Cümə günü, 13 noyabr 2026
     

Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir

Image


Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra, təbii olaraq, tariximizə yeni yanaşmalar meydana gəlməyə başladı. Əsas məsələ totalitar Sovet rejiminin 70 ildə saxtalaşdırdığı Azərbaycan tarixinin yenidən yazılması idi. Sovet dövründə saxtalaşdırılan, təhrif edilən Azərbaycan tarixinin milli ruhda yazılması, təhrif edilən səhifələrinin bərpa edilməsi əsas məsələ kimi tarixşünaslığın qarşısında dururdu. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun müəllifliyi ilə 7 cildlik “Azərbaycan tarixi”nin yazılmasına, yaradılmasına qərar verildi. Azərbaycan dövlətinin ayırdığı maliyyə hesabına nəşr edilən “Azərbaycan tarixi”nin ilk cildləri işıq üzü görər-görməz, mütəxəssislərin ciddi iradları ilə qarşılandı. Söhbət nəşrin cildlərində yer alan tarixi faktların bir-birinə zidd olması, eləcə də tarixə, tarixi şəxsiyyətlərə, tarixi dövrlərə dolaşıq münasibətlərdən gedirdi.

Məlumat üçün bildirək ki, AMEA-nın Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilən və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə etdiyi  7 cildlik “Azərbaycan tarixi”nin I cildində “Azərbaycan dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olduğu”, Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə etdiyi”, “Azərbaycan tarixi”nin II cildində isə III əsrdən tutmuş, XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklərin araşdırıldığı qeyd edilməklə yanaşı, həm də burada xilafətin zəiflədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyətinin bu cilddə geniş şərh olunduğu bildirilir.

Nəşrin III cildində orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırıldığı, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunub.

IV cilddə “XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında Çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, Çar Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Sosial dəyişikliklər, siyasi-ictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılıb” - deyə qeyd edilir. .

“Azərbaycan tarixi” çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılıb. “Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişikliklərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti də şərh edilir”.

Nəşrin VI cildində isə “Vətən tarixinin mürəkkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, "milli" dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tam və hərtərəfli şərh olunur”.

“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir. I bölmədə Azərbaycanın İkinci Dünya Müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinin bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

Qeyd etdiklərimiz Tarix İnstitutunun cildlərin məzmunu ilə bağlı verdiyi şərhlərdir.

Bəs görəsən mütəxəssislər niyə 7 cildlik “Azərbaycan tarixi”nin dərindən redaktə edilməsini, yaxud yenidən yazılmasını istəyirlər?

  • “…türklərin Azərbaycan ərazisində aborigen xalq olması faktı inkar olunur”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli bizimlə söhbətində 7 cildlik “Azərbaycan tarixi” ilə bağlı ciddi irad irəli sürən mütəxəssislərlə razılaşdığını bildirdi. O da hesab edir ki, bu akademik nəşrdə kifayət qədər ideoloji qüsur var: “Biz 7 cildlik “Azərbaycan tarixi”ndə olan qüsurlar haqqında dəfələrlə danışmışıq, bu məsələyə öz mənfi münasibətimizi bildirmişik. Özü də bu kitab yenidən yazılmayıb. Bu əsasən Sovet dövründə yazılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra çox cüzi dəyişikliklərlə əvvəlcə kiril, daha sonra isə latın əlifbası ilə nəşr edilən 7 cildlik “Azərbaycan tarixi” Azərbaycan xalqının maraqlarına, dünyagörüşünə uyğun deyil. Bütün hallarda, 7 cildlik “Azərbaycan tarixi”nin birinci cildində bir hadisə ilə bağlı bir cildində bir söz deyilir, digər cildində isə onunla bağlı tamam əks fikir qeyd edilib. Nəşrin VI-VII cildlərinə gəlib çatanda birinci cildlə altıncı, yeddinci cild arasında hansı bağlar olduğu məlum olmur. Burada söhbət Azərbaycan xalqının keçdiyi yoldan gedir. Çox təəssüflər olsun ki, 7 cildlik “Azərbaycan tarixi”nin birinci və ikinci cildlərində Azərbaycan xalqının soykökü tamamilə irandillilərə, yaxud qafqazdillilərə bağlanır, türklərin Azərbaycan ərazisində aborigen xalq olması faktı inkar olunur. Beləliklə, orta məktəblərin 5-ci, 6-cı sinif  “Azərbaycan tarixi” dərsliklərində isə bunun əksinə olaraq, vaxtilə mövcud olmuş kutilər, lulibilər, Manna, Midiya və digər dövlətlərin, dövlət quruluşlarının türklərlə bağlı olması izah olunub. 7 cildlik “Azərbaycan tarixi”ndə bu cür ziddiyyətlər kifayət qədərdir. Yəni orta məktəblərdə tədris olunan “Azərbaycan tarixi” dərsliklərində bir çox məsələnin izah və şərhi ilə 7 cildlik “Azərbaycan tarixi” kitabındakı izahlar və şərhlər çox vaxt üst-üstə düşmür. Bu da istər orta məktəb şagirdlərində, istərsə də ali məktəb tələbələrində qarışıq, ziddiyyətli fikirlər yaranır. Tələbə və şagirdlər çaş-baş qalırlar, bilmirlər hansı kitaba inansınlar. Eyni zamanda, təkcə problem Azərbaycan xalqının kökünün türk olması, yaxud türklərin bura gəlmə və yaxud yerli olması ilə bağlı deyil. Hətta 7 cildlik “Azərbaycan tarixi”ndə orta əsrlərdəki türk dövlətlərinə, türk dövlətlərinin başçılarına çox mənfi münasibət var. Nəinki onlara mənfi münasibət var, hətta Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar işğalçı kimi, iranlı kimi qələmə verilir. Biz bilirik ki, akademik Ramiz Mehdiyevin tarixi mövzuda yazdığı kitablarında istər Şah İsmayıla, istər Nadir şah Əfşara, Ağa Məhəmməd şah Qacara, eləcə də xanlıqlar dövrünə həsr edilən əsərlərində, kitablarında onlar Azərbaycan şahları, başçılıq etdikləri dövlətlər isə Azərbaycan-türk dövlətləri kimi təqdim olunub. Hesab edirəm ki, tariximizə yenidən baxmaq, hadisələrə yenidən münasibət bildirmək, ümumiyyətlə isə 7 cildlik “Azərbaycan tarixi”ni yığışdırmaq lazımdır. Fikrimcə, 7 cildlik “Azərbaycan tarixi” ölkənin hər yerindən yığışdırılmalı, onun əvəzinə Azərbaycan türklərinin ruhuna uyğun yeni bir akademik şəkildə tarix kitabı yazılmalıdır”.

F.Ələkbərlinin sözlərinə görə, əks təqdirdə yeni nəslin şüurunda bizim bu günümüzə və gələcəyimizə mənfi fikirlər yaranacaq. Bunun tək yolunun isə 7 cildlik “Azərbaycan tarixi”nin yığışdırılması ilə bağlı olduğunu deyən F.Ələkbərli qeyd edir ki, bu kitab gənclərin fikrinin formalaşmasında mənfi rol oynayır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ