Cümə günü, 13 noyabr 2026
     

Növbəti həftələr də karantin qaydalarında yumşalmalar ola bilər – Öncə açıq havada restoranlar, sonra rayonlara gediş-gəliş...

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva və Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf jurnalistləri maraqlandıran suallara cavab verib.

Şahmar Mövsümov deyib ki, gələn həftənin birinci günündən etibarən qeyri-ərzaq dükanları açılacaq və digər məhdudiyyətlər yumşaldılacaq. Onun sözlərinə görə, bu, nəticə etibarilə digər ölkələrin də təcrübəsinə uyğundur: "Yumşalmaya getdikcə risk artır, yoluxmalar artır, bunu digər ölkələrin təcrübəsində görürük. Yumşalmalara getdikcə yoluxmaların artması mümkündür, böyük ehtimal ki, bu, baş verəcək. Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. Birincisi karantin rejiminin tələblərinə riayət etməkdir. Bu qaydalara riayət etsək, yoluxma sürəti azalacaq.

İkinci əsas istiqamət bu qaydalara nəzarətin həyata keçirilməsidir. Bu gün Baş nazir tərəfindən böyük bir iclas keçiriləcək və bu istiqamətdə tapşırıqlar veriləcək.

Üçüncü istiqamət isə yoluxanların tez aşkar edilməsidir".

  • Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir

Ş.Mövsümov deyib ki, bu yumşalmaları bəzi insanlar qələbə kimi qəbul etmək istəyir. Onun sözlərinə görə, burada da əsasız iddialar edilir ki, dünyada karantin rejimi yoxdur, heç kim maska da taxmır - bunların hamsı yalnışdır: "Elə bir ölkə yoxdur ki, bu virus davam etməsin. Azərbaycan da daxil olmaqla elə bir ölkə yoxdur ki, virus bitsin. Cənab Prezidentin qeyd etdiyi kimi, hamımız yorulmuşuq karantin rejimindən, bu bir əziyyətdir".

  • Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq

“Kafelər restoranlar açılmayıb, amma insanlar küçələrdə toplaşır gəzir” – deyən Ş.Mövsümovun sözlərinə görə, əgər bu belə davam edərsə, yoluxma arta bilər və biz yenidən qadağaları bərpa edə bilərik. Dövlətin məqsədi bu deyil, amma təssüf ki, karantin qaydaları pozulduqca, sıxlıqlar, toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar artacaq.

  • Məktəblərin açılması nə zamana planlaşdırılır?

“Məktəblərin, tədrisin bərpası çox önəmli məsələdir” – deyən Prezidentin köməkçisinin sözlərinə görə, bir neçə həftədir ki, bunun üzərinə işlər aparılır, dünya təcrübəsi öyrənilir: "Bildiyimiz kimi müxtəlif ölkələrdə virus müxtəlif cür yayılır. Digər bir amil isə rəqəmlərin dəyişməsidir, bu gün bir qərar veririk, amma növbəti gün rəqəmlər dəyişir. Tədrisin bərpası ilə bağlı müzakirlər gedir, böyük bir heyət yaradılıb. Növbəti həftələrdə bununla bağlı brifinq keçiriləckdir”.

  • Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir

Ş.Mövsümov deyib ki, nəqliyyatda sıxlıq var, metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir. Onun sözlərinə görə, əgər əvəllər qarajlarda ehtiyat avtobuslar qalırdısa, bu gün heç bir avtobus qarajda saxlanılmır. Bütün avtobuslar xəttə buraxılır: "Günün iki hissəsində sıxlıq daha çox olur. Əhalidən də xahiş edirik ki, əgər insanlar harasa tələsmirlərsə, planlarını elə qursunlar ki, pik saatlarda avtobuslardan istifadə etməsinlər. 1-2 saat planlaşmada dəyişiklik edilərsə, probelmin həllinə ciddi kömək etmiş olarıq".

  • Hazırki epidemioloji vəziyyət toyların keçrilməsinə imkan vermir

“Hamımız istəyirik ki, toylar olsun. Amma hazırki epidemioloji vəziyyət bu gün buna imkan vermir” – deyən Ş.Mövsümovun sözlərinə görə, hökumət sahibkara yardım edir ki, o işçilərini azad etməsin, onların əməkhaqqını ödəsin: "Hansısa şadlıq sarayında və ya müəssisədə işçilər əməkhaqqı almırsa, deməli onlar heç bir zaman rəsmi şəkildə işə götürülməyiblər. Əgər həmin şəxslər rəsmi olaraq işə götürülsəydi, onların işdən çıxarılması məsələsi olmayacaqdı. Dövlət də buna qadağa qoyub, özəl müəssisələrə bildirilib ki, yardım işçilər işdən azad olunmasın deyə edilir.

Rəsmi qeydiyyata düşməyin, rəsmi iş yerinin olmasının bugünkü gündə nə qədər önəmli olduğunu ortaya çıxır".

  • Rayonlara gediş-gəliş açılanda digər istiqamətlərə də uçuşlar bərpa olunacaq

“Biz Naxçıvanla uçuşları bərpa etdik, tədricən uçuşların sayı artırıldı” - deyən Prezidentin köməkçisinin sözlərinə görə, son zamanlar vətəndaşlar Antalya, Bodrum və sair istiqamətlərə istirahətə getmək istəyirlər: "Amma burada ciddi bir arqument var ki, biz öz rayonlarımıza gediş-gəlişi açmırıqsa, niyə görə digər ölkələrə bunu etməliyik. Ona görə də nə zaman rayonlara gediş-gəliş mümkün olacaq, digər istiqamətlərə də uçuşlar bərpa ediləcək".

  • Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq

Ş.Mövsümov deyib ki, Rusiya və Türkiyə ilə sərhədlər açıq deyil, ümumiyyətlə heç bir ölkəylə sərhədlərimizi açmamışıq. Onun sözlərinə görə, bu gün vətəndaşların gətirilməsi üçün dövlət əlindən gələni edir: "Qısa müddətdə bu vətəndaşlarımızın əksəriyyəti artıq ölkəyə gətirilib. Hardasa bir problem olarsa, bizim səfirliklərə müraciət etsinlər. Bu gün hansısa ölkədə elə bir problem yoxdur".

  • Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur

“Bloklanmış kartlardakı vəsaitdən 1 manat da istifadə olunmayıb” – deyən Ş.Mövsümov bildirib: "Biz qərara aldıq ki, ən az təminatlı insanlara yardım edək, bunun üçün də proses başladı. 600 min şəxsə ödənişin verilməsi üçün qərar qəbul edildi".

Onun sözlərinə görə, 190 manata görə bloklanmış kartlardan bir manat belə götürülməyib. Bu o deməkdir ki, həmin vətəndaşın buna ehtiyacı yoxdur. Bu vəsait digər ehtiyacı olanlara istifadə edilməlidir. Bir ay ərzində əgər 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur".

  • Metronun açılması müzakirə olunmur

Ş.Mövsümov bildirib ki, bu gün metronun açılması müzakirə olunmur. Həftə sonu ictimai nəqliyyatın dayandırılması və metronun bağlanması bir-biri ilə əlaqəlidir.

Onun sözlərinə görə, dünya təcrübəsinə görə, virusun yayılmasının artmasına bir nömrəli səbəb insanların hərəkətdə olmasıdır. Ona görə biz bu qadağalara məcburuq. Bu səbəblərə görə, bu gün metronun açılması müzakirə olunmur".

  • Məscidlərin açılmasına hələ gedə bilmərik

“Məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur” – deyən Ş.Mövsümovun sözlərinə görə, virusun yayılması qapalı məkanlarda daha sürətlə baş verir, ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik. Hətta bu il Həcc ziyarəti də çox qeyri-adi formada keçirildi. İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə təsir etmir. Bu, iqtisadiyyata və digər sahələrə də çox ciddi təsir edir

  • Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər

Növbəti həftədə kafe və restoranların açıq havada fəaliyyətinin bərpa olunması müzakirə edilir. Şahmar Mövsümovun sözlərinə görə, sonrakı mərhələlərdə rayonlar arası gediş-gəlişin açılışı məsələsi də müzakirə olunur: "Bu barədə qərarlar hələ verilməyib, amma bunlar bizim növbəti atacağımız addımlar sırasındadır. Biz epidemiolji nəzarəti saxlaya bilsək, bu yumşalmaları edə biləcəyik.

Bunlar hamsı bizim özümüzdən asılıdır. Hamısı müzakirə olunur, bu gün yoluxmalar azalıb və buna görə də biz bu müzakirələri aparırıq".

  • Karantin qaydalarının pozulmasına görə cərimələr sərtləşdirilə bilər

R.Nəcəf isə deyib ki, hökumət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür. Onun sözlərinə görə, müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə olunur. Pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Bu yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır: "Bu qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Əgər bu qaydalara əməl olunmasa, hökumət yenidən qaydalara baxmalı olacaq. Əlbəttəki biz bunu istəmirik, əsas məqsəd insanların təhlükəsizliyidir".

Nazir müavini bildirib ki, hazırda cərimələrin sərtləşdirilməsi və digər cəza formaları ilə də bağlı müzakirələr aparılır. Yalnız məbləğ cəriməsi formasında deyil, digər istiqamətlər üzrə də müzakirlər aparılır: "Əsas tələb odur ki, müəyyən olunmuş qaydalar tam əməl olunsun. Biz vətəndaşlardan da xahiş edirik ki, bu qaydalara əməl etsinlər".

  • Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir

“Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir”. Bunu isə Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, həmin ökələrin rəsmi nümayəndələri bu səfərlərin təşkiLində iştirak edirlər: “Çox ölkələrdə yoluxmaların sayı azalır və vəziyyət nəzarət altındadır. Xüsusilə qeyd etmək istəyirəm ki, İtaliyadan gələn mütəxəssislər fərqli bölgələrdən gəliblər və onlar fərqli ixtisasa malikdirlər. Onların buraya gəlməsi bizə hansı yardım edə bilər – bütün bunların hamısı əvvəlcədən planlaşdırılır”.

  • Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir

“Biz daha çox COVİD-19-a yoluxmanın yüksək olduğu ölkələrin mütəxəssisləri ilə əlaqədə olmağa çalışırıq” – deyən Y.Qarayevanın sözlərinə görə, yoluxmanın çox olduğu ölkələrin təcrübələri daha çox öyrənilir. Bu məsələ ilə bağlı postsovet ölkələrinin təcrübələrini öyrənmək üçün mütəxəssislərlə mütəmadi olaraq, onlayn görüşlər keçirilir.

Y.Qarayeva deyib ki, təcrübə mübadiləsi zamanı müalicə işinin təşkili, xəstəxanada işlərin təşkili məsələlərinə xüsusi diqqət ayrılır.

  • Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub

Y.Qarayeva deyib ki, indiyədək COVİD-19-dan ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub. Onun sözlərinə görə, ölən tibb işçiləri arasında COVİD xəstəxanalarında çalışanların sayı az olub: "Təəssüf ki, daha çox təcili yardımda çalışan işçilər arasında itkilərimiz olub. Virusa yoluxaraq həyatlarını itirən bütün tibb işçilərinin hamısının xatirəsi bizim üçün əzizdir. Hər bir həkimin müalicəsi dövlət rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır".

Y.Qarayeva qeyd edib ki, həkimlər xəstələrlə birbaşa təmasda olduğu üçün onların virus yükü daha çox olur və xəstəliyi daha ağır keçirirlər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ