Cümə günü, 13 noyabr 2026
     

Koronavirusla mübarizə çərçivəsində Azərbaycanda ev heyvanlarının yoluxma risqini önləyən tədbirlər də nəzərdə tutuldu

Image


“COVID-19” virusunun heyvandan, konkret olaraq yarasadan insana keçdiyi bildirilir. Bu gün dünyada heyvanların koronavirusa yoluxma hallarının baş verdiyi haqqında məlumatlar var. İddialara görə, pişik, it və digər ev heyvanları koronavirusa yoluxa bilirlər.

Ümumdünya Səhiyyə Təşkilatı isə hələ heç bir heyvanda bu virusun aşkarlanmadığını bildirsə də, mütəxəssislər bunun əksini deyirlər. Məlum olduğu kimi, sahibindən pişiyə “COVID -19” keçdiyi haqqında məlumatlar yayılıb. Belçikada bir ev pişiyi koronavirusa yoluxmaqda şübhəli bilinib. Sahibi İtaliyadan qayıdan pişikdə ishal və asqırma müşahidə olunub.

Qeyd edək ki, zaman-zaman ev heyvanlarından insanlara müxtəlif viruslar, xəstəliklər keçib. Alimlərin bildirdiyinə görə, heyvan xəstəliklərinin təkamül edərək insanlara yoluxması halları son 50 ildə bir neçə dəfə baş verib. 1980-ci illərdə yaranmış QİÇS epidemiyası da, əslində, böyük meymunlardan yoluxmuşdu. 2004-2007-ci illərdə quş qripi, 2000-ci ildə isə donuz qripi yayılmışdı. 2010-cu illərdə SARS virusu ortaya çıxdı - o, yarasalardan müşk pişiklərinə, onlardan da insanlara keçmişdi. Ebola virusu isə insanlara birbaşa yarasalardan yoluxmuşdu.

Bu gün Azərbaycanda da bir sıra evlərdə ev heyvanları, xüsusən də it, pişik saxlayanlar var. Pişiklərin və itlərin koronavirusa yoluxması risqinin çox olduğu, hətta bununla bağlı bəzi halların aşkarlandığı  məlumdur. İt və pişiyin koronavirusa yoluxma risqinin çox olduğunu deyən alimlər hesab edirlər ki, hazırda koronavirusa yoluxmuş və karantin rejimində olan insanların ev heyvanları  baytar müayinəsinə cəlb edilməlidir. Ev heyvanlarından bütün dövrlərdə insanlara müxtəlif parazitlər,infeksiyalar keçdiyi üçün pandemiya dövründə ev heyvanlarına xüsusi nəzarət olmalıdır. Hətta təkliflərə görə, karantin rejimində ev heyvanları ilə də bağlı xüsusi təlimatlar hazırlanmalıdır ki, evində heyvan saxlayanlar buna  ciddi əməl etsinlər.

  • Pənah Muradov: “Ölkəmizdə karantin rejimidir və ev heyvanları ilə də bağlı karantin qaydalarına uyğun yeni təlimatlar hazırlanmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov baki-xeber.com-a bildirdi ki, bir sıra xəstəliklərin, o cümlədən də hazırda bütün dünyanın çarpışdığı “COVID-19”un heyvanlarda olması istisna edilmir. Bunun tam mümkün olduğunu deyən P.Muradov hesab edir ki, insanlar indiki halda onu virusa yoluxduracaq hər şeydən kənar durmalıdırlar: “Ümumiyyətlə, bütün yoluxucu xəstəliklərin, infeksiyaların, o cümlədən də hazırda dünya insanının ən çox əziyyət çəkdiyi koronavirusun yayılmasını gücləndirən səbəblərdən biri elə məhz insanların heyvanlara münasibətinin dəyişməsidir. Burada söhbət həm heyvanları yeməkdən, həm də saxlamaqdan gedir. İnsanların heyvanlara münasibətinin bu şəkildə olması bu tip infeksiyaların, xəstəliklərin yayılmasına səbəb olur. Çünki insan və heyvan bir qədər  bioloji anlamda yaxındırlar, onların ümumi parazitləri var. Bu baxımdan, bəli, heyvandan insana, insandan heyvana infeksiya keçməsi halları tam mümkündür, var və belə şeylər baş verir. Konkret koronavirusun yayılmasına gəlincə, belə deyirlər ki, bu, yarasadan insana keçib. Amma hələ burada qaranlıq məqamlar var. Əlimizdə bu barədə dəqiq fakt olmadığı üçün ona toxunmuruq. Deyək ki, koronavirus heyvandan insana keçib. Amma bu yaxınlarda insandan pişiyə koronavirus keçdiyinə dair xəbərlər yayılıb. İnsandan pişiyə koronavirus keçdiyi elmi cəhətdən   təsdiqini tapmayıb, amma bu, nəzəri cəhətdən mümkün məsələdir. Heyvansevərlərin xətrinə dəyməsin, mənim evdə heyvan saxlanmasına münasibətim yaxşı deyil. “Görüş yerini dəyişmək olmaz” filminin personajlarından birinin bir sözü var: “Oğrunun yeri türmədir”. Heyvanların da yeri ev deyil, çöldür. Amma kim saxlayırsa, bu onun öz işidir. Amma məsələyə heyvanların infeksiya yaymaq risqinin çox olması nöqteyi-nəzərdən yanaşsaq, bu heyvanları saxlayanlar buna görə bütün təlimatlara əməl etməlidirlər. Burada o heyvanlar tez-tez müayinədən keçirilməli, peyvəndi vaxtlı-vaxtında edilməli, təmiz saxlanmalı, bir sözlə, heyvanların gigiyenasına ciddi fikir verilməlidir”.

P.Muradov hesab edir ki, ev heyvanlarının saxlanmasına dair indiyə qədər əlaqədar qurumların təlimatları olub, amma koronavirusun yayılma risqinin çoxalması və bunun daşıyıcıları sırasında  heyvanların da olması bu sahədə yeni təlimatların hazırlanmasını tələb edir: “Əlbəttə, ev heyvanlarının saxlanması, onlara qulluq və s. bağlı Dövlət Baytarlıq Xidmətinin təlimatları var, bu məsələ, həmçinin, qanunvericiliklə də tənzimlənir. Buna elmi-hüquqi yanaşma mövcuddur. Ölkəmizdə karantin rejimidir və ev heyvanları ilə də bağlı karantin qaydalarına uyğun yeni təlimatlar hazırlanmalıdır. Bu virus heyvandan insana keçirsə, bunun əksinin baş verib-verməyəcəyini gözləmədən, təhlükəni nəzərə alıb ona uyğun hərəkət etmək tələb olunur. Yəqin ki, Baytarlıq Xidməti indiki halda ev heyvanları üçün karantin qaydalarını nəzərdə tutar. Bu barədə geniş məlumatım yoxdur”.

  • Ramiz Salmanov: “Bununla bağlı xüsusi təlimatlarımız var”

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov baki-xeber.com-a açıqlamasında bildirdi ki, hazırda təmsil etdiyi qurum gücləndirilmiş iş rejiminə keçib. “Ədəbiyyat məlumatlarında koronavirus tarix boyu heyvanlar arasında olub. Bu virusun müxtəlif vəhşi heyvanlarda, o cümlədən də yarasalarda, ilanlarda olduğu haqqında məlumatlar var. Hazırda kənd təsərrüfatı heyvanlarının, eləcə də ev heyvanlarının bu infeksiyaya yoluxması, yaxud onun daşıyıcısı olması haqqında heç bir məlumat yoxdur.  Amma buna baxmayaraq, bizim baytarlıq mütəxəssisləri yerlərə gedir, orada bu işlə məşğul olan sahibkarlarla və ev heyvanları saxlayan insanlarla maarifləndirici söhbətlər aparırlar, onlara heyvanlara qulluq edərkən gigiyena qaydalarına əməl etmələri ilə bağlı tapşırıqlar, təlimatlar verirlər. İnsan heyvanla təmasda olduqdan sonra mütləq mənada öz gigiyenasına fikir verməli, əllərini təmiz-təmiz yumalı, üst geyimini dəyişməlidir. Burada söhbət təkcə koronavirusdan getmir, heyvanlarda başqa xəstəliklər də ola bilir. Elə xəstəliklər var ki, insandan heyvana, heyvandan insana yoluxa bilir. Bu baxımdan, heyvana qulluq edənlər heyvanı bağlı yerə saldıqdan sonra mütləq öz gigiyenası ilə məşğul olmalıdırlar. Biz, ümumiyyətlə, heyvan saxlayanlara həmişə bu cür tapşırıqlar vermişik. Bu gün gücləndirilmiş iş rejimi ilə əlaqədar biz baytarlıq mütəxəssislərimizə bu sahədə nəzarətlərini daha da artırmaqlarına və işlərini bu qaydaya uyğun qurmalarına dair tapşırıq vermişik. Bilirsiniz ki, hazırda yerlərdə iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya işləri gedir. Əslində, dabaq özü də virus mənşəli xəstəlikdir, onunla bağlı vaxtında tədbir görülməsə, sabah heyvanlar arasında bu virus yayıla bilər.

Biz həmişə yerlərdə həm kənd təsərrüfatı, həm də ev heyvanları saxlayan insanlar arasında maarifçilik işlərini həmişə davam etdiririk. Koronavirusla bağlı da vətəndaşların həyətinə gedəndə məsafə saxlanması, gigiyena tələblərinə əməl edilməsi və digər bu kimi tədbirlərə əməl edilməsi ilə bağlı mütəmadi olaraq tapşırıqlarımızı veririk. Koronavirusla əlaqədar hər zaman maarifçilik işləri aparırıq, bununla bağlı xüsusi təlimatlarımız var” - deyə R.Salmanov bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ