çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Mahirə Nağıqızı yaradıcılığının leksik- semantik xüsusiyyətləri

Image


Poeziyanın əsas vasitəsi sözdür, ilhamdır. Sözə can verən təbdir. Sənətkarın ilhamı ilə yoğrulmuş söz misralarda ovsuna dönür, insanı başqa bir dünyaya aparır. Şair sözü sənət süzgəcindən keçirir, sözə müxtəlif mənalar verməklə fikri qüvvətləndirir, ümumxalq dilində bir o qədər də diqqəti cəlb etməyən söz məzmun və təblə yoğrulanda şeirin misralarında qeyri-adi təsir bağışlayır. Məhz ona görə də ümumxalq dilindən götürülmüş bir söz bədii dildə mənalanır, cilalanır, digər sözlərlə birlikdə məzmunun sərrast ifadəsinə xidmət edir. Lirik əsərlərdə insanın hiss və duyğularının dəqiq  ifadə olunmasında  yaxın mənalı sözlərin-sinonimlərin rolu danılmazdır.  Mahirə Nağıqızının poetik dilində yaxınmənalı söz qruplarının-sinonimlərin linqopoetik üslubi imkanları, rəngarəngliyi bütün məna çalarları ilə əks olunmaqla yanaşı əsas fikrin ifadəsində misilsiz rol oyanayır.

Dildə sinonimlik hadisəsi fikri daha dəqiq ifadə etməkdə, obrazlılığın leksik səviyyədə təmin olunmasında  xüsusi çəkiyə malikdir. Müasir Azərbaycan ədəbi dilində olduğu kimi Mahirə Nağıqızı şeirlərində də nitq hissələri baxımından sinonimləşmə hadisəsi isim, sifət və feil üçün daha səciyyəvidir.

Azərbaycan-

Göyərən ümidlərim.

Dərmanı, davasısan,

Min illik dərdlərimin.

 "Azərbaycan"

"Azərbaycan" şeirindən götürülmüş bu nümunədə "dərman", "dava" sinonimləri isimlərdən təşkil olunmuş və hər ikisi ədəbi dilimizdə işlənməkdədir.

Mahirə Nağıqızı poeziyasında elə şeir nümunələrinə rast gəlirik ki, bir bəndin dörd misrasında sinonimlər və antonimlər mütənasib işlənmiş, ziddiyyət və ahəngdarlıq bir-birini izləmişdir.

Kimə doğma dedin, kimə yad dedin,

Nə haray istədin, nə imdad dedin?

Qürbətin havası verməz dad dedin,

Adının hər adı-sanı vətəndir. 

"Vətəndir"

İlk misrada "doğma", "yad", üçüncü misrada "qürbət", sonuncu misrada  "vətən" sözlərinin təzadı fonunda ikinci misradakı "haray" və  "imdad" sinonimlərinin əsas fikrin ifadəsinə xidmət etməsini müşahidə edirik. Bir bənddə obrazlılğa xidmət edən elementlər təkcə sinonimlik hadisəsi ilə məhdudlaşmır, burada bədii təzad, bədii sual-"Nə haray istədin, nə imdad dedin?" və bədii təkrir var.

Mahirə Nağıqızı poeziyası ilə yaxından tanış olduqda aydın olur ki, onun şeirlərində bədii formalar məzmunu, milli ruhu, azərbaycançılıq ideyalarını üstələyə bilmir. Onun üçün bədii qəliblər ideanın təqdimatında təcəssüm etdirilir. "Salam olsun" şeirlər kitabına daxil edilmiş "Ay vətən" şeiri bu baxımdan səciyyəvidir. Diqqətli oxucu şeirin adında "ay" nidasının bir ana ürəyindən qopduğunu duyur, ilk bənddə ananın vətənə olan dəyərini, vətənə olan bağlılığının şahidi olur.

Ay vətən, bir səndən savayı, vallah,

Baş qoyub yatmağa bina görmədim.

Bu misralar şairin hiss-həyəcanını, fikir və düşüncəsini ifadə etməklə yanaşı ananın vətənə olan münasibətini, dəyərini ifadə edir. Oxucu vətən nəğməsini xatırladan növbəti misralarda ananın vətənə ana deməsinin  şahidi olur.

Mahirə, dərdlərin yad eldə dinsə,

Onu bir də sayma, azar mindisə.

Dünya qu tükündən yastığa dönsə,

Sənin dizlərindən, ana, görmədim.

Bəndin ilk iki misrasında "dərd" və "azar" sinonimləri fikrin daha dəqiq ifadəsinə, təkrarın aradan qaldırılmasına xidmət etməklə yanaşı leksik obrazlılığın təmin edilməsinə xidmət edir.

Vətən, torpaq və vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmiş şəhidlər Mahirə Nağıqızı poeziyasının leymotivini təşkil edir. Onun poetik yaradıcılığının ana xətti, aparıcı, istiqamətverici elementi, canı Vətən, millət və Şəhidlər mövzusudur. Bu təsadüfü deyildir. Şəhdlik zirvəsi islam ümməti və türk milləti üçün ən ali zirvədir. İslam Peyğəmbəri Məhəmməd əleyhissalam buyurmuşdur: "Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər." Şairin Tovuz şəhidlərinə həsr etdiyi "Dünən yazılan vərəq" şeiri vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına bir övgü, həzin bir ağıdır. Bu ağıda şairin ürək çırpıntılarını dərdli, kədərli lirik mənini ifadə edən "qismət", "tale", "qədər", "ölçü", "təzə" və "tər" sinonimləri fikrin dəqiq ifadəsi üçün yerində işlənmiş leksik vahidlərdir.

Ömür də qismətmiş, talemiş, eyvah,

Qədəri, ölçüsü-istəmə, istə...

Sevgi səpilərmiş, gör, necə, Allah,

Təzə, tər gül kimi, qəbirlər üstə.


Mahirə Nağıqızı yaradıcılığında sinonim sözlərin xüsusiyyətlərindən danışarkən onların dil mənsubluğu da diqqəti cəlb edir. Məsələn, onun yaradıcılığında elə sinonim sözlərə rast gəlirik ki, o sözlərin biri milli, digəri alınma mənşəlidir. 

Savalanda yatan igid oyandı,

Bayrağıdır, qan-qırmızı boyandı.

Yağı düşmən qaçaraqda dayandı,

Əhvalından, qırımından görünür.

"Görünür" rədifli şeirdən seçilmiş bu bəndin sonuncu misrasında "əhval" və "qırım" sözləri sinonim cərgə təşkil etmişdir. Lakin "əhval" sözü ərəb dilindən dilimizə keçmiş, alınma, "qırım" sözü isə həmin sözün danışıq dilində işlənən milli variantıdır. Maraqlıdır ki, ədəbi dilimizdə, adətən, "əhval" sözü işlənir, "qırım" sözü isə bir növ unudulur. Şairin milli sözlərimizə isti münasibəti, dilimizdə tarixən var olub, dialekt və şivələrimizdə bu gün də öz varlığını qoruyan sözlərə ikinci həyat verməsi olduqca təqdirə layiqdir. 

Azərbaycan ədəbi dilində sinonimlərin eyni nitq hissəsinə aid olması, əsasən isim, sifət və feilləri əhatə etməsi məlumdur. Mahirə Nağıqızı poeziyasını tədqiq etdikdə aid olur ki, nitq hissələri baxımından onun yaradıcılığında isimlərin sinonimliyi kimi sifət nitq hissəsinin də sinonimliyinə də rast gəlmək mümkündür. Məsələn, Bakıda törədilmiş  Qanlı 20 Yanvar hadisəsinə həsr edilmiş "20Yanvar qatarı" adlı şeirdə şair düşməni daha aydın təsvir etmək üçün "məkirli" və "hiyləgər" nisbi sinonim sifətlərdən elə məharətlə istifadə edir ki, oxucuda düşmən haqqında tam təsəvvür yaranır.

Düşmən məkirlidir, qansız, hiyləgər,

Planlar qurubdur uzun  illəri.

Azərbaycanın başına gətitlən müsibətləri  20 Yanvar, Xocalı faciələrini hər daim dərin kədər hissi ilə poetik dillə ifadə edən şair "Xocalı" adlı şeirində də sifət nitq hissəsinə aid sözləri bir misra daxilində elə ustalıqla işlədir ki, həmin sözlərin semantik tutumu sinonim cərgə effekti yaradır.

Dinc, silahsız adamlar,

Ölümnən baş-başaydı.

Xocalıda olanlar,

Amansız tamaşaydı.

Şairin qanadlı misralarında sifət nitq hissəsinə aid sinonimlər estetik zövqü təmin etməklə  onun yaradıcılıq möhründə daha qabarıq görünür.  

Mahirənin qəlbi dolu,

Kökü qədim, əsli ulu.

Qılınc tutmaz Çakaloğlu

Şəfa verən türkdü hocam.

"Sayın Yılmaz Çakaloğluna" adlı şeirin möhürbəndində ikinci misrada işlənmiş "kök" və "əsil" isimləri ilə yanaşı "qədim" və "ulu" biri milli digəri alınma olan sifət nitq hissəsinə aid sinonimlər şairin milli kimliyini, bir sənətkar kimi şəxsiyyətini, qüdrətini ifadə edir.

Mahirə Nağıqızı poeziyasında elə şeirlər var ki, oxucu o şeirlərin sehrindən çıxa bilmir, misralar insanı ovsunlayır, məzmun oxucunu gerçəklik və yuxu arasında var-gəl etməyə vadar edir. Açıq etiraf edim ki,  onun "Şuşa məscidində azan" şeirinin adını ilk dəfə oxuduqda  özüm-özümə bu reallıqdır, yoxsa, şairin ali arzusu? Bu misralar otuz illik həsrətin ilğımıdır, yoxsa, rəssam fırçası ilə işlənmiş möhtəşəm sənət əsəri? suallarını verməkdən saxlaya bilmədim. Bu möhtəşəm misraların Şuşanın sıldırım qayalarından gələn əks-sədası oxucuda reallıqdır, yuxu deyil, xəyal deyil, bu Azərbaycan xalqının zəfəri, milli varlığımızın təsdiqi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsinin bədii təcəssümüdür fikrini möhkəmləndirir, Şuşaya həsrət, təşnə qəlblərə su səpir.

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi,

Sıxıb sancdılar düşmən köksünə.

İlk misrasında "dikəl" və "dur"  feillərinin sinonimliyi, digər misralarda isimlərin sinonimlik hadisəsi o qədər təbii və canlı işlədilir ki, assosativ olaraq şeirin axıcılığını təmin edir.

"Şuşa məscidində azan" şeirində təsriflənən feillərə aid sinonim cərgələr şeirin daha dinamik, daha mübariz ruhda təqdimini şərtləndirir.

Necə tab gətirib, dözüb nə təhər,

Pənah xan çəkdiyi susqun daş-divar.

İlk misrada "tab gətirib" və "dözüb" feillərinin sinonimliyi "necə" və "nə təhər" sual əvəzliklərinin sinonimliyi fonunda daha parlaq görünür.

Qeyd etmək yerinə düşərdi ki, şeirdə sinonimlərin işlədilməsi dilin üslubi imkanları ilə bilavasitə bağlıdır. Dilin üslubi imkanlarının tələbi ilə sinonim sözlər şeirdə tək və yaxud cərgə şəklində işlənə bilir. Mahirə Nağıqızının şeirlərinin bədii dili üzərində apardığımız tədqiqat onu deməyə əsas verir ki, sinonimlərin müəyyən qismi poetik nitqə məqsədyönlü daxil edilmiş, digər bir qismi isə şairlik ilhamının təzahürüdür. Hər iki halda sinonimlər müəllifin  poetik nitqni canlı, axıcı və yadda qalan edir, şeirdəki məzmun və forma gözəlliyini qovuşuq şəkildə şəkilləndirir.

Bəhram Cəfəroğu,

ADPU-nun baş müəllimi, 

filologiya üzrə fəlsəfə doktoru





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ