Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan düşməni lərzəyə salacaq yeni silahlar əldə edir – Ermənistanın Rusiyadan qırıcı təyyarə alışı problemə döndü...

Image


Məlumdur ki, hələ 2017-ci ilin noyabrında Ermənistan Rusiyadan 100 milyon dəyərində silah-sursat alınması ilə bağlı Moskva ilə müvafiq kredit müqaviləsi imzalayıb. Amma ötən il işğalçı ölkədə baş tutan məlum hakimiyyət dəyişikliyindən sonra Rusiya kreditlə nəzərdə tutulan silah-sursatı Ermənistana çatdırmağa heç də tələsmir. Bunu Su-30 SM qırıcı təyyarələri ətrafında baş verənlər də aydın göstərir.

Söhbət ondan gedir ki, ayrılan kreditin əsas hissəsini Ermənistan məhz bu qırıcı təyyarələrin ölkəyə gətirilməsinə sərf etmək istəyir və ötən ildən anons edilirdi ki, Su-30 SM-lər cari ilin sonuna kimi Ermənistana çatdırılacaq. Lakin il başa çatsa da təyyarələrdən xəbər yoxdur və çatıdırılmanın bu il baş tutmayacağına dair məlumatlar da yayılır. Erməni mediası qeyd edir ki, ümumiyyətlə, Su-30 SM-lər Ermənistana gəlməyə bilər. Çünki artıq Rusiya bu təyyarələrin Ermənistana verilməsində maraqlı deyil. Elə rusiyalı ekspert Pavel Felqenhauer də hesab edir ki, Ermənistana belə təyyarələr lazım olsa da, İrəvanın onu alması üçün maliyyə imkanları yetərli deyil. O vurğulayır ki, ayrılan 100 milyon dollar kredit bu cür ciddi vasitələrin əldə edilməsi üçün çox azdır: "Bu məbləğ müasir silah növləri almaq üçün çox kiçik vəsaitdir. Zenit raket kompleksləri, artilleriya vasitələri və təyyarələr almaq istəyirsinizsə, o zaman 10 dəfə çox vəsait lazımdır. Rusiya endirilmiş qiymətlərlə silah tədarük etməyə razılıq veribsə, o zaman çox ehtimal ki, ən müasir silah və texnika növləri tədarük edilməyəcək. Bunlar daha ucuz olan hansısa şəkildə yenilənmiş sistemlər ola bilər. 100 miylon dollar hesabına böyük sayda müasir hərbi texnika və silah əldə etmək mümkün deyil. Ermənistanda ciddi aviasiya yoxdur. Ermənistan bilməlidir ki, müasir qırıcı təyyarələr çox bahalıdır. Amma bax, Azərbaycanın bunu almağa pulu var və istəsə, Rusiya onu satmağa hazırdır".

Məsələnin maraq doğuran başqa bir tərəfi də var. Hesab edilir ki, Ermənistan haradansa pul tapıb həmin təyyarələri alsa belə, onu istismar edə bilməyəcək. Səbəb də müvafiq infrastrukturun yoxluğudur. Elə erməni ekspert Karen Vrtanesyan da bildirir ki, Su-30 SM-lər alınsa belə, onun istifadəsi asan olmayacaq: “Su-30-lar döyüş tapşırıqlarının həyata keçirilməsi halında ciddi üstünlüklər verərdi, lakin aerodrom şəbəkəsi yaratmaq zərurəti meydana çıxacaq. Ermənistanda isə bunun edilməsi çətin məsələdir”. Onun sözlərinə görə, quru qüvvələrinin raketləri və hava qüvvəsi arasındakı mübarizə dünyada on illərdir davam edir: “Haqqında danışılan 4 Su-30 SM zəruri saydır. Amma onun Ermənistana çatdırılıb-çatdırılmayacağı hələ dəqiq məlum deyil. Digər tərəfdən alınsa belə, o təyyarələrin burada saxlanılması xərcləri ilə bağlı problemlər yaranır”. Ekspertin sözlərinə görə, Su-30 SM  ilə bağlı xərclər hesablanıb, lakin problem bununla həll edilmir, çünki istismarla bağlı çoxlu sayda problemlər var:
“Bu halda aerodromlar şəbəkəsi yaratmaq lazımdır. Azərbaycan son 10 ildə hərbi hava limanları şəbəkəsini kifayət qədər inkişaf etdirib, yeni tikilmiş hava limanlarının yaxınlığında bir neçə xətt var”. Vrtanesyan bildirib ki, Azərbaycan daha uzun uçuşlar həyata keçirməyə yardım edən aerodromlara sahibdir və bu aerodromlar cəbhə xəttinə yaxındır:“Eyni formada biz də həm açıq, həm də gizli aerodromlara malik olmalıyıq, bu kifayət qədər ciddi xərclərlə bağlıdır. Hələlik isə bu xərcləri qarşılaya bilmirik. Deməli, Su-30 SM-lərin gəlişi reallaşsa belə, bu heç nəyi dəyişməyəcək. Azərbaycan isə indiki şəraitdə malik olduğu aerordromlar və hərbi büdcəsi sayəsində bu qırıcılara bizdən tez sahib olmaq imkanındadır”.

Bu arada xatırladaq ki, Rusiya hərbi dairələri dəfələrlə Azərbaycana Su-30 SM, hətta Su-35 təyyarələrini belə satmağa hazır olduqularını bildiriblər. Həmin təyyarələr isə Suriyada Rusiya tərəfindən aparılan əməliyyatların gedişində özünü doğruldub. Ümumiyyətlə, Azərbaycanın gələn il həmin təyyarələrin müəyyən sayda alışını həyata keçirməsi də istisna olunmur. Çünki məlumdur ki, Azərbaycan Rusiyadan yeni döyüş sursatı almağı düşünür. Hələ bu  ilin əvvəlində Rusiyanın “RİA Novosti” xəbər agentliyi məlumat yaymışdı ki, Azərbaycan Rusiya ilə yeni silah müqavilələri bağlamaq istəyir. Ötən ay da Azərbaycan Xarici İşlər Nazirliyi oxşar bəyanatla çıxış edib. Gələn ilin hərbi büdcəsində isə məhz 1 milyard dollara yaxın vəsaitin yeni silah alışına sərf edilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycanda 2020-ci ilin dövlət büdcəsinin layihəsinə görə, bütün dövlət büdcəsi xərcləri 1.7% artdığı halda, müdafiə xərclərinin büdcəsi xeyli, yəni 20.9% artıırılmaqla 2.267 milyard dollara çatıb. Bunun 945 milyon dolları silah alışı və hərbi-sənaye sərmayəsi üçün nəzərdə tutulub. Su-30 SM və Su-35 təyyarələrinin qiyməti isə 60-70 milyon dollar arasında dəyişir. Bu isə o deməkdir ki, Azərbaycan istəsə, ilk mərəhələdə ən azı 10 belə təyyarəni almaq imkandadır. Bundan başqa, Azərbaycanın Rusiyanın 5-ci nəsil qırıcılarından olan Su-57 təyyarəsini almaq imkanları da yüksək dəyərləndirilir. Xatırladaq ki, Su-30SM 4-cü nəsil təyyarəsi, Su-57 ondan sonrakı mərhələ olan 5-ci nəsildəndir. Eyni zamanda Su-57 daha müasir texnologiyalar əsasında hazırlanıb. Su-57-nin başlıca fərqli cəhəti radarlarda daha zəif görünməsidir. Məhz radarlarda zəif görünmə beşinci nəsil qırıcıları xarakterizə edən başlıca xüsusiyyətlərdən biridir.

Bundan əvvəl isə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası bəyan edib ki, Azərbaycana artıq Su-30SM, Su-35, MiQ-35 təyyarələri təklif olunsa da, Bakı seçim etməyib. Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib. Bunlar isə o deməkdir ki, Azərbaycan istədiyi halda həmin təyyarələrdən ala bilər. İndiyə qədər isə yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Perspektiv plana əsasən, qarşıdakı dövr ərzində Azərbaycanın aviaparkına Pakistan-Çin birgə istehsalı olan “JF-17 Thunder”,  Çexiya istehsalı olan Aero L-159 təyyarələrinin, Türkiyə və CAR istehsalı olan zərbə helikopterlərinin, həmçinin silahlandırılmış PUA-ların daxil edilməsi gözlənilir. Artıq Pakistan tərəfi ilə Azərbaycanın “JF-17 Thunder” təyyarələrinin alınmasına dair ilkin razılaşmanın əldə edilməsilə bağlı məlumatlar da yayılıb.

Bu gün Azərbaycana “Eurofighter” Avropa konsorsiumu “Typhoon”, İsveç “Gripen” döyüş təyyarələrini də təklif edir. İsveçin Hərbi Hava Qüvvələrinin komandanı Mats Helqesson “Gripen” təyyarələrinin mühüm üstünlüklərə malik olduğunu bildirir. Onun sözlərinə görə, Rusiya qırıcıları Amerika qırıcılarından manevr üstünlüyünə və təhlükəli tryukları yerinə yetirməsinə görə əfsanəvi status qazanıb. Amma İsveç bu işin sirrini açıb.

Belə ki, bütün müasir qırıcılar radioelektron müharibə aparır, “Gripen” təyyarələrində isə daha bir üstünlük var. Bu, təyyarənin radiosiqnalları boğmaq imkanlarıdır.  Hazırda Azərbaycan Qərb ölkələri ilə də uğurlu hərbi-texniki əməkdaşlıq qurmaqdadır. Bu baxımdan İsveçlə “Gripen” qırıcılarına dair danışıqlarda da Bakı istədiyi nəticəni əldə edə bilər. Rusiyanın “Voennoe obozrenie” nəşri də yazır ki, Bakı son dövrlərdə Qərb ölkələri ilə uğurlu əməkdaşlıq edir, Fransadan, İtaliyadan, Çexiyadan və digərlərindən hərbi məhsullar alır. Nəşr bildirir ki, Azərbaycan bu fonda  İsveçdən də istədiyi təyyarələri almaq imkanı qazanır. Qeyd olunur ki, Bakı həmin qırıcıları alsa, Azərbaycan Ermənistan üzərində daha ciddi üstünlük əldə edəcək. Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı moderləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır. Qeyd olunur ki, Bakı indiyə qədər də Rusiyadan aldığı silahlarla böyük üstünlük əldə edib. Elə indi də  Rusiya Azərbaycan silah-sursatının ən böyük təchizatçısıdır: İndiyə qədər Azərbaycana ən müxtəlif silahlar verilib. Söhbət “Smerç” YARS-ları, TOS-1 ağır odsaçan artilleriya sistemləri, başqa müasir silahlar da daxil olmaqla mühüm  hərbi texnika, sistemlər, avadanlıqlardan gedir. Azərbaycan həm də regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı, İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı, qırıcıları da yönləndirir, hava trafikini nizamlaya bilir. ELM-2288 AD-STAR kompleksi 480 kilometr məsafədən hədəfləri qeydə alıb izləyir. Azərbaycan ərazisində İsrail istehsalı olan erkən raket xəbərdarlığı sistemi “Green Pine” fəaliyyət göstərir. Bunlar artıq Bakıya böyük üstünlüklər qazandırıb”.İndi diqqət ona yöənldilir ki, belə üstünlüyə malik Azərbaycan gələn il ərzində yeni silah alışına da böyük həcmdə vəsait sərf edəcək. Məhz belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli Ermənistana Azərbaycan tərəfindən kifayət qədər sərt zərbələrin endirilməsinə imkan verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ