şənbə günü, 07 noyabr 2026
     

Ermənistanın Qarabağ siyasəti tam iflasda – Putin ikitərəfli görüşdən və şam yeməyindən imtina edə bilər...

Image


Rusiya və Ermənistan arasında cərəyan edən son proseslər bu iki ölkənin münasibətlərində artıq ciddi çatların yarandığını göstərir. Belə görünür ki, Moskva birmənalı şəkildə Ermənistan hakimiyyətinin siyasətindən narazıdır və hətta onu açıq şəkildə rədd də edir. Hər halda, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd etməsi də bunun təsdiqi sayıla bilər.

Ermənistanın “168 Jam” qəzeti yazır ki, Rusiya prezidenti Ermənistanda baş tutacaq Avrasiya İqtisadi Birliyi formatında tədbirlərdə iştirak edəcək və dərhal geri qayıdacaq. O, hətta rəsmi şam yeməyinə də qatılmayacaq: "Putin Ermənistana bir neçə saatlıq baş çəkəcək. Səfər zamanı o, İrəvanda qalmayacaq və sadəcə Avrasiya Birliyi çərçivəsində görüşlərdə iştirak edib Moskvaya qayıdacaq. Rusiya lideri, hətta liderlərin şərəfinə verilən rəsmi şam yeməyində də iştirak etməyəcək. Üstəlik, erməni tərəfi Paşinyanla Putinin ikitərəfi görüş keçirməsini rica etsələr də, Putin Ermənistan baş nazirinin görüş təklifinə rədd cavabı verib". Bütün bunlar Rusiya və Ermənistan arasında münasibətlərin artıq kritik bir mərhələyə qədəm qoyduğunun real təsdiqi sayılır. Aydındır ki, baş verənlər özünü müxtəlif istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə ilgili vəziyyətdə də göstərəcək. Hesab olunur ki, bu durumda Moskva İrəvana təzyiq üçün Qarabağ kartından da geniş şəkildə istifadə edəcək. Bunu rus hərbi ekspert Aleksandr Xramçixin də istisna etmir. O güman edir ki, Rusiya yaranmış vəziyyətdə, Ermənistanın mövqeyinin əksinə olaraq, Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığı daha da genişləndirəcək. Onun sözlərinə görə, belə vəziyyət Azərbaycanın hərbi mövqelərinin daha da güclənməsi demək olacaq. Eləcə də Qarabağ məsələsində Moskvanın digər bir sıra mühüm addımlar atması da istisnalıq təşkil etmir: “Bu gün Rusiya-Azərbaycan hərbi-texniki münasibətləri kifayət qədər yaxşı məcradadır. Düşünürəm ki, nə Rusiya, nə də Azərbaycan, xüsusilə Ermənistan amilini nəzərə aldıqda, hansısa problem barədə düşünür. Əksinə, İrəvanın son addımları Bakı və Moskvanı biri-birinə daha çox yaxınlaşdırır. Aydındır ki, bu hal Qarabağ məsələsində də özünü göstərməlidir”.

Çox maraqlıdır ki, indiyə qədər daha çox ermənipərəst mövqeyi ilə tanınan

rusiyalı ekspert Modest Kolerov da məsələyə eyni prizmadan yanaşır. O hesab edir ki, artıq  Ermənistan hakimiyyətinin Nikol Paşinyan timsalında Moskva ilə münaqişəyə girdiyi təsəvvürü yaranır: “Sentyabrın 16-da Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin statusunu şübhə almasından başlayaq. Hələ o dövrdə də məhkəmənin qərarının nəzərə alınmayacağı məlum idi. Paşinyan “ədalətə keçid” sistemi qurmağa çalışsa da, buna nail ola bilmədi. Nəticədə, ədaləti “əl ilə idarə edilən” rejimə keçirdi. Bunu niyə etdiyi aydındır. Əgər o, dövlət çevrilişini inqilab adlandırırsa, buna uyğun olaraq da özünü inqilabçı kimi aparmalı, inqilab diktaturası qurmalıdır. Bu durumda Paşinyanda belə bir fikir formalaşıb ki, Moskva Ermənistanın Avrasiya İqtisadi Birliyində və KTMT-də təmsil olunmasında maraqlıdırsa, o zaman Moskvaya öz iradəsini qəbul etdirə bilər. Bu isə kifayət qədər yanlış fikirdir. Düşünürəm ki, vaxt keçdikcə Paşinyan Moskvanın siyasi güzəştə getmə bacarığını sınaqdan keçirəcək. Bu, Moskvanın səbri tükənənə qədər davam edəcək. Hərbi-texniki əməkdaşlığa nəzər salaq: bu yaxınlarda Nikol Paşinyan Ermənistanın hərbi-sənaye kompleksi qarşısında nəinki silah istehsalı, eyni zamanda, xarici bazarlara çıxmaq tapşırığı qoyub. Bu gülməlidir. Ermənistan prinsip etibarilə silah istehsal edə bilməz. Bu isə o deməkdir ki, Paşinyan Rusiya ilə silahlanma bazarında rəqabət imkanından danışır. Eynilə, Paşinyan bu yaxınlarda Rusiyanın maraqlarına zidd olaraq qlobal erməni kəşfiyyatının yaradılması barədə tapşırıq verib. Düşünmürəm ki, Paşinyan hansısa plan üzrə hərəkət edir. Bu onun psixoloji vəziyyəti ilə bağlıdır. Paşinyan bəzi dövlətlər kimi Rusiyanın səbrini sınayır. Düşünürəm ki, Moskvanın Ermənistan üçün səsləndirdiyi siqnal kifayət deyil. İrəvanda bunu ciddi qəbul etmirlər. Nə Bakıda, nə Moskvada, nə də İrəvanda illüziya qurmaq lazım deyil”. Ekspert vurğulayır ki, hadisələrin belə inkişafı Rusiya və Ermənistan arasındakı münasibət bağının qopmasına gətirib çıxaracaq: “Təkrar edirəm, Paşinyan Rusiya ilə münasibətləri qoparacaq. Bu isə Ermənistana msbət heç nə vəd etmir. İrəvan bölgədə Türkiyə və Azərbaycan faktorunun mövcudluğunu yaddan çıxarmamalıdır”. Rusiyalı siyasətçi, keçmiş millət vəkili Semyon Baqdasarov isə bu fonda qeyd edir ki, Paşinyanın yardımı nəticəsində amerikalılar Rusiyanı Cənubi Qafqazdan və Ermənistandan çıxarmağa çalışır:  “Amerikalılar hədəflərinə çatsalar, Moskvanın regiondakı nüfuzu və təsiri son iki yüz il ərzində minimuma enəcək. Təbii ki, Rusiya bununla barışmayacaq və bu da Ermənistan üçün yaxşı heç ilə nəticələnməyəcək”.

Aydındır ki, Rusiyanın əlini Ermənistanın üzərindən çəkməsi İrəvanın durumunu xeyli ağırlaşdıracaq. Belə vəziyyət avtomatik qaydada Qarabağ münaqişəsinin gedişinə də təsir edəcək. Bunu Ermənistanın “1in.am” saytı da xüsusi olaraq qeyd edir. Sayt yazır ki, Ermənistan və Rusiya arasında münasibətlərdə problem olduğu bir vaxtda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Metyu Brayza təərfindən yeni Qarabağ savaşının ola biləcəyinə dair səslənən fikirlər heç də təsadüfə oxşamır: “Aydındır ki, Rusiya bölgədə savaşı önləyəcək mühüm mövqe sahibi kimi çıxış edir. Amma hazırda Rusiya ilə Ermənistan hakimiyyətinin münasibətlərində böhran qeydə alınır. Bu isə yeni Qarabağ savaşını tətikləyə bilər. Hər halda, Azərbaycan baş verənləri diqqətlə izləyir. Bu durumda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Metyu Brayzanın bəyanatı Ermənistanda kifayət qədər böyük diqqətə və müzakirələrə səbəb olub. Brayza Dağlıq Qarabağ problemindən, o cümlədən Azərbaycan rəhbərliyinin Nikol Paşinyandan “konstruktiv” gözləntilərindən, lakin bunun özünü doğrultmadığından danışıb. ABŞ-dan olan sabiq həmsədr həmçinin bəyan edib ki, Qarabağ problemi iki dəfə tənzimlənməyə yaxın olub. Lakin 27 oktyabr 1999-cu ildə parlamentin gülləbaran edilməsi, sonra isə post-patrul alayının ələ keçirilməsi hadisələri baş verib.

Brayza həmsədr olub və şübhəsiz, hətta ekspert dairələrinin əhəmiyyətli hissəsinin əli çatmayan informasiyalara malikdir. Bununla birlikdə, uzun illər ərzində hamıya məlum oldu ki, Brayza artıq uzun müddətdir Türkiyə-Azərbaycan lobbiçisi kimi də fəaliyyət göstərir. O, sadəcə de-fakto Türkiyə-Azərbaycan maraqlarının lobbiçisidir və söhbət geniş maraqlardan, o cümlədən enerji, infrastruktur layihələrindən və sairdən gedir. Digər tərəfdən, əlbəttə, burada o da unudulmamalıdır ki, onun Qarabağ bəyanat təsadüfi deyil. Beləliklə, anlamaq lazımdır ki, onun yeni qiymətləndirmələri şəxsi təşəbbüsünün, yoxsa de-fakto lobbiçi fəaliyyətinin bir hissəsidir. Başqa sözlə, Azərbaycan və ya Türkiyədən ondan hər hansı bir mövzunu ictimailəşdirməyi və Ermənistana “ünvanlamağı” xahiş ediblər, yoxsa ABŞ-dan olan sabiq həmsədr sadəcə öz mövqeyini ifadə edib? İstənilən halda, elə alınıb ki, bəyanat Ermənistana “ünvanlanıb” və İrəvanda qızğın müzakirələrin predmeti olub. Hətta məsələ Paşinyanın Bakı ilə hansısa razılaşmasının olması haqqında “sui-qəsd” nəzəriyyələrinədək gedib çıxıb. Başqa sözlə desək, Brayza artıq İrəvanda, istəsək də, istəməsək də, Bakı üçün ən azı bir məqsədə nail olub. Lakin buna baxmayaraq, o da unudulmamalıdır ki, söhbət diplomatdan, özü də amerikan diplomatından gedir. Və burada Brayzanın  dediyi, demək olar ki, ən həlledici məsələ qeyd olunmalıdır. Faktiki olaraq o deyir ki, Ermənistan tarixində iki mühüm əhəmiyyətli faciəvi qanlı hadisə – 199-cu il 27 oktyabr və 2016-cı ilin iyul hadisələri Qarabağ münaqişəsinin tənzimlənməsinə yaxınlaşmaq üçün baş verib.

Burada məsələ onda deyil ki, o, səbəb-nəticə əlaqəsi, motivi planında düz danışır və ya sərbəst şərh verir. Məsələnin özəyi odur ki, “yaxın” tənzimləmə halında nə baş verəcək.  “Yaxın” tənzimləmə anlayışı danışıq prinsiplərinin açıqlanan mənasında, yəni hər hansı bir şey və status-kvonun faktiki dəyişdirilməsi müqabilində ərazilərin qaytarılmasını özündə ehtiva edir. Bu “tənzimləməni” pozan hansısa halda qan tökülməsi qaçılmaz olacaq. Başqa sözlə, Brayza sadəcə işarə edir ki, status-kvo dəyişdirilməsi üçün qan tökülməsi qaçılmazdır.

Buna uyğun olaraq, münaqişənin tənzimlənməsi prosesinə beynəlxalq baxış dəyişməlidir və məsələnin, necə deyərlər,“ərazilərin qaytarılması” prinsipi əsasında “tənzimlənməsi”nin mümkünlüyü diqqət mərkəzinə gətirilir. Və qan tökülməsindən yayınmaq naminə atılacaq minimal addım, ən azı, danışıqlarda hansısa irəliləyişə nail olmaqdır. Əks halda, ən azı, dördgünlük aprel döyüşlərinin yenidən təkrarlanma ehtimalı yüksəlir. Həmin vaxt döyüşlərin dayandırılmasında Rusiyanın rolunu isə həm Ermənistan, həm də Azərbaycan etiraf edir. Amma o vaxtdan bəri çox şey dəyişib. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Rusiyanın özünün bölgəyə münasibətində artıq fərq var. Bu fərq indiki vəziyyətdə Ermənistanın lehinə deyil və pisləşən münasibətlər Bakının gücə əl atma ehtimalını yüksəldir. Hər halda, bunları Ermənistanı hakimiyyətinin mütləq şəkildə nəzərə alması çox önəmlidir”. Bütün bunlar Qarabağ münaqişəsi ətrafında olduqca maraqlı bir vəziyyətin yaranmaqda olduğunu aydın nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ