şənbə günü, 14 noyabr 2026
     

“İyirmi il rəhbər vəzifədə mürgüləyənlər, yarım milyona akt zalı təmir edənlər...”

Image


Son dövrlər bəzi kütləvi informasiya vasitələrində ADPU-ya qarşı aparılan qərəzli, məqsədli, bir mənbədən idarə edilən çirkin kampaniya məni təkcə ADPU-nun müəllimi kimi deyil, həm də bir vətəndaş olaraq narahat edir.

Bu mənada istərdim ki, əməkdaşı olduğum universitetə, rektorumuz professor Cəfər Cəfərova ünvanlanan qarayaxmaya münasibət bildirim. Bəri başdan qeyd edim ki, söylədiyim fikirlər sifarişli deyil, hür iradəmin ifadəsidir...

Hər şey 2016-cı ildən başladı...

Səhər tezdən sadə geyimli bir müəllim ADPU-nun əsas girişindən əmin addımlarla universitetə daxil oldu. Ətrafında uzun qalstuklu, hər kəsə nifrətlə baxan, əlahəzrət rəhbəri “mühafizə” edən qorxulu adamlar yox idi...Hər kəs təəccüblənmişdi...Axı  ADPU-nun müəllim və tələbələri uzun illər idi ki,  rəhbərin “ordu” ilə gəzişinə, nadir hallarda görünməsinə alışmışdı...

  • Gələn ADPU-nun yeni rektoru, professor Cəfər Cəfərov idi...

Yeni rektorun gəlişi bəziləri üçün bir ümid, kimiləri üçün faciə,biriləri üçün isə fürsət idi..

Professor Cəfər Cəfərovun ADPU-ya təyinatı, elmi işini uğurla müdafiə edib müəllim işləmək istəyən lakin, “adamı” və “pulu” olmayanlar, rüşvətsiz imtahan verib müəllim olmağı arzulayanlar, rektoru görüb ona dərdini demək istəyənlər üçün bir ümid işığı idi...

Həqiqətən də, çox keçmədi ki, ADPU-da müəllim, laborant və digər vəzifələrdə çalışmaq istəyənlərə adalətli şərtlərlə-müsabiqə yolu ilə seçilmək, tələbələrə rüşvətsiz imtahan vermək imkanı yaradıldı.

  • Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, idarəçiliyin optimallaşdırılması, elmi mühitin canlandırılması naminə asaslı addımlar atılmağa başlanıldı...

Bütün bunlara rəğmən əli pulla oynayanlar, xalaoğlu baş dispetçerlər, bircə ilə test cavablarını satıb son model maşın alanlar, “yuxarıdan” gəlmiş telefon zənginə görə universitetin koridorları ilə rəhbərin otağına qaça-qaça gedən ahıl dekanlar,  iyirmi il rəhbər vəzifədə mürgüləyənlər,yarım milyona akt zalı təmir edənlər, yüz yaşı olan bir universiteti ailə müəssisəsinə çevirənlər, bankomatik işçilər, ölü canlar, on il test oyunundan millətin gələcəyini məhv edib “qazanan”lar yaza-yaza bitirə bilmədiyim kimsələr üçün isə yeni rəhbərin gəlişi əsil faciə idi..

  • İndi onların bir qismi “bəlkə də qaytardılar”, bir qismi də “ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” havasını çalırlar...

Yalanlarınız  o qədər ağdır ki, deməyə söz tapmıram..

Yazırsınız: “Doğrudur, bəzi obyektiv səbəblərlə əlaqədar olaraq universitetdə rüşvət problemi nisbətən həll olunub.Amma bu, heç də rektorun uğru hesab oluna bilməz.Çünki hazırda imtahanlar kompüter vasitəsilə götürüldüyündən,respublikamızın əksər ali təhsil müəssisələrində tələbə-müəllim təmasının qarşısı alınıb.” Üç cümlə qurmusunuz, üçü də köməkçi nitq hissəsi ilə başlayır.Üçü də yanlışdır. Birinci cümləniz ona görə yanlışdır ki, ADPU-da tələbə ilə müəllim arasında rüşvət anlayışı nisbətən yox, tamamilə aradan qaldırılıb, cəhd edənlər universitetdən qovulur.  İkinci cümləniz ona görə yanlışdır ki, universitetdə kök salmış rüşvətə məhz son üç ildə son qoyulub. Nəhayət, üçüncü cümləniz ona görə yanlışdır ki, son üç ildə ADPU-da imtahanlar yazılı qaydada aparılır.Əsas mənbədən,əsas nitq hissələri ilə başlayan, əsaslandırılmış xəbərlər qurun!

Yazırsınız ki, ADPU-da müəllimlər dünyasını dəyişdi. ADPU-da yüzlərlə insan çalışır,əməkdaşlarımızın müəyyən bir hissəsinin yaşı 70-dən yuxarıdır. Arasında elminə, şəxsiyyətinə hörmət etdiyim qocaman müəllimlərimin də olduğu bu insanların bir qismi təqaüdə çıxmış,bir qismi dünyasını dəyişmiş, bir qismi fəaliyyətini davam etdirməkdədir.Belə insanların yaşaması və ya dünyasını dəyişməsi ilə rəhbər arasında əlaqə qura bilmə fantaziyanıza məəttəl qalmamaq mümkün deyil.

ADPU-da gedən ciddi kadr islahatları sizi əsassız yerə narahat edir. Ötən on il ərzində əyri yollarla başı pul qazanmağa qarışan, elmi, tədrisi unudan, yalnız rəhbərə baş əyməyi bacaran” baş”larla işləmək, islahat aparmaq, universitetin kadr hazlığında əsaslı dönüş etmək mümkün deyil. İndi o “baş”lar baş qaldırıb deyir ki, ADPU-da müəllim işləmək, saathesabı dərs demək, ailəmi dolandırmaq istəyirəm. Xub, yaxşı fikirdir. O zaman sizə bir neçə sualım var. Ey bir zamanlar adının, kabinetinin qarşısında “baş” yazılanlar, siz ötən illər ərzində elmlə məşğul oldunuzmu, elmi nəşrlərdə məqaləniz çap olundumu, elmi iş götürüb müdafiə etdinizmi? Saathesabı dərs demək istədinizmi? İstəmədiniz,çünki üç il öncə başınız “baş” olmağa qarışmışdı, işləriniz əyri yollarla “düz” gedirdi. İndi haqsız yerə döymədiyiniz qapı, atmadığınız iftira qalmayıbdır. Gah əsassız yerə milli kimliyinizi gözə soxur, gah da keçmişinizdən bixəbər sadə insanların hislərini istismar edirsiniz. Keçməyəcək!

Yazırsınız ki, rektor ADPU-nu dünya səviyyəsində təmsil edən nüfuzlu elm adamının əvəzinə həyat yoldaşının xalasıoğlunu, heç bir elmi dərəcəsi olmayan Arzu Daşdəmirov adlı birini dekan təyin edib. Mənbəniz kimi özünüz də məlumatsızsınız.Əvvəla, Azu Daşdəmirov fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur,dosentdir, gəncdir, yaradıcı və idarəçilik potensialına malik alimdir,ikincisi, o  nüfuzlu elm adamınızın dekan olmadan Azərbaycan elmini dünya səviyyəsində təmsil etməsinə mane olanmı var? İyirmi il dekan olmaqmı olar?Bəlkə,  ADPU-nun dekanı vəzifəsi o nüfuzlu elm adamının adına ömürlük bron edilib?

Məlumat üçün qeyd edim ki, son üç ildə ADPU-nun “Fizika və texnologiya”, “Filologiya”, “Tarix və coğrafiya” fakültlərində dekan seçkisi keçirilmiş, fakültənin professor-müəllim heyətinin etimadını qazanmış namizədlər dekan seçilmişdir və bu proses davam etməkdədir.

  • Dəqiqləşdirilməmiş məlumatlarınız, ictimaiyyəti çaşdıran, qərəzli, iftiralarınız, birtərəfli “xəbərləriniz”, şou xarakterli informasiyalarınız bununla bitmir...

Bir neçə həftə öncə yazırsınız..”ADPU əməkdaşından qalmaqallı açıqlama”... xəbərinizi oxuyuram, məlum olur ki,gənc, subay  əməkdaşımız Nazir Nağıyev şəxsi facebook səhifəsində 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları zamanı çəkdirdiyi bir neçə fotoşəkli yayımlayıb və müəyyən fikirlərini bildirib. Siz ondan şou-xəbər düzəldibsiniz. İndi nə deyirsiniz, ADPU  əməkdaşının heç bir sosial həyatı, şəxsi düşüncəsi olmamalıdır? Halbuki  Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin 1-ci bəndində yazılıbdır:”Hər kəsin fikir və söz azadlığı vardır.Yenə həmin Konstitusiyanın 32-ci maddəsinin 2-ci bəndində yazılır ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına,saxlanılmasına, istifadəsinə, yayılmasına yol verilmir. ADPU-da” qanunsuzluq” axtarışına çıxanlar, özünüzdən başlayın...

Professor Cəfər Cəfərovun sadəliyi,peşəkarlığı, universitetin müəllim və tələbə heyəti ilə birbaşa dialoqa girməsi, ünsiyyətdə olması, özü ilə əməkdaşları, tələbələri arasında sədd çəkməməsi, inanclı bir insan olması, dövlətinə,prezidentinə, Ümummilli lider Heydər Əliyev ideallarına sadiq olması, təhsilə qazanc gözü ilə baxanlarla mübarizəyə başlaması yeniliyə, inkişafa qarşı olan radikal qüvvələr, sözün hər mənasında üçüncü olanlar üçün isə suyu bulandırmağa fürsətə çevrildi...

Fikrimi Uca Türk xalqının ana kitabı olan “Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqudun hikmətli sözləri ilə tamamlamaq istərdim..

Çalıb kəsər üz qılıncı müxənnətlər çalınca çalmasa yey..

Çala bilən igidə oxla qılıncdan bir çomaq yey..

Yalan söz bu dünyada olunca, olmasa yey...

Bəhram Cəfəroğu
ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi
Filologiya üzrə fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ