şənbə günü, 14 noyabr 2026
     

Valideynlərin hər fakta görə məktəblərə “kameramanlı hücumları” artır...

Image


Bu gün təəssüf ki, bəzi valideynlər tərəfindən məktəbin və müəllimin nüfuzuna xələl gətirən addımların atılmasının şahidi oluruq. Müəyyən valideynlərlə məktəblər arasında müxtəlif qarşıdurmalar, söz-söhbətlər yaşanır. Hətta həmin valdeynlər övladı ilə bağlı baş verən hansısa bir xoşagəlməz hadisəni araşdırmaq, onu məktəbin özü ilə həll etmək əvəzinə, başqa vasitələrə əl atırlar. Valideynlər son zamanlar məktəblilərin intihara cəhd göstərməsinin, eləcə də intihar etməsinin əsas günahkarı kimi məktəbi hədəfə alırlar. Bir qayda olaraq, belə valideynlər iddia edirlər ki, bu halın baş verməsinin bir günahkarı var, o da məktəb və müəllimdir.

Məktəbləri hədəfə alan bəzi valideynlər uşağının müəllim tərəfindən danlanmasına, yaxud ona bildirilən hansısa bir irada görə məktəblərə hücum edir, şagirdlərin gözləri qarşısında müəllimləri, məktəbi, məktəb rəhbərliyini söyür, təhqir edir, onlarla bağlı çox ağır ittihamlar səsləndirirlər. Özü də bütün bu səhnələri kamera vasitəsilə lentə aldırır və sosial şəbəkələrdə yayırlar.

Bu günlərdə paytaxt məktəblərindən birində analoji hadisə baş verib. Hadisənin baş verdiyi məktəbin adı qeyd edilmir. Belə ki, valideyn çox kəskin ittihamlarla özünü jurnalist kimi təqdim edən insanların müşayiəti ilə məktəbə hücum çəkib və burada məktəbin, müəllimin ünvanına ağır ittihamlar, söyüşlər səsləndirib. Həmin valideyn icazəsiz şəkildə içəri daxil olur, bütün mərtəbələri gəzir, otaqları videoya çəkdirir. Valideyn iddia edir ki, onun övladını məktəb intihara cəhd etməyə vadar edib. Məktəbdən isə bildirirlər ki, o uşaq anasına aid dərmanları içərək zəhərlənib, yəni bu məsələnin məktəblə heç bir əlaqəsi yoxdur.

Bəzi valideynlərin məktəblərə kamaremanlı hücumları sosial şəbəkələrdə geniş yayılıb. Qeyd etdiyimiz kimi, müəllim şagirdə bir söz deyəndə bəzi valideynlər məktəblərə hücum çəkir və bu səhnələri də lentə aldırıb yayırlar.

  • Azər Həsrət: “Müəllimin, məktəbin nüfuzunu düşünməsək, hər yerindən duran “müəllim uşağımın üstünə qışqırdı, mən məktəbə hücum edim, video çəkim və bunu sosial mediada yayım” deyəcək”

Əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, həmin videogörüntünü əvvəldən sona qədər izləyib. O qeyd etdi ki, istənilən valideyn övladının qayğısına qalmalı və onun problemləri ilə məşğul olmalıdır, ortada bir problem varsa, valideynin əsəbləşməyə də haqqı var: “Amma jurnalistləri götürüb zorla içəri girmək, məktəbə hücum etmək, mərtəbələri gəzmək, sinif otaqlarına soxulmaq, bu artıq birbaşa qanun pozuntusudur. Üstəlik də məktəbin normal iş rejimini pozmaqdan başqa bir şey deyil. Digər tərəfdən, bu hal pedaqoji cəhətdən də anormaldır. Çünki məktəbdə müəllimlərin, xüsusən də şagirdlərin qarşısında bu cür davranış sərgiləmək olmaz, bu yolverilməzdir. Mənim etirazım, narazılığım bunadır. Qaldı ki, əgər doğrudan da məktəbdə övladı ilə bağlı problem baş veribsə, bunu araşdırmaq valideynin borcudur, haqqıdır. O bunu istərsə məktəb rəhbərliyi ilə araşdıra, istərsə də müvafiq dövlət qurumlarına müraciət edərək bu halın araşdırılmasını tələb edə bilər. Yəni bunun sivil, mədəni, normal yolu budur. Yoxsa ki, sən bir neçə kameralı adamı götürüb birbaşa icazəsiz məktəbə daxil ol, çığır-bağır sal, təhqiramiz ifadələr işlət, bununla da dərs ritmini poz və iddia et ki, məktəb mənim övladımı intihara sürükləyib, bu cür davranış yolverilməzdir. Hər şagirdə müəllim bir söz deyirsə və o uşaq bundan intihara əl atırsa, onda bu o deməkdir ki, ailədə də problem var. Bəyəm ailədə problem olmur? Bu kimi hallarda bəlkə ailəni də araşdıraq. Məsələnin bu cür tərəfləri var”.

A.Həsrət qeyd etdi ki, məktəblər jurnalistlərdən qorxur və onlarla əlaqə yaratmaq istəmir, bu da analoji hadisələrin səhv istiqamətdə mətbuatda yayılması ilə nəticələnir. A.Həsrətin sözlərinə görə, bəzi valideynlərin məktəblərə bu cür hücumları məktəbin, müəllimin nüfuzdan salınmasına xidmət edir. O hesab edir ki, müəllimin, məktəbin nüfuzunu qaldırmaq lazımdır. “Məktəbdə baş verən kiçik bir fakta görə valideynin əli kameralı şəxslərlə məktəbə hücum çəkməsi, məktəbin, dərsin ritmini pozması qətiyyən düzgün deyil. Müəllim uşağa bir söz deyən kimi valideynlər heç bir araşdırma aparmadan, müəllimlə söhbət etmədən, hadisəni araşdırmadan məktəbə hücum edir və məktəbi şagirdlərin gözləri qarşısında ittiham edirlər. Hamımız şagird olmuşuq. Biz evdə gəlib valideynə deməyə qorxurduq ki, müəllim üstümüzə qışqırdı, bizi danladı, küncə qoydu. Desəydik, valideyn deyəcəkdi ki, sənin nə təqsirin olub ki, müəllim bu addımı atıb. İndi isə belə deyil. Valideynlər bu hərəkətlərlə məktəbi şagirdlərin gözündən salır. Məktəbin, müəllimin nüfuzunu qaytarmaq lazımdır. Biz çalışmalıyıq ki, müəllim adına xələl gəlməsin. Müəllim uşağın üstünə niyə qışqırır? Ona görə qışqırır ki, bizim uşaqlar oxusunlar, savadlı olsunlar, cəmiyyətdə normal bir insan kimi öz yerini tutsunlar. Biz müəllimin, məktəbin nüfuzunun qayğısına qalmalıyıq. Müəllimin, məktəbin nüfuzunu düşünməsək, hər yerindən duran “müəllim uşağımın üstünə qışqırdı, mən məktəbə hücum edim, video çəkim və bunu sosial mediada yayım” deyəcək. Biz məktəbin, müəllimin nüfuzunu ayaq altına atmaqla cəmiyyətimizə, Azərbaycana nə qazandırırıq? Bununla məktəbi, müəllimi məhv edirik, bu da gələcəyimiz olan uşaqların sabahının məhv edilməsi deməkdir” - deyə bildirən A.Həsrət qeyd etdi ki, məktəblər və media arasında əlaqələr gücləndirilməlidir. O hesab edir ki, tez-tez məktəblərlə media qurumları arasında görüşlər keçirilməli, bu sahədə maarifçilik işləri aparılmalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ