Bazar günü günü, 22 noyabr 2026
     

Mənimsəmələr olduğu üçün “Azərbaycanfilm”ə büdcə ayırmaları ilbəil azaldılır - məntiq varmı?..

Image


Kinoya ayrılan vəsaitin ilbəil azalması uzun müddətdir ki, müzakirə mövzusuna çevrilib. Dövlət büdcəsindən “Azərbaycanfilm”ə, bütövlükdə kinoya ayrılan vəsaitin həcminin azaldılmasının səbəbləri maraq doğurur. İddialara görə, səbəb illərlə kinoya ayrılan vəsaitlərin uzun illər mənimsənilməsi olub.

Keçmişdə kinoya ayrılan büdcənin dağıdılması nəticəsində bu gün dövlətin kinoya etimadının azaldığı və bu üzdən də kinoya ayrılan büdcənin azaldıldığı deyilir. Mədəniyyət Nazirliyi də qeyri-rəsmi olaraq deyir ki, kinoya dövlət hələ geniş büdcə ayırmaycaq, çünki mənimsəmələr olur. İddialara görə,

kinoya 1 milyon manat ayırıblarsa, onun 200 minini mənimsəyiblər. Amma təəssüf ki, buna görə hələ kimsə məsuliyyətə cəlb olunmayıb.

  • “Bəs kinoya ayırdığınız pulları niyə nəzarətdə saxlamırsız ki, biləsiz o pul kinoya çatır, ya çatmır”

Məsələyə münasibət bildirən xalq artisti, tanınmış kinorejissor Əbdül Mahmudbəyov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əvvəlki illərdə kinoya ayrılan vəsaitin həcmi açıqlanırdı, amma son illər heç məlumat da verilmir: “İndi bilmirəm kinoya nə qədər vəsait ayrılır. Əvvəllər deyirdilər bilirdik, indi demirlər. Sevinirəm ki, hələ də ölkə KİV-də kino ilə maraqlanan, onun dərdinə-sərinə qalanlar var. Bizim üçün müqəddəs dəyər dövlətimiz, dövlətçiliyimizdir, canımızı-qanımızı onun yolunda qoyuruq. Bu gün Azərbaycan dövlətinə ən böyük xəyanət edənlər nazirlərdir, vəzifəli şəxslərdir. Bu faktdır. İşdən qovulan, “paçka” ilə tutulan məmurlar deyil? Bunların hamısının yeri bəlli, yurdu bəlli, onlara qarşı niyə bir cəza yoxdur?

Kinoya gəlincə, neçə illərdir dava döyürəm ki, kino müstəqil qurum olmalıdır. Çünki kino industriyadır, istehsalatdır və millətin böyük tarixidir, bütün dünya ilə əlaqəli bir sahədir, kino heç vaxt Mədəniyyət Nazirliyinin tərkibində ola bilməz. Bu mümkün deyil. Ona görə ki, bununla bağlı dünya praktikaslı var. Sovet ittifaqının vaxtında kino ilə bağlı Leninin vəsiyyəti vardı, kino ayrıca bir nazirlik idi, öz əli öz başı idi, alınan, verilən, xərclənən pulların əvvəldən axıra qədər haqq-hesabı aparılırdı. Əbülfəs Qarayev nazir olanda mənə dedi ki, sən bizdən əl çək. Dedim niyə? Dedi ki, beş-üç manat pul veriblər, nazirliyin də min dənə problemi var və sair. İndiki naziri tanımıram, hazırda nazirlikdən xəbərim yoxdur. Bir neçə dəfə təzə nazirə müraciət etdim, amma qəbul da etmədi, danışmadı da. Mədəniyyət Nazirliyinin zaman-zaman hər kəsə borcu olub. Mədəniyyət evləri, kinotearları, musiqi məktəbləri həmişə borc içində olub, pul da büdcədən ayrılıb Mədəniyyət Nazirliyinin fonduna gəlir. Mədəniyyət Nazirliyində də hamıya borclu olan müəssisələr, idarələr göz-göz dayanırdılar, pul ora gəlincə qapa-qap düşürdü. Ortada bir az pul qalır, onu da 25 faiz ora, 20 faizi bura deyib yerbəyer edirdilər. “Azərbaycanfim”ə ayrılan 6 milyon manatın heç yarım milyonu gəlib kinostudiyaya çıxmırdı. Mən o vaxtdan danışıram. İndi bilmirəm. Çox sağ olsun Azərbaycan dövləti də, Prezident də hələ də kinomuzu qorumaq, kinomuzu yaşatmaq üçün bu vəsaiti ayırırlar. Dünyanın heç yerində dövlət kinoya pul vermir, dövlət kinodan pul qazanır. Dövlət pul ayırır. Ortalığa qarşılıq, ayrı-seçkilik, ögey-doğmalıq düşdü. Biri dedi “filankəsə xalq artisti”, o biri “filankəsə əməkdar artist, təqaüd” verilsin, başqa birisi maşın istədi...Biz kinonun aqibətini, kinonun taleyini kino ilə yaşayan, onun tozunu toropağını udan, qoxusunu bilən insanlara etibar etməmişik. Kinoya rəhbərlik edən şəxsləri kənardan gətirib oturtmuşuq. Kino elə spesifik sahədir ki, Kinostudiyaya kinonun tozu, torpağı, naftalin iyi, sexlərinin, pavliyonlarının, dekorasiyalarının, lentinin qoxusu ilə yaşayan adamlar rəhbərlik etməlidir. Yoxsa kənardan gəlib orada özü üçün şöhrət qurub bir kino çəkib pulunu alıb gedənlər kinostudiyaya rəhbərlik etməməlidir. İşi iş bilənə tapşırmaq lazımdır. O il kinoya ayrılan 6 milyonla bağlı maliyə naziri narazılıq etdi, nazir düz edib narazılığını bildirdi. Mən də ona təşəkkür etdim, fikirlərini bəyəndiyimi dedim, “bəs kinoya ayırdığınız pulları niyə nəzarətdə saxlamırsız ki, biləsiz o pul kinoya çatır, ya çatmır” sualını ünvanladım. Maliyyə nazirinin bu sorğunu verməyə səlahiyyəti var, amma bizim yoxdur, bizi saya salan yoxdur. Azərbaycanda yalnız bir “şəxsiyyət” var o da vəzifədir, qeyrət, namus yalnız vəzifədir. Həmin o vəzifəli şəxslər də səlahiyyətlərindən istifadə edib öz oyunlarını oynayırlar. Nəylərinə lazımdır ki, ağrımaz başına pul bağlasınlar. Nəyinə gərəkdir ki, kino çəkildi, yoxsa yox. Dövlət büdcəsindən havayı gələn puldur və daş atıb qolu ağrımayıb ki, götürüb o pulları daxili borclarına xərcləyirlər. 20-30 ştatları var hərəsi 400-500 manat maaş alırlar. Özləri üçün keyf edirlər kinostudiyada burada qarala-qarala, boğula-boğula qalıb. Adı kinonun dadı özgəsinin. Belə olmaz. Mən mədəniyyət nazirinə müraciət etdim ki, niyə bizimlə görüşüb məsləhət etmir, danışmır. Bizim marağımız nazirin şəxsi marağı deyil, marağımız mədəniyyəti, kinonu müdafiə etməkdir. Təcrübəmiz də var, peşəkarlığımız da var, məsləhət də verə bilərik, iş də görə bilərik. Pulun alınmasının, sərf olunmasının mexanizmini nazirə deyə bilərik. Yalandan 3-5 dənə alayarımçıq kino çəkməkdənsə, kino işçilərini səfərbər edin, bədii şura çağırın, mövzunu təsdiq edin, mövzuya aid rejissoru təyin edin və istehsalat qrupu ayırın həmin o pula bir dənə yaxşı film çəkilsin. Xalq da, dövlət də, dünya da görsün ki, yaxşı bir film çəkilib. Sonra iki film çəkək, daha sonra sayını artıraq. 50 minə, 100 minə, yarım milyona, bir milyona kino çəkərlər? Heç bu oliqarxların uşaqları yarım milyona xaricə istirahətə getmirlər. Kinoya verilən qiymət belə ucuzdur? Nəyə görə Şah İsmayıl filmini dayandırıblar? Bu filmə Heydər Əliyevin xüsusi təşəbbüsü ilə başlamışdıq, pul da xərclənmişdi. Neçə ildir niyə dayandırıblar? Niyə Ağaməhəmməd Şah Qacar, niyə Nadir Şah haqda, niyə Qarabağla bağlı film çəkilmir? Niyə çəkməyə qoymurlar? İşi  işbilənə tapşırmaq lazımdır. Şapalaqla üz qızartmaq olmaz”-deyə Ə.Mahmudbəyov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ