çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Respublika Xatirə Kitabı redaksiyasının daha bir böyük təqdimatı... - I YAZI

Image


“Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ən ümdə işidir”

Yolumuz Vətənimizin əsrarəngiz rayonlarından olan Masallıya və Lənkaranadır. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı  redaksiyasının Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasiminə tələsirik.

Həm həyəcanlıyıq, həm  qüssəliyik, həm də qürurlu...Şəhid anaları, şəhid ataları, şəhid balaları, şəhid həyat yoldaşları, şəhid doğmaları ilə görüşə gedirik...İçimiz qanlar ağlayır...Sanki yollar da içimizdəki sızıltını duyur, sanki dağlar da səsimizi eşidir, sanki bulaqlar da göz yaşımıza ovuc-ovuc  su paylayır...Yolların o başında Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın və “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinə nəfəs verən əməkdaşların yolunu onlarla insan gözləyir, qəhrəman analar, şərəfli atalar yollara göz dikir ki, balalarının əl boyda şəkli və barəsində məlumat həkk olunan “44 gün – Tarixi zəfər” nəşrinə qovuşa bilsinlər, o kitabı əlləri titrəyə-titrəyə kökslərinə sıxsınlar.

Qara bağlayan anaların urəkləri qan ağlasa da, başlarını dik tutmağa çalışırlar. "Hər dərdə dözərəm, təki balamın adı yaşasın, izi itməsin" deyən şəhid analarının gözlərinə baxmaq olmur. O gözlərdən dərd yağır, yorğun ürəklərindən yorğun dərdləri gözlərinə, üzlərinə çöküb. Hələ boynu bükük gəlinləri, məlul - müşkül baxan körpələri, şah damarı qırılan, beli bükülən ataları demirəm. "Vətən sağ olsun" deyib Vətənə oğul bəxş edən ataların, anaların dərdi böyük olduğu qədər də onlar qürurludur. Çox əzəmətlidir dərdli şəhid anası, çox böyükdür şəhid atası...

Masallı camaatı çox qonaqpərvərdir, insanı sanki öz doğması, əzizi kimi bağrına basır, əzizləyir, ağırlayır. Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıcov da, qurumun əməkdaşları da bizi çox mehribanlıqla qarşıladılar...

Respublika Xatirə Kitabı redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində təqdimat mərasimini  Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıcov açdı. Azərbaycanın qəhrəman oğullarından söz açan idarə rəisi nəşrin əhəmiyyətini vurğuladı. B.Qılıcov sonra sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. Geniş məruzə ilə çıxış edən N.Məmmədova nəşr barədə ətraflı məlumat verdi: “Nəzərinizə çatdırım ki, Respublika Xatira Kitabı Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 gün - Tarixi zəfər" adlı üçcildliyin birinci cildinin təqdimatını Silahlı Qüvvələr günündə Bakı şəhərində, iyul ayının 6-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə, hazırda isə cənub bölgəsində keçirir. Biz bu şanlı qələbə üçün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və qətiyyətli vətən oğullarına borcluyuq. Məhz bu möhtəşəm Qələbə sayəsində bu zalda sizinlə birlikdəyik. Lakin düşmən, görünür, bu qələbədən dərs çıxarmadı. Zaman-zaman sərhədyanı bölgələrdə və Qarabağda müxtəlif təxribatlar törətməyə qalxdı. Ermənilərin bu ilin sentyabr ayında törətdikləri təxribat naticəsində, təəssüflər olsun ki, daha 80 igidimizi itirdik. Allah bütün şəhidlərə rəhmət eləsin. Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ən ümdə işidir və bu prosesi davam etdirmək üçün redaksiyanın əməkdaşları bölgələrdə olur, axtarış işlərini daim davam etdirirlər”.

N.Məmmədova məlumat üçün bildirdi ki, Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni hayatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirir. Natiqin sözlərinə görə, haqqında bir neçə dəfə qərar və sərəncam verilsə də, bu kitaba əsl qayğı ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı asasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərardan sonra göstərilib: “Əvvəlki illərdə fəaliyyəti üçün hətta vəsait ayrılmayan bu kitab ümummilli liderin məlum qərarından sonra öz fəaliyyətinə tam başlaya bildi. Sonra da Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli «Vətən uğrunda həlak olanların xatirəsinin abədiləşdirilməsi haqqında» Qanunla Respublika Xatirə Kitabı redaksiyası (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edilib və bununla da Xatirə kitabının həyatında əsaslı dönüş yarandı. Xatirə kitabının bütün sayları «Heydər Əliyev Respublika Xatirə Kitabının yaradıcısıdır!» sözləri ilə açılır, kitabda dahi rəhbərin portreti canlanır. Xatirə Kitabının cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vatandaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar darc edilir. Bu ensiklopedik kitab ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib. 2017-ci ildə Respublika Xatirə Kitabı redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ila birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması üzrə işə başlayıb. Nəticədə, Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, eyni zamanda naməlum şəraitdə itkin düşmüş 3888 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə məlumatlar yenidən ciddi araşdırılıb, dəqiqləşdirilmiş materiallar Respublika Xatirə Kitabının dördcildlik xüsusi buraxılışında iki dildə (Azarbaycan va ingilis dillərində) öz aksini tapıb. Redaksiyamız, həmçinin, Azərbaycanın Milli Qəhrəmanları və şəhid polislər haqda kitablar da dǝrc edib. Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından "Gözlə gələcəyəm", "Bir xatirə dəftərinə bənzəyir ömrüm", "Gözlər yoldan yığılarmı", "İgid ömrü" və "El harayına can deyən şəhid Elcan" kitablarını nəşr edib və hazırda layihə davam etdirilir. Respublika Xatirə Kitabı redaksiyası, həmçinin, «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 gün - Tarixi zəfər" adlı üçcildliyi hazırlanır. Hazırda kitabın birinci cildinin təqdimatına toplaşmışıq. Kitabda Vətən uğrunda həlak olmuş, "A-Ə" hərfləri üzrə adları sıralanmış şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür.  Respublika Xatirə Kitabı redaksiyasının formalaşmasında, Xatirə Kitabının unikal səciyyə daşımasında və ərsəyə gəlməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, şəxsən hörmətli nazir cənab Anar Kǝrimovun səmərəli rəhbərliyi və tövsiyyələri, eləcə də yerli icra hakimiyyətlǝrinin, digər ictimai birliklərin iştirakı və zəhməti az deyil. Bu səbəbdən, onlara öz təşəkkürümüzü bildiririk. Vətən hamımızın ümumi evidir. 44 günlük müharibədə biz bunun canlı şahidləri olduq. Xalqımıza Zəfər hissi yaşadan şəhidlərimizə ehtiramımızı yetirir, sağlamlıqlarını itirmiş qazilərimizə, şəhid ailələrinə, onlara qayğı duran şəxslərə, eləcə də, Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaralılara xüsusi xidmət göstərmiş həkimlərinə və bütün tibb personalina minnətdarlıq duyğularımızı çatdırırıq. «Heç kim unudulmur, heç nə yaddan çıxmır!» devizi ilə çıxış edən Xatirə Kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə. müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Yaşasın Azərbaycan xalqı!”

N.Məmmədova ürəyi ata həsrətilə parçalanan şəhid balalarının ağrısına məlhəm olması üçün “Ağlama, şəhid qızı” şeirini söylədi.

Ağlama, şəhid qızı,

Dərdin mənə tanışdı...

Ürəyim paramparça,

Dərdim naxış-naxışdı...

Ağlama şəhid qızı,

Mən də ata itirdim.

Elə sən yaşda idim,

Sanırdım ki, hamıdan

Güclüdü mənim atam

Bu körpə ürəyimdə atam idi qəhrəman...

Sonra söz şair-publisist Rəfael Tağızadəyə verildi. “Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, ancaq öz torpaqları ilə həmsərhəddir. 200 il idi ki, qələbə görmürdü, amma bu 44 günlük müharibədə Azərbaycan qələbə qazandı və qələbənin sevincini yaşadıq. Bu qələbənin sevincini şəhidlərə görə yaşadıq”.

R.Tağızadə vurğuladı ki, şəhidləri yaşatmaq üçün “44 gün – Tarixi zəfər” adlı kitab ərsəyə gəlib.

AYB üzvü, tanınmış şair Meyxoş Abdullah da çıxış etdi. M.Abdullah “şəhid analarımızın-bacılarımızın qarşısında baş əyirəm. Bu tədbirin ən gözəl qonaqları şəhid analarıdır. Bu gün doğrudan da qürurverici andır. Şəhidlərimiz xalqımıza ağrılı-acılı, eyni zamanda qürurlu günlər yaşatdı. Tarix o zaman yaddaşlarda qalır ki, rəsmiləşir. Etiraf edək ki, bizim xalqa bəzən unutqan xalq deyirlər. Xatirə Kitabının yaradılması, yazılması, xalqın yaddaşına köçürülməsi böyük işdir”.

Şəhidlər İntiqam və Nurlan Əsgərlinin anası Ziba anaya da söz verildi. Ziba ana "44 gün - Tarixi zəfər" nəşrini ərsəyə gətirən Xatirə Kitabı redaksiyasına öz minnətdarlığını bildirdi: “Mənim övladlarımı unutmadığınız, onların adlarını bu kitaba saldığınız üçün sizə minnətdarlığımı bildirirəm. Bizim istəyimiz odur ki, övladlarımız kitablarda yaşasın, unudulmasın”.

“44 gün - Tarixi zəfər" üçcildliyinin birinci cildinin təqdimatı başa çatdıqdan sonra Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşları sözügedən nəşri şəhid ailələrinə hədiyyə etdilər.

Masallıdan ayrılıb Lənkəran şəhərinə üz tutduq. Lənkəranda keçirilən tədbir barədə geniş yazı ilə isə növbəti sayımızda tanış ola bilərsiniz.

İradə SARIYEVA
Masallı-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ