Cümə günü, 13 noyabr 2026
     

Qadın zorakılığına qarşı görülən tədbirlərə “səmərəsizlik” ittihamı...

Image


Təəssüf ki, cəmiyyətimizdə ailə-məişət problemləri zəminində qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir. Bir neçə həftədir baş verən olaylar müstəvisində qadınlara qarşı həyata keçirilən zorakılıq halları son günlər ən çox müzakirə edilən məsələlərdəndir.

Məlum olduğu kimi, əlaqədar qurumlar, o cümlədən də bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları vaxtaşırı olaraq paytaxtda və bölgələrdə məişət zorakılığı ilə bağlı maarifləndirici tədbirlər, seminarlar keçirdiklərini bəyan edirlər. Məişət zorakılığının artan dinamika üzrə irəliləməsi ictimaiyyətdə belə bir fikrin yaranmasına səbəb olur ki, QHT-lər və bu sahədə “iş görürəm” deyən qurumların apardıqları işlər səmərə vermir. Belə ittihamlar səslənir ki, QHT-lər rayonlara gedir, beş-on nəfəri başına toplayıb tədbir keçirir, həmin tədbirə isə ailə-məişət problemləri zəminində əziyyət çəkən qadınlar dəvət edilmir, ümumiyyətlə, onların bundan xəbərləri olmur.

Qadın zorakılığına qarşı həyata keçirilən maarifçilik tədbirləri nə kimi effekt verə bilir? Effekt verə bilmirsə, bunun səbəbləri nə ilə bağlıdır?

  • “Sosial işçilərə status verilsə, onlar belə həssas ailələrlə işləsə, psixoloqlar və hüquqşünaslar onlara pulsuz yardımlar göstərsə, təbii ki, bu sahədə olan rəqəmlər aşağı düşər”

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Bakı-Xəbər”ə bildirdi ki, son illər qadınlara qarşı zorakılıq hallarının artmasının qarşısının alınması istiqamətində həyata keçirilən işlər effektsiz deyil. O hesab edir ki, bu effektin ən diqqətçəkən göstəricisi məişət zorakılığının işıqlandırılmasıdır. Onun sözlərinə görə, 10 il bundan əvvəl baş verən bu kimi hallarla bağlı ictimaiyyətin heç bir məlumatı yox idi, amma aparılan tədbirlər nəticəsində artıq bu məsələ ictimailəşə bilir. M.Zeynalovanin sözlərinə görə, bu sahə ilə məşğul olanların bəzi ictimaiyyət nümayəndələri tərəfindən fəaliyyətsizlikdə ittiham edilməsi doğru deyil. O qeyd etdi ki, ittiham etmək asandır, lakin iş görənin gördüyü işi qiymətləndirmək çətindir. M.Zeynalovanın dediyinə görə, cəmiyyətdə məişət zorakılığının artmasının və onun qarşısının maarifləndirici tədbirlərlə alına bilməməsinin günahkarı nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir, nə də QHT-lərdir: “Birincisi, QHT-lərin o qədər maliyyə imkanları yoxdur ki, rayonları gəzib maarifləndirici tədbirlər keçirsinlər. Bu istiqamətdə iş görmək üçün donor da, kifayət qədər maliyyə dəstəyi də yoxdur. İkincisi, razıyam, məişət zorakılığı elə bir problemdir ki, oradan maliyyə də gözləmək lazım deyil, bu problemin aradan qaldırılmasında hər kəs iştirakçıya çevrilməlidir. Məişət zorakılığının qarşısının alınmamasını ya Daxili İşlər Nazirliyinin, ya Dövlət Komitəsinin, ya da QHT-lərin üstünə atırlar. Söhbət ondan gedir ki, məişət zorakılığının aradan qaldırılması bir-iki dövlət qurumunun və QHT-lərin işi deyil, bu bütün qurumların, cəmiyyətin işidir. Burada Milli Məclisdə qanunvericiliyin təkmilləşməsindən tutmuş, Nazirlər Kabineti tərəfindən yeni qərarların qəbul edilməsinə, Səhiyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qədər bütün qurumlar birləşməlidir. Əgər vətəndaş maariflənirsə və onun pulsuz psixoloji, hüquqi dəstək almaq üçün getməyə yeri yoxdursa, yəni bununla bağlı mərkəz fəaliyyət göstərmirsə, o halda aparılan maarifçilik işlərinin effekti olmayacaq. Təbii ki, bu halda məişət zorakılığı genişlənəcək. Bu məsələnin həyata keçirilməsi mexanizmi istiqamətləndirmə formasında olmalıdır. Yəni hər bir qurum öz işini görməlidir. Əgər rayonlarda kifayət qədər günərzi qadın böhran mərkəzi açılarsa və onlar sosial işçilərlə təmin olunarsa, bunun müsbət effekti olar. Bilirsiniz, sosial işçilər məsələsi gündəmdə olan bir məsələdir ki, hələ də ölkəmizdə sosial işçilərə status verilməyib. Daxıli İşlər Nazirliyində qeydiyyatda olan ailələr var ki, həmin ailələrə sosial işçilər təhkim olunmalı və onlarla iş aparılmalıdır. Sosial işçilərə status verilsə, onlar belə həssas ailələrlə işləsə, psixoloqlar və hüquqşünaslar onlara pulsuz yardımlar göstərsə, təbii ki, bu sahədə olan rəqəmlər aşağı düşər”.

M.Zeynalova bildirdi ki, boşanma dövründə ailələrin pulsuz sosial işçi və psixoloqla təmin edilməsi də vacib məsələdir, onlar həmin 3 ay müddətində tərəflərlə söhbətlər edər, onlara yardımlar göstərər, nəticədə isə hazırda baş verənlər təkrarlanmaz. “Azərbaycanda bu mexanizmlər formalaşmadıqca və bu sahədə bütün qurumlar kompleks işləmədikcə, sözsüz ki, ittihamlar da olacaq. Günərzi böhran mərkəzləri yaradılsın və burada statuslu sosail işçilər çalışsın, onlar problemli ailələrə təhkim edilsinlər ki, münaqişələr baş verməsin. Onlar ailələrdə reabilitasiya işini həyata keçirsinlər. Bilirsiniz, bu sahədə çalışmayan adamlar görülən işlər barədə hansısa fikri söyləyəndə, belə xaos yaranır, yanlış rəy formalaşır ki, QHT-lər iş görmür, pul yeyir. Əslində, belə deyil. Dövlət Komitəsinin də işi bu sahədə dövlət siyasətini həyata keçirmək, bu problemləri araşdırmaqdır. O, həmçinin, problemin baş verdiyi rayonlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məlumatlandırmalıdır ki, oraya sosial işçi göndərsin. Yəni mexanizm bu cür olmalıdır. İstanbul konvensiyası qəbul olunsa, bu mexanizmlər artıq məcburi şəkildə tətbiq olunacaq. Amma bu gün hələ təəssüf ki, cəmiyyətdə məişət zorakılığına barmaqarası baxılır. Hətta məmurlar da mental dəyərlərdən çıxış edərək məişət zorakılığına ciddi yanaşmırlar” - deyə M.Zeynalova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ