yaradıb. Bunlardan əlavə, gah Göyçə aşıqlarının Dərələyəz aşıqlarını,gah da əksinə - Dərələyəz aşıqlarının Göyçə aşıqlarının saz-söz meydanına çağırması və sənət imtahanına çəkməsi də inkişafda az iş görməyib.  Bu barədə tədqiqatçılar yazıb. Unutmamış deyək ki, məşhur “Cəlili” saz havası da dərələyəzli aşıq Cəlilin adı ilə bağlıdır.

Qərbi Azərbaycanın digər aşıq-şair Vedibasar mahalının Qarabağlar kəndində anadan olan aşıq Xudayardır. Aşıq Xudayarın da şeir xəzinəsindən nümunələr qalıb.

Abbasqulu bəy dönüb aslana , şirə,
Qoymayır ki, yağılar Vediyə girə.
Tağı bəy göndərmir qoşuna cirə,
Zeyvə-Düdəngini eyləyib Şürə.
Qılıncı əlində Xan Abbasqulu,
Xalqının ümüdü can Abbasqulu...

Xəyalən Qərbi Azərbaycan ellərini qarış-qarış gəzib bu ozanların, sözü ilə tarix yazanların bir qisiminin yaradıcılığı, poeziyası barədə danışdıq. Barəsində danışa bilmədiyimiz ustadlar haqda isə növbəti yazılarımızda danışacağıq. Ağ aşıqdan və şəyirdi Qızılvəngli aşıq Alıdan və digər ustadlardan başqa yazlarda bəhs edəcəyik…

Yazımızı isə aşıq Xudayarın gözəl bir müxəmməsi ilə tamamlayırıq.

...Vedibasar yeriyibdi, bir qanlı davadan deyim.
Dəstəsində şir oğullar, bu eldən, obadan deyim.
Məhərrəmnən İbrahimnən, Xəlilnən Nəbodan deyim.
Andranikin bağrını yarıbdı Abbasqulu bəy!

Tanrı ona rüsxət versin, müsəlmanın dayağıdı!
Yoxsulların, fağırların evlərinin çırağıdı!
Ay Xudayar, bu mərd oğul qoçaxların qoçağıdı!

Bu millətin xilasına durubdu Abbasqulu bəy!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ