Cümə axşamı günü, 12 noyabr 2026
     

Futbolçu şəhid…

Image


- Elyarım, elə yar olan balam. Vətənə can verən balam. Ümidim, pənahım, övlad adlı tək bəhərim. Mən Elyarsızlığın atəşində cayır-cayır yanıram qızım. Mən tək övladımı məzara qoyduğum gündən bu dünya mənə məzar olub. Onlu günlərin həsrətini çəkirəm. Dizimə baş qoymağının, hər qapıdan girəndə "ana" deyə səslənməsinin həsrətini çəkirəm. O mənim dostum, sirdaşım idi. Hələ də bilmirəm onun olmadığı dünyada necə yaşayıram. Ümidim bircə yuxularadı. Hər gecə Elyarıma yuxuma gəlməsi üçün yalvarıram. Ancaq aylardı cəmi dörd dəfə yuxuma gəlib.

Həlimə ananın Elyar adlı bala dərdini dinlədikcə çöhrəm narın-narın göz yaşına qərq oldu. Nə bu dərdi təsəlli edə biləcək söz tapdım, nə də bir məlhəm. Bir ananın gözünün ağı - qarası bircə balasının yoxluğunu təsəlli edə biləcək bir söz varmı?

6 sentyabr 1984-cü ildə Mirzəyevlər ailəsinin sevinci ayaq tutub az qala bütün Beyləqana yayılmışdı. Həmin gün ailənin ilk və son övladı Mirzəyev Elyar Cəlal oğlu Beyləqanın Bahar qəsəbəsində dünyaya göz açmışdı. Nə gözəl bir duyğudu övlad sevinci. Sanki həmin gün valideynlər də yenidən doğulur. Elyarın bərabərində gətirdiyi sevinc, ümid də özü ilə birlikdə böyüyürdü. Zamanın necə ötdüyünün fərqinə varmayan valideynlər 1990-cı ildə ilk dəfə Elyarın əlindən tutub Sərdar İmrəliyev adına tam orta məktəbə aparmışdılar. Elyarın məktəbdə oxuduğu zamanlardan futbola xüsusi marağı olmuşdu. Hələ məktəbdə oxuduğu zamanlarda "Bahar" futbol komandasında çıxış etmişdi. Bir futbolçu kimi ilk nailiyyəti həmin komandanın kapitanı olan zaman qazanmışdı. 2001-ci ildə məktəbi bitirdikdən sonra Elyarın adı peşəkar futbolçularla bərabər səslənirdi. Həmin vaxtlar Elyar ehtiyac duyulan bir futbolçu olduğu üçün bir çox komandalardan təklif almış, lakin o hərbi xidmətə getməyin daha vacib olduğunu düşünmüşdü. Bu minvalla da 2002-ci ildə həqiqi hərbi xidmətə getmişdi. Ədliyyə Nazirliyinin Penitensiar xidmətində xidmət etmişdi. Elyarın futbolla olan yolları hərbi xidməti dövründə də ayrılmamış, "Ədliyyə" futbol komandasının futbolçusu kimi futbol karyerasını davam etdirmişdi. Hərbi xidmətini bitirdikdən sonra isə Elyarın yolları Bakının "Bakılı" futbol komandası ilə kəsişmişdi. 

Elyar həyat dolu bir insan idi. Ailəsinin bütün ümidi ona bağlı idi. Elə ona görə də Elyar tez ailə qurmuşdu. O, sevib-seçdiyi Nuriyyə xanımla əhd-peyman bağlamış, bu sevgi dolu ailənin 1 oğul (Əşrəf) , 1 qız (Xanım) övladı olmuşdu. Elyar ailəsinə bağlı biri olduğu üçün futbol karyerasını Beyləqan rayonunda davam etdirmişdi. 2006-2007-ci illərdə Beyləqanın "Mil" futbol komandasında oynamış, və həmin komanda Azərbaycan çempionu kubokunu qazanmışdı. Bir futbolçu kimi atdığı addımlarla adından söz etdirməyi bacaran Elyar hər zaman hərbçi olmaq arzusunda olmuşdu. Ancaq onun bu arzusu 2016-cı ildə həyata keçmişdi. Elyar həmin il MAHHXHQ kursunu uğurla keçmiş, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlamışdı. Elyar tutduğu hər işi layiqincə yerinə yetirdiyi kimi hərbçi kimi də işinin peşəkarı olmuşdu. Dəfələrlə Fəxri fərman və Təşəkkürnamələrə layiq görülmüşdü. Eyni zamanda futbolçu kimi də fəaliyyətini davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandası tərkibində ordu çempionu olmuşdu. 

Elyar vətənə layiq bir oğul idi. O, hər zaman atdığı addımlarla bunu sübut edirdi. Tez-tez "Mənimlə fəxr edəcəksiniz" deyən Elyar Vətən müharibəsi zamanı fəxarət toxumun vətən torpağına əkən qəhrəmanlardan biri oldu. Müharibənin ilk günlərindən "Həmlə" taborunun tərkibində Füzuli istiqamətindən döyüşə qatılan Elyar böyük şücaət göstərmişdi. Düşmənin illərdi möhkəmləndirdiyi "Ohanyan" xəttini təmamilə məhv edərək bir neçə kəndin azad olunmasında bilavasitə rolu olmuşdu. Füzuli, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan ərənin açdığı pulemyot atəşləri hədəfdən yan keçmir, düşmən ordusunun məhvinə səbəb olmuşdu. Vətənin dağında-daşında sürünən vətən oğlunun şərəflə daşıdığı formasının ipi-sapı dağda-daşda qalmışdı. Günlərlə fasilə etmədən döyüşən Elyargilin dəstəsi geyimlərini dəyişmək üçün hərbi hissəyə döndüklərində o, ailəsini görüb. Həmin zaman oğluna sarılan Həlimə ana oğlunun üzərinə hopan vətən torpağın doya-doya qoxlayıb. Günlərdi neçə-neçə oğulun qanı axan o torpağı qoxladıqca həm Elyarın qoxusunu həm də o şəhidlərin qoxusunu duyan ana bilməzdi ki, cəmi bir neçə gün sonra Elyarı o torpağa qurban olub şəhid kimi dönəcək. 

Elyar qorxubilməz, mərd bir oğul idi. Döyüşlər zamanı dəfələrlə yağış kimi yağan güllə, mərmi altından yaralı silahdaşlarını çıxarmağı bunun sübutudur. Düşmənin hədəfində olduğunu bilə-bilə o hər zaman öndə vuruşmuş, son döyüşü isə oktyabrın 14-də Hadrut istiqamətində Şaban dağı ətrafında gedən döyüşlər olmuşdu. Həmin döyüşlər zamanı düşmənin snayper atəşinə tuş gələn vətən oğlu şəhadətə ucalmışdı. 

II Qarabağ döyüşlərinə qədər Bahar qəsəbəsi qoynunda şəhid uyutmamışdı. Hər zaman qonşu kəndlərə şəhid gəldiyində Elyarın ürəyinin kədəri avazına yansıyarmış. Avazının gözəl olduğu üçün hələ orta məktəbdə oxuduğu zamanlarda məktəb tədbirlərində "Şəhidlər" mahnısını oxuyarmış. Şəhid məzarları önündə "Şəhidlər" söyləyib göz yaşı tökən Elyar bilməzdi ki, gün gələcək onun məzarı önündə eyni mənzərə yaranaq. 

16 oktyabrda Bahar qəsəbəsinə ilk dəfə bayraqlı bir tabut gəldi. Kənd camaatının sevimlisi olan Elyarın şəhid olmağı hər kəsi hüznə qərq etdi. Şəhidin nəşi izdihamlı dəfn mərasimi ilə qəsəbə məzarlığında torpağa tapşırıldı. 

Mirzəyev Elyar Cəlal oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Elyar istər şəhadətindən öncə, istərsə də şəhadətindən sonra bu dünyada çox ürəklər fəth edib. Həm futbolçu formasını həm də hərbçi formasını qürurla, şərəflə daşıyan futbolçu şəhidin geyindiyi 8 nömrəli forma əbədiləşdirilib. İndi vurulan hər qoldan sonra oyunçu yoldaşları o forma önündə Elyara əsgər salamı verirlər. Elyarın vurulmayan qollarını isə qızı Xanım vuracağına söz verib. Atasının məzarı önündə onun yolunu davam edəcəyinə söz verən şəhid qızı indi "Neftçi" futbol komandasının oyunçusudur. 

Əşrəf də atasının ən böyük arzusunu reallaşdıracağı günü gözləyir. Atası onu bir polis görmək istəyirdi. Əşrəf də atasının həm arzusunu həyata keçirmək həm də atasına layiq olmaq üçün bu peşəni seçməkdə qərarlıdır. 

Elyarın olmadığı bu dünyada hər kəs Elyarın adını yaşatmaq üçün çalışır. Axı şəhidlər unudulanda ölür... 

ŞƏHİD ELYAR 

Qorxunu özünə yan buraxmayıb,

Düşmən üzərinə şığıdın Elyar.

Vətəni torpağı yağı düşmənə, 

Sənin tək oğullar elədilər dar. 

 

İllərlə ruhunda boğulan arzun, 

Bir payız qovuşdu azadlığına. 

Elə bil bir anda səadət qondu, 

Gözəllik oylağı könül bağına. 

 

"Vətənim azaddır" dediyin zaman, 

Vətənin dağları, daşı titrədi. 

Şuşa dağlarına salam verməyə, 

Şəhidim qısalan ömrün yetmədi. 

 

Sənin yarım qalan arzularını,

Doğmalar həyata keçirir bir - bir.

Cismin bu həyatdan köçüb getsə də,

İsmin qəlbdə tutub əbədi bir yer.

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ