çərşənbə günü, 07 oktyabr 2026
     

Kinoteatrlarda dublyaj işi bərbad vəziyyətdədir - dublyajsız filmin ictimai faydası varmı?

Image


Son illər tamaşaçıların kinotearlara qayıdışı üçün müxtəlif kampaniyalar aparılır. Ayrı-ayrı ölkələrin istehsalı olan filmlərin nümayişinin həyata keçirilməsi bu kampaniyanın tərkib hissəsidir.

Paytaxtda bir neçə dövlət və özəl kinoteatr, sinema klublar fəaliyyət göstərir ki, buraya əsasən sıravi tamaşaçı getmir, müəyyən kateqoriyadan olan insanlar gedir. Bu öz yerində. Paytaxtda bəlli kinoteatrlar işlək vəziyyətə gətirildikdən sonra, qeyd etdiyimiz kimi, burada filmlər nümayiş etdirilməyə başladı.

Yerli kinoteatrlarda nümayiş olunan xarici filmlər Azərbaycan dilinə dublyaj olunmur, dilimizdə səsləndirilmir, adətən rus və ingilis dilində səsləndirilir. Kinoteatrlar şəbəkəsində yayımlanan bütün filmlər  Azərbaycan dilində alt yazısı ilə verilir. Filmlərin Azərbaycan dilində yayımlanmaması, səsləndirilməməsi tamaşaçılarda ciddi narazlıq yaradır ki, alt yazı ilə filmi anlamaq olmur, bu, səsli verilsəydi daha yaxşı olardı. Kinoteatrların sözçüləri deyirlər ki, kinoteatr dublyajla məşğul olmur, bu işi başqaları görməli, kinoteatr isə bu məhsulu nümayiş etdirməlidir. Qeyd edilir ki, bunun üçün əvvəllər dublyaj edən studiyalar vardı, indi isə o studiyalar yoxdur, varsa da kinoteatrlarla əməkdaşlıq etmirlər.

Əslində, burada dövlət dili olan Azərbaycan dilinin tələbləri, işləkliyi pozulur, dilimizdən istifadə arxa plana keçir, dilimizin tələbləri  bu işlə məşğul olanları maraqlandırmır. Tamaşaçı bu filmlərə ana dilimizdə baxmaq istəyir, onlar dublyaj edilmədən təqdim edilirsə, tamaşaçı ciddi şəkildə narazılıq edir.

Bəs aidiyyatı qurumlar niyə bu işi həyata keçirmir ki, kinoteatrlarda dilimizin saflığı qorunsun? 30 ildən çoxdur mövcud olan bu problemin öz həllini tapmasına nə mane olur?

  • “...Vahid dublyaj mərkəzinin yaradılması böyük zərurətə çevrilib, bu halda problemi həll etmək olar”

Sənətşünas Xəyalə Rais təəssüflə bildirdi ki, bu problem illərdir mövcuddur, lakin onun aradan qaldırılması üçün real addımlar atılmır. Hər zaman vahid dublyaj mərkəzinin yaradılmasının aktual olduğunu və bunun ayrı-ayrı uyğun  dövlət səndələrində təsbit edildiyini deyən X.Raisin sözlərinə görə, aidiyyəti qurumlar bu sahədə addım atmır. Dövlət dilinin qayda-qanunlarının pozulmasının yolverməz olduğunu deyən X.Rais hesab edir ki, bu məsələdə müvafiq qurumlar addım atmalıdır ki, ana dilimizin, dövlət dilimizin işləkliyi təmin olunsun.

“Kinoteatrlarda xarici filmlərin nümayişi qanuna əsasən Azərbaycan dilində olmalıdır. İlk növbədə qeyd edim ki, filmlərin Azərbaycan dilində səsləndirilməsi kimi addım yüksək qiymətləndirilməlidir. Amma təəssüf ki, maliyyə dayanıqlığı olmadan bu prosesi davam etdirmək çətindir. Bu baxımdan da ölkəmizdəki bütün kinoteatrlar xarici filmləri ancaq altyazı ilə nümayiş etdirirlər. Hər bir işdə problemlər olduğu kimi, subtitrlərdə də müəyyən problemlər var. Bir müddət öncə tamaşaçılar kinoteatrlarda nümayiş zamanı subtitrlərdə olan xətaları gülüş obyektinə çevirərək, sosial şəbəkələrdə yaymağa başladılar. Bundan sonra kinoteatr rəhbərləri bu işə daha məsuliyyətlə yanaşdılar. Əslində subtitrlərlə bağlı problem ilk növbədə tərcümədən başlayır. Filmin tərcüməsi sıradan bir tərcüməçiyə həvalə olunur. Çox vaxt filmin mətni ingilis və ya rus dilindən tərcüməçiyə verilir. Tərcüməçi də filmdəki situasiyanı bilmədən, görmədən cümlələri tərcümə edib yayım şirkətinə təqdim edir. Filmi görmədən tərcümə etmək bu işin ən böyük problemidir. Filmlərin tərcüməçiləri digər tərcüməçilərdən üsluba görə fərqli olmalıdır. Çünki filmdə müəyyən jarqonlar, üslub ifadələri səslənir. Bunun üçün filmi kinonu bilən adamın tərcümə etməsi daha yaxşıdır. Kino mədəniyyəti ilə məşğul olan tərcüməçilər məşğul olsalar, daha müsbət nəticə əldə etmək olar. Əgər kinoteatrlar dublyajdan imtina edib, altyazıdan istifadə edirlərsə və onda da yanlışlıqlara yol verirlərsə, bu diqqətsizlik tamaşaçını ciddiyə almamaq deməkdir”.

X.Rais hesab edir ki, kinoteatrların təqdim etdiyi hər bir filmdə ictimai rəy, ictimaiyyətin maraqları nəzərə alınmalıdır. O vurğuladı ki, bu filmlərin dublyajsız təqdim edilməsi tamaşaçıya bir növ hörmətsizlik sayıla bilər, çünki əksər tamaşaçılar belə düşünür. “Filmlərin bu şəkildə təqdim edilməsi onu göstərir ki, bu sahəyə diqqət azdır. Hesab edirəm ki, yayım şirkətləri bu işə daha ciddi önəm verməlidir. Dublyajdan yayınmaq istəyirlər, yayınsınlar, ancaq bunu niyə bu şəkildə təqdim edirlər? Bizə filmlərin çoxu rus dilində dublyajla gəlir. Bu da belə qənaət yaradır ki, ruslar daha yaxşı dublyaj edir və bizdə dublyaj edən yoxdur. Sonra deyirlər ki, tamaşaçı istəyir, orijinal versiyada baxsın. Ancaq tamaşaçı da bilmir ki, o, orijinala deyil, tərcüməyə baxır. Əgər ingilis filmləri rus dilinə tərcümə olunub bizim kinoteatrlara ayaq açırsa, demək bizim dilə də tərcümə oluna bilər. Bunlar öz yerində. Fikrimcə, vahid dublyaj mərkəzinin yaradılması böyük zərurətə çevrilib, bu halda problemi həll etmək olar. Çünki bu sahədə yaşananlar tələb edir ki, vahid bir mərkəz yaradılsın və bütün filmlər burada dublyaj edilib yayıma buraxılsın”-deyə X.Rais bildirdi.

Qeyd edək ki, yeni yaradılan Kino Agentliyinin də bu məsələdə üzərinə böyük iş düşür və bu problemin öhdəsindən gəlinməsində o agentlik rol oynaya bilər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ