çərşənbə günü, 04 noyabr 2026
     

“Münhendə baş verənlər bütün ümidləri sarsıtdı” - Ermənistanda ictimai rəy…

Image


Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı canlı debat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinin bir daha əsl reallıqlarla tanış olmasına gətirib çıxardı. Burada bir mühüm məqam o oldu ki, debat fonunda Qarabağ məsələsi  ilk dəfə olaraq beynəlxalq ekspertlərin iştirakı ilə müzakirə predmetinə çevrildi.

Artıq yenə dünya miqyasında, o cümlədən Ermənistanda açıq qəbul edilir ki, Azərbaycan prezidenti erməni baş nazirə beynəlxalq auditoriya qarşısında tarix və siyasət dərsi verdi. Ermənistanın baş naziri isə bunun əvəzində tarixi faktları qəsdən təhrif etməklə vəziyyətdən çıxmağa çalışsa da, faktiki olaraq özünü bir neçə dəfə gülünc vəziyyətə saldı. Halbuki, prezident İlham Əliyev bu debat vasitəsilə canlı yayımda dünyanın gözü qarşısında Qarabağ münaqişəsi ilə bağlı konkret faktları və hazırkı vəziyyəti dünyanın diqqətinə çatdırdı. Yuxarıda qeyd olunduğu kimi, Paşinyana verilən dərs Ermənistanın özündə də açıq etiraf olunur. Məsələn, erməni politoloq Haqik Hambaryan bu xüsusda bildirir: “Paşinyanın bir çox məsələrlə bağlı məlumatsızlığı Ermənistan və Qarabağın gələcəyini təhdid edir. Fevralın 15-də Münhendə baş tutmuş Paşinyan-Əliyev debatı bir çoxlarını sevindirdi, bir çoxları üçün isə məyusluq və qorxu yaratdı. Əsasən hökumətyönlü və ya Qarabağ münaqişəsindən xəbərsiz olan insanlar fərqinə varmadılar ki, Ermənistanın baş naziri məsələ ilə bağlı vacib məlumatlara nə qədər pis sahibdir”. Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan da eyni mövqedən çıxış edir: “Qarabağ məsələsində Paşinyandan nə zamansa müsbət irəliləyiş, yaxud həllər gözləməmişəm və bu barədə danışmışam.  Münhendə baş verənlər mümkün olan bütün ümidləri sarsıtdı. Azərbaycan prezidenti İlham Əliyev danışıqlar prosesində mərhələli həll yolu barədə danışdı. Yəni müəyyən ərazilərin qaytarılması, qaçqın və köçkünlərin geri dönməsi, münasibətlərin normallaşdırılması, daha sonra Azərbaycanın daxilində birgə yaşayış. Paşinyan Əliyevin bu tezislərinə tam cavab vermədi, birtəhər Düşənbə görüşü, Qarabağın təhlükəsizliyi və münaqişənin tarixi haqqında danışdı.  Hamının gülüşünə səbəb olan "mikro, mini inqilablar" barədə uzun danışmağın, özünü tərifləməyin mənası nə idi?  Ermənistan bundan nə qazanır? Paşinyan o qədər sadəlövhdür ki, təqdir olunacağına və ya Ermənistan üçün qalib mövqe əldə etməyə ümid edir. 
Aparıcının Ermənistanın beynəlxalq ictimaiyyətdən nə gözləməsinə dair sualına cavabında isə Paşinyan qeyd edib ki, beynəlxalq birlik münaqişənin hərbi yolla həll oluna bilməyəcəyini bəyan etməlidir. Bu, min dəfə və bizim gözləntilərimiz olmadan edildi. Bunun əvəzində isə İlham Əliyev qeyd edir ki, beynəlxalq birlik Ermənistana qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması üçün təzyiq göstərməlidir". O əlavə edib ki, Azərbaycan prezidenti ermənilərə öz müqəddəratını təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən böyük Tiqran dövrünə qayıdır və iştirakçıların gülüşünə səbəb olur: "Keçmişin xatirələri və tarixlə mübahisənin mənası nədir?  Qorxaq, müdafiə olunmağa çalışan və xəcalət yaradan bir rəhbər beynəlxalq müzakirələrdə danışmaq hüququna malik deyil. Eyni hal qapalı görüşlərdə də baş verirmi? Münhen debatının təhlükəsizlik baxımından dünyaya nə verdiyini bilmirəm, amma ölkəmizin hərbi-siyasi təhlükəsizliyi baxımından ciddi nəticələr çıxarılmalıdır. Uzun müddət azərbaycanlılar "işğal olunmuş ərazilər" ifadəsini hətta ictimai təşkilatların sənədlərində də daxil edə bilmirdilər, amma indi bunu ən yüksək səviyyədə bəyan edirlər, biz tərəfdən isə cavab yoxdur.  Əliyev bir daha qeyd etdi ki, danışıqlar prosesində məsələni mərhələli həllə doğru aparırlar. Yəni bəzi ərazilərin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin yenidən məskunlaşdırılması, münasibətlərin normallaşdırılması, daha sonra Azərbaycan tərkibində milli azlıq kimi xoşbəxt, qayğısız həyat və sair. Paşinyan Düşənbədə Qarabağın təhlükəsizliyi və konfliktin tarixindən qarmaqarışıq danışaraq Əliyevin bu müşahidəsinə tam cavab vermədi”.

Daşnaksütun partiyasının üzvü Lilit Qalstyan isə bildirir: “Diplomatiya, ictimai danışıq çox danışmağı-boşboğazlığı sevmir, xüsusilə də malik olmadığın bir dillə.  Paşinyan da naşı bir diplomat olduğunu Münhendə Əliyevin qarşısında göstərdi. Paşinyan əvvəlcə öz səhvlərini görmək, sonra düzəltmək qabiliyyətinə sahibdirmi? Bəs səhvlər çox və düzəlməzdirsə? Paşinyanın səhvləri çox olsa da, o bunları düzəldə bilmir”. Erməni publisist Vahan İşxanyan isə qeyd edib ki, Paşinyan Ermənistanda yalan danışmağı səlis bacarır, Əliyev qarşısında isə həqiqəti hıqqanaraq da söyləyə bilmir: “Paşinyanın niyə hər zaman yalan danışdığı məlumdur, çünki həqiqəti bilmir”.

Erməni yazıçısı Anna Turcotte isə Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini baş nazirin kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayır ki, məhz Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub. Paşinyanın Azərbaycan prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən Turcotte Ermənistan baş naziri haqqında "ayıb olsun" ifadəsini işlədib. Beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer də Paşinyanın aciz duruma düşdüyünü vurğulayır. O burada bir fakta diqqət yteirir: “Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı hüquqi subyekt olduğunu bəyan etmisiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda xidmət edir?”. Brenda Şaffer Münhendə Ermənistanın işğal siyasətinin mahiyyətinin tam ifşa olunduğunu xüsusi qabardır. Rusiya Federasiyasının İctimai Palatasının üzvü Sergey Markov da bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin böyük diplomatik istedadı Paşinyanın gülünc duruma düşməsi ilə nəticələndi:“Əlbəttə, Azərbaycan prezidenti İlham Əliyevin böyük diplomatik istedadını, dünya liderləri ilə ünsiyyət təcrübəsini nəzərə alanda, onun Nikol Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil. Üstəlik, həqiqət Azərbaycan prezidentinin yanındadır. Çünki hamı bilir ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunub, orada etnik təmizləmə aparılıb. Tarixə ekskursiyalar barəsində isə onu deyə bilərik ki, Nikol Paşinyanın Böyük Tiqranla əlaqəli açıqlaması, yəqin ki, kiçik millətin bir növ yeniyetməlik kompleksinin irrasional şüurunun təzahürüdür”.

Ekspertin fikrincə, dünya üçün bir daha aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması region üçün mütləq vacibdir: “Əsas ziddiyyət bundan ibarətdir ki, indi fərqli güc nisbəti mövcuddur. Azərbaycan 30 il əvvəl olduğu kimi deyil. Əlbəttə ki, Bakı Qarabağın və ətraf rayonların qaytarılmasını tələb edəcək. “DQR”, Azərbaycanın işğal olunmuş digər rayonları kimi, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onlar Azərbaycanın ayrılmaz hissəsidir. Məhz Azərbaycan dinc və ya hərbi yolla onları qaytarmaq hüququna malikdir. Dağlıq Qarabağda və ətraf ərazilərdə kütləvi etnik təmizləmə aparıldığı, azərbaycanlıların qovulduğu açıq-aydın görünür. Deməli, Qarabağın “müstəqilliyini” tanımaqdan söhbət belə gedə bilməz. Etnik təmizləmənin nəticələri tanına bilməz. Təəssüflə etiraf etməliyəm ki, yenidən hərbi əməliyyatlar təhlükəsi artır, bunu əvvəllər də demişdim. Azərbaycan isə Ermənistan Silahlı Qüvvələrindən xeyli üstün olan orduya sahibdir. Bundan əlavə, Azərbaycanın güclü iqtisadiyyatı digər ölkələrə rəsmi Bakının haqlı olduğunu göstərir”. Ekspert xatırladır ki, dinc yolla nizamlama planı var: “Bəli, “Kazan düsturu” hazırlanmışdı. Bu, irəliyə doğru bir addımdır. Bunun mahiyyəti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal etdiyi əraziləri Azərbaycana qaytarmasıdır. Buna cavab olaraq, Azərbaycan Ermənistanın iqtisadi blokadasını ləğv edib bu ölkə ilə Qarabağ bölgəsi arasında əlaqə qurmaq üçün dəhliz qoyur. Bundan sonra sülhməramlıların daxil olması, Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi məsələlərinin müzakirəsi gəlir. Bu, münaqişənin güc yolla həlli variantından qaçmağa kömək edəcək. “Kazan düsturu” masadadır və həyata keçməlidir. Ancaq təəssüf ki, Nikol Paşinyan qorxur. Buna görə də o, bu kompromisi Qarabağın erməni icması ilə “bölmək” istəyir.  Bu mənada, Nikol Paşinyanın Münhendəki çıxışı Qarabağın erməni icmasına etdiyi müraciət kimi də qiymətləndirilməlidir”. Amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys isə Münhen debatı barədə bildirir: “Azərbaycanın mövqeyi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində üstün olacaq, Bakının fəal diplomatiyası həmişə uğurlu olub. Qeyd edim ki, çıxışı zamanı prezident İlham Əliyev Avropa təhlükəsizliyi üçün önəmli olan Azərbaycanın tam ərazi suverenliyinin vacibliyini vurğuladı. Hesab edirəm ki, Azərbaycan prezidenti bu vəziyyətdə uzaqgörən lider, Almaniya və Avropa ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığının daimi tərəfdarı kimi çıxış etdi”. Müzakirələr zamanı Ermənistan baş nazirinin mövqeyi barədə danışan Teys Paşinyanın çaşqın və zəif lider kimi göründüyünü, əməli ilə sözlərinin üst-üstə düşmədiyini qeyd edib: “Paşinyan Dağlıq Qarabağdakı mövcud status-kvonu qorumağa çalışan sovet məmurudur. Rəsmi İrəvanın siyasətindəki yüksək korrupsiyalaşma bölgədəki silahlı qarşıdurmanı uzadır və erməni xalqını ifrat yoxsulluqdan əziyyət çəkməyə məcbur edir”.Bütün bunlar bir daha təsdiq edir ki, Paşinyanın tarixi məlumatların təhrifi ilə “zəngin” olan iddialarına qarşı əsaslı faktlar gətirməklə prezident İlham Əliyev onu Münhendə çətin vəziyyətə salıb. Bu zərbədən isə Paşinyanın yaxın müddətdə özünə gələ biləcəyi inandırıcı görünmür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ