Cümə axşamı günü, 05 noyabr 2026
     

“Şimal axını” gecikdi - Rusiya qarşısında qazı Azərbaycan üzərindən satmaq zərurəti yetişir

Image


Təbii qaz nəqli sahəsində Avropanın cari il ərzində Rusiyadan gözləntiləri özünü tam şəkildə doğrultmayacaq. Ən azı o baxımdan ki, Rusiyanın “Şimal axını-2” qaz boru kəmərinin inşası artıq nəzərdə tutulan vaxtda həyata keçməyəcək.

Qeyd edək ki, kəmərin inşası əslində ötən ilin sonunda başa çatmalı idi. Amma ABŞ-ın və bəzi Avropa ölkələrinin mövqeyi üzündən proses ləngiyir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında bu layihəyə qarşı sanksiya qərarı qəbul edib. Bundan sonra İsveçrənin  “Allseas” boru şirkəti layihədə fəaliyyətini dayandırıb. Daha sonra isə ABŞ Senatı “Şimal axını-2” kəmərinin inşasına dəstək verən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən “2020-ci il üçün Müdafiə Büdcəsi Qanunu”nu qəbul edib. Məhz bütün bunlar kəmərin nəzərdə tutulan vaxtda istismara verilməsini sual altına alıb. Məsələyə yenidən toxunan Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında bildirib ki, “Şimal axını-2” nəzərdə tutulan vaxtda istismara verilməyəcək: “Rusiya “Şimal axını-2” layihəsinin tikintisini xarici tərəfdaşların iştirakı olmadan özü başa çatdıra biləcək. Yeganə sual vaxt məsələsidir”. Putin qeyd edib ki, son tarixlər dəyişdiriləcək: “Ümid edirəm ki, bu ilin sonu və ya gələn ilin birinci rübünün axırında işlər başa çatacaq və qaz kəməri fəaliyyət göstərəcək”. Almaniya kansleri isə öz növbəsində “Şimal axını-2”  layihəsinin iqtisadi layihə olduğunu vurğulayıb: “Düşünürəm ki, layihə, Amerikanın sanksiyalarına baxmayaraq, həyata keçiriləcək. Siyasi problemlərə baxmayaraq, sanksiyaların səhv bir yol olduğuna inanırıq və bu layihəni dəstəkləməyə davam edəcəyik”. Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq də “Şimal axını-2” kəmərinə sanksiyaların tətbiqini tənqid edib və bunun qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, boru kəməri Avropanın enerji təminatının şaxələndirilməsinə təminat verir və Ukraynanın maraqlarına zidd deyil. ABŞ və Avropa İttifaqı ölkələrinin müştərək dəyərləri bölüşdüyünü deyən nazir bildirib: “Hazırda biz 30 il əvvəlin metodlarından istifadə edə bilmərik. Bu gün dünya çoxqütblü olub”.

Amma fakt  budur ki, sanksiyalar səbəbindən “Şimal axını-2” ləngiyir. Kremlin sözçüsü Dmitri Peskov etiraf edir ki, “Allseas” şirkətinin işləri dayandırması layihənin istifadəyə verilməsi vaxtını ertələyəcək, lakin buna mane olmayacaq: “ABŞ-ın qanunsuz sanksiyalarına görə şirkət işlərin dayandırılmasına qərar verib. Şirkətin qərarı, şübhəsiz ki, layihənin istifadəyə verilməsi vaxtını ertələyəcək, lakin prosesə mane olmayacaq. Ümid edirik ki, layihə geciksə də, istifadəyə veriləcək və bunun üçün imkanlar var”. Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov da iddia edir ki, Rusiya "Şimal axını-2" qaz kəmərinin tikintisini özü başa çatdıracaq. O, həmçinin deyib ki, İsveçrənin "Allseas" şirkəti layihədə işinə qayıda bilər: "Bu baş verməsə, Rusiya Federasiyasının suyun altında boru tikintisi üçün öz gəmisi – "Akademik Çerski" var". İndilikdə “Şimal axını-2” kəmərinin çəkilişinin dayandırılmasına baxmayaraq, “Qazprom” konserni həmin kəməri işlək vəziyyətdə saxlamaq məqsədilə onun Almaniya seqmentinə (“Şimal axını-2”nin Almaniyaya aid hissəsi “Eugal” adlanır) “Nel” xəttindən mavi yanacaq vurmağa başlayıb. “Gascade” şirkətinin mətbuat katibi Corc Vüstner bəyan edib ki,  “Eugal” formal baxımdan boş dayanmır, lakin səmərəsiz işləyir, yəni kəmərə vurulan qaz konkret istehlakçılara çatdırılmaq üçün nəzərdə tutulmur. Bu yalnız kəməri texniki baxımdan saz vəziyyətdə saxlamağa xidmət edir. Enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Alfred Herhard bildirib ki, kəmərə vurulan qazın havayı getməsi konsernə baha başa gəlir və bu vəziyyət sonsuzadək davam edə bilməz. Məhz bu vəziyyətdə kəmərə qaz vurulmasının dayandırılması da istisna olunmur. Eyni zamanda belə görünür ki, Rusiya qazını Avropaya “Şimal axını-2” ilə istədyi vaxtda çatdıra bilməyəcək. Məhz bu şəraitdə Rusiyanın Azərbaycan kəmərlərindən istifadə etməsi istisna olunmur.

Xatırladaq ki, Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizinin” son halqası sayılan TAP da tezliklə tamamlanacaq. Ötən ilin noyabrında isə TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanıb. Belə ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq. TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Bundan əvvəl isə Rusiya öz qazını TANAP və daha sonra TAP vasitəsilə ixrac etməyin mümkünlüyünü bildirib. “Şimal axını-2” kəmərinin çəkilişinin dayandırılması Moskvanın bu məsələdə marağını daha da artıra bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ