Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Bir il ötür Vətən müharibəsindən, bircə dənə bədii film çəkilmədi...

Image


Vətən müharibəsindən bir il keçməsinə baxmayaraq, hələ də Azərbaycanın zəfərini əks etdirən tammetrajlı bədii film çəkilməyib. Azərbaycanın tarixi zəfərini kinoya daşımaq və bunu təbliğ etmək ən mühüm məsələ olduğu halda, Azərbaycanın qələbəsi bədii kinoda görsənmir. Halbuki, bu işə xüsusi diqqət ayrilmali və böyük filmlərin çəkilişlərinə başlanılmalı idi.

Hətta müxtəlif xarici ölkələrdən, lap elə qardaş Türkiyədən rejissorlar dəvət etmək, bu istiqamətdə müştərək layihələr həyata keçirmək olar. Amma bizdə hələ bir tərpəniş yoxdur. Xırda-para işləri, sənədli filmləri nəzərə almasaq, demək olar ki, bu sahədə də axsayırıq. Necə ki, torpaqlarımızın 28-30 il işğalda olduğu dövrlərdə Azərbaycan kinosu susurdu, bu gün də həmin susqunluq davam edir. Əvvəllər deyirdilər ki, müharibə başa çatmayıb nəticə yoxdur, ona görə də film çəkə bilmirik. İndi isə ortada qələbə adlı böyük nəticə var, amma film yoxdur.

Bir məqamı da vurğulayaq ki, ermənilər həm 30 ildə, həm də Azərbaycanın qələbəsindən sonra Qarabağla bağlı bədii filmlər çəkməkdə davam edirlər, hətta bu işə xarici rejissorları da cəlb edirlər. “Arsax müharibəsi” haqda ermənilər neçə-neçə film çəkib, amma biz hələ də bir iş görməmişik. Görülən işlər də göz qabağındadır. Yarımçıq, ideyasız, gözə kül üfürmək naminə çəkilənlərlə isə heç yerə çıxmaq olmur. Ermənilər Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni qaralamaqla məşğuldur, biz isə susmaqla, dəxli olmayan mövzuların ardınca düşməyə vurğunuq.

Hər kəs düşünürdü ki, Vətən müharibəsi başa çatdıqdan qısa müddət sonra Mədəniyyət Nazirliyi Zəfər tariximizlə bağlı tammetrajlı filmlərin, serialların çəkilməsi üçün hərəkətə keçəcək, “Azərbaycanfilm” Kinostudiyası, özəl kino şirkətləri layihələr təqdim edəcək, amma bunların heç biri hələ ki, baş verməyib. Azərbaycan tarixçiləri Təhsil Nazirliyinin sifarişi ilə çox qısa müddətə “Zəfər tarixini” hazırlayıb şagirdlərimizə təqdim etdilər, amma bədii kinodakılar hələ də gözləmə mövqeyindədir.

  • Hafiz Cabbarov: “Çox təəssüflər olsun ki, bu istiqamətdə...”

“Zəfər tarixi” dərsliyinin həmmüəllifi, tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, zəfər tarixi yalnız söz xatirinə deyilmir, sözün həqiqi mənasında bu zəfər tarixidir. “Azərbaycan xalqı, Azərbaycan ordusu doğrudan da müstəsna qəhrəmanlıq, igidlik göstərib. Biz igidliyi, qəhrəmanlığı yalnız əldə silahla döyüşməklə təqdim etməməliyik. Bəli, bu böyük və müstəsna igidlikdir, amma burada arxa cəbhədə olan vətəndaşlarımızın birliyi, cəbhə üçün etdikləri də bir qəhrəmanlıqıdır. Ahıl yaşlı Hikmət baba öz təqadününü orduya köçürüb, şagird balalarımız öz günlük xərclərini ordunun ehtiyacları üçün göndərmək istəyirdi. Bunlarla yanaşı, ön cəbhədə oğullarımız, qəhrəman əsgərlərimiz qanları, canları ilə tarix yaradırdılar, qəhrəmanlıq dastanları yazdılar. Ön cəbhədə elə misilsiz igidlik səhnələri, yaşantıları olub ki, bunların çoxunu biz bilmirik, bəzilərini bilirik. Bu hadisələrin hər biri bir film mövzusudur. Çox təəssüflər olsun ki, bu istiqamətdə işlər çox zəifdir. Etiraf etmək və bir az real danışmaq lazımdır ki, indi bizim Adil İsgəndərov, Tofiq Tağızadə, Mehdi Məmmədov, Həsən Əbluc, Həsən Məmmədov, Həsənağa Turabov və s. kimi görkəmli rejissorlarımız, aktyorlarımız yox dərəcəsindədir. Qarabağ Zəfəri haqqında film çəkmək üçün o səviyyədə rejissorlarımız, kino işçilərimiz yox vəziyyətindədir, yaxud barmaqla sayılacaq qədərdir. Bu işə peşəkarlar cəlb olunmalıdır, etiraf edək ki, bizdə də peşəkarların sayı çox azdır. Bu baxımdan, peşəkarların az olduğu məqamda Vətən müharibəsində qazandığımız zəfəri, bu zəfəri qazanan igidlərimizin qəhrəmanlıqlarını əks etdirəcək və onu ifadə edə biləcək kinossenarilər yazmaq asan olacaqmı? Qarabağ zəfərini tam olaraq ifadə edə biləcək kinossenari yaza biləcək, onu çəkə biləcək peşəkarların olmasına adam bir az tərəddüd edir. 30 ildir dövlətimiz müstəqildir və bu dövrdə bizim çox yüksək səviyyəli, peşəkar aktyorlarımız, rejissorlarımız yetişməli idi. Onlar ya yetişməyib, ya da onları bu və ya digər səbəbdən biz yaxşı tanımırıq. Bu düşündürücüdür, yəni biz onları tanımırıqsa, demək onlar adlarını çəkdiyimiz aktyorlar, rejissorlar səviyyəsində deyillər. Ancaq eşitdiyimə görə, “Fəryad I”in davamı olaraq “Fəryad-II” filmi çəkilib. “Fəryad II” də torpaqlarımızın azad olunmasından bəs edir”.

H.Cabbarov qeyd edir ki, filmlərin çox böyük əhəmiyyəti var, çünki filmlər əsasən “yumşaq güc” rolu oynayır. “Bizim üçün Vətən müharibəsi elə müqəddəs bir ifadədir ki, gərək bu mövzu ilə bağlı çəkilən filmlər də ona layiq olsun. Elə bir film olmalıdır ki, beynəlxalq ictimaiyyət də bu filmə baxsın və hadisənin əsl mahiyyətini öyrənsin. Bilirsiz ki, müharibə yalnız səngərlərdə deyil, həm də informasiya cəbhəsində gedir. Hesab edirəm ki, bu filmlər vasitəsilə Azərbaycan ordusunun qəhrəmanlığı təkcə xalqımıza deyil, həm də dünya xalqlarına çatdırılmalıdır. Fikrimcə, bu baxımdan, qardaş Türkiyənin bu istiqamətdəki geniş təcrübəsindən istifadə etməliyik, onlarla bərabər filmlər çəkməliyik”.

H.Cabbarov qeyd edir ki, eyni platformada birləşdiyimiz və eyni soya, ortaq tarixə və sair aid olduğumuz digər türk dövlətləri ilə də müştərək filmlər çəkməliyik. “Ortaya Zəfər tariximizin adına layiq mükəmməl bir film qoyulmalıdır”- deyə H.Cabbarov qeyd etdi.

  • Eldəniz Quliyev: “Zəfər tarixi haqda film çox mükəmməl olmalıdır, ona başdansovdu yanaşmaq olmaz, bu filmi isə peşəkarlar çəkməlidir”

Kinodramaturq Eldəniz Quliyevin də fikrincə, bu mövzuya peşəkar münasibət olmalıdır. Bununla belə, E.Quliyevin sözlərinə görə, hər hansı bir qlobal hadisədən sonra onun haqqında bədii söz demək, onu ictiamiyyətin müzakirəsinə təqdim etmək üçün müəyyən vaxt keçməlidir ki, hadisəni qəbul edib həzm edə, analiz edə bilək: “Hadisəni bədii süzgəcdən keçirmək üçün müəyyən vaxt lazımdır. Bu mənada hesab edirəm ki, 44 günlük müharibə bitdikdən dərhal sonra oturub ssenari yazmaq, film çəkmək düzgün deyil. Sənədli fikmlər, xronika çəkmək olar, hətta cizgi filmi də çəkmək mümkündür. Bədii film üçün isə zaman lazımdır. Bu, işin bir tərəfi. İkinci tərəfdən, siz haqlısınız. Biz işi nəinki vaxtında etmirik, ümumiyyətlə etmirik. Təəssüf ki, ermənilər bu məsələdə bizdən həmişə qabaqadı. Onlar “Ararat” filmi də çəkib dünyaya yaydılar. İndi də hansısa bir filmləri “Oskar”a namizəd kimi təsdiqlənib. Bunlar o məsələyə təşəbbüs göstərirlər. Bilirsiz, normal kino çəkmək böyük sərmayə, böyük pul tələb edir. Amma ermənilər acından ölə-ölə, “acından məhv oluruq” qışqıra-qışqıra film çəkməyə pul tapırlar. Kino görün nə qədər vacib məsələdir ki, ona pul tapırlar. Bu saat dünya hər bir ölkənin ağrısını da, problemini də, sevincini də kino vasitəsilə və onlayn üsullarla qəbul edir, dərk edir, yaxud etmir. Bizdə, çox təəssüf ki, kinoya münasibət qənaətbəxş deyil. Avqustun 2-si kino günü oldu, onlarla insan fəxri ad gözləyirdi, bir xoş sürpriz gözləyirdi, bir təşəkkür gözləyirdi, amma heç nə olmadı.  Mən bu sözü deməyə məcburam ki, Heydər Əliyev kinoya çox ciddi münasibət bəsləyirdi, onu televiziyadan da üstün tuturdu. Azərbaycan kinosu da onun vaxtında dirçəlməyə başladı. Adam gərək sözün düzünü desin. “Azərbaycanfilm” Kinostudiyası nə almışdısa onun vaxtında almışdı, kinostudiyaya alınan texniki avadanlıqlar birbaşa Heydər Əliyevin göstərişi və ayırdığı maliyyə hesabına alınmışdı. Hələ də “Azərbaycanfilm” həmin o texniki avadanlıqlarla işləyir. Mədəniyyət Nazirliyi kinoya fikir vermir. Mədəniyyət Nazirliyinə gündə biri gəlir, hamısı da kinodan xəbərsiz. Təzə nazir də bilmirəm nə ilə məşğuldur, amma kinonun heç yanından keçmir, bilmir ki, kino mədəniyyətimizin bir tərkib hissəsidir. Bir çox ölkələrdən fərqli olaraq, bizim milli kinomuz olub və hər hansı nazir istəsə də, istəməsə də yenə də olacaq. Sadəcə, indi ona olan mübasibət bir az zəifləyib”.

“Ermənilər Azərbaycan əleyhinə onlarla film çəkib, Qarabağ zəfərini qaralamaqla məşğuldurlar, biz erməni yalanlarını ifşa etmək üçün dünyaya nə təqdim edirik? Milli ideoliji baxımdan kinomuz çox axsayır. “Nə etmək lazımdır?“- deyə E.Quliyevdən soruşduqda müsahibimiz bildirdi ki, bu işlərə sevgi ilə yanaşmalıyıq, ağrımıza ağrı, sevincimizə sevinc kimi yanaşmalıyıq. “Bu bizim öz ağrımıza, sevincimizə münasibətimizdən irəli gəlir. Demək, burada çox qüsurlarımız var, biz daha çox pafosla, rtorika ilə danışmağı sevirik, işə gələndə isə dayanırıq. Amma tariximiz ekrana köçürülməlidir. Tarix bir qanla, bir də kino lenti ilə yazılır, üçüncüsü yoxdur. Vətənə, xalqa sevgi lazımdır...biz bu sahədə axsayırıq. Kinonu peşəkarlardan alıb teleseriallar çəkən qeyri-peşəkarlara, pul qazamaq istəyənlərə veriblər. Kinonu öz məcrasından çıxarıblar. Bu cür vəziyyətə slaıblar və düşünülmüş şəkildə bir siyasət yürüdüblər. Kimə lazımdır ki, milli-mənəvi dəyərləri hiss etsin, insanların zövqü artsın, korşalmasın, amma əksini istəyirlər... Zəfər tarixi haqda film çox mükəmməl olmalıdır, ona başdansovdu yanaşmaq olmaz, bu filmi peşəkarlar çəkməlidir...”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ