çərşənbə günü, 07 oktyabr 2026
     

Haqq-ədalət yerini tapanda... Lənkəran Dövlət Dram Teatrının yeni tamaşası haqqında qeydlər

Image


Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev (1925-1994) “Dağlar oğlu”, “Dağda bahar”, “Müstəntiq”, “Torpağın ətri”, “Döyüşən illər” romanları, həmçinin bir çox povest və hekayələri ilə bu gün də oxucular tərəfindən hörmətlə xatırlanır. Yazıçının Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş “Prokuror” dramı (14.12.1981-ci il) və “Ana fəryadı” faciəsi (25.12.1984-cü il) uzun müddət səhnədən yerə düşməyib. Budur, teatrın yaradıcı kollektivi  41 ildən sonra yenidən“Prokuror” dramına müraciət edib.  Bu günlərdə tamaşanın premyerası keçirilib.

Danılmaz faktdır ki, istər sovet dövründə, istərsə də indiki zamanda biz səhnədə və ekranda Mehman, Kamalov, Seyfi və digər bu kimi qanunlarımızın keşiyində duran onlarla vicdanlı, ədalətli hüquq və ədliyyə işçisnin obrazına rast gəlmişik. Lənkəran səhnəsindəki prokuror Şöhrət Poladov həyatda tutduğu mövqeyinə görə həmkarlarına oxşasa da, tamaşanın quruluşçu rejissorları, Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı bu obrazı yeni cizgilərlə zənginləşdirərək, orijinal bir surət yaratmağa nail olublar.

1976-1987-ci illərdə Lənkəran rayonunun prokuroru vəzifəsində çalışmış Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr olunmuş tamaşanın ilk səhnəsindən məlum olur ki,  gənc hüquqşünas Şöhrət Poladov Xınalı rayonunun prokuroru təyin edilib. Anası Sona xanım oğlunun təyinatına əsla sevinmir. Buna səbəb isə Sonanın ərinin illər öncə Xınalıda qətlə yetirilməsi, amma cinayətin üstünün hələ də açılmamasıdır. Sona xanım nə qədər çalışsa da, Şöhrəti inadından döndərə bilmir. Xınalıda isə gənc prokuroru çətin işlər gözləyir. Belə ki, tikinti trestinin kassiri öldürülüb, seyfdən külli miqdarda dövlətə məxsus pul vəsaiti oğurlanıb. Trestin gecə qaravulçusu Səlimxan Haqverdiyevv bu işdə təqsirləndirilərək həbsxanaya salınıb. Əsl cinayətkarlar isə azadlıqdadırlar. Səhnə əsərinin konflikti də məhz elə bu süjet xətti üzərində qurulub.

Tamaşanın ikinci epizodunda aktyor Allahverən Babayevin təqdimat etdiyi Şirəhmədin miskin görkəminə ilk görünüşdən adamın yazıqlığı gəməyə bilmir. Artist qəhrəmanının xarakterini üzə çıxarmaqdan ötrü rəngarəng palitralardan istifadə edir. Hadisələr inkişaf etdikcə Şirəhmədin daxili aləmi bütün çılpaqlığı ilə açılır. Aktyor başa salır ki, Şirəhməd çox qorxulu tipdir. Bu adamın xarici görkəmi sadə olsa da, daxili aləmi eybəcərdir. Tikinti trestində bacısı oğlu Qəzənfərin qanadları altına sığınan Şirəhməd çətin vəziyyətdən çıxış yolunu rüşvətdə görür. Elə rüşvət vasitəsi ilə də o, özünə “dost və arxa” qazanmağa müvəffəq olub. Respublika prokurorluğunun məsul işçisi Qiyasbəyov və müstəntiq Əmirxanov belə “dost”lardandlr. Şirəhməd bu etibarlı “sütun”ların köməyi ilə çox cinayətlərin üstünə pərdə çəkib. İndi tikinti trestində törətdiyi cinayət işində də onlara arxaylndır.

Qəzənfər (artist Amil İbrahimli) isə Şirəhmədin əlaltısıdır. O, qorxaq və  səbatsız adamdır. Tikinti trestinin rəisi kimi məsul bir vəzifədə çalışmasına baxmayaraq, dayısı Şirəhmədin dediyi ilə oturub-durur.

Rayona yeni təyin olunmuş prokurorun gəlişi həm Şirəhmədin, həm də Qəzənfərin narahatlığına səbəb olub. Hər iki cinayətkar maskalanmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar.

Prokuror Şöhrət Poladov obrazını bizə gənc artist Saleh Əzimzadə təqdim edir. Yeri gəlmişkən bildirək ki, bu rol Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu S.Əzimzadənin professional səhnədə debütüdür. Artist bütünlüklə özünü qəhrəmanının keyfiyyətləri ilə birləşdirməyə səy göstərir. Onun qəhrəmanı namuslu, əməksevər ailədə böyüyüb təhsil almış gəncdir. Şöhrət Bakıda prokuror köməkçisi işləyib. İndi isə ona etimad göstərərək Xınalı rayonuna prokuror təyin ediblər. Anası Sona xanım (aktrisa Qızılgül Quliyeva) oğlunun Xınalıya getməsindən bərk narahatdır. (Amma biz bu narahatçılığın səbəbini sonra biləcəyik). Şöhrətin inadkarlığını və sözünün üstündə qətiyyətlə durduğunu görən ana onunla rayona getməyə məcbur olur.

Xınalıda Şöhrət rayon prokuroru kimi müxtəlif cinayət işləri ilə rastlaşır və onları açmaq üçün əməli tədbirlər görür. “Qanun hamı üçün qanundur” prinsipi Şöhrət Poladovun həyat amalıdır. Çətin anlarlnda xəyalən haqsızlığın qurbanı olmuş və vaxtsız dünyasını dəyişmiş atası Kamranla danışır, onun məsləhətinə ehtiyac duyduğunu dilə gətirir.

Şöhrətin Şirəhmədlə qarşılaşma səhnəsində iki qüvvə - Xeyirlə Şər üz-üzə dayanır. Şirəhməd zahirən özünü təmkinli göstərməyə çalışır, içəridən isə od tutub yanır. Şöhrəti bərkdən-boşdan çıxarmaq üçün hər vasitəyə əl atır, hətta evinə də dəvət edir. Şöhrət isə onun “xeyirxahlığını”  rədd edir. Şirəhməd yeni prokurora yol tapmağın mümkünsüz olduğunu görüb çirkin niyyətlər arzusu ilə onun yanından çıxıb gedir.

Şöhrət isə öz növbəsində qorxulu bir tiplə rastlaşdığını və məhz Şirəhmədin tikinti trestində törədilmiş cinayətdə əli olduğunu yəqin edir.

Gənc artist Saleh Əzimzadə öz qəhrəmanını müxtəlif vəziyyətlərdə slnaqdan keçirir.

Şöhrət hələ evdə ikən anasından həbs edilmiş Səlimxanı tanıyıb-tanımamasını soruşanda Sona xanım bu addan qorxur, təşviş hissi keçirir. Aktrisa Qızılgül Quliyeva bu qorxunun əsl səbəblərini açanda, diqqətimizi onun əlində tutduğu bir əsgər portreti cəlb edir. Bu Şöhrətin atasının şəklidir. Aktrisanın sözlərindən məlum olur ki, Şöhrətin atası əslən Xınalıdandır. O, cəbhədən qayıdandan sonra Xınalının Qüzeyli kəndində kolxoz sədri vəzifəsində çalışıb, daha sonralar naməlum səbəblərə görə həbs olunub. Onun tutulmasında Şöhrətin adını çəkdiyi Səlimxan Haqverdiyev biləvasitə iştirak edib. Məhz bu səbəbdən ana oğlunun taleyi üçün qorxduğundan Şöhrətin o vaxt Xınalıya getməsinə razı deyildi.

Səlimxan obrazını Əməkdar artist Sucəddin Mirzəyev oynayır və ən dramatik yük də onun üzərinə düşür. S.Mirzəyevin yaratdığı obraz öz keçmişinə görə daxilən əzab çəkir. O, yeni prokurorun köhnə dostunun oğlu olmasına həm sevinir, həm də kədərlənir. Səlimxanda həyat eşqi güclüdür,O, bilir ki, günahsızdır, onun həbsxanaya salınması, haqqında cinayət işinin açılması Şirəhmədin və Qəzənfərin kələyi nəticəsində baş verib. Səlimxan həyata və insanlara inamını itirmir. Onun tutulmasında əli olanların bir gün öz cəzalarına çatacağına, haqqın ədalətə qovuşacağına qəlbən inanır.

Tamaşanın lirik-psixoıoji yerlərindən biri final səhnəsidir. Bu səhnədə quruluşçu rejissorlarla aktyorların ümumi məqsədə xidmət etmələri özünün gözəl bəhrəsini verir. Tamaşaçı elə bil ki, teatrda yox, məhkəmə salonunda oturub. Artıq Şirəhməd və Qəzənfər ifşa olunaraq məsuliyyətə cəlb olunublar. İndi Səlimxan barəsində hökm çıxarılmalıdır. Sona xanım oğlundan atasının düşmənindən intiqam almasını tələb edəndə, Şöhrət sanki odla su arasında qalır. O, daxilən sarsıntı keçirir, düşünür, tərəddüd edir. Lakin prokuror Poladov qanunu şəxsi ədavətdən daha üstün hesab edir. Səlimxan bəraət qazanmaqla haqq-ədalət öz yerini tapır.

Tamaşada bütün iştirakçılar, o cümlədən Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Emil Tağı (Amazov), Vəfa Hacızadə (Surə), Teymur Hacızadə (Polis) ümumi məqsədə nail olmaqdan ötrü fəal çıxış edirlər.

Rəssam Fuad Babazadə və musiqi tərtibatçısı Miranda Qurbanova rejissor fikrinin açılmasına böyük əmək sərf etməklə məqsədlərinə nail olublar.

Bir sözlə, yaradıcı kollektivin ümumi səyləri ilə Lənkəran Dövlət Dram Teatrında daha bir müasir və maraqlı tamaşa yaradılıb.

Sonda qeyd edək ki, “Prokuror” tamaşasının premyerasında Məmmədhüseyn Əliyevin və Tələt Qənbərovun övladları, yaxın qohumları da iştirak edib.

Ağaddin BABAYEV,

yazıçı-publisist, teatrşünas.

Lənkəran.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ