Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dağlar inciməz…

Image


…Yeni imza. Təəssüf ki, Əyyub Paşa imzası mənim üçün yeni oldu və qarşımdakı kitabı oxuduqca bu hiss məni daha çox bürüdü. Fikirləşdim: necə olur ki, 60 illik həyatımda bu cür qələm sahibi olan bir müəllifi  tanımamışam və ruhumu oxşayan bu şeirlər mənim diqqətimdən yayınıb? Düzü, bu yazan və yazılar bolluğunda Əyyub Paşanın imzasına vuruldum.

İstər təbiət, istər məhəbbət, istərsə də digər mövzularda yazdığı şeirlər məni valeh etdi. Hətta elə misralar oldu ki, məni silkələdi də. Mən ürək sözlərimin ilk ilk sətirlərindən qələm dostumu, eloğlumu duyğulu insan adlandırıram. Onun heç bir şeirində gəzilmiş misralarla üzləşmədim. Sözlər də, misralar da çox rahat, öz yerindədir. Əyyub Paşa şeiri, sözü də yaxşı bilir, yazmağın texniki tərəfini də, həyatı da… Baxış:

…Bu da Qara bulaq, bu da Damcılı,
Keçdiyim çəhlimi, izi gəzirəm.
Dərib qomladığım quzqulağını,
Batırıb yeməyə duzu gəzirəm…

«Qomlamaq» ifadəsi yəqin ki, ancaq Azərbaycanın Qərb bölgəsində, o cümlədən, Borçalıda işlənir. Toplamaq mənasını verən bus öz görün şairin deyimində necə gözəldir. Eldən, təbiətdən gələn bu növ işlənmələr Əyyub Paşanın şeirlərində kifayət qədər var, bu da onun hər bir əsərinə xüsusi ətir qatır.

Bəzən zəngin ölkəmizin hər bir bölgəsi özünəməxsusluğu ilə fərqlənir. Qazaxda məşhur söz adamları – aşıqları, şairləri, alimləri ilə tanındığından əslində, Əyyub Paşanın «quru şair» olmağa haqqı yoxdur. «Dünyanın ləzzəti gözümdən düşdü» deyən şair dostum görün sözlərində necə də səmimidir:

…Çimirsiz gecələr, qayğılı günlər,
Zirvələrdə qaldı səbirli illər,
Qəmzəsiz gözəllər, hənirli dillər,
Sözümdən atlandı, sözümdən düşdü,
Dünyanın ləzzəti gözümdən düşdü…

Burada işlənən «çimirsiz»,  yəni yuxusuz sözü də – «Səməd qağa, gəl, Qazağa gəliynən» ifadəsi də zənnimcə yerindədir, uğurludur. Ümumiyyətlə, mən bu «yeni imza» sahibini tanıdıqca onun şeirlərini daha çox el üslubunda yazdığını, ağız ədəbiyyatı üçün uyğun olduğunu anladım. Bu da səbəbsiz deyil. Müəllif məhz ixtisası və həyat tərzi ilə əlaqədar el içində olur. Sadə insanlarla təması daha çoxdur.

Əyyub Paşanın «İncimə, dağlar, incimə» adlı qarşımdakı kitabında dostlar haqqında da şeirləri var. Oxuduqca görürsən ki, bu silsiləli şeirləri də təmənnasızdır. Adətən biz ünvanlı şeirlərin imkanlı, tanınmış imkan sahibi olanlara yazıldığının şahidiyik. Amma Əyyub Paşa kimlərə şeir yazıb? – Aşıqlara, müəllimlərə, el ağsaqqalına, nəvəyə, övladlara…

Ayrılıq, həsrət, itki həmişə qələm əhlinin yaralı yeri olub. Bayaq dediyim kimi Əyyub Paşanın məni silkələyən şeirlərindən biri «İtirən zaman» oldu:

…Ömrümü tərk etdi sevdalı çağım,
Söndü, külə döndü odum, ocağım,
Qara buza döndü isti qucağım,
Paşa Nərgizini itirən zaman…

Bu misraları oxuduqca istər-istəməz mərhum Xalq şairimiz Hüseyn Arifin «Hardasan, ay oğul, başına dönüm, Xəbərin varmı ki, yaş altımışdır» və ya rəhmətlik Nüsrət Kəsəmənlinin «Bizim evdə biri vardı, biri yox» şeirlərini xatırladım. Eyni nisgil, eyni ağrı… içimdəki bütün kövrək duyğularım bu məqamda baş qaldırmışdı. Bax, mən Əyyub Paşanın şeirlərini bu duyğularla oxumaqda davam etdim.

Əyyub Paşa yazdığı qoşmalarda olduğu kimi, gəraylılarında da, o cümlədən, şeirin digər müxtəlif növlərində də qələmini uğurla sınayıb. Onun şeirləri hər sahədə bütövdür, tamdır.

Rəhmətlik müəllimim folklorşünas alim Mürsəl Həkimov demişkən, son vaxtlar ruha tam verən belə şeirlər oxumamışdım:

…Kövrək şair ürəyimin
Dərdini heç qanan yoxdu,
Alışdırıb hisslərimi
Ocağında yanan yoxdu…

Ürəyimcə olan şeirdir. Və məncə incə ruhlu insanların hamısı üçün doğmadır.

Məlum olduğu kimi, dağlar mövzusunda da Aşıq Ələsgərdən üzü bəri çoxlu şeirlər yazılıb. Mənim də bu mövzuda silsilə yazılarım olduğundan tanış sahədir. Əyyub Paşanın yaradıcılığında da dağlara həsr olunan çoxlu sayda şeirlər var. «İncimə, dağlar, incimə» kimi incimələr kitabda diqqəti cəlb edir:

…Geydim çoban çarığını,
Gəzdim çəmən, qoruğunu,
Yedim göyəm, moruğunu,
İncimə, dağlar, incimə…

…və yaxud, «Gələmmədim sizə, dağlar»… Bir ürək sahibinin, qələm əhlinin, sirli-sehirli dağlar üçün necə xiffət çəkdiyi açıq-aydın hiss olunur:

…Tamarzıyam şirin sözə,
Məni dərdə salan üzə,
Həsrət qaldım gəlib bizə –
Doluxsunan gözə, dağlar…

Paşa müəllim, sənin haqqında qeydlərimi yazdığım gün 18 oktyabr mənim anamın anım günü idi. Evdə bu günlə bağlı hazırlıq gedirdi. Mən isə sənin ürək döyüntülərinə qulaq asa-asa göz yaşları içində oxuyurdum:

…Usanmaram,
             önündə çöksəm də diz,
Nə qədər ülvisən,
             nə qədər əziz, Ana!!!
             əziz Ana!!!

Hörmətlə: Kamandar Eyvazlı,
AYB-nin üzvü, şair



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ