Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın Qarabağ siyasətinə (pozuculuğuna) qarşı Ermənistanda üsyan başlanır

Image


Bu gün işğalçı Ermənistanda böyük narahatlıqla qarşılanan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların dalana dirənməsi və bunun savaş ehtimalını əhəmiyyətli dərəcədə artırmasıdır. Maraqlıdır ki, hadisələrin məhz bu səpkidə inkişafına görə Ermənistanda baş nazir Nikol Paşinyana yönəlik ittihamlar artır. Ümumiyyətlə, belə görünür ki, Paşinyan və komandasının reallıqdan uzaq Qarabağ siyasətindən Ermənistanın özündə də narazılıq artır. Çünki bu siyasətin Ermənistanı hara apardığını düşmən ölkədə də aydın sezirlər.

Hələlik isə görünən budur ki, Paşinyanın Ermənistanı müharibəyə sürükləyən siyasəti düşmən ölkədə böyük narazılığa yol açıb. Elə bu səbəbdən Qarabağ siyasətinə görə Paşinyana qarşı səslənən ittihamların sayı sürətlə artır. Ermənistan parlamentinin keçmiş deputatı Aqvan Vardanyan Nikol Paşinyanın Qarabağ məsələsində ziddiyyətli bəyanatlar verməsinin ölkəsinə fəlakətdən başqa heç nə vəd etmədiyini bəyan edib: "Biz əslində, əvvəlki mövqelərimizdə güzəştlər etdik və indi danışıqlar dalana dirənib. Bu isə Ermənistanı xeyli güclənən Azərbaycanla təhlükəli savaşa sürükləyir. Amma görünən budur ki, Paşinyan bunun fərqində deyil”. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da həyəcan təbili çalanlar sırasındadır: “Paşinyanın siyasəti üzündən dövlətimizin inkişafının yəqin ki, ən təhlükəli mərhələsindəyik. Mənim fikrimcə, belə təhlükəli mərhələ olmayıb”. O qeyd edib ki, onu münasibət bildirməyə vadar edən məhz həyəcanlı narahatlıq səviyyəsidir. Şahnazaryanın sözlərinə görə, son 1,5-2 ildə mövcud olan problemlər daha da gərginləşib və xarici,  regional siyasət baxımından yeni növ təhlükəli təhdidlər olmaqla onlara yeniləri əlavə edilib. O, bu fonda Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, mövcud hakimiyyətin bir çox ziddiyyətli açıqlamalar verdiyini vurğulayıb: “2018-ci ilin may ayına qədər danışıqlar masasında yalnız bir gündəm maddəsi vardı. Bu, təmas xəttində baş verən hadisələr üzrə beynəlxalq həmsədrlərin təşəbbüsləri, xüsusi avadanlıqların yerləşdirilməsi, ATƏT-in Minsk Qrupunun tərkibinin genişləndirilməsi və atəşkəs rejiminin pozulması üzrə beynəlxalq mexanizmlərin yaradılmasından ibarət idi. Bu, təmas xətti boyunca beynəlxalq elementlər yaratmaq məsələsi idi. Tənzimləmə baxımından vəziyyəti, beynəlxalq birliyin Qarabağ münaqişəsinə münasibətini əhəmiyyətli dərəcədə dəyişdirən “Madrid prinsipləri” sənədi vardı. Amma indi vəziyyət dəyişib”. Şahnazaryan indiki Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətə diqqət çəkərək qeyd edib: “Birincisi, mövcud hakimiyyət ümumiyyətlə üç “Madrid prinsipi”  - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, güc və güc təhdidinin istisna edilməsi barədə sanki danışmaq istəmir. Əslində, imtina edirlər. Danışıqlar prosesinin hakimiyyətin ziddiyyətli açıqlamaları və mövqeləri üzündən dalana dirəndiyi aydın şəkildə görünür. Ermənistan hakimiyyətinin ziddiyətli bəyanatları Qarabağa dair danışıqlar prosesini dalana dirəyib. Bu gün Azərbaycan və beynəlxalq ictimaiyyət eyni mövqedən çıxış edir, Ermənistan isə başqa mövqedən”. Paşinyanın Qarabağa dair mövqeyini və ziddiyətli bəyanatlarını kəskin tənqid edən Şahnazaryan deyir ki, belə vəziyyət Ermənistan üçün çox ciddi təhdiddir: “Və Azərbaycan artıq gələcək hərbi əməliyyatlara haqq qazandırmaq üçün ciddi arqumentlər əldə edib. Bütün bunlar ona gətirib çıxara bilər ki, hansısa beynəlxalq tədbirdə danışıqlar masasında bizim üçün qəbuledilməz sənəd qoyula bilər. Bu sənədə biz maksimum veto qoya və “Lissabon 2” əldə edə bilərik. İstisna deyil ki, belə cəhd tezliklə Bratislavada, ATƏT xarici işlər nazirlərinin görüşündə ediləcək”.

Daha bir erməni siyasi ekspert Hasmik Vardanyan da ölkəsinin təhlükəli bir mərhələyə daxil olduğunu vurğulayır: “Paşinyan Qarabağ münaqişəsi haqqında bəyanatları ilə Ermənistan üçün ciddi təhdid yaradıb. Halbuki, bir il əvvəl bu onun tərəfindən prioritet kimi elan olunub. Bir il əvvəl Paşinyanın danışıqlar masasında Qarabağı təmsil edə bilməyəcəyi ilə bağlı iddiaları müəyyən qədər beynəlxalq ictimaiyyət, xüsusilə də vasitəçilər üçün anlaşılan ola bilərdisə, bu bir il ərzində etdiyi bəyanatlarla o, yaranmış fürsəti nəinki aradan qaldırıb, həmçinin Qarabağın danışıqlar masasına qaytarılması perspektivinə ciddi zərbə vurub. “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı ilə Paşinyan hər şeyi korladı”. O qeyd edib ki, bəzi daxili problemləri həll etmək üçün verilən bu bəyanatlar Qarabağın danışıqlar masasına qayıtması ehtimalını azaltmaqla yanaşı, erməni tərəfinin danışıqlar prosesində mövqelərini də çətinləşdirir: “Ən təhlükəlisi isə budur ki, bununla Azərbaycanın savaşa başlamasına əsas yaradılır. Bəs görəsən, Paşinyan 2016-cı ilin aprelində baş verənlərdən dərs çıxarmayıb ki, belə reallıqdan uzan siyasət yürüdür?”. Başqa bir erməni politoloq Armen Dulyanın sözləri də bu mənada xüsusi diqqət cəlb edir: “Təcrübə göstərir ki, əsassız bəyanatlar əslində heç bir nəticə vermir və Qarabağ probleminin həlli işində heç nəyi dəyişmir”. Dulyanın sözlərinə görə, müharibə yenidən başlasa, 1990-cı illərin birinci yarısında baş vermiş müharibəyə bənzəməyəcək. “Müharibə çətin olacaq, nəticələri isə proqnozlaşdırıla bilən olmayacaq. Azərbaycanın xeyli güclənməsini, onu müdafiə edənlərin sayının artmasını nəzərə almaq lazımdır”.

Bütün bu qeyd edilənlər çox aydın göstərir ki, Paşinyanın əsassız Qarabağ siyasəti Ermənistanda böyük qorxuya səbəb olmaqla yanaşı, həm də ciddi narazılıqla qarşılanır. Bütün bunlar isə səbəbsiz deyil. Ən azı o baxımdan ki, ötən dövr ərzində Azərbaycanın kifayət qədər gücləndyini Ermənistanda da aydın görənlər az deyil. Məsələn, ermənilərə də yaxşı məlumdur ki, hazırda Azərbaycanın dövlət büdcəsi və hərbi xərcdəri Ermənistanınkından dəfələrlə çoxdur. Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin hərbi xərcləri 3 milyard dollara yaxındır. Ermənistanda isə bu rəqəm heç 600 milyon dollara da çatmır. Bu rəqəmlərə baxdıqda Ermənistanın müharibə başlandığı anda qarşılaşa biləcəyi nəticəni aydın görmək mümkündür.  Azərbaycanın müdafiə üçün nəzərdə tutulmuş xərcləri Ermənistanla müqayisədə təxminən beş dəfə artıqdır. Bu fonda ordunun maddi texniki təminatı sarıdan da fərqlər böyükdür. Azərbaycan ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasındadır. Ermənistan ordusu isə bu siyahıda ən yaxşı halda 96-cı yerdə olub. Ordunun şəxsi heyət sarıdan təminatı da burada az rol oynamır. Məlumdur ki, Azərbaycan əhalisinin sayı artıq 10 milyonu keçib. Yaxın on ildə ölkə əhalisinin sayının 11 milyona çatması gözlənir. Ermənistanda isə əhalinin hələ rəsmi rəqəmlərdə sayı üç milyona belə çatmır. Hazırda bu ölkədə əhalinin kəskin azalması müşahidə edilir. Buna səbəb Ermənistanda hökm sürən iqtisadi-sosial problemlərdir. Erməni gənclərin əksəriyyəti dolanışığın çətinliyi səbəbindən ölkədən qaçmaq məcburiyyətində qalır. İndinin özündə də Ermənistanı tərk edən ermənilərin sayında artım müşahidə edilir. Belə vəziyyətdə işğalçı ölkədə real əhalinin sayı təxminən 1,5 milyon nəfər ətrafındadır. Bu səbəbdən düşmən ölkədə ordunun şəxsi heyət sarıdan təminatı ciddi problem olaraq qalır və ciddi şəkildə əsgər çatışmazlığı hökm sürür. Digər tərəfdən, Ermənistanın beynəlxalq hərbi əməkdaşlığı çox aşağı səviyyədədir. Bu ölkə Litva, Gürcüstan, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İranla hərbi əməkdaşlıq aparır. Amma real əməkdaşlıq yalnız Rusiya ilədir. Hazırda Azərbaycan dünyanın 40-dan çox ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir. Azərbaycan bu fonda müxtəlfi ölkələrdən ən müafir hərbi texnikanın alışını həyata keçirir.

Diplomatik müstəvidə aparılan işlər nəticəsində də Ermənistan beynəlxalq miqyasda küncə sıxışdırılmış vəziyyətdədir. Bu mənada, Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan etiraf edir ki, Qarabağda müharibə başlasa, heç bir fövqəldövlət Ermənistana kömək etməyəcək. Babayana görə, Ermənistan Qarabağ münaqişəsinin həlli üçün siyasi, diplomatik fürsəti itirib. Yaranmış durumda Babayan Qarabağda müharibənin başlanmasını tam mümkün hesab edir. Onun sözlərinə görə, Azərbaycanı müharibəni  başlamağa qoymayan səbəblər artıq Paşinyan iqtidarı sayəsində aradan qalxıb:“Ermənistanın hər gün müharibəyə hazır olmadığı da faktdır. Digər tərəfdən, bu gün əsas  diqqət dövlətin iqtisadi cəhətdən güclənməsinə nail olmağa yönəlib. Çünki qeyd etdiyim kimi, Azərbaycan və Ermənistan arasında yeni müharibə baş qaldırsa, heç bir fövqəldövlət Ermənistanın tərəfində olmayacaq. Azərbaycanla isə vəziyyət fərqlidir. Onunla iqtisadi əməkdaşlığını dərinləşdirən ölkələr savaş halında da Azərbaycanın yanında olacaqlar”. Bu fikirlərdən də göründüyü kimi, Azərbaycanın sürətli iqtisadi inkiaşfı və Ermənistandan iqtisadi gücünə görə dəfələrlə böyük olması da düşmən ölkənin ən böyük zəifliklərindən biri qismində çıxış edir. Digər bütün mühüm parametrlər üzrə də Azərbaycan Ermənistandan çox irəlidədir. Məhz bunlar fonunda Paşinyanın Qarabağ siyasətində absurd mövqe sərgiləməsi və bununla savaş ehtimalını artırması artıq Ermənistanda da məntiqsiz və əsassız siyasət kimi dəyərləndirilir. Çünki bu halda güclü Azərbaycanın asanlıqla Ermənistanı əzəcəyini düşmən ölkədə bilənlərin sayı az deyil.

Tahir TAĞIYEV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ