Cümə axşamı günü, 05 noyabr 2026
     

TANAP qaz kəməri – xaricdən Azərbaycana axan yeni “valyuta kəməri…”

Image


Gələn ildən etibarən Azərbaycana daxil olan xarici valyutanın həcmində əhəmiyyətli dərəcədə artım olması proqnozlaşdırılır. Bunun əsas səbəbi TANAP layihəsinin uğurla başa çatması, onun davamı olan TAP-ın da gəlin ilin ortasına kimi istifadəyə tam hazır vəziyyətə gətriləcəyi ilə bağlıdır.

Xatırladaq ki, TAP-ın 90 faiz hissəsinin çəkilişi artıq başa çatıb. TAP kəməri vasitəsilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql edəcək. Gələcəkdə Avropa və Türkiyə bazarına çıxarılacaq Azərbaycan qazının həcmi 31 milyard kubmetri ötəcək. 

Bütün bunlar fonunda Azərbaycana, neftlə yanaşı, artıq təbii qaz satışından da böyük həcmdə vəsait daxil olacaq. Özü də bu vəsaitin daxil olmasına məhz gələn ildən start veriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat kafedrasının professoru Elşad Məmmədov da vurğulayır ki, TANAP layihəsinin reallaşması ölkəmizin makroiqtisadi göstəricilərində aktiv şəkildə öz əksini tapacaq: “TANAP qaz kəmərinin tam istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatının inkişafı baxımından dövlətimizin başçısı tərəfindən reallaşdırılan xarici iqtisadi siyasətin növbəti bir təntənəsi kimi səciyyələndirilə bilər. Çünki nəzərə almaq lazımdır ki, enerji daşıyıcıları bazarındakı volatillik, gərginlik, o cümlədən enerji daşıyıcılarının idxal vasitələrində də gərginliyə səbəb olur. Heç də təsadüfi deyil ki, bu gün artıq elmi cəhətdən əsaslandırılmış proqnozlara görə, müəyyən müddətdən sonra uzun-uzadı ixrac kəmərlərinin çəkilməsi iqtisadi cəhətdən rentabelliyini itirə bilər. Bu baxımdan Azərbaycanın bu layihəni məhz vaxtında reallaşdırması çox müsbət haldır. Mən Azərbaycanın deyəndə bunu təsadüfi demirəm, çünki bu layihənin həyata keçirilməsində ölkəmizin və dövlətimizin başçısının müstəsna rolu var. Bütün bunlar onu deməyə əsas verir ki, məhz Azərbaycanın bu layihənin vaxtında reallaşdırması milli iqtisadiyyatımızın inkişafı, o cümlədən xarici iqtisadi siyasətimizin dinamikası nöqteyi-nəzərdən dövlətimizin başçısı tərəfindən strateji yanaşmanın düzgün və vaxtında formalaşmasını göstərdi. Ona görə də xarici iqtisadi siyasət nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan növbəti uğurunu qazandı və digər tərəfdən unutmayaq ki, bu layihənin reallaşması ölkəmizin makroiqtisadi göstəricilərində də aktiv şəkildə öz əksini tapacaq. Hesablamalarıma görə, illik təxminən 3 milyard ABŞ dolları Azərbaycana daxil olacaq, bu çox böyük rəqəmdir”. Aydındır ki, ekspert tərəfindən səslənən rəqəm həm tədiyyə balansında müsbət nəticələrə səbəb olacaq, həm də bütövlükdə daxili valyuta və maliyyə bazarında xeyli dərəcədə müsbət dinamikaya şərait yaradacaq.

Bir məqamı da xatırladaq ki, Qaz İxracatçısı Ölkələri Forumu da Azərbaycanın Avropa üçün enerji sahəsində oynadığı rolun daha da yüksələcəyini və ölkənin enerji satışından böyük miqdarda gəlir əldə edəcəyini bildirib. Bunlar o fonda baş verir ki, Avropanın təbii qaza tələbi artır. Qaz İxracatçısı Ölkələri Forumu bəyan edir ki, qısamüddətli perspektivdə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi artacaq. Yeni qaz kəmərlərinin istismara verilməsi Avropa ölkələrinə əlavə 102,5 milyard kubmetr qaz əldə eləməyə imkan verəcək. Bu fonda xüsusi qeyd edilir ki, 2020-ci ildə "Cənub Qaz Dəhlizi"nin  ikinci mərhələsi olan TAP-ın istifadəyə verilməsindən sonra Azərbaycandan Avropaya boru kəmərləri ilə ixrac edilən qazın həcmi 16 milyard  kubmetr artacaq. Bütün bunlar nəticə etibarı iləAzərbaycana daxil olan valyutanın da miqdarını xeyli yüksəldəcək. Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 44,9 milyard dollar olub. Cari ilin ötən dövrü ərzində isə valyuta ehtiyatları artıq 50 milyard dolları keçib. Amma gələn ildən etibarən valyuta ehtiyatlarının artım miqdarı daha intensiv xarakter daşıyacaq.

Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən isə bildirir ki, qaz kəmərləri Azərbaycana, iqtisadi sahə ilə yanaşı, siyasi müstəvidə də böyük üstünlüklər qazandırır:“TANAP ideyasının ortaya çıxması və hazırkı vəziyyəti sözün əsl mənasında Azərbaycan və Türkiyə xalqları üçün bəxtiyarlıqdır. Türkiyə tarixdə ilk dəfədir ki, özünün təbii qaz tələbatını indiki qədər rahat yolla və təhlükəsiz qaydada təmin edir. Bu təchizat bütün parametrlər üzrə təhlükəsizlik deməkdir. Eyni zamanda, Azərbaycan da karbohidrogen ehtiyatlarının ixracı ilə bağlı öz maraqlarını təmin edən qərarlar verir və bunu reallığa çevirir. Avropa istehlakçıları TANAP-dan bəhrə gördükcə Azərbaycan və Türkiyənin bundan sonrakı birgə layihələrində iştirak etməyə xüsusi maraq göstərəcəklər”. Bütün bunlar isə qarşıdakı müddət ərzində Azərbaycanın Avropa istiqamətində yeni mühüm transmilli layihələrə də start verəcəyini aydın göstərir. Təbii ki, bu da ölkəyə böyük həcmdə valyuta daxil olmasını şərtləndirəcək. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycanın valyuta ehtiyatları qarşıdakı dövrdə sürətlə artacaq. Bunu şərtləndirən başlıca səbəb enerji resursları ilə yanaşı, həm də qeyri-neft sektorudur. Azərbaycanın hazırda ümumdaxili məhsulunun üçdə iki hissəsindən çoxu məhz qeyri-neft sektorunun hesabına formalaşır. Ekspertlər bildirir ki, turizm, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya sektoru tükənməyən gəlir mənbəyidir ki, bu sahədə də işlər kifayət qədər uğurlu qurulub. Digər tərəfdən, dünyanın bir çox yerlərində Azərbaycanın sənaye evləri və ticarət mərkəzləri açılıb. Bunlar da Azərbaycan brendinin dünyaya çıxmasını şərtləndirən amillərdir. Eləcə də faktdır ki, Azərbaycan artıq Avrasiya məkanının nəqliyyat qovşağına çevrilib. Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqaməti üzrə nəqliyyat qovşağının işə düşməsilə bu istiqamətdən də ölkəyə valyuta axını sürətlə artır. Belə vəziyyətdə artan valyuta ehtiyatları Azərbaycanı iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevirir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ