Bazar ertəsi günü, 09 noyabr 2026
     

İqlim problemi bütün ölkələri "dağıdır"…

Image


Dünya boyu getdikcə xüsusi aktuallıq kəsb edən məsələlədən biri də iqlim dəyişiklikləri ilə bağlıdır. Hadisələrin inkişaf axarı göstərir ki, bundan təsirlənməyən ölkə yoxdur. Elə Azərbaycan da iqlim dəyişikliklərinin fəsadlarını getdikcə daha çox hiss edən ölkələr sırasında yer alır.

Məsələnin maraqlı tərəflərindən biri bu dəyişikliklər fonunda qeydə alınan ziddiyyətlərdir. Belə ki, əksər ölkələr eyni zamanda həm daşqınlar, həm də quraqlıq problemləri ilə üzləşib. Azərbaycanda da bu hal özünü qabarıq göstərir. Bunlar fonunda alimlər xəbərdarlıq edir ki, əsrin sonuna qədər bəşəriyyətin beşdəbirindən çoxu təhlükəli isti ilə qarşılaşa bilər. “Nature Sustainability” jurnalında dərc edilmiş Böyük Britaniyanın Ekseter Universitetinin yeni tədqiqatına əsasən, mövcud iqlim siyasəti ilə bizi sənaye dövründən əvvəlki səviyyədən 2,7 dərəcə yuxarı istiləşmə gözləyir. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupuna (İDHEQ) görə, bu, "iqlim fəlakəti”nin qarşısını almaq üçün lazım olan 1,5 dərəcə istiləşmə həddini ötəcək. Bu cür istiləşmə baş verdikdə, 2100-cü ilə qədər 2 milyard insan, yəni Yer kürəsində gözlənilən əhalinin təxminən 20 faizi həyat üçün təhlükəli istiyə və ekstremal hava şəraitinə məruz qalacaq. Orta qlobal temperatur 29 dərəcə Selsini keçəcək. Halbuki, insan üçün optimal temperatur 13-25 dərəcə təşkil edir. Hindistan kimi bəzi ölkələr isti səbəbindən, ölümlər də daxil olmaqla, artıq antropogen qlobal istiləşmənin nəticələrindən əziyyət çəkirlər. Ekstremal isti həmçinin insanın işləmək, düşünmək və təhsil almaq qabiliyyətinə təsir edə bilir. O, məhsula dağıdıcı təsir edə, böhranlar, yoluxucu xəstəliklər və hamiləlik vaxtı fəsadların yaranma ehtimalını artıra bilər. Bu təsir yayıldıqca daha çox insan evlərini tərk etməyə və ya daha sərin iqlimi olan ölkələrə köçməyə məcbur olacaq. Hindistan həmişəki kimi ekstremal istiyə məruz qalan, ən böyük əhalisi olan və daha çox zərərçəkən ölkələrdən biri olacaq, ondan sonra Nigeriya, İndoneziya, Filippin və Pakistan yer alacaq. Hətta nisbətən sərin iqlimi olan yerlər daha çox sayda isti və quraqlıq dalğalarına məruz qalacaqlar. Tədqiqat iqlim dəyişikliyinin insan həyatının itirilməsinə diqqət yetirməklə, daha isti və sıx məskunlaşan ölkələrə qeyri-mütənasib təsirini vurğulayır. Bir qayda olaraq, bunlar iqlim böhranına ən az töhfə verən inkişaf etməkdə olan ölkələrdir. Amma inkişaf etmiş ölkələr üçün də vəziyyət ürəkaçan deyil. Məsələn, bu gün Avropa həm quraqlıqdan, həm də daşqınlardan əziyyət çəkir. Bu, Avropa Komissiyasının iqlim dəyişikliyinin bilavasitə nəticələri kimi qiymətləndirdiyi iki təzaddır.

Quraqlıq Cənubi Avropada, xüsusən İspaniyada kənd təsərrüfatına böyük zərər vurub. Digər tərəfdən region may ayında, İtaliyada olduğu kimi, güclü daşqınlardan əziyyət çəkir. Bu, Avropa Komissiyasının iqlim dəyişikliyinin bilavasitə nəticələri kimi qiymətləndirdiyi təzadlı vəziyyətdir. Quraqlıq iqtisadi nəticələrə və ərzaq böhranına səbəb ola biləcək aşkar təhlükəyə çevrilib. Ekspertlərin fikrincə, mütəmadi yağıntıların olmaması və temperaturun iki dərəcə yüksəlməsi İspaniyanın ümumdaxili məhsulunun 7 faiz azalmasına səbəb olacaq. Əgər qlobal istiləşmə 3 dərəcəni ötərsə, dünya ÜDM-i 17 faiz itirəcək. Quraqlıqla mübarizənin ön cəbhəsində aqrar sektor, onun adaptasiya qabiliyyəti və su resurslarının effektiv idarə edilməsi dayanır. Əkinçiliyin gələcəyi iqlim dəyişikliyinə uyğunlaşmaqdan asılıdır. Son 50-60 il ərzində Yer kürəsinin əhalisi üç dəfə artıb və dünya iqtisadiyyatı onları yedirməlidir. Fermerlər və əkinçilər təşkilatlarının məlumatına görə, quraqlıq Avropanın Aralıq dənizi regionuna, əsasən də ərazisinin 75 faizi səhralaşma təhlükəsi ilə üzləşən İspaniyaya daha çox təsir edir. Bir çox ölkələrdə də eyni hal müşahidə olunur. Azərbaycanda da durum ürəkaçan deyil. xüsusən Xəzər dənizi ilə bağlı problem bu fonda özünü qabarıq büruzə verir. ABŞ-ın NASA kosmik agentliyi bildirir ki, sahil ölkələri üçün biomüxtəliflik və iqtisadiyyat baxımından əvəzolunmaz su hövzəsi olan Xəzər dənizi sürətlə dayazlaşır. Məlumata görə, bu, dənizin şimal hissəsində xüsusilə nəzərə çarpır. Problemin miqyasını göstərmək üçün Xəzərin Qazaxıstan hissəsinin 2006-cı və 2022-ci ilin sentyabrında çəkilmiş iki peyk şəklini dərc edilib. Fotolardan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib, Kaydak körfəzi tamamilə quruyub. Xəzərin sürətlə quruması Türkmənistanın sahilyanı ərazisində də nəzərə çarpır. Məsələn, hələ 2007-ci ildə eyniadlı yarımadadakı Xəzər şəhəri birbaşa dəniz sahilində yerləşirdi. Xəzər quruduqca sahil xətti getdikcə uzaqlaşır və indi bəzi yerlərdə su 800 metr çəkilib. Bir neçə peyk tərəfindən toplanmış və NASA Qlobal Su Monitoru tərəfindən əldə edilmiş radar hündürlüyü məlumatları göstərir ki, Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq azalmağa başlayıb. Qeyd olunur ki, iqlim dəyişikliyi havanın temperaturunun yüksəlməsinə və buxarlanmanın artmasına səbəb olduğu üçün azalma davam edə bilər. Bu fonda son dövrlərdə Azərbaycanın bəzi rayonlarında qeydə alınan dağıdıcı daşqınlar iqlim dəyişmələrinin ölkəmizdə də özünü qabarıq büruzə verməsi ilə müşayiət edilir. Bütün bunlardan, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da əhali və iqtisadiyyat əziyyət çəkir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ