Cümə günü, 13 noyabr 2026
     

Cəmiyyətimizdə test-Boloniya təhsil sistemi ilə bağlı yenidən əks müzakirələr başlayıb

Image


Müasir Azərbaycan təhsilinin 15 ildən artıq bir dövrü ali təhsil pilləsində Boloniya, orta təhsil sistemində isə kurikulum sistemi ilə idarə olunur. Tədris prosesi bu iki sistem üzərində qurulan Azərbaycan təhsilinin mənzərəsindən aydın görünür ki, hər iki sistemə münasibət birmənalı deyil.

Azərbaycanda orta təhsildə kurikulum, ali təhsildə Boloniya sistemi olsa da, orta və ali təhsil müəssisələrində çalışan kadrların böyük əksəriyyətinin bu təhsil pillələrindən xəbərsiz olduğu məlumdur. Orta məktəbdə dərs deyən müəllimlərin xeyli hissəsi kurikulumun nə olduğunu, kurikulum əsasında dərs keçməyin yollarını bilmir. Kurikulumu dərk edə bilməyən müəllimlərin  onu tədris zamanı tətbiq etməsi mümkünsüz olur.

Bu gün ali məktəblərin bir çoxu öz göstəriciləri ilə Boloniya səviyyəsinə uyğun gəlmir. Sirr deyil ki, ali məktəblərimizin çoxunda heç Boloniya sistemi doğru-dürüst oturuşmayıb.

Bir çox təhsil mütəxəssisi, eləcə də müəllimlər qeyd edirlər ki, Azərbaycan təhsilində Boloniya və kurikulum sistemi özünü doğrulda bilməyib. Odur ki, mütəxəssislərin çoxu bu sistemlərin ləğvinin tərəfdarı olaraq çıxış edir. Bəzi ekspertlər isə hesab edirlər ki, Boloniya və kurikulum sistemini ləğv etmək yox, onları təkmilləşdirmək lazımdır. Bu fikirdə olanlar qeyd edirlər ki, müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik.

Azərbaycanda Boloniya və kurikulum sisteminin ləğvinin labüd olduğunu deyən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov hesab edir ki, hər iki sistemin Azərbaycan təhsilinə heç bir xeyri olmayıb, əksinə, bəzi fəsadlar gətirib.

Qeyd edilənə görə, hər iki sistem artıq uzun illərdir Azərbaycan təhsilində tətbiq olunmaqdadır. Belə ki, Boloniya sisteminə ölkəmiz hələ 2005-ci ildə qoşulub. Bu proses Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur. Bu prosesin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir. Bu sistem özündə əsas iki məsələni birləşdirir. Buraya tələbələrin mobilliyini təmin etmək və öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir.

Boloniya prosesinə qoşulmaqla tələbələrin tədris yükünün həcmi azaldıldı, ənənəvi təhsil sistemində ixtisas üzrə tədris planında tam kursu bitirmək üçün tələbəyə 60-a yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit sisteminə keçidlə əlaqədar olaraq təsdiq edilmiş yeni dövlət standartlarında fənlərin sayı və saatların miqdarı 2 dəfəyədək azaldıldı. Bu sistem üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovativ texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir. Boloniya prosesi ali təhsilin iki - bakalavriat və magistratura səviyyələrində olmasını nəzərdə tutur.

Kurikulum sisteminə gəldikdə isə Azərbaycanda 2008-2009-cu tədris ilindən birinci siniflərdə bu sistemin tətbiqinə başlanıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Bu sistem dünyanın bir çox ölkəsində tətbiq olunur. Lakin ölkəmizdə valideynlərin böyük əksəriyyəti bu sistemdən narazılıq edir, onun heç bir işə yaramadığını bildirirlər.

  • “...onları təkmilləşdirmək vacibdir”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, kurikulum sistemi dünyanın bir çox ölkəsində tətbiq edilir. “Məlum olduğu kimi, Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən başlayaraq Boloniya sisteminə qoşulublar. Orta ümumtəhsil müəssisələrində isə 2008-ci ildən etibarən yeni təlim standartlarına, yəni kurikuluma keçildi. Əslində, hər iki sistem heç bir qeyri-adi təhsil standartı deyil. Bu, müasir dövrün tələblərindən irəli gəlir və onlardan imtina etməməliyik. Dünya yenilənir, müasirləşir və yeni tələblər meydana çıxır. Biz mütləq bununla ayaqlaşmalıyıq”.

K.Əsədov vurğuladı ki, müəllimlərin özləri istər kurikulum, istərsə də Boloniya sisteminin üsullarını mənimsəyə bilmirlər. “Ona görə ki, onlar yeniliyə cavab verəcək bilik və bacarığa malik deyillər. Biz artıq yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik. Buna əsasən orta məktəblərdə təhsil alan hər bir şagirdimiz əldə etdiyi bilikləri əzbərçi yaddaşla mənimsəməməlidir. Onlar bunu anlamalı, qavramalı və buradan tənqidi təfəkkür ortaya qoyub, fikirlərini ifadə etməlidirlər” - deyə ekspert qeyd etdi.

O da hesab edir ki, kurikulum, Boloniya sistemini ləğv etmək yox, onları təkmilləşdirmək lazımdır: “Söhbət kurikulum sistemindən gedirsə, bu sistem mütləq şəkildə təkmilləşdirilməlidir. Orta ümumtəhsil məktəbləri üçün standartlar yazılarkən daha çox akademik biliklər önə çıxarılıb. Halbuki, dövrün tələbləri tamamilə fərqli məsələlər istəyir”.

Ekspert, həmçinin, qeyd edir ki, Azərbaycan ali təhsil müəssisələri dünya reytinqində yoxdur və yeni dünyanın çağırışlarına uyğunlaşa bilmirlər. “Hətta 2005-ci ildə qoşulduğumuz Boloniya sisteminin tələblərini belə özlüyündə dəyişdirdik və özümüzünküləşdirdik. Məsələn, Boloniya sistemində ali təhsil müəssisəsində mühazirə və bu kimi məsələlər olmasa belə, biz onları əlavə etdik. Həmçinin, həmin sistemdə məsafəli təhsil nəzərdə tutulsa da, bizdə hələ də bu cür təhsil yoxdur. Yəni biz, sadəcə, hər iki sistemə yalnız hüquqi baxımdan kağız üzərində keçmişik, amma praktiki olaraq biz yenə ənənəvi qaydada prosesi qururuq. Məsələn, orta təhsil müəssisələrində tələblər kurikulum tələblərinə uyğun qurulmalıdır, amma qurulmur. Ona görə qurula bilmir ki, kurikulumun tələbləri ilə dərs keçmək üçün müəllimin əməkhaqqı 1000-1500 manat olmalıdır. Çünki o, növbəti günün çap materiallarını, rəngli kağızlarını hazırlamalı, müəyyən summativlər, qiymətləndirməni tətbiq etməlidir. Bunun üçün isə onun həm kifayət qədər resursu, həm də vaxtı sərf olunur. Bunun qarşılığında aldığı əməkhaqqı isə yetərli deyil. Ona görə də kurikuluma daxil olan dərslərin hamısı formal xarakter daşıyır” - deyə o qeyd etdi.

K.Əsədov onu da vurğuladı ki, Azərbaycanda “kurikulum, Boloniya özünü doğrultmadı” deməyin özü mənfi haldır. “Bilirsiniz, “kurikulumu ləğv etmək və ya bu özünü doğrultmadı” kimi ifadələri düzgün hesab etmirəm. Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda, demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşmaq lazımdır. “Kurikulumu ləğv edək” deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə, proqram, qayət, doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ... Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirilməsinin düzgün aparılmamasıdır. Həyati bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında, sadəcə, bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı, bizə nə qazandırdı, nə aldı?

Qazanılanlar:

- Təlimalma, təlimə getmə mədəniyyəti

- Təlimçilər

- Şagird mərkəzli təlim-tədris

- Müəllimin müasir tədrisdə yeni fasilitasiya rolunu anlaması

- Təlimdə və tədrisdə müxtəlif üsullar

- Əyaniliyin artması

İtirilənlər:

- Maddi vəsait

- Klassik müəllim özünəməxsusluğu

- Kurikulumun bəzi müəllimlər tərəfindən anlaşılmadığı səbəbilə standart müəllim yanaşması” - deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ