Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezidentin seçki barədə Kürdəmirdə ən yeni bəyanatının real nəticəsi – saxtakar dairələrdə nəticələr bir-bir ləğv olunmağa başladı - YENİLƏNDİ

Image


Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə növbədənkənar parlament seçkiləri zamanı baş verən qanun pozuntularından danışıb:

“Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.

Dövlət başçısı bildirib ki, parlament seçkiləri rəqabət şəraitində keçib: “Parlament seçkiləri bir daha göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə bizə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meylləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə hər kəs sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun”.

Göründüyü kimi, ölkə başçısı pozuntuya yol verənlərin cəzalandırılacağını deyir. Deməli, belə hallar mövcud olub. Sosial şəbəkələrdə aparılan müzakirələrdən görünür ki, ölkə başçısının çıxışı bir çox namizədi və seçiciləri ruhlandırıb. Belə versiyalar səslənir ki, nöqsanlara yol verilən bəzi dairələrin nəticələri ləğv edilə bilər. MSK-dan bu qərarı gözləməyə dəyərmi?

  • Rasim Quliyev: “...bəzi deputatlığa namizədlər və onların seçki kampaniyasını həyata keçirən komanda üzvləri arasında elə adamlar vardı ki...”

 “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, seçki günü baş vermiş neqativ hallar barədə danışarkən bir suala da cavab axtaraq: “Parlament özünü buraxırsa və iqtidarın islahatçı ruhuna cavab vermirdisə, deməli, məqsəd daha çevik və müasir düşüncə tərzinə malik, aparılan islahatlara uyğun seçki keçirmək və parlamentin seçilməsinə şərait yaratmaqdır. Əslində, seçkilərin ciddi rəqabət şəraitində və gərgin keçirilməsi və nəticələr bu sahədə də islahatlardan xəbər verdi. Sadəcə olaraq təəssüflə qeyd edirik ki, bəzi deputatlığa namizədlər və onların seçki kampaniyasını həyata keçirən komanda üzvləri arasında elə adamlar vardı ki, aparılan struktur, hüquqi və demokratik islahatların ruhuna, mənəvi-əxlaqi dəyərlərə uyğun gəlməyən neqativ hərəkətlərə yol verərək, dövlətin imicinə və dövlətçiliyimizin inkişaf prinsiplərinə, vətəndaş inamsızlığına səbəb olan hərəkətlərə yol vermişlər. Həmin neqativ halların baş verdiyi məntəqə və dairələrdə faktlar üzrə MSK tərəfindən ciddi araşdırmaların aparılacağına və müvafiq tədbirlər görüləcəyinə, lazım gəldikdə həmin nəticələrin ləğv ediləcəyinə ümid edirik. YAP, bitərəf və ya hər hansı siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda xalqın alqışladığı və dünyada ölkəmizin nüfuz və imicinin yüksəlməsi, dövlətin güclənməsi və inkişaf etməsi istiqamətində aparılan ardıcıl, sabit siyasət və demokratik islahatların ruhuna uyğun gəlməyən hərəkət və qanunazidd əməl törədən deputatlığa namizəd və ya onun adamlarının qanun qarşısında ədalətli şəkildə cəzalanacaqlarına ümid edirik.

Beləliklə, hesab edirik ki, keçirilən seçkilər demokratiyanın inkişafı və müsbət dəyişikliklər istiqamətində mühüm irəliləyiş sayıla bilər. Hər bir dairədən yalnız bir namizədin seçilə biləcəyi mümkünlüyünü nəzərə alaraq seçilə bilməyən digər namizədlərin narazılığını təbii qəbul edirik. Eyni zamanda, qalib gələrək deputat seçilən rəqiblərinin əlini sıxmaq mədəniyyətini də vətəndaşlarımıza arzulayırıq. Mübarizədə cəmiyyətin ziyalı, mədəni elitısının təmsilçisi olan deputatlığa namizədlər mübarizəni düşmənçilik hissləri ilə, qeyri-sağlam üsullarla deyil, sağlam intellektual rəqabət şəraitində aparmalı və cəmiyyətə udub-uduzmaq mədəniyyətini göstərməlidirlər”.

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədlərin şikayətlərinə baxılıb. Müraciətdə qeyd olunub ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

MSK 35 saylı Xətai 3-cü Seçki Dairəsində də parlament seçkilərinin nəticələrini ləğv edib. Bildirilib ki, araşdırmalar zamanı həmin seçki dairəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu pozuntular həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Abbasov Rauf Arif oğludur.

MSK-nın iclasında 74 saylı Lənkəran Seçki Dairəsi üzrə seçkilərin nəticələri də ləğv edilib. İclasda bildirilib ki, həmin dairədən namizəd olan bir neçə nəfər MSK-ya müraciət edərək dairədə seçki qanunvericiliyinin pozulduğunu bildirib və dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş ediblər. İclasda bildirilib ki, MSK tərəfindən aparılan araşdırmalar nəticəsində iddialar öz təsdiqini tapıb və bir neçə məntəqədə seçkilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular baş verib və bunlar seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb. Təklif səsə qoyularaq 74 saylı Lənkəran Seçki Dairəsi üzrə seçkilərin nəticələri ləğv edilib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hadı Rəcəblidir.

33 saylı Xətai 1-ci Seçki Dairəsi üzrə parlament seçkilərinin nəticələri də ləğv edilib. Həmin dairə üzrə deputatlığa namizədlərdən biri Mərkəzi Seçki Komissiyasına müraciət edərək qanun pozuntuları baş verdiyi üçün dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edib.

İclasda bildirilib ki, araşdırmalar nəticəsində həmin dairədə seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və bu pozuntular seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb. İclasda həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul olunub. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hüseynbala Mirələmovdur.

MSK-nın iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə də baxılıb. Həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.

MSK-nın iclasında digər seçki dairələri ilə bağlı daxil olan müraciətlərə də baxılıb.

“Trend”in məlumatına görə, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı və 60 saylı Salyan-Neftçala, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt 2-ci, 14 saylı Xəzər, 15 saylı Yasamal 1-ci, 10 saylı Binəqədi 3-cü, 28 saylı Sabunçu 3-cü, 79 saylı İmişli, 45 saylı Abşeron, 109 saylı Balakən, 67 saylı Cəlilabad seçki dairələri üzrə müraciətlərə baxılıb.

Müzakirələrdən sonra müraciətlərin dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ