Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvanın sülh prosesini açıq-aşkar ləngitdiyi tezisi dünya rəyində hakim mövqeyə keçir…

Image


Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlardan bu gün ən çox əndişə duyan tərəflərdən biri də işğalçı Ermənistandır. Çünki belə vəziyyətdə Ermənistanın mövqeyi dünya dövlətləri üçün tamamilə arxa plana keçir və əksər hallarda ümumiyyətlə qəbul olunmur. Bu durum, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesdə özünü qabarıq şəkildə büruzə verir.

Real vəziyyətin təhlili göstərir ki, hazırda Azərbaycan xarici siyasəti istər ikitərəfli əsaslarda, istərsə də çoxtərəfli müstəvidə uğurla həyata keçirilir. Bu fonda daha bir vacib məqam bundan ibarətdir ki, regionda Azərbaycanın iştirakı olmadan istər siyasi, istərsə də iqtisadi sahələrdə hansısa uğurlu əməkdaşlıq qurmaq mümkün deyil. Burada yalnız Azərbaycanın zəngin təbii ehtiyatları və ya əlverişli coğrafi-siyasi vəziyyəti deyil, həmçinin ölkənin balanslaşdırılmış xarici siyasəti, cəmiyyət daxilində gedən proseslər, ictimai-siyasi sabitlik, beynəlxalq aləmə uğurlu inteqrasiya, sabit inkişaf və digər bu qəbildən olan amillər də önəmli rol oynayır. Təbii ki, bu halda Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyən ölkələrin də sayı artır. Qeyd edilənlərdən məharətlə istifadə edən Azərbaycan artıq beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə istədiyi formada cəlb etməyə də nail olub. Elə bundan irəli gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli həll edilməsini tələb edən dövlətlərin, təşkilatların sayı artır. Qeyd olunan istiqamətdə əldə edilən nailiyyətlərin miqyasının daha da genişlənməsi gözlənilir. İlk növbədə o baxımdan ki, rəsmi Bakının yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını davamlı şəkildə artırır. Ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanır. Dünya görür ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Məhz bunun nəticəsidir ki, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini müdafiə edənlərin də sayı artır. 

Hadisələrin qeyd edilən səpkidə inkişaf axarından isə Ermənistanın duyduğu narahatlıq da artır. Çünki bu durumda adıçəkilən ölkənin işğal siyasətini davam etdirə bilməsi daha müşkül hala gəlir. Hətta yaranmış durumda ənənəvi müttəfiqləri belə Ermənistandan üz döndərir. Məsələn, Rusiyanın timsalında baş verənlər, əslində ermənilərin narahatlığının əbəs olmadığını deməyə əsas verir. Faktdır ki, bu gün şimal qonşumuz Ermənistana həmişəki dəstəyi vermir və hətta onun Qarabağ münaqişəsi ilə bağlı mövqeyini rəsmi səviyyədə açıq tənqid hədəfinə çevirir. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bunu təbii sayır və qeyd edir ki, Ermənistanın işğal siyasətinə son qoyması bütün regionun gələcəyi baxımından da mühüm əhəmiyyətə malikdir: “Hazırda danışıqlar prosesi mahiyyət etibarilə Ermənistan tərəfindən bloklanıb. İrəvan sülhyaratma prosesini açıq-aşkar ləngidir. Bunu həm ölkə rəhbərliyinin təxribat xarakterli bəyanatları, həm də erməni siyasətçilərinin anlaşılmaz kursu göstərir. Elə təəssürat yaranır ki, onların Qarabağ məsələsinə dair heç bir dəqiq strategiyası yoxdur, əks halda, Ermənistanın hətta özünə ziyan vurmaq, perspektivli iqtisadi layihələrdən kənarda qalmaq hesabına danışıqları çıxılmaz vəziyyətə salmaq inadı nə ilə izah oluna bilər? Artıq hamıya aydındır ki, problemi həll etmək lazımdır. Münaqişə daima durğunluq vəziyyətində qala bilməz”. Savelyev, bu mənada, “Valday” Beynəlxalq Diskussiya Klubunda Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərin Rusiya və dünya tərəfindən qəbul olunduğunu da xüsusi olaraq qeyd edir. Elə Prezident İlham Əliyevlə Bakıda görüşən Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov da eyni mövqeni ifadə edir. Onun sözlərinə görə, İlham Əliyevin Rusiyaya son səfəri çox böyük effekt doğurub. Leonid Kalaşnikov İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izləndiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu da xüsusi olaraq qeyd edir. Bunun əvəzində isə Rusiyanın Ermənistanla böyük problemlərinin yaranması özünü qabarıq şəkildə büruzə verir. Rusiyanın birinci dərəcəli dövlət müşaviri Modest Kolerov da bunu təsdiqləyir. Onun sözlərinə görə, indi Ermənistanın Rusiya ilə çox ciddi problemləri yaranıb. O,  Rusiya prezidenti Vladimir Putinin İrəvana etdiyi səfərdən sonra bütün bunların özünü daha qabarıq surətdə büruzə verdyini də vurğulayır: “Vladimir Putinin bu səfəri Ermənistan üçün yox, Avrasiya İqtisadi Birliyinin tədbirində iştirak etmək üçün idi. Yəni Ermənistana səfər olmayıb. Digər tərəfdən, səfər zamanı Robert Köçəryanın həyat yoldaşı ilə Putinin görüşü kifayət qədər uzun və detallı oldu. Bu barədə rəsmi açıqlama yoxdur, mən hətta hesab edirəm ki, açıqlama olacağı ehtimalı azdır. Böyük ehtimalla, Bella Köçəryan Ermənistanda hökm sürən vəziyyət haqqında Putinə məlumat verib. Bu isə Rusiyanın Ermənistan siyasətində korrektələrin olacağını deməyə əsas verir. Ermənistanın yeni hakimiyyətinin seçimi Rusiyanı buna vadar edir. Artıq dövlətlərarası münasibətlərdə problemlər var. Köçəryanın işi, Paşinyanın xarici siyasətdə yol verdiyi yanlışlıqlar artıq erməni-rus dövlətlərarası əlaqələrində problem yaradıb. Bunun nəticələrini erməni tərəfi görəcək”. Modest Kolerov, Ermənistandan fərqli olaraq, Rusiyanın Azərbaycanla münasibətlərinin daha böyük uğurla inkişaf etdiyini də etiraf edib. Amma məsələ təkcə RSusiya-Ermənistan münasibətləri ilə məhdudlaşmır.

Ermənistan mediasının yazdıqlarından belə bəlli olur ki, İrəvanın MDB məkanında digər ölkələrlə də əlaqələrində problem hökm sürür. Bu xüsusda Ermənistanın “politik.am” nəşri konkret misal kimi Belarus, Ukrayna, Qazaxıstan göstərir. Qeyd olunur ki, son həftələrdə Ermənistan-Ukrayna və Ermənistan-Qazaxıstan münasibətlərində olduqca maraqlı və dramatik hadisələr baş verir: “Baş nazir Paşinyan bir tərəfdən Ukrayna prezidenti Vladimir Zelenskiyə görə Vladimir Putinlə ünsiyyət qurması üçün “master-klass” keçirsə, digər halda Kasim-Jomart Tokayevlə selfi çəkdirir. Belə vəziyyətdə Ukrayna Xarici İşlər Nazirliyi öz vətəndaşlarına müraciət edərək, Cənubi Qafqaza səyahət edərkən Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağa getdikdə Gürcüstan və Azərbaycan qanunvericiliyini rəhbər tutmağa dair çağırış edir. Daha sonra xəbərdarlığın Ukrayna dövləti və Ukrayna xalqının maraqlarından və təhlükəsizliyindən yersiz məhkəmə proseslərindən uzaq durma istəyi və ya niyyətindən irəli gəldiyini əlavə edir. Bakıda keçirilən ədəbi festivalda iştirak etmək üçün Azərbaycana səfər edən tanınmış qazax ictimai-siyasi xadimi, yazıçı Oljas Süleymenov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində bildirir ki, yalnız Ermənistanda Qarabağı Ermənistan hesab edirlər və dünyanın heç bir yerində belə düşünmürlər. Ukrayna məsələsində Ermənistan Xarici İşlər Nazirliyinin hər hansı şəkildə reaksiyası olsa da, yeri gəlmişkən, daim Azərbaycanın maraqları üçün lobbiçiliklə məşğul olan Oljas Süleymenovun işində, hətta Nur-Sultandakı erməni diplomatik nümayəndəliyi səviyyəsində də heç kim cavab verməyi lazım bilməyib. Heç olmasa, bu kimi ifadələrin danışıqlar prosesinə zərər verə biləcəyini söyləmək lazım idi. Bir halda açıq-aydın bir qərbyönümlü ölkə olan Ukraynadır, digər halda isə müttəfiq Qazaxıstanı təmsil edən nüfuzlu xadimdir. Ancaq istənilən halda, Qazaxıstanın həmişə Azərbaycanpərəst olmasını unutmayaq, ən azı, bu ölkənin ilk prezidenti Nursultan Nazarbayevin açıqlamalarını və hərəkətlərini xatırlamaq lazımdır. Qazaxıstan  Ermənistanın təmsil olunduğu bütün regional inteqrasiya ittifaqlarında təmsil olunur və bu mənada müttəfiqdir. Belə deyək, reallıq İrəvanın lehinə deyil. Reallıq budur ki, postsovet məkanında Azərbaycanyönümlü fikirlər güclənməyə başlayıb, İrəvanda isə xarici siyasi cəbhəni unudaraq, yalnız daxili siyasi gündəm məsələlərini həll etməklə məşğul olurlar”. Burada bir məqamı xatırladaq ki, ümumiyyətlə, MDB məkanında yer alan ölkələr birmənalı şəkildə Azərbaycanın mövqeyinə dəstək verir və bu dəstək getdikcə güclənir.

MDB məkanı ilə yanaşı, Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi Qərb dünyasında da ölkəmizə Qarabağ məsələsində mühüm dəstək ifadə edilməsi ilə müşayiət olunur.  ATƏT-in, NATO-nun, Avropa Parlamentinin, Avropa Şurasının, eləcə də ayrı-ayrı Qərb dövlətlərinin Qarabağ konfliktinə dair mövqeyi də bunu aydın surətdə təsdiq edir. Onlar məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə əsasında münaqişənin həlllini vacib sayır, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğala son qoyulmasının zəruriliyi bildirirlər.   Bütün bunlar Azərbaycanın xarici siyasətinin mühüm uğuru olmaqla yanaşı, Ermənistan üzərində ölkəmizin mövqelərinin daha güclü hala gəlməsinin də real təzahürü sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ