Cümə günü, 14 avqust 2026
     

Televiziyalarımız “Qatır Məmməd”, “26-lar”, “Səhər” kimi bolşevik ideologiyalı kinolardan əl çəkmir...

Image


Bu reallıqdır ki, kino qədər şüurlara təsir edə biləcək ikinci bir təbliğat vasitəsi yoxdur. Ona görə də son 100 ildə bütün zərərli ideologiyaların insanların şüuruna hopdurulması, yeridilməsi üçün kinodan istifadə edilir.

Müxtəlif ölkələrin dövlət müstəqilliyinə son qoyub xalqların azadlığını əlindən alan Sovet hökuməti də öz işğalçılıq, talançılıq əməllərini kinofilmlər vasitəsilə “xalqlara qurtuluş”, “hürriyyət” kimi qələmə verirdi. Sovet hakimiyyətinin müxtəlif illərində bolşevizm ideologiyasını təbliğ edən yüzlərlə bədii film çəkilib, bu filmlərdə Azərbaycan xalqının milli düşüncəsi, adət-ənənələri, milli dövlətçilik tarixi tənqid edilir, tarixi şəxsiyyətlərimizə, milli dövlət xadimlərimizə ləkələr yaxılır, onlar aşağılanırdı.

Azərbaycan dövləti düz 30 ildir dövlət müstəqilliyi əldə edib. Amma hələ də bizim telekanallarda sovet ideologiyasını təbliğ edən, bolşevikləri, işğalçıları “göyün yeddi qatına” qaldıran filmləri nümayiş etdirməkdən əl çəkmək istəmirlər. Bəzi televiziyalar “Qatır Məmməd”, “Səhər”, “26-lar” və bu qəbildən olan milli dövlətçilik ideologiyamıza zidd filmləri nümayiş etdirməkdə davam edirlər. Gizlin deyil, özləri də bilmədən müstəqilliyimizə zidd olan bu kimi ideoloji cəhətdən zərərli filmlər təbliğ edirlər. Bu filmlərin çoxunda Azərbaycan Xalq Cümhuriyyətini, onun qurucuları, xalqımızın dövlət xadimləri “düşmən”, “qatil” olaraq təqdim edilir.      

Telekanallarımız sovet ideologiyasını təbliğ edən filmlərin nümayişindən niyə əl çəkmək istəmirlər?

Ekspertlərin fikrincə, TV-lər tez-tez olmasa da, müəyyən vaxtlarda onları nümayiş etdirirlər. Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə olan və milli dövlətçilik ideologiyasına zərər vuran bu filmlərin nümayişinin Mədəniyyət Nazirliyi tərəfindən, ümumiyyətlə, qadağan edilməli olduğunu deyən ekspertlər hesab edirlər ki, bu gün bizə dövlət müstəqilliyimizi daha da möhkəmləndirən, bizi dövlətçilik ideologiyasına bağlayan filmlər lazımdır.

  • “Kor-koranə o filmləri efirə vermək, nümayiş etdirmək olmaz”

Tanınmış kinorejissor Şamil Əliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda bolşevizm ideologiyasını təbliğ edən filmlər bir-iki deyil, daha çox çəkilib. “O dövrün ideologiyasından, ideoloji basqısının təsirindən yaranan həmin filmlər müəyyən zaman çərçivəsinin “əsirinə” çevrildi. Bundan imtina etmək çətin məsələ idi, çünki o illərdə “Azərbaycanfilm” çox böyük basqıların təsiri altında idi. “Azərbaycanfilm”də bir filmi ərsəyə gətirmək üçün hələ Azərbaycanda bir neçə mərhələdən keçməli idi. O mərhələnin də başında kommunist ideologiyasına, əqidəsinə xidmət edən insanlar dayanırdılar. Məsələn, çəkiləcək filmlər Azərbaycanda 4 mərhələdən keçməli idi və ondan sonra Moskvaya getməli və orada da 4 mərhələdən keçməli idi. Elə filmlər olurdu ki, heç onlar Azərbaycandakı mərhələlərdən keçə bilmirdi, onlar Moskvaya gedib çıxmamış, daxildə kommunist ideologiyasının basqısına məruz qalırdı. Sözsüz ki, o filmləri kütləvi olaraq televiziyalarda yox, müəyyən klublarda göstərmək olar. Bu da o şəkildə təqdim edilməlidir ki, onların nümayişindən əvvəl gərək kinoşünaslar, tarixçilər, mütəxəssislər danışsınlar, bu filmlərin hansı səbəbdən belə ərsəyə gətirildiyi haqda izah versinlər. Bu əsaslı izahlardan sonra isə o filmələri təqdim etmək olar. Düz deyirsiniz, burada bir azca biz elə bil ki, ideoloji əqidə ayrıcında qalmışıq. Amma Azərbaycan müstəqil dövlətdir, onun özünün azərbaycançılıq ideologiyası var. Biz bu ideologiyaya sadiq olmasaydıq, Qarabağda o cür zəfər qazana bilməzdik.  Azərbaycan əhalisinin mütləq əksəriyyəti Azərbaycan uğrunda canını verməyə hazırdır. Bu cəhətdən sizinlə razıyam ki, kor-koranə o filmləri efirə vermək, nümayiş etdirmək olmaz”.

Ş.Əliyev hesab edir ki, bu filmlərin hansı basqılar altında ərsəyə gətirildiyi mütləq şəkildə yeni nəsil tamaşaçılarına izah edilməli, mütəxəssislər rejissorun hansı səbəbdən belə bir film çəkdiyinin səbəblərini çatdırmalıdırlar. “Məsələn, “Yeddi oğul istərəm” filmi komsomola həsr olunsa da, burada komsomol ideyalarına üstünlük verilsə də, amma Tofiq Tağızadə burada böyük peşəkarlıq göstərib, azərbaycanlılığını ortaya qoyub. O filmdə Gəray bəyi heç alçaltmadı, o öz qürurunu saxladı. Filmlərdə bunu çox çətinliklə etmək olurdu, həmişə də etmək mümkün deyildi. Bunu Tofiq Tağızadə etdi, başqa rejissor olsaydı, edə bilməzdi. Çünki SSRİ-də tanınmış rejissorlardan biri idi. Ona inanırdılar, bəlkə də dostları “göz yummuşdu”.

Çox vaxt efiri doldurmaq xatirinə milli dövlətçilik ideologiyamıza zidd olan bu filmləri ekrana verirlər, amma bu da çox zərərli bir məsələdir” - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ