Bazar günü günü, 08 noyabr 2026
     

5 dildə sərbəst danışan mingəçevirli şəhidin atası: "Çinə getməyinə razı olmadım"... - FOTO

Image


Fikrət Həsənov: "Əzimi evləndirmədiyimə də çox təəssüflənirəm, evləndirsəydim heç olmasa bir nəvəm olardı, oğlumdan bir nişanə qalardı"   

Mingəçevirdə Əzim adlı bir oğlan vardı, savadı, biliyi, dünyagörüşü, gözəl xasiyyəti ilə seçilirdi, hər kəsin sevimlisi idi. 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Əzim Fikrət oğlundan danışırıq. Vətən müharibəsi zamanı ordu sıralarında xidmət edən Əzim özü kimi qəlbi Vətən torpaqlarını yağı düşməndən azad etmək eşqi ilə döyünən silah və əqidə  yoldaşları ilə birlikdə  qəhrəmanlıq dastanı yaratdı. 

Əzim şəhid olsa da, onun qəhrəmanlığı, savadı, biliyi, vətənpərvərliyi dillərdə dastandır. 

Əzim Həsənov 13 iyun 1998-ci ildə Balakən rayonunda doğulub. 2004-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin il yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub…

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının  "44 gün – Tarixi zəfər" adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış "Şəhid dağı", Musa və Tural Həsənov qardaşları haqqında yazılmış "Gəl, birlikdə köçək dünyadan..." adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən bir neçə şəhid ailəsi ilə təmasda olduq. Onlardan biri də Əzim Həsənovun atası Fikrət Həsənov oldu.

"…Dillər Universitetini qırmızı diplomla bitirmişdi"

- Biz Mingəçevirdə Ağdamdan məcburi köçkün kimi məskunlaşdıq, indi isə mingəçevirli olduq, çünki oğlum burada dəfn olunub. Əzim Azərbaycan Dillər Universitetini qırmızı diplomla bitirmişdi. İngilis və alman dili üzrə bakalavr təhsili almışdı. Beş dildə sərbəst danışırdı. Ali məktəbi bitirdi, diplomunu aldı və sonra da əsgəri xidmətə getdi. Müharibə başlayanda Əzim əsgərlikdə idi. Orada da "Həmlə" taboru yaradılıb və oğlum da könüllü şəkildə bu tabora yazılıb. "Korona" dövrünə düşdüyü üçün bizə görüş verilmirdi, elə bilirdik ki, oğlumuz Quru Qoşumlarında xidmət edir. Amma demə ki, "Həmlə"də imiş. Əsgərlik vaxtının bitməsinə az qalmış bir dəfə zəng edib dedi ki, ata, istəyirəm bir-iki il hərbidə qalım. 

- Siz nə dediniz?

- Etiraz etdim.  Çünki əvvəlcədən danışmışdıq ki, əsgərliyi bitirib gəlib magistraturada oxumalıdır. O zaman da ABŞ-a, İngiltərəyə və Çinə göndəriş vardı, bu üç ölkədən hansını istəsə seçə və magistraturanı orda oxuya bilərdi. Dövlət hesabına oxuyacaqdı. Əzim Çinə getməyi çox istəyirdi. Amma mən heç cür razılaşmadım. Evin bir oğlu idi, fikirləşdim ki, gedib birdən orda qalar, geri qayıtmaz. Dedim ki, ay oğul, özüm şəkər xəstəsiyəm, indən sonra beş il, yoxsa on il yaşayacağam, bilmirəm, anan, bacın sənə əmanətdir.  

Əzim dedi ki, hərb sənəti xoşuma gəlir, qalmaq istəyirəm. Dedim ki, ay oğul, sən universiteti qırmızı diplomla bitirmisən, sənin yolunda nə qədər əziyyət çəkmişəm. Başdan deyərdin ki, hərbini istəyirəm, heç mən də dörd il yollarda zülm çəkməzdim. Arzum o idi ki, oğlum magistraturanı da bitirsin. Amma Əzim hərbidə qalmaqda israr edirdi. Arxasınca hərbi hissəyə getdim, dedilər ki, burda bu adda adam yoxdur. Dedim necə yoxdur, mənim oğlum koronadan əvvəl burada idi, yanına da gəlmişdim. Pul göndərəndə də həmin hərbi hissəyə göndərirdik, amma bizə demirdi ki, "Həmlə"dəyəm, bura göndərin. Bilməyək deyə, demirmiş. Çox axtardım, axırda bir zabit gəlib soruşdu ki, kimi axtarırsız? Dedim ki, Həsənov Əzimi. Ali məktəb bitirib getmişdi deyə, onu "ağsaqqal" çağırırdılar. Dedi ki, ağsaqqalı axtarırsınız? Dedim ağsaqqal, qarasaqqal bilmirəm, uşağımı axtarıram, amma "burada yoxdur" deyirlər. Həmin zabit dedi ki, sizin oğlunuz "Həmlə" taborundadır. Bu söhbət müharibədən əvvələ təsadüf edir. Əzimi çağırdılar, gəldi. Görüşdük, "Həmlə"də olmağına etiraz etdim, dedim ki, evin tək oğlusan. Komandiri də dedi ki, Əzim, sənin sənədlərini Quru Qoşunlara göndərim, xidmətini vaxtında qurtarıb evinə qayıt.

- Əzimin cavabı nə oldu? Razılaşdı?

- Xeyr. Dedi ki, komandir, mən bura könüllü yazılmışam, nə etdiyimi də bilirəm, dörd il ali məktəb oxumuşam, siz narahat olmayın, atamı özüm razı salacağam. Söhbət etdik, nə qədər dilə tutdum, "yox, qalacağam" dedi…Qisməti bu imiş. Əzim ailəsini yox, Vətənini seçdi.

- Əzimi Çinə qoymadığınız üçün təəssüflənirsiniz? Heç olurmu deyəsiniz ki, bəlkə xaricə getsəydi sağ qalardı?

- Çox-çox təəssüflənirəm. Əzimi evləndirmədiyimə də çox təəssüflənirəm, evləndirsəydim, heç olmasa bir nəvəm olardı, oğlumdan bir nişanə qalardı.  

Çox vətənpərvər oğlan idi. Oğlum üçün vətən sevgisi hər şeydən üstün oldu. Tələbə vaxtı çox aktiv olub, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən ADU TGT-nin Vətənpərvərlər Klubuna üzv idi. O zaman işğalda olan torpaqlarımızın anım günləri və digər respublika əhəmiyyətli günlərin qeyd olunduğu tədbirlərin həyata keçirilməsində fəal iştirak edib. Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən və bir neçə universitetin də iştirak etdiyi "Azərbaycançılıq Məfkurəsinin Gənclərlə Təbliği" layihəsində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib. Onları klub olaraq yarışda qalib edən bayraq haqqında hazırladıqları fləşmob idi. Əzim o qədər aktiv idi…

ADU-nun rektoru, akademik Kamal Abdulla bir dəfə dedi ki, Əzim yeganə tələbə idi ki, mən saatlarla oturub onunla söhbət edirdim.  Çox savadlı, çox bilikli uşaq idi.

- Əzimin döyüş yolu hardan başladı?

- Sentyabr ayının 27-də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. "Nə qazimiz, nə şəhidimiz, nə olur olsun, düşmən tərəfində qalmasın"-deyib Əzim. 

Müharibə başlayanda birinci Cəbrayıla giriblər. Cəbrayılda bayrağı öpən mənim oğlumdur. Amma maskalı olduğu üçün üzü görsənmir. Komandiri də, döyüş yoldaşları da deyir ki, Cəbrayılda bayrağı öpən Əzimdir. Bunlar kəşfiyyatçı olduqları üçün həmişə qabaqda gediblər…

- Anası bilirdi Əzimin kəşfiyyatda olduğunu?

- Xeyr, anasına onun "Həmlə"də olduğunu deməmişdim. Mən ona dyeirdim ki, Əzimgil hələ Bakıdadır, onları hələ aparmırlar. Yoldaşım namaz qılandır. Hər dəfə namaz qılanda qonşunun müharibədə olan uşağına dua edirdi ki, Allah, sənə qurban olum, Toğrula bir şey olmasın Validənin ürəyi dayanmasın. Öz oğlunun cəbhədə olduğunu bilmirdi, qonşunun oğluna dua edirdi. Mən də Əzimlə danışırdım, Cəbrayılda olduğunu deyirdi. Anasına deyə bilmirdim ki, sənin oğlun hamıdan qabaqda gedir. Anadan olandan gözümdən yaş gəlməmişdi, atam-anam rəhmətə gedəndə ağlamamışdım, amma Əzim şəhid olanda ağladım. Əzim məni ağlatdı…

- Nə zaman şəhid oldu? 

- Oktyabrın 9-u Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr günü Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn edildi.

- Necə uşaq idi?

- Çox yaxşı. Birinci sinfə gedəndən məktəbi bitirənə qədər öz biliyi, tərbiyəsi ilə fərqləndi. Birinci sinifdən əlaçı olub. Uşaqlıqdan hamı onu "ağsaqqal" çağırırdı, universitetdə də "ağsaqqal" adlandırırdılar. əsgərlikdə də ona "ağsaqqal" deyirdilər. 19 nömrəli məktəbdə oxuyub. Çalışırlar ki, Əzimin adı bu məktəbə verilsin. Hələ qalıb. İcra Hakimiyyəti deyir ki, ordeni olmalıdır. "Azərbaycan Bayrağı" ordeni də yazıblar, gəlməlidir.  

Şəhid olduqdan sonra Prezidentin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Oğlum 22 yaşında şəhid olub. O elə bir oğul idi ki, onun şəhdiliyi hamını yandırdı.

Evdə otağın birində onun üçün kiçik bir muzey-guşə yaratmışam. Diplomları, fəxri fərmanları və sair oradadır. O vaxt Mingəçevirdə "Araz" kursları bilik yarışı keçirirdi, Əzim 8-ci sinifdə oxuyanda orada qalib gəlmişdi. O, həm Mingəçevir Dövlət Universietinin tələbələrinə, həm də kursda oxuyanlara qalib gəldi. O kursun direktoru dəfələrlə mənə zəng etdi ki, əmi, Əzim gəlib bizdə oxusun. Çox istəyirdim ki, gedib orda oxusun. Çox maraqlı uşaq idi, dedi ki, öz məktəbimdə oxuyacağam. Direktor mənə demişdi ki, 19 nömrəli məktəbdə elə güclü müəllim yoxdur. Bu, Əzimin xətrinə dəydi. Dedi ki, mənim müəllimlərim güclü deyildisə, necə oldu ki, mən onun da, universitetin də tələbələrinə qalib gəlmişəm? Əzim öz məktəbinin təəssübünü çox çəkirdi.

- Yolunu gözləyirsiz?

- Bu saat ürəyim uçur. Gün keçdikcə, il keçdikcə Əzimi daha çox gözləyirik…Gəlmir, anası da, mən də ölümümüzü gözləyirik. Allaha dua edirik ki, bizi ona layiq öldür, oğlumuzun yanına ona layiq şəkildə gedək. Oğlumuzun yanına getmək istəyirik…

İradə SARIYEVA
Mingəçevir-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ