Cümə axşamı günü, 05 noyabr 2026
     

“Siyasi meyitlər” bir-birinə can vermək üçün toplaşdı - Əli İnsanovda cəlbedici nə var...

Image


Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə radikal müxalifəti təmsil edən şəxslərdən ibarət “dəyirmi masa” keçirilib. Hələ bu təşəbbüs irəli sürüləndə birmənalı qarşılanmamışdı. Çünki A.Hacılının “dəyirmi masa”da görmək istədiyi şəxslərin sırasında Əli İnsanovun adını birinci yazması onu tənqid hədəfinə gətirmişdi.

Nəhayət, oktyabrın 5-də belə bir görüş baş tutdu. AXCP sədri Əli Kərimli, Müsavat lideri İsa Qəmbər, keçmiş səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn, Müsavat başqanı Arif Hacılı, politoloq Hikmət Hacızadə və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin qatıldığı tədbir Müsavat Partiyasının qərargahında keçirilib. Maraqlıdır ki, “dəyirmi masa”dan sonra sosial şəbəkələrdə tədbirlə bağlı olduqca mənfi rəylər yazılıb. Xüsusilə də müxalif mövqeli insanlar İsa Qəmbəri və Əli Kərimlini sərt tənqid atəşinə tutublar ki, vaxtilə onları təhqir edən Əli İnsanovla bir masa arxasında oturmağı necə öz mənəviyyatlarına sığışdırblar? Sosial şəbəkələrdə Ə.İnsanovun vaxtilə İsa Qəmbər və digər müxalifət liderləri ilə bağlı səsləndirdiyi mənfi fikirləri sübut edən videokadrlar paylaşılıb. Bütün bunlar göstərir ki, məhz Ə.İnsanov faktoruna görə müxalifət kəskin tənqid edilir, amma bunlar da sabiq səhiyyə nazirindən əl çəkmək istəmirlər. Radikal müxalifətdə olan Ə.İnsanov sevgisi nə ilə izah oluna bilər? Və ya sualı başqa cür qoyaq: Ə.İnsanovun hansı göstəriciləri müxalifəti belə cəzb edir? Bununla bağlı müxtəlif versiyalar irəli sürülür. Məsələn, deyirlər ki, müxalifət Əli İnsanovun vaxtilə topladığı varidatından yararlanmaq, yəni onun pulundan istifadə etmək istəyir. Başqa bir versiyaya görə isə, Ə.İnsanovun ətrafında olan qərbi azərbaycanlıları prosesə cəlb etmək istəyirlər. Belə qənaətlər var ki, Ə.İnsanov böyük elektorata malikdir. Ə.İnsanovda bu keyfiyyətlər həqiqətən varmı və bundan radikallar nə dərəcədə yararlana bilər?

  • Rəfail Becanov: “Birlik formatı eyni əqidədə olan adamlarla mümkündür”
AXC adına iddialı olan qurumun funksioneri Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ə.İnsanovun həmin masada oturmasına edilən etirazlar təbiidir: “Çünki vaxtilə məhz Ə.İnsanov indi onunla yanaşı oturanların çoxunu ən sərt formada təhqir edib. Düzdür, sonradan məhkəməsində üzrxahlıq edib. Amma burada söhbət insan xislətindən gedir. Ə.İnsanov elə həmin vaxt siyasi mübarizəni hansı xislətlə apardığına dair mövqeyini ortaya qoymuşdu. Ə.İnsanovdan gözlədikləri vacib detal ətrafında olan elektoratla bağlı ola bilər. Bu elektorat əslində yoxdur, orada oturanlar bunun ola biləcəyini zənn edirlər. Bilirsiniz ki, Ə.İnsanovun hansısa təşkilatı və ya partiyası yoxdur. Bunlar hesab edirlər ki, Ə.İnsanovun ətrafında əslən Qərbi Azərbaycandan olan adamlar çox ola bilər. Bu yanaşmanın özü belə yanlışdır. Ölkəni regionlara bölmək zərərli tendensiyadır. Birinci səhv elə buradan başlayır. Ölkədə dəyişiklik etmək iddiasında olan müxalifət belə detaldan yapışırsa, deməli, onların yanaşmasında problem var. Bundan əlavə, məhz müxalif elektorat o masada oturanların birlikləri necə dağıtdıqlarının şahidi olub. Müxalifətin çox güclü zamanında Demokratik Konqresi dağıdıblar, 1998-ci ildə yaradılan və özündə 20-yə yaxın təşkilatı birləşdirən SİDSUH adlı təşkilatın da sonuna çıxdılar,  ardınca 2010-cu ildə yaradılan İctimai Palatanın fəaliyyətini iflic etdilər, ən sonda isə bu gün Əli Kərimlinin adından istifadə etdiyi Milli Şura yoxa çıxdı. Bütün bunlar bizim gözümüzün önündə oldu. İndi Ə.İnsanovu ora cəlb edib, adına funksional əməkdaşlıq deməklə nə dəyişir ki? Təbii ki, heç nə. Birlik formatı eyni əqidədə olan adamlarla mümkündür. Orada oturan adamların əksəriyyətinin fərqli baxışları var. Hətta mən deyərdim ki, “mehriban düşmən”dirlər. İmkan düşən kimi bir-birini söyürlər. Ə.Kərimli müxalifətin pasport paylıyanı kimi özünü göstərirsə, hansı səmərəli əməkdaşlıqdan danışmaq olar? İş o yerə çatmışdı ki, Ə.Kərimli az qalırdı Müsavata öz adamını başqan seçdirə. Bəyəm bunu ordakılar bilmir?  Ə.İnsanov olmur, kim olur-olsun, həmin adamlarla uzağa getmək mümkün deyil. Bu, cəmiyyəti aldatmaq, baş qatmaqdan başqa nəsə deyil”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ