çərşənbə axşamı günü, 10 noyabr 2026
     

DİM-in buraxılış imtahanlarından narazılar konkret sübutlar təqdim edirlər - iş böyüyür...

Image


“İmtahan sualları şəffaf şəkildə yoxlanılmayıb. Bəzi şagirdlərin eyni suala eyni cavabı yazmağına baxmayaraq, birinə bal verilir, digəri 0 bal ilə qiymətləndirilir. Bundan əlavə, nəzərə alsaq ki, açıq suallara şagirdlərin müxtəlif fikirləri ola bilər. DİM-in meyarında yazıldığı kimi tam yazılmayıb deyə, avtomatik olaraq 0 bal verilir. Bu nə dərəcədə doğrudur?”

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsinə Arzu Akşin adlı vətəndaş yazıb. DİM-in sosial şəbəkə hesabında bu cür şikayətlər çoxdur.

Dövlət İmtahan Mərkəzinin 2022-ci il 5-6 mart tarixlərində keçirdiyi buraxılış imtahanı narazılıqlara səbəb olub. Şikayətlər əsasən imtahana salınan açıq suallarla bağlıdır. Açıq suallar markerlər tərəfindən yoxlanılır deyə, insanlar nəticələrin şəffaflığına şübhə edir.

İmran Hüseynli adlı şikayətçi qeyd edir ki, açıq sualların yoxlanmasında insan faktoru yenə özünü qabarıq şəkildə göstərir. Eyni suala eyni cavab verən abituriyentin birinə 5 bal, digərinə isə 2 bal verilib. Elə sual var ki, abituriyent meyarlarla yoxlayanda bu meyarlara tam uyğun cavab verdiyini görsə də, həmin suala görə bal verilməyib.

Şikayətçilərdən biri, Əbülfəz Səfərli adlı “Facebook” istifadəçisi isə etirazını bu şəkildə bildirib: “Meyarlar düzgün deyil. Azərbaycan dilində və ingilis dilində şəxsi fikrə söykənən suallar olur. Həmin suallara şagirdin fikri düz olur, amma meyarlarla üst-üstə düşmür deyə, bal ala bilmir. Məsələn, ingilis dilində own words (öz sözlərinizlə) yazılmalı iki sual var. Adından da görünür ki, şagird bunu mətnə əsasən şəxsi fikrinə görə yazmalıdır. Bu meyarlarla üst-üstə düşmürsə, şagird nə etməlidir?”.

Maraqlıdır, imtahanlara niyə açıq tipli suallar salınır? Bu il şikayətçilərin sayının çox olmasına səbəb nədir?

  • Kamran Əsədov: “Apellyasiyaya müraciət edənlərin sayının çox olmasının səbəbi markerlərin təcrübəsizliyi ilə bağlıdır”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, Dövlət İmtahan Mərkəzi 30 ildir Azərbaycanda obyektiv, şəffaf və əlçatan imtahanlar keçirən qurumdur. Bu imtahanlarda o, “bilik qiymətləndirilir” şüarını sözün həqiqi mənasında doğrulda bilir: “Azərbaycanda artıq 3 ildən çoxdur ki, buraxılış və qəbul imtahanlarına birbaşa yazılı, situasiya tipli suallar əlavə edilib. Bunun əsas məqsədi imtahan iştirakçılarının yazı vərdişlərini, onların əzbərçilik vərdişlərindən yayındıraraq öz fikrini ifadə etmək vərdişlərini formalaşdırmaq məqsədi daşıyır: “Təbii ki, belə kütləvi imtahanlarda bu tip test üsulu o qədər də effektiv və uğurlu hesab edilmir. Çünki bir çox hallarda subyektiv səbəblərdən markerlər səhvlərə yol verir”.

Ekspert hesab edir ki, apellyasiyaya müraciət edənlərin sayının çox olmasının səbəbi markerlərin təcrübəsizliyi ilə bağlıdır: “Məndə olan məlumata görə, apellyasiya üçün qısa müddət verilməyinə baxmayaraq, 6000 şəxs apellyasiyaya şikayət edib. Bu o deməkdir ki, imtahanda iştirak edən hər beş nəfərdən biri öz nəticəsindən narazıdır. Bu çox ciddi rəqəmdir. Keçirilən imtahanlarda açıq, situasiya tipli sualları yoxlayanların 4-cü kurs və magistr tələbəsi olması, təcrübəsizlik yekun nəticədə bu tipli hallar yaradıb. Ən əsas problem yoxlama zamanı etalon cavabların əsas götürülməsidir. Halbuki, Azərbaycanda müəyyən ifadələrin sinonimi, antonimi var ki, şagirdlər cavabda etalonda olan cavabı yazmasa da, ona oxşar cavab yazır. Bu zaman cavabları yoxlayan marker bunu əsas götürmür. Bu ciddi qüsur hesab edilə bilər. Təbii ki, hər bir bal imtahan iştirakçıları üçün taleyüklü məsələdir. Mən inanıram ki, biz növbəti illərdə situasiya tipli suallardan imtina edəcəyik”.

  • Elşən Qafarov: “İldən-ilə etirazların artması onu göstərir ki, cəmiyyət artıq DİM-in fəaliyyətinə etibar eləmir”

Təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, DİM ölkədə təhsil siyasətini pozan bir orqana çevrilib: “Təəssüflər olsun ki, DİM publik hüquqi şəxs olaraq dövlət büdcəsindən, eyni zamanda dövlətin ona yaratdığı şəraitdən böyük vəsait qazanan bir mərkəzdir. Məsələn, 5-6 manata başa gələn bir imtahanı 40-50 manata keçirən bir orqan, ölkənin təhsil siyasətimi həyat keçirən Təhsil Nazirliyinin proqram və dərsliklərinə özəl olaraq alternativ dərslik, proqram yaradan bir təşkilat ölkədə təhsil siyasətini pozur. İldən-ilə etirazların artması onu göstərir ki, cəmiyyət artıq DİM-in fəaliyyətinə etibar eləmir. Hansısa sualda səhv, çətin olması, yoxlama prosesinin düzgün olub-olmaması başqa bir amildir. Cəmiyyət olaraq DİM-in bu pozucu fəaliyyətinin qarşısını almağın yeganə yolu kimi bu qurumdan test hazırlamaq səlahiyyəti alınmalıdır. DİM imtahanı keçirən texniki qurum olmalıdır”.

Ekspertin sözlərinə görə, açıq tipli suallarda insan faktoru var və burada səhv ola bilər: “Reallıq odur ki, DİM qiymətləndirməni həyata keçirən orqan yox, imtahanı verilmiş konkret testlər əsasında həyata keçirən qurum olmalıdır. Biz DİM-ə həddindən artıq səlahiyyət vermişik, TN-ə meydan oxuyur və nəticə etirabilə hansı təhsil naziri DİM-in iradəsi əleyhinə bir az tərpənən kimi sualları çətinləşdirir. Cəmiyyət müzakirə edir ki, ölkədə təhsil “öldü”. Reallıq odur ki, bu problemlər olacaq, ancaq şikayətlərin çox olması onu göstərir ki, DİM-in pozucu fəaliyyətinə artıq etirazlar bildirilir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ