Bazar günü günü, 27 sentyabr 2026
     

AMEA institutlarının magistr təhsilində ciddi problem - müəllimlər dərsə gəlmir

Image


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkənin baş elmi mərkəzi olsa da, bu qurumun elmi-tədqiqat institutlarının vəziyyəti elə də ürəkaçan deyil. Məlum olduğu kimi, artıq bir neçə ildir AMEA-nın müvafiq institutlarında magistr pilləsi üzrə təhsil verilir.

Əslində, bu prosesin başlanmasına səbəb müvafiq institutların kadr potensialının gücləndirilməsi olub. Yəni institutlar özləri təhsil verdikləri magistrləri gələcəkdə öz kadrları kimi yetişdirməlidirlər. Məqsəd budur. Uzun müddətdir AMEA-da magistr təhsili alan gənclərin burada bir sıra əngəllərlə rastlaşdığı barədə məlumatlar dolaşır. Bildirilənə görə, magistrlərə lazımi qaydada dərslər keçilmir. Ölkənin baş elmi mərkəzində magistrlərin təhsilinə bu şəkildə barmaqarası yanaşılması təəccüb doğurur. Halbuki, bu qurumun universitetlərdən daha artıq təhsil vermək, kadr yetişdirmək potensialı var. Amma AMEA bu potensialı magistrlərə, doktorantlara xərcləmək istəmir. Magistrlərin günlərlə dərslərə qatılmasına baxmayaraq, onların dərsləri çox zaman boş keçir.

Faktın özünü AMEA rəhbərliyi də təsdiqləyib. Belə ki, Akademiyanın Rəyasət Heyətinin iclasında akademik-katib Əminağa Sadıqov çıxış edərək bu problemə toxunub. O bildirib ki, AMEA-da dərs deyən müəllimlər vaxtlı-vaxtında işə gəlmirlər. “Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında tədris prosesində davamiyyətlə bağlı bir sıra problemlər var”.

Ə.Sadıqovun sözlərinə görə, aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb: “Akademiyanın bəzi institutlarında - Tarix, Fəlsəfə, Coğrafiya, Neft və Qaz, Radiasiya, Torpaqşünaslıq və Aqrokimya, İqtisadiyyat institutlarında magistrlərə dərs demək üçün auditoriyalar yoxdur. Halbuki, mühazirənin deyilməsi üçün ayrıca otağın olması lazımdır. Bəzi hallarda isə kiçik bir iş otağında müəllim magistrə dərs keçmək istəyir”.

Ə.Sadıqov qeyd edib ki, bəzən magistr otaqda olsa da, müəllim gəlmir, ya da dərsə gecikir: “Hətta elə hallar olur ki, magistr auditoriyada oturub gözləyir, amma ona dərs deyən müəllim gəlib çıxmır, məlum olur ki, o, elmi məzuniyyətə gedib. Təəssüf ki, dərs prosesinin ciddiliyi bəzi institutlarda yaxşı dərk olunmur. Xüsusilə "Boloniya" sisteminin tətbiqi şəraitində hər bir dərs magistr üçün kreditlərin hesablanmasında vacib rol oynayır. Bu kimi problemlər sonradan magistrin diplomsuz qalmasına gətirib çıxara və ciddi mübahisəyə səbəb ola bilər”.

O, həmçinin, magistr təhsili ilə bağlı dərslik probleminin mövcudluğunu, bütün ixtisaslar üzrə proqramların müasirləşməsinin vacibliyini söyləyib.

Ə.Sadıqov əlavə edib ki, bu il AMEA-nın magistraturasına 22 ixtisas və 75 ixtisaslaşma üzrə 120 nəfər qəbul olunub. Bu göstəricələr ötən illə müqayisədə iki dəfə artıb: “Tədris prosesinə cəlb olunan müəllimlər AMEA-nın tanınmış alimləri sırasından seçilir. Burada 5 akademik, 19 müxbir üzv, 41 professor, 66 elmlər doktoru və 101-i dosent olmaqla, 127 nəfər fəlsəfə doktoru dərs deyir. 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanıb. Magistr hazırlığı 26 elmi-tədqiqat institutu ilə aparılır”.

AMEA prezidenti Akif Əlizadə isə Akademiyanın Rəyasət Heyətinin akademik-katibi Ə.Sadıqova cavab verərək qeyd edib ki, magistratura pilləsinin akademiyada açılması üçün çox çətinlik çəkib. O qeyd edib ki, Akademiyada magistratura pilləsində təhsil səviyyəsi fərqli formada təşkil edilir: "Ancaq dediklərinizdən görünür ki, kifayət qədər çətinlik var. Bütün bu sadalanan nöqsanlar bizə yaxşı nəticə üçün ad gətirməz. Haradan əlavə otaq verək? Bir otaq tapmaqla məsələ həll olunmur. Həmkarların sayı haqqında düşünülməlidir. Bəlkə, yenə də bəzi institutları birləşdirək?!".

"Hər il 100 magistr qəbul edəcəyik. Hamı gəlib deyir ki, magistrlərə ştat verək. Ştatları hardan, necə verəcəyik? Akademiyanın, təxminən, 11 min ştatlı işçisi var. Onda gəlin bəzi işçiləri işdən çıxaraq. Hamı ştata düşmək istəyir. Əgər lazımi şərait yaradılmırsa, deməli, Akademiyada magistratura pilləsi bağlanmalıdır. Bu təhsil pilləsini yaratmışıq ki, inkişaf edək. Məcburi deyil ki, Akademiyanın 27 institutunda magistr təhsili olsun. Misal olaraq 7 institutda olsun, amma keyfiyyətli təhsil verilsin”.

A.Əlizadə onu da vurğulayıb ki, bu sahədəki problemlər aradan qaldırılmasa, magistrlər küsüb gedərlər: “Onlar bir-birilə söhbət edəndə deyirlər ki, Akademiyada şərait yoxdur. Bunu institut direktorları da yaxşı bilirlər. Ona görə də xahiş edirəm ki, bu istiqamətdə elmi şuralarda da açıq söhbət aparıb qərar qəbul edilsin. İnstitut və bölmələrdə bu sahəyə olan ciddilik artırılmalıdır. Gələn il də analoji monitorinqləri keçirərik. Əgər nəticələr eyni olacaqsa, növbəti il üçün yer sayı sifariş edəndə qəbul planını azaldarıq. Əsas olan keyfiyyətli tədris prosesidir” - deyə AMEA prezidenti qeyd edib.

Göründüyü kimi, AMEA-da magistr təhsili alan tələbələr həqiqətən də ciddi problemlərlə üzləşiblər. Onlar bir tərəfdən auditoriya çatışmazlığı, dərsliklərin qıtlığı, başqa bir tərəfdən isə müəllimlərinin dərsə gəlməməsi, dərslərin boş keçməsi ilə qarşılaşıblar.

Akademiyada mövcud olan problemlər ölkə başçısı İlham Əliyevin AMEA qarşısına qoyduğu tələblərlə, arzu və çağırışlarla heç cür uzlaşmır. Elmi mərkəzləri kadrla təmin etməli olan bir qurum bu gün belə bir vəziyyətdə qalıb. Gah deyirlər ki, müəllim çatışmazlığı var, gah deyirlər auditoriya yoxdur, gah da dərsliyin olmamasından giley edirlər.

“Akademiya magistr hazırlığını heç ali məktəblər səviyyəsində həyata keçirə bilmir”

Məsələyə münasibət bildirən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov problemin kökünün dərin olduğunu bildirdi. İ.Orucov “Bakı-Xəbər”ə dedi ki, bu olduqca aktual və vacib bir problemdir: “Vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin verilməsi ilə bağlı təklifi biz vermişdik. O zaman fikirləşirdik ki, Akademiya bu istiqamətdə kadr hazırlığını həyata keçirsə, gələcəkdə bu kadrların Akademiyada qalıb işləməsinə, bununla da elmdə gəncləşmənin baş verməsinə nail ola biləcəyik. Amma təəssüflər olsun ki, Akademiyada magistratura pilləsində təhsil özünü doğrultmadı. Bu da səbəbsiz deyil. AMEA-nın 11 min nəfər əməkdaşı var və onların çoxu da boş ştatlardır. Ona görə də Akademiyanın gəncləşməsi prosesi çox ləngidi. Akademiyada olan insanların yarıtmaz fəaliyyətinin nəticəsidir ki, burada elmdən başqa nə desən var. Əslində, Akademiya düşünməlidir ki, dünya elmi hansı istiqamətdə inkişaf edir, dünyada hansı elmi istiqamətlərdə işlər aparılır, Azərbaycan elminin dünya elm məkanında yeri hansı səviyyədədir? Amma hara gəlib düşmüşük, bu qurum bunun fərqində deyil. Akademiya rəhbərliyi kimdən kimə şikayət edir? Bu işləri həyata keçirməli olan, bu işlərə məsul olan, buna görə də dövlətdən məvacib alanlar sizsiniz və bu işləri siz həyata keçirməli idiniz. Akademiyada magistratura təhsil pilləsinin açılması ilə bağlı arzu ifadə olundu, bununla bağlı dövlət müvafiq kvota ayırdı və bu sahəyə qəbul prosesi həyata keçirildi. Akademiya magistr hazırlığını heç ali məktəblər səviyyəsində həyata keçirə bilmir. Bu qurum bu işi həyata keçirə bilmirdisə, nəyə görə magistraturanın açılmasını istəyirdi? Akademiya rəhbərliyi hələ bilmir ki, bu magistrlərə hansı müəllimlər dərs deyir. Bu qurumun verdiyi magistratura təhsili ali məktəblərin verdiyi təhsildən fərqlənməyəcəkdisə, magistraturanın Akademiyada açılmasının nə mənası vardı? Onsuz da ali məktəblər magistratura təhsilini həyata keçirirlər”.

İ.Orucov qeyd etdi ki, bu gün elmin idarə olunması sahəsində çox ciddi probemlər var və Akademiyada təhsil alan magistrlərin də problemləri bundan qaynaqlanır. İ.Orucov əlavə etdi ki, Akademiya rəhbərliyi səviyyəsində də çox ciddi problemlər mövcuddur və bunun nəticəsində bu kimi məsələlər ortaya çıxır.

Onun sözlərinə görə, magistratura təhsili vermək iqtidarında olmayan AMEA-nın nəzdində uşaq bağçasının, liseyin, musiqi ansamblının, rəqs qrupunun yaradılmasına nə ehtiyac var? “Bir neçə gün bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında musiqi ansamblı, rəqs qrupu yaradılıb. Bu, cəmiyyətdə çox gülünc bir hadisə, Akademiyanın adına, fəaliyyətinə, missiyasına yaraşmayan bir məsələdir. Bunları yaratmaqla Akademiyanı gülüş hədəfinə çeviriblər. Bu qurumdakılar öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlər, bu kimi işlər görürlər. Elm hansı vəziyyətdədir, elm hansı səviyyədədir, bunu düşünmək əvəzinə, bu kimi işlərlə məşğul olurlar. Burada, əslində, çox qəribə vəziyyət yaranıb. Hesab edirəm ki, Akademiya bu işi həyata keçirə bilmirsə, birbaşa magistratura bu qurumdan alınıb ali təhsil müəssisələrinə verilməlidir. Düşünürəm ki, bu belə daha yaxşı olardı”.

Akademiya haqqında mövqeyinin fərqli olduğunu deyən İ.Orucov hesab edir ki, AMEA öz fəaliyyətində ciddi dönüş yaratmalıdır. Dünyanın elm tutumlu ölkələrində akademiyalar alimlər klubu kimi fəaliyyət göstərirlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ