Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan ordusunda fərariliyin əsl kökü – təcavüzkar müharibə… Hökumət isə hərbi qanunvericilikdə dəyişikliklərə başlayır…

Image


Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə hələ də ciddi əngəl yaratmaqda davam edən Ermənistanda bu gün problemlərin özünü qabarıq göstərdiyi sahələrdən biri də ordu ilə bağlıdır. Ümumiyyətlə, son illərin real mənzərəsi düşmən ordusunun tənəzzlünün daha da sürətləndyini aydın nümayiş etdirir. Bu fonda ordudan yayınma halları da getdikcə çoxlamaqdadır.

Ekspertlər bildirir ki. Ermənistan ordusunda vətəndaşların və hətta hərbi qulluqçuların özlərinin belə xidmətdən yayınmaları heç də təsadüfi hal deyil. Belə ki, Ermənistan ordusunda qanunsuzluq  hallarının hələ də geniş yayılması vətəndaşların və hərbi qulluqçuların xidmətdən yayınmasına başlıca səbəbdir. Elə bu fonda erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır. Yaranmış durumda ölkə üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə rəhbərliyinin hələ də  onları aldatdığını bəyan edirlər. Əsgər valideynlərinin etiraz aksiyalarının yenidən intensivləşməsi də bunun sübutudur. Bu günlərdə isə Ermənistan baş prokurorluğu məlumat verib ki, cari ilin ilk 9 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 39 hərbçisi ölüb. İşğalçı ölkədə 16 hərbçi xidmət zamanı, 23 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Qeyri-rəsmi rəqəmlər isə itkilərin sayının bundan ən azı iki dəfə çox olduğunu üzə çıxarır. Bunlardan  əlavə, Ermənistan ordusunda baş verən fərarilik, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı da dəfələrlə artıb. Məhz bu ordu ilə Ermənistanın indiki Qarabağ siyasətini davam etdirməsi də mümkünsüz sayılır.

Hadisələrin real inkişaf axarı isə qarşıdakı dövr ərzində də düşmənin ordu ilə bağlı problemlərinin sadəcə dərinləşməyə davam edəcəyini göstərir. Bu xüsusda diqqət cəlb edən başlıca məqamlardan biri isə ordudan yayınıb, sonradan müəyyən həcmdə cərimə ödəməklə cianyət məsuliyyətindən yayınanlarla bağlıdır. Xatırladaq ki,  Ermənistan parlamenti 2018-ci ilədək 27 yaşı tamam olan və hərbi xidmətdən yayınan vətəndaşların müvafiq cərimə ödədikləri halda cinayət məsuliyyətindən azad edilməsi barədə qanun qəbul edib.  Hesablamalar göstərir ki, hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 11 mindən çoxdur. Onların bir hissəsi müvafiq cərimə ödəməklə cinayət məsuliyyətindən yayınıb. Digərlərinin böyük əksəriyyəti isə Ermənistandan xaricdədir və ölkəyə qayıtmaq istəmirlər. İndiki Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaşı 27-yə çatan vətəndaşlar cinayət məsuliyyətindən qaçmaq üçün 3,5 milyon dram, yəni təxminən 7500 dollar məbləğində cərimə ödəməlidir. İndiyə qədər ölkənin dövlət büdcəsi hərbi xidmətdən yayınaraq xaricə qaçan ödəniş qabiliyyətli gənclərin vəsaiti hesabına xeyli gəlir əldə edib. Bu hal ölkəni böyük sosial-iqtisadi problemlər məngənəsinə düçar edən Nikol Paşinyan iqtidarının da diqqətini daha çox cəlb etməyə başlayıb. Elə bu səbəbdən cərimənin məbləğinin iki dəfə artırılması üçün hazırlıq işlərinə start verilib. Bu xüsusda müvafiq qanun layihəsi də hazırlanıb. Layihənin  müəllifləri parlamentin deputatları Arman Babacanyan, Andranik Köçəryan və Mxitar Hanrapetyandır.  Qanun layihəsinin müəlliflərindən ikisi, yəni Arman Babacanyan və Mxitar Hanrapetyan ümumiyyətlə orduda xidmət etməyib. Qanun layihəsinə görə, ödənişin buraxılan çağırışların sayına görə deyil, sərhədi qoruyan müqaviləli hərbi qulluqçunun əmək haqqının həcmi ilə hesablanması nəzərdə tutulur. Bununla da təklif olunur ki, 27 yaşı tamam olan Ermənistan vətəndaşı və ordudan yayındığına görə cinayət təqibinə məruz qalan şəxs ən yüksək əmək haqqı alan müqaviləli hərbi qulluqçunun 2 illik əmək haqqı qədər cərimə ödəməlidir. Bununla da o, qanunla nəzərdə tutulan haqq-hesabını ödəmiş və Ermənistana qayıtmaq hüququ əldə etmiş hesab olunur. Yeni qanun 27 yaş tamam olduqdan sonra belə hərbi xidmətə getməyə imkan verir. Lakin hazırda qüvvədə olan qanunvericilik bunu qadağan edir. Jurnalistlər “Ordudan yayınan və axtarışda olan şəxslər üçün həddindən artıq yüksək məbləğ olduğunu hesab etmirsiniz? Sizin təklif etdiyiniz dəyişikliyə əsasən 5-6 milyon dram ödəniş tələb olunur. Bu halda ölkəni tərk etməyi təşviq edə və ən zəngin şəxslərin övladlarına yardım etmiş olacağınızdan ehtiyat etmirsiniz”, deyə Ermənistan parlamentinin deputatı Arman Babacanyana sual ünvanlayıblar. O bildirib: “Tam əksinə, bu layihənin əsas məqsədi ondan ibarətdir ki, ölkəni tərk etmənin qarşısı alınsın. Sizin dediyiniz problemə əks tərəfdən yanaşmaq lazımdır. Adam bilir ki, ölkəni tərk edə bilər və illər sonra daha az vəsaitlə övladının ordudan yayınmaqla bağlı problemlərini həll edə bilər. Bu halda həmin ödəniş məbləği hiss ediləcək dərəcədə artırılırsa, həmin şəxs ölkəni bu məqsədlə tərk edib-etməməyi fikirləşməli olacaq. Bu və ya digər sosial təbəqəyə dəstək verilməsinə gəldikdə isə, bu qanunun belə bir məqsədi yoxdur. Bu qanunla qazanacaq yeganə tərəf Silahlı Qüvvələrdir. Əslində bu yüksək ödəniş məhz bu məqsədlə ortaya çıxıb. Biz ön xəttə xidmət edən hərbi qulluqçunun 2 illik əmək haqqını və əlavə ödənişlərini hesablamışıq və bunun nəticəsində qeyd edilən məbləğ ortaya çıxıb. Mən əmin edirəm ki, bu vəsaitin tutulması birbaşa büdcənin doldurulması yox, həmin vəsait hesabına daha çox müqaviləli hərbi qulluqçunu ön xətdə hərbi xidmətə cəlb etmək məqsədi daşıyır. Bu yolla cəbhə xəttini mümkün qədər müddətli xidmət hərbi qulluqçularından azad etmək imkanı əldə ediləcək”. Ermənistan müdafiə nazirinin sabiq müavini, general-leytenant Qaqik Melkonyan isə hesab edir ki, bu qanun layihəsi orduya böyük ziyan vuracaq: “Mənə elə gəlir ki, heç kim 5-6 milyon dram verib geri qayıtmayacaq. Bir çoxları hər hansı şəkildə həmin 3,5 milyon dramı ödəməklə geri qayıtmağa razı idi. Lakin bu qanun qəbul edilərsə, demək olar ki, onlardan 50 %-i artıq geri qayıtmaq niyyətində olmayacaq. Bu qədər vəsaiti o toplaya da bilməz. O bunu tapa bilməyəcək və heç gəlməyəcək, büdcə də doldurulmayacaq”. Melkonyanı, həmçinin qanun layihəsinin 27 yaş tamam olduqdan sonra arzu edənlərin hərbi xidmət edə biləcəkləri ilə bağlı müddəası da təəccübləndirir: “30 yaşında əsgər gəlib 18 yaşında olan əsgərlə bir yerdə xidmət edəcək? Aradakı fərq çox böyükdür. Bu xidmət alınmayacaq. Bu şəxslər üçün alternativ hər hansı bir xidmət növü fikirləşərlərsə, bu, başqa bir məsələdir. Lakin onun gəlib 18 yaşlılarla birlikdə xidmət etməsi özü üçün həlledilməz bir çox problemlərə səbəb olacaq”. Melkonyan hesab edir ki, qanunun qüvvədə olma müddətini 1 il daha artırmaq doğru olardı.

Bu arada daha bir diqqət çəkən məqam Ermənistan parlamentinin hakim fraksiyasını təmsil edən deputat Hayk Sarkisyanın tezləşdirilmiş şəkildə hərbi xidmət haqqında qanunun qəbul edilməsi ilə bağlı təklifidir. Burada qeyd olunur ki,  sürətləndirilmiş qaydada hərbi xidmət keçən şəxs Ermənistanın dövlət büdcəsinə 10 milyon dram ödəməlidir. Həmin şəxs 1 ay müddətində xüsusi sürətləndirilmiş qaydada hərbi xidmət keçəcək və 1 ay müddətindən sonra tərxis olunacaq. “Joğovurd” qəzeti bu xüsusda yazır: “Ermənistan Müdafiə Nazirliyi bu məsələyə niyə səssiz qalır? Hərbi xidmət vətən və sərhədlərin toxunulmazlığını təbliğ etmək əvəzinə, zənginlərin hərbi xidmətdəki elit bir aylığına Müdafiə Nazirliyi əl çalır. Qoşundan və əsgər həyatından qaçan hansı fərari bu elit hərbi bal ayını sifariş verib?” Bütün bunlar göstərir ki, hakimiyyət orduya qazanc mənbəyi kimi yanaşır. Elə bu fonda da orduya münasibətdə Ermənistan cəmiyyətində yaranan parçalanma getdikcə daha dərin kök salmaqdadır. “Joğovurd” qəzeti qeyd edir ki, baş nazir və məmurlar mütəmadi olaraq silahlı qüvvələrdə korrupsiya risqlərinin azaldığını, orduda yeni münasibətlərin tətbiq edildiyini desə də, vəziyyətdən asılı olmayaraq, ordunun çöküşü davam edir:  “Orduya qazanc mənbəyi kmi yanaşıldıqda başqa nəticələr də gözləmək olmazdı. Bütün problem ondadır ki, orduda sistemli islahatlar aparılmayana qədər orada hansısa inkişaf da olmayacaq. Korrupsiya, özbaşınalıq aradan qaldırılmayınca, insan itkisi olacaq, bu da cəmiyyətin orduya etimadının itməsinə gətirib çıxaracaq”. Bu durumda erməni ekspertlərinin gəldiyi ümumi rəyə əsasən, Qarabağla bağlı yeni müharibə Ermənistan üçün yaxşı heç nə vəd etmir. Erməni hərbi ekspert İqor Muradyan qeyd edir ki, artıq yaranmış vəziyyətdən istifadə etməyə çalışan Azərbaycan hərbi uğura daha tez bir müddətə nail olmağın ssenarisini hazırlayır. Onun fikrincə, bu da Ermənistanın hərbi və maddi mənada ciddi itiklər verməsinə gətirib çıxara bilər. Ekspertlər də bildirir ki, həm təşkilati, həm silahlanma, həm də döyüş taktikası, strateji planlama kimi istiqamətlərdə erməni ordusu Azərbaycan Silahlı Qüvvələrindən çox geridə qalır. Aydındır ki, bu kimi məqamlar Azərbaycan ordusu qarşısında Ermənistan silahlı qüvvələrinin dayana bilməyəcəyini sübut edir. Ermənistan rəhbərliyi bu reallığı nəzərə alıb Qarabağ münaqişəsinin dinc müstəvidə həlli məqsədilə əməli addımlar atmasa, ordumuzun gücünü yenidən hiss edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ