Cümə axşamı günü, 05 noyabr 2026
     

Şoyqunun Bakıdan əvvəl İrəvana getməsinin sirri açıldı – Azərbaycanın Qarabağ diplomatiyasının bir üstünlüyü də göründü

Image


Nikol Paşinyan dönəmində Rusiya və Ermənistan arasında münasibətlərin kifayət qədər ziddiyyətli bir məcraya yönəldiyi heç kimə sirr deyil. Bu vəziyyətdə erməni tərəfini qorxudan başlıca məqam Rusiyadan olan dəstəyin dayanması, Moskvanın Bakı ilə daha çox yaxınlaşmasıdır.

Aydındır ki, bu vəziyyət mütləq mənada Dağlıq Qarabağ münaqişəsinə də təsirini göstərəcək. Bütün bunlar fonunda Ermənistanın “168 Jam” qəzeti yazır ki, Paşinyanın fəaliyyəti fonunda İrəvan - Moskva münasibətləri əvvəlki qaydada pisləşməyə doğru gedir və bu səbəbdəndir ki, əvvəl əldə edilən razılıqların da üzərindən xətt çəkilir. Buna konkret sübut kimi Rusiya müdafiə naziri Sergey Şoyqunun İrəvan və Bakıya son səfəri göstərilir.

Qəzet yazır ki, Şoyqunun İrəvana niyə gəldiyi bəlli olub: “İş ondadır ki, Serj Sarkisyanın dönəmində Rusiya tərəfi ilə razılıq əldə olunub ki, MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası İrəvan və Bakıda keçirilməsin. Səbəb tərəflərin bu iclaslarda rahat iştirak etməsilə bağlı idi. Bu razılaşmaya hər zaman əməl olunub və nə Bakı, nə də İrəvanda MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Faktiki olaraq, bu dəfə Ermənistan hakimiyyəti bu razılaşmanı saxlaya bilmədi. Erməni tərəfinin belə vəziyyətdə iclasda iştirak etməyəcəyi aydın idi. Ona görə də erməni tərəfinin iclasda iştirak etməməsini yumşaltmaq üçün Rusiya Müdafiə naziri Şoyqu İrəvana gəldi və buradan Bakıya getdi. Amma bunlara rəğmən, diqqət çəkən odur ki, MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası Bakıda baş tutdu. Bununla Bakı daha bir uğur qazandı”.

Bunlarla yanaşı, erməni tərəfini narahat edən daha bir məqam MDB ölkələri müdafiə nazirlərinin, o cümlədən Sergey Şoyqunun diqqətinə Bakıda Ermənistanın faşizm sevgisinin davam etməsinin çatdırılması oldu. Xatırladaq ki, bu məsələyə Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən xüsusi toxundu: “Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da, təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın”.

Erməni tərəfini narahat edən budur ki, Bakı faşizm məsələsində Ermənistanı kifayət qədər zəif yerindən tutub və onun bu məsələdə mövqeyi Rusiya tərəfindən də dəstəklənir.

Rusiyalı ekspert Yevgeni Mixaylov Prezident İlham Əliyevin bu məsələni mütəmadi qaldırmasını təbii və vacib saydığını vurğulayır. Ekspertin sözlərinə görə, Azərbaycan rəhbəri Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə dair MDB ölkələrinin ümumi fikrini ifadə edir: "Məsələyə Rusiyanın daha qəti mövqe bildirməsi də lazımdır. Əlbəttə, Moskva Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı öz narazılığını bildirdi, lakin analitiklərə görə, bu reaksiya İrəvanda bu cür cəhdlərin qarşısını almaq baxımdan güclü deyil". İndi erməni tərəfini narahat edən məqamlardan biri Azərbaycanın Ermənistanın faşizm sevgisini davamlı şəkildə qabartmaq niyyətidir. Elə İlham Əliyev də yuxarıda səsləndirdiyi fikirlərdə dünya ictimaiyyətinin diqqətinin bu məsələyə cəlb edilməsi istiqamətində işlərin davam etdiriləcəyini açıqlayıb. Bu isə İrəvan üçün olduqca ağrılı bir məqamdır. Xüsusən də Böyük Vətən Müharibəsində əldə edilmiş qələbənin ildönümünün yaxınlaşdığı bir dövrdə.

Xatırladaq ki, MDB ölkələrində Böyük Vətən Müharibəsi kimi qeyd olunan tarixi hadisənin 2020-ci il mayın 9-da 75-ci ildönümüdür. Quruma üzv ölkələr həmin tarixi günə hazırlaşır. Bu fonda Hitler faşizminin əlaltısı olmuş Qareginə İrəvanda abidə qoyulması MDB-yə üzv ölkələrin xalqalarına ən azından hörmətsizlikdir. Bu məsələ Rusiya üçün də olduqca həssasdır. Elə Rusiya müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə bu xüsusda deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanıb, qalanları barədə axtarış elan edilib“. Njdenin əsas şüarı isə belə olub: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bütün bunlar Rusiyanın erməni faşizminə münasibətini ortaya qoysa da, yuxarıda qeyd edildiyi kimi, Moskvanın indiyə qədər olaya reaksiyası heç də məqbul səviyyədə olmayıb. İndi Azərbaycanın müxtəlif tribunalarda bu məsələni qaldırması, eləcə də qaldırmaqda davam edəcəyini bəyan etməsi Ermənistan üçün ciddi bir problem və təhlükə sayılır. Bu durumda Nikol Paşinyanın faşist Njdeni ciddi-cəhdlə, tarixi təhriflərlə müdafiə etməsi Ermənistanın faşizm sevgisindən qurtulmadığını göstərir. Bu məsələnin bir daha Prezident İlham Əliyev tərəfindən MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarına, o cümlədən Şoyqunun diqqətinə çatdıırlması isə təsadüfi sayılmır. Erməni mediası yazır ki, Azərbaycan bununla sərt diplomatik zərbələr endirməkdə davam edir və həmin zərbələrin Rusiya tərəfindən də dəstəklənməsi üçün əməli addımlar atır. Faktdır ki, müasir dünya faşist ideyalarını qəbul etmir. Çünki bu ideyalar insanların təhlükəsiz yaşamasına mane olur.  Məhz bu şəraitdə Azərbaycan sübut edir ki, faşizmi Ermənistan kimi ölkələr yaşadır və dünya buna qarşı əməli addımlar atmalıdır.

Ermənistanda hesab edilir ki, Rusiya bu məsələdə Azərbaycanın çağrışlarına qulaq assa, İrəvanı kifayət qədər ciddi problemlər gözləyir.  Məsələ ilə bağlı erməni hüquq müdafiəçisi Artur Sakunts bildirir ki, Moskva ilə münasibətlərə bu məsələnin daxil edilməsi əlavə problemlər mənbəyi deməkdir: “Rusiya təbliğatlara qulaq versə, Ermənistana qarşı daha sərt mövqe sərgiləyəcək. Onsuz da Moskva bizi iqtisadi msüstəvidə sıxır. Bura artıq hərbi sahə də daxildir. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının döyüş potensialının iki dəfə artırılması məsələsi məhz bunun təsdiqidir. Mən bunu ilk növbədə Rusiya Federasiyasının, xüsusilə də Putin rejiminin hərbi mövcudluğunun möhkəmlənməsi və güclənməsi kimi qiymətləndirirəm. Bunun üçün hansı əsaslandırmaların varlığı məlum deyil. Genişlənmə fonunda hərbi qulluqçuların sayının hara qədər çata biləcəyi anlaşılan deyil. Hərbi bazanın hərbi qulluqçularının yerləşdikləri yerdə sayı 100 minə çata bilər? Hərbi bazanın genişləndirilməsi həmçinin əlavə ərazilərin təmin edilməsini nəzərdə tutur. Bu, kifayət qədər ciddi, narahatedici haldır. Hazırkı anda hərbi bazanın hərbi potensialının genişləndirilməsinin yeganə zərurətinin Rusiya Federasiyasının maraqlarından irəli gəlməsi anlaşılandır. Mən rus hərbi bazasının genişləndirilməsində Ermənistan Respublikası təhlükəsizliyinin hansısa marağından irəli gələn heç nə görmürəm. Hesab edirəm ki, hərbi bazanın gücləndirilməsinə yönəlmiş addım ilk növbədə bizə qarşı ünvanlanıb. İndi bunların ardınca Azərbaycan faşizm məsələsini qabardır və bunu, xüsusən Rusiyanın diqqətinə çatdırır. Moskvanın bu məsələ üzərində də diqqətini fokuslaması Ermənistan üçün əlavə problemlərin yaranması demək olacaq”.

Bütün bu qeyd edilənlər Azərbaycanın Ermənistanı kifayət qədər məharətli gedişlərlə küncə sıxışdırmaqda olduğunu aydın surətdə təsdiqləyir. Təbii ki, belə vəziyyət Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşməyəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ