Cümə günü, 06 noyabr 2026
     

Tramp azərbaycanlı tələbələri də Harvarddan qovacaq - cəmi 6800 tələbə...

Image


Kamran Əsədov: “...Azərbaycan da daxil olmaqla, bir çox ölkənin gənc intellektual resurslarına təsir etmə potensialına malikdir”

“Əl Cəzirə”nin yaydığı məlumata görə, Tramp administarsiyası Harvardın əcnəbi tələbələri qəbul etməsinə mane olmaq üçün aylarla davam edən təzyiq kampaniyasında universitetə ​​qarşı son hərəkətə keçib.

Prezident D.Trampın administrasiyası Fələstin tərəfdarı etirazlara, eləcə də müxtəliflik təşəbbüslərinə və tədris proqramlarına cavablarına görə ABŞ-ın ən yaxşı universitetlərinə qarşı sərt mövqe nümayiş etdirib. Cümə axşamı Harvard Universitetinin əcnəbi tələbələri qəbul etməsinə mane olmaq üçün atılan addım, tənqidçilərin fikrincə, əsassız antisemitizm iddialarından qaynaqlanan aylarla davam edən qarşıdurmanın son kəskinləşməsidir.

Söhbət Donald Tramp administrasiyasının Harvard Universitetinə xarici ölkələrdən tələbə qəbuluna məhdudiyyət qoymaq barədə qərarından gedir. Tramp administrasiyasının qərarını şərh edən “Əl Cəzirə” yazır ki, qərar universitetdə son aylarda aparılan daxili araşdırmanın nəticəsi olaraq verilib. Mənbələr qeyd edib ki, söhbət əsasən xarici ölkələrlə, xüsusilə Çin və Yaxın Şərq dövlətləri ilə bağlı maliyyə və akademik əlaqələrə yönəlik araşdırmalardan gedir.

Administrasiyanın bu qərarı Harvardın beynəlxalq proqramlarına ciddi təsir göstərə bilər. Qeyd olunur ki, hazırda Harvard Universitetində minlərlə xarici tələbə təhsil alır və onların əksəriyyəti elmi tədqiqat proqramlarına cəlb olunub. Məsələ ilə bağlı hələlik nə universitet rəhbərliyi, nə də ABŞ Təhsil Departamenti rəsmi açıqlama verib.

Trampın yeni bir qərarı ilə Harvarda ayrılan dövlət maliyyəsi kəsilib, bu ali məktəbin maliyyələşdirilməsini dayandırıb. Bu qərarla Harvard universitetinə xaricdən tələbə qəbulunu qadağan edib. Verilən qərara görə, 6800 nəfər xarici tələbə Harvard universitetindən çıxarılmalıdır. Bu qərarın Azərbaycana birbaşa nə təsirləri olacaq? Azərbaycandan da orda oxuyanlar varmı? Bildiyimiz qədər, orada vaxtilə Azərbaycandan çox gənc oxuyurdu. Təbii, indi də orda oxuyanlar arasında azərbaycanlılar var və 6800 nəfərin içində Azərbaycan vətəndaşlarının olmaması mümkün deyil.

“Verilən qərar Azərbaycan vətəndaşları üçün də birbaşa nəticələr doğura bilər”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, D.Trampın bu qərarı çox ziyanlı addımdır: “İlk növbədə qeyd edim ki, ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən Harvard Universitetinə qarşı qəbul edilən yeni qərar ali təhsildə beynəlxalqlaşma prinsiplərinə ciddi zərbə vurmaqla yanaşı, Azərbaycan da daxil olmaqla bir çox ölkənin gənc intellektual resurslarına təsir etmə potensialına malikdir. Qərara əsasən, Harvard Universitetinə ayrılan federal maliyyə yardımı dayandırılır, beynəlxalq tələbə qəbulu qadağan edilir və hazırda universitetdə təhsil alan 6800 xarici tələbənin ABŞ-ı tərk etməsi və ya digər universitetlərə köçürülməsi tələb olunur. Bu sadəcə bir universitetin daxili məsələsi kimi görünməməlidir, çünki bu qərarın təhsilin geosiyasi yönlərini dəyişəcək dərəcədə çoxölçülü təsirləri olacaq”.

K.Əsədov qeyd etdi ki, hazırda Harvard Universitetində təhsil alan 6800 xarici tələbə müxtəlif ölkələrdən olan yüksək intellektual potensiala sahib gənclərdir. O vurğuladı ki, ABŞ Təhsil Departamentinin 2022-ci il hesabatına görə, Harvard Universitetində 100-dən çox ölkədən tələbə təhsil alır. “Bu universitet uzun illərdir ki, Azərbaycan gəncləri üçün də ən yüksək hədəflərdən biri olub. 2024-cü ilin statistikalarına əsasən, Harvard Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı az olsa da, orada qəbul olunan hər bir azərbaycanlı gənc ya özəl məktəblərdə yüksək təhsil almış, ya da beynəlxalq olimpiadalarda uğur qazanmış şəxslərdir. Bu faktlar göstərir ki, verilən qərar Azərbaycan vətəndaşları üçün də birbaşa nəticələr doğura bilər.

Qərarın mənfi təsirlərindən biri beynəlxalq təhsil mobilitesinin zəifləməsidir. O qeyd etdi ki, Harvard kimi dünya elitasına daxil olan universitetlərdə təhsil alan tələbələr yalnız akademik deyil, həm də diplomatik və iqtisadi cəhətdən ölkələrinin “yumşaq gücü” kimi çıxış edirlər. Azərbaycandan olan tələbələrin Harvard və digər prestijli universitetlərdə oxuması ölkənin insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Əgər bu gənclərin ABŞ-dakı təhsil imkanları bağlanarsa, onların həm təhsil perspektivləri məhdudlaşacaq, həm də beynəlxalq əmək bazarına çıxışları zəifləyəcək.

Digər tərəfdən, bu qərar ABŞ-ın ali təhsil sistemində müstəqillik prinsipinə də ziddir. ABŞ Konstitusiyasının birbaşa ali təhsili tənzimləyən maddəsi olmasa da, Ali Məhkəmə qərarlarında universitetlərin akademik muxtariyyətinin təmin olunması demokratik dəyərlərin ayrılmaz hissəsi kimi tanınır. Harvard Universiteti artıq bu qərarı qeyri-qanuni hesab edərək hüquqi prosedurlara başlayacağını açıqlayıb. Bu isə onu göstərir ki, qərar yalnız təhsil sahəsində deyil, ABŞ-ın daxili hüquq sistemində də ciddi mübahisələr yaradacaq.

Bu qərarın müsbət tərəfi kimi, Tramp administrasiyasının öz mövqeyindən baxdıqda “milliləşdirilmiş resurs prioritetləşməsi” göstərilə bilər. Yəni pandemiyadan sonrakı dövrdə daxili təhsil ehtiyaclarının ödənilməsi, amerikalı tələbələrin maraqlarının qorunması kimi arqumentlər irəli sürülür. Lakin bu mülahizələrin ümumi qlobal dəyərlərlə ziddiyyət təşkil etdiyi aydındır. Təhsil beynəlxalq sərhədləri aşan, mədəniyyətlərarası dialoqu təşviq edən bir vasitədir. ABŞ-ın ali təhsil bazarında beynəlxalq tələbələrin rolu danılmazdır: 2021-ci ildə ABŞ universitetlərində təhsil alan 914 min xarici tələbə ölkə iqtisadiyyatına illik 32 milyard dollar gəlir gətirmişdi. Yəni bu tələbələr təkcə təhsil deyil, həm də iqtisadi dəyər yaradırdılar”.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsi isə ABŞ-dan fərqli istiqamətdə inkişaf edir: “Məsələn, Kanada və Avstraliya hazırda beynəlxalq tələbələrin qəbulunu daha da asanlaşdırmaq, viza proseslərini sürətləndirmək, hətta təhsil sonrası iş icazəsi ilə onları ölkədə saxlamaq üçün hüquqi çərçivələrini genişləndirir. Kanada 2024-cü ildə təhsil viza kvotasını 900 min nəfərə qədər artıracağını bəyan edib. Bu isə onu göstərir ki, Trampın yanaşması təhsilin gələcəyinə yönəlik qlobal trendlərlə ziddiyyət təşkil edir və ABŞ-ın “təhsil brendi”nin cazibədarlığını azalda bilər.

Azərbaycan üçün bu qərar həm xəbərdarlıq, həm də fürsət olmalıdır. Əgər ABŞ kimi aparıcı ölkələrdə siyasi qərarlar gənclərin təhsil hüquqlarını məhdudlaşdıra bilirsə, Azərbaycan daxilində yüksək keyfiyyətli beynəlxalq səviyyəli təhsil mühitinin yaradılması daha təxirəsalınmaz hala gəlir. Bu həm də yerli ali təhsil müəssisələri üçün bir siqnal olmalıdır: dünya miqyasında tanınan və azərbaycanlı gəncləri ölkədə saxlaya biləcək keyfiyyətli proqramlar, ikili diplomlar, beynəlxalq akkreditasiyalar genişlənməlidir.

Sonda qeyd edim ki, Harvard Universitetinə qarşı tətbiq edilən bu qərar sadəcə bir universitetin deyil, bütün beynəlxalq təhsil sisteminin təlatümüdür. Bu qərar qüvvədə qalarsa, Azərbaycanın da daxil olduğu bir çox ölkənin gələcəyinə və insan resurslarının formalaşmasına mənfi təsir göstərəcək. Qlobal dünya artıq bilik və bacarıqların sərhədləri aşdığı bir mərhələdədir. Bu sərhədləri süni şəkildə bağlamaq nə ədalətlidir, nə də gələcəyə xidmət edir”-deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ