Cümə günü, 13 noyabr 2026
     

Dərsliklərin hazırlanmasında özəl mətbəələr “lider mövqedə” - rüsvayçı nəticələr üçün səbəbi bunda görənlər çoxdur...

Image


Yeni tədris ilinin başlanması dərslik sahəsində olan bir sıra ciddi problemlərin yenidən qabardılmasına, gündəmə gətirilməsinə səbəb oldu. Son illər dərsliklərin hazırlanması üçün tenderlərin elan edilməsi və bu işin tenderdə qalib gələn nəşriyyatlara, mənbəələrə, poliqrafiya mərkəzlərinə həvalə olunması məlumdur.

Təhsil Nazirliyi tərəfindən elan edilən tenderdə, adətən, çox zaman eyni mətbəələr qalib gəlir və onlar da həmişə eyni müəlliflərin hazırladığı dərslikləri nəşr edirlər. Dərsliklərin hazırlanması işində özəl nəşriyyatlara geniş meydan verilməsi mütəxəssislər arasında ciddi narazılıq doğurur. Mütəxəssislər deyirlər ki, nəşriyyat və mətbəələrin  özünün dərslik yazmaq üçün ayrıca kadrı yoxdur, hansısa müəllimlərlə, təsadüfi şəxslərlə müqavilə bağlayıb, onları dərslik işinə cəlb edirlər. Nəticədə də ortaya belə şikəst dərsliklər çıxır. Bundan başqa, nəşriyyatlar hər fənn üzrə  alternativ dərsliklər hazırlayırlar və satışa buraxırlar. Mütəxəssislər qeyd edirlər ki, dövlətimiz üçün strateji əhəmiyyət daşıyan dərsliklərin hazırlanması işi ciddi nəzarət altına alınmalı, nəşriyyatların, mətbəələrin, bəzi naşirlərin, təsadüfi müəlliflərin əlində oyuncağa çevrilməməlidir.

Dərsliklərdə müşahidə edilən diqqətçəkən qüsurlar onu deməyə əsas verir ki, biz hələ də dərsliklərə ciddi yanaşa bilməmişik.

Dərsliklərdəki qüsurlar tez-tez sosial şəbəkələrdə mütəxəssislər tərəfindən müzakirəyə çıxarılır. Son günlər də daha çox müzakirə edilən məsələlərdən biri dərsliklərdə şairlərin adlarının səhv qeyd edilməsidir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva dərsliklərdəki qüsurlarla  bağlı çox diqqətçəkən bir müzakirə açıb, müzakirədə ölkənin tanınmış mütəxəssisləri yaxından iştirak edirlər. S.Şıxıyeva Dövlət İmtahan Mərkəzinin V siniflər üçün hazırladığı Ədəbiyyat vəsaitindəki ciddi qüsura diqqət çəkib. “Allı-güllü, bəzəkli, şəkilli, yaraşıqlı dərsliklərimiz"in müzakirəsi davam edir... Eyni bir səhifədə sevimli şairimizin adı həm "İmaməddin", həm də "İmadəddin" yazılıb. Bunu kim oxuyub, kim rəy verib və çap edib? Hələ mətni təhlil etmirəm... O ayrı mövzudur” - deyə bildirir. O qeyd edir ki, nöqsanlı dərsliklərin yaranmasının ən ciddi səbəblərindən biri də bu sahədə mövcud olan pərakəndəlikdir...

  • İlqar Orucov: “Ola bilsin, əvvəlki dövrlərdə konkret mətbəələrdə adamlar dərslik hazırlanması ilə bağlı...”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, tanınmış təhsil mütəxəssisi İlqar Orucov isə hesab edir ki, dərsliklərlə bağlı bəzi yanaşmaların özü qüsurludur, bu gün də o sərgilənməkdədir. “Birincisi, dərsliklərin hazırlanması prosesində və bütün bu kimi məsələlərdə Təhsil Nazirliyi açıqdır. Ədalət naminə demək lazımdır ki, burada obyektivlik xeyli qorunur. Dərsliklər çapa verilməmişdən əvvəl elektron variantı nazirliyin saytında yerləşdirilir. Bunlar bütün müzakirələr üçün açıqdır. İstənilən alim, mütəxəssis daxil olub ona münasibət bildirir”. 

Təhsil Nazirliyinin saytında təqdim olunan bütün dərsliklərin variantlarının yerləşdirildiyini, hətta onlar arasında çap edilməyən dərsliklərin olduğunu deyən İ.Orucovun sözlərinə görə, iradlar səsləndirən adamlar öz fikirlərini bildirsinlər. “Mən də o fikirdəyəm ki, dərslikləri təsadüfi adamlar yazmamalıdır. Dərsliklər həm bilik mənbəyidir, həm də ideoloji məsələdir. Dərsliklərlə bağlı yanaşmanı vaxtında ortaya qoymaq lazımdır. Bir də görüsünüz ki, dərslik 1 il qalır, qiymətləndirmə müddətini keçir, çapa gedəndən sonra burada qüsurlar var deyirlər”.

Bu gün Təhsil Nazirliyinin dərsliklərə çox ciddi yanaşdığını deyən İ.Orucov hesab edir ki, nazirlik keyfiyyətli dərsliklərin meydana çıxmasına çalışır. Dərsliklərin mətbəələrin, nəşriyyatların əlində oyuncağa çevrilməsi məsələsinə gəlincə, İ.Orucov vurğuladı ki, ola bilsin, bu, əvvəlki dönəmlərdə olub, indi isə vəziyyət başqadır. “Təhsil Nazirliyi normal dərsliklərin çapa getməsində doğrudan da maraqlıdır. Ola bilsin, əvvəlki dövrlərdə konkret mətbəələrdə adamlar dərslik hazırlanması ilə bağlı sifarişlər alıblar, amma indi belə bir şey yoxdur. Hazırda dərsliklərin hazırlanması ilə bağlı elan edilən tenderlər elektron formada həyata keçirilir. Burada hansı mətbəə, nəşriyyat tenderi udacaqsa, qalib olacaqsa, o da dərslikləri çap edir” - deyə İ.Orucov qeyd etdi.

  • Əpoş Vəliyev: “Dərsliklərin yazılması üçün elan olunan tenderlərin şəffaf olmaması, müəlliflərin tanışlıqla seçilməsi...”

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev baki-xeber.com-a bildirdi ki, dərslik kimi önəmli bir sahəyə mətbəələrin və nəşriyyatların müdaxilə etməsi, onların əsas tərəf kimi meydana çıxması doğru hal deyil. O hesab edir ki, dərsliklərin bu qurumlara etibar edilməsi nəticəsində dərsliklərin yazılması təsadüfi adamların əlinə keçir. “Dərsliklərin mükəmməl olması üçün onların necə yazılması əsas şərtdir. Dərsliklərin yazılması üçün elan olunan tenderlərin şəffaf olmaması, müəlliflərin tanışlıqla seçilməsi cəmiyyətdə davamlı müzakirə olunan məsələlərdəndir. Çox zaman dərsliyə salınan şeirlərin, hekayələrin də tapşırıqla olması, müəlliflərin tanışlıqla seçilməsi haqqında xəbərlər eşidirik. Belə mübahisəli məsələlərə son qoyulması üçün dərslik üçün tenderlər açıq və şəffaf keçirilməli, cəmiyyətə mütəmadi məlumatlar verilməlidir. Həm də dərsliklər ictimai müzakirə üçün açıq olmalı, lazım gələrsə, Təhsil Nazirliyi ziyalılarla, dərslikdən narazı olanlarla görüşlər keçirərək onların fikirlərini öyrənməlidir.

Təhsil Nazirliyinin nümayəndələri verilişlərə dəvət olunarkən boyun qaçırmamalı, iştirak edərək cəmiyyəti narazı salan məsələlərə aydınlıq gətirməlidirlər. İndi əvvəlki dövr deyil, internet əsridir, hər bir kiçik qüsur qısa zamanda sosial şəbəkələrdə yayılır və cəmiyyətin müzakirə mövzusuna çevrilir. Hansısa problemi ört-basdır etmək yox, onun həllinə çalışmaq lazımdır” - deyə Ə.Vəliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ