şənbə günü, 14 noyabr 2026
     

Məktəblərdə qadın müəllimlərin mütləq çoxluğa çevrilməsi oğlanların xarakterində özünü göstərməyə başlayır

Image


Azad İsazadə: “Bir məktəbdə bir kişi müəllim varsa, bütün şagirdlər onunla ünsiyyətdə olmaq istəyir”
Cavid İmamoğlu: “Müəllimlərin böyük əksəriyyətinin qadınlar olması nəticəsində qadın hərəkətlərinin adiləşməsi, oğlanlar tərəfindən təqlid olunması bir çox hallarda qaçılmaz olur”     

 

İnsanın formalaşmasında müəllimin, tərbiyəçinin rolu valideynun rolu qədərdir, bəlkə də bir qədər ondan artıqdır. Uşaq və yeniyetmələrin mənəvi-psixoloji tərbiyəsinin inkişafında müəllim amilinin yeri danılmazdır. Xüsusən də kişi müəllimlərin oğlan uşaqlarının yetişməsində rolu böyükdür.

Amma təəssüf ki, son dövrlər dünyanın təhsil mənzərəsinə baxdıqda kişi müəllimlərinin sayının azaldığını müşahidə etməli oluruq. Bu özünü daha çox Azərbaycan ümumtəhsil məktəblərində büruzə verir. 25-30 il bundan əvvəllə müqayisədə, demək olar ki, kişi müəllimlərinin sayının kəskin azalmasının şahidi olmuşuq. Öncəki dövrlərdə məktəblərdə az qala qadın və kişi müəllimlərin sayı bərabər idi. Kənd məktəblərində isə ibtidai sinif və fənn müəllimlərinin böyük əksəriyyətini kişilər təşkil edirdilər. Bu gün isə bu sahədə vəziyyət çox acınacaqlıdır. Kişilərin orta ümumtəhsil sistemindən uzaqlaşması bir sıra ciddi fəsadlar yaradıb. Bu özünü xüsusən yetkinlik yaşına çatan şagirdlərin tərbiyəsində göstərir. Gizlin deyil ki, orta ümumtəhsil məktəblərində həm aşağı, həm də yuxarı sinif şagirdləri əsasən qadın müəllimlərlə ünsiyyətdə olurlar. Hətta iş o yerə çatıb ki, idman fənnini də bir sıra hallarda qadınlar tədris edir. Belə baxanda, bəzi istisnaları nəzərə almasaq, kişi müəllimlər yalnız hərbi dərsləri keçirlər, qalan müəllimlər isə qadınlardır.

Qadın müəllimlərinin sayının bu şəkildə artması təbii ki, nə dövlətin, nə Təhsil Nazirliyinin, nə də ki, təhsil müəssisələrinin günahıdır. Bu bir təbii proses kimi özünü göstərir. Olduqca zərərli tendensiya olan bu mənfi halın fəsadlarını bu gün yaxından hiss edirik. Bu gün orta ümumtəhsil məktəblərində təhsil alan müəyyən qisim oğlan uşaqlarının davranışlarında, hərəkətlərində, danışıq tərzlərində qadın jestləri müşahidə edilməkdədir. Oğlan uşaqları az qala qadın müəllimləri təqlid edirlər. Bu da onların, qeyd etdiyimiz kimi, mənəvi-psixoloji cəhətdən kişi kimi inkişafına zərbə vurur. Onlar məktəbdə də, repititor yanında da əsasən qadın müəllimlərlə ünsiyyətdə olur, biliyi onlardan əldə edirlər. Hətta elə oğlanlar var ki, uşaqlıqdan ana himayəsində böyüyür və bu da müəyyən qədər onun psixologiyasına təsir göstərir.      

Qeyd edək ki, təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib ki, statistik göstəricilərə görə, Azərbaycanda təhsil sistemində çalışanların çoxunu qadınlar təşkil edir. O, həmçinin, vurğulayıb ki, Dayanaqlı İnkişaf Məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender məsələsinin gözlənilməsidir.

İ.İsayevin bildirdiyinə görə, ölkəmizdə təhsil sistemində çalışan müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 fazini qızlar təşkil edir: "Peşə təhsilində müəllimlərin 69 faizi, tələbələrin 33 faizi, orta ixtisas səviyyəsində müəllimlərin 78 faizi, tələbələrin 65,6 faizi qadınlardır.

Tanınmış psixoloq Azad İsazadə “Bakı-Xəbər”ə mövzunu şərh edərkən bildirdi ki, Azərbaycan ümumtəhsil məktəblərində qadın müəllimlərinin sayının çox olması həqiqətən də müəyyən problemlər yaradır. “Bunun mənfi və müsbət tərəfləri var və biz söhbətimizi bu ətrafda quracağıq. Burada ənənə amili də var. Qadın müəllimlərin çoxluq təşkil etməsinin şagirdlərə mənfi təsirinə gəlincə, deyim ki, bu, Sovet dövründə də belə idi. İbtidai siniflərdə adətən müəllim qadın olur. İbtidai sinif müəllimlərinin qadın olmasının uşaqlara heç bir mənfi təsiri yoxdur. Qadın müəllimlər uşaqlarla məşğul olmağa psixiloji və fiziki olaraq hazırdır, çünki o anadır. Uşaqlarla dil tapmağı, onlarla məşğul olmağı və s. daha yaxşı bacarır. Uşaqlara münasibətdə qadın müəllimlər daha yumşaq və diqqətli olurlar. Amma kişi müəllimlər daha quru olur və uşaqlara yalnız material verirlər. Bir məktəbdə bir kişi müəllim varsa, bütün şagirdlər onunla ünsiyyətdə olmaq istəyir. Ona görə ki, o daha maraqlı danışır. Tədris və tərbiyə baxımından qadın müəllimlərin hər hansı bir mənfi cəhətini görmürəm. Lakin sözsüz ki, oğlanlar üçün əsasən yeniyetməlik yaşında avtoritet olan kişi müəllimlərinin dərs keçməsi müsbət hal olardı” - deyə A.İsazadə qeyd etdi.

“Oğlan uşaqlarının mənəvi-psixoloji inkişafı naminə məktəblərdə kişi müəllimlərin olması çox vacibdir”

Tanınmış sosioloq Cavid İmamoğlunun sözlərinə görə isə qadın müəllimlərin çoxluq təşkil etməsi oğlan şagirdlərin psixologiyasına mənfi təsir göstərir. O hesab edir ki, tədris, təlim və tərbiyə işində qadın və kişi bərabərliyi qorunmalıdır. “Təəssüfedici haldır ki, Azərbaycanda tədris prosesində kişi müəllimlərin iştirakı aşağı səviyyədədir. Bunun özü də təlim-tərbiyə işinə təsirsiz ötüşmür. Bu gün Azərbaycanda boşanmış ailələrin sayında müəyyən artım var və bu cür ailələrin çoxunda uşaqlar ata modeli olmadan, yəni ananın tərbiyəsi ilə böyüyür. Təbii ki, istər qız, istərsə də oğlan uşağının tərbiyəsində, inkişafında bir ideal kişi obrazının olması vacibdir. Ata olmadığı təqdirdə bu obrazın müəllim olması daha məqsədəuyğun olardı. Ona görə ki, kişi müəllim bütün uşaqlara, şagirdlərə, bütövlükdə, kollektivə öz davranışları, xarakterləri baxımından nümunədir. Məktəblərimizdə kişi müəllimlərin sayının azlığı uşaqları ideal kişi müəllimi obrazsız qoyur. Tədris prosesində oğlanlar, xüsusilə də yeniyetmələr öz ətraflarında  onlara təsir edə biləcək ideal kişi müəllimləri görmək istəyirlər. Lakin onu təəssüf ki, görmürlər, yalnız qadın müəllimlərlə ünsiyyətdə olurlar. Müəllimlərin böyük əksəriyyətinin qadınlar olması nəticəsində qadın hərkətlərinin adiləşməsi, oğlanlar tərəfindən təqlid olunması bir çox hallarda qaçılmaz olur. Ona görə də təhsil siyasətinin tərkibinə daxil olan məsələlərdən biri də budur ki, təhsildə gender bərabərliyinin qorunması arzuolunandır. Bunun üçün də təhsil müəssisələrində, eləcə də cəmiyyətin bütün sferalarında bu məsələ ilə bağlı müzakirələr aparılmalıdır. Müəllimlik işinin kişiyə aid olan bir iş olması, müəllimlik sənətinin kişi işi olmasına dair təbliğat aparılmalıdır”.

C.İmamoğlu hesab edir ki, kişilərin pedaqoji işə maraq göstərməməsinin səbəbi müəllimlərin maaşının az olmasıdır. Müəllimlərin maaşının artırılmasının zaman-zaman öz təsirini göstərəcəyini deyən C.İmamoğlunun sözlərinə görə, hazırda kişi müəllimlərin təhsil müəssisələrinə cəlb edilməsi üçün işər görülməlidir. “Kişi obrazını məktəbdə şagird görmür. Ona görə ki, o, kişi müəllimi deyəndə yalnız idman və hərbi müəllimi təsəvvür edir. Halbuki, bu çox azdır. Şagirdlər məktəbdə həm kişi, həm də qadın müəllimləri görməlidirlər. Arzuolunandır ki, gender nisbəti bərabər olsun. Çünki sizin qeyd etdiyiniz məsələlər, oğlan uşaqlarının davranışlarında kişilik xüsusiyyətlərinin itməsi ciddi məsələdir. Oğlanlar qadınlara ehtiramı, onlarla ünsiyyət qurmağı, davranmağı kişi müəllimlərdən əxz etməlidirlər. Bunların hamısını yeniyetmə oğlanlar görüb götürürlər. Ona görə də oğlan uşaqlarının mənəvi-psixoloji inkişafı naminə məktəblərdə kişi müəllimlərin olması çox vacibdir” - deyə C.İmamoğlu qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ