Cümə günü, 06 noyabr 2026
     

"Azərbaycanda Gənclər Arasında Tənhalıq: Səssiz Böhran"

Image


Müasir Azərbaycan gəncliyi elm, texnologiya və qloballaşma dövrünün içində böyüyür. Rəqəmsal imkanlar, sosial şəbəkələr və informasiyaya çıxış imkanları genişlənib. Lakin paradoksal şəkildə, məhz bu imkanların artması ilə yanaşı, gənclər arasında tənhalıq, emosional tənha qalma, depressiya kimi hallar da artıb. Əksər hallarda səssiz gedən bu böhran artıq fərdi deyil, ictimai bir problemə çevrilməkdədir.

1. Rəqəmsal Gənclik və Təcrid
Azərbaycanda 16–30 yaşlı gənclərin əksəriyyəti günün böyük bir hissəsini telefon və kompüter qarşısında keçirir. TikTok, Instagram və Telegram vasitəsilə informasiya mübadiləsi sürətli olsa da, bu gənclərin real ünsiyyət imkanlarını azaldır. Artıq bir çox gənc dostuna zəng e…

Gənclərin Xaricə Köç Arzusu: Beyin axını, yoxsa ümid axtarışı?

Son illərdə Azərbaycanda gənclər arasında xaricə köçmək istəyinin sürətlə artması sadəcə fərdi qərar deyil, dərin sosial və sistemli problemlərin təzahürü kimi qiymətləndirilir. Xaricdə təhsil almaq, işləmək və ya sadəcə yeni bir həyat qurmaq arzusu artıq nadir hal deyil – bu, gənclər arasında kütləvi tendensiyaya çevrilib. Bəs bu dalğa nə qədər sağlamdır? Bu bir beyin axınıdırmı, yoxsa sadəcə daha yaxşı gələcəyə aparan ümid axtarışı?

Rəqəmlərlə gerçək: Statistika nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə ölkədən xaricə müvəqqəti və ya daimi yaşamaq məqsədilə çıxan gənclərin sayı 2 dəfədən çox artıb. 2023-cü ildə xaricdə təhsil almağa gedənlərin sayı 10 mindən çox olub. Ən çox seçilən ölkələr:

Almaniya

Türkiyə

Kanada

Polşa

Macarıstan

Sosioloji sorğulara əsasən, 18–30 yaş arası gənclərin təxminən 65%-i ölkəni tərk etmək istəyir və əksəriyyəti bu arzunu “xilas yolu” kimi görür.

Beyin axını nədir və niyə təhlükəlidir?
Nn“Beyin axını” – təhsilli, istedadlı, innovativ insan resursunun ölkədən çıxması və başqa ölkələrin iqtisadiyyatına töhfə verməsidir. Azərbaycan üçün bu problem artıq real təhlükəyə çevrilib, çünki:

Gənclər xaricdə qalıb işləməyə üstünlük verir

Qayıdanların sayı azdır

Yerli iş bazarı təhsilli gənclərə uyğun imkan yaratmır

Bu, ölkənin intellektual potensialının azalması, innovasiya sektorlarının zəifləməsi və uzunmüddətli iqtisadi inkişafın yavaşlaması ilə nəticələnə bilər.

Gənclər niyə getmək istəyir?

Gənclərin “getmək” motivasiyasını bir neçə əsas qrupda toplamaq olar:

1. Sosial ədalətsizlik hissi
“Kim tanış tapmasa, iş tapa bilmir” – bu fikir gənclər arasında geniş yayılıb.

Meritokratiya çatışmazlığı onların potensialını reallaşdırmasına əngəl olur.

2. Əmək bazarında çətinliklər
Diplomlu, xarici dil bilən, bacarıqlı gənclər işsiz qalır və ya əmək haqqı ilə yaşam standartları arasında ciddi fərq hiss edirlər.

3. Şəxsi azadlıq və həyat keyfiyyəti axtarışı
Sosial və mədəni basqılar, gender bərabərsizliyi, senzura hissi bir çox gənc üçün nəfəs almağı çətinləşdirir.

Gənclər daha açıq, tolerant və təhlükəsiz cəmiyyətlərdə yaşamaq istəyir.

4. Təhsil və inkişaf imkanları
Xarici universitetlərin verdiyi imkanlar və keyfiyyətli təhsil gənclər üçün böyük cazibə yaradır.

Azərbaycanda təhsildə innovasiya və praktik bacarıqlara az önəm verilməsi onların gözləntilərini qarşılamır.

Gənclərin öz dili ilə:
“Burda hər şey sanki dayanıbdı. Xaricdə azad nəfəs almaq istəyirəm.”
— Nərgiz, 22 yaş, iqtisadiyyat ixtisası üzrə tələbə

“Təhsilimi qurtarsam da, bu bazarda özümə uyğun iş tapa bilmədim. Almaniyada öz sahəmdə işləmək daha asandır.”
— Rəşad, 25 yaş, mühəndis

Xilas yolu: Geri dönmək mümkündürmü?
Xaricə köçmək heç də həmişə mənfi nəticə doğurmur. Bəzi ölkələrdə olduğu kimi, bu potensial "diaspora kapitalına" çevrilə bilər, amma bunun üçün ölkədə geri dönmək üçün real səbəblər və mühit yaradılmalıdır:

Təhsilli və ixtisaslı gənclər üçün iş imkanlarının artırılması

Yaradıcılıq və təşəbbüskarlığın dəstəklənməsi

Açıq və şəffaf cəmiyyət modeli

Könüllü qayıdış proqramları və stimullar

Dövlət və özəl sektorun ortaq strategiyası olmadan bu axının qarşısını almaq çətindir.

Gənclərin xaricə köç arzusu nə yalnız qaçışdır, nə də tam axın. Bu, bir siqnaldır – cəmiyyətin gənclərə arzuladıqları gələcəyi təqdim edə bilmədiyinin siqnalı. Onlar təkcə “burdan getmək” istəmirlər – harada qiymətləndiriləcəklərsə, orada qalmaq istəyirlər.

Beyin axınının qarşısını almaq yalnız pasportla deyil, ümidlə mümkündür.

Nərmin ABIŞOVA
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ