şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın sonunu hazırlayan iki faktor – Azərbaycan Ordusu və Amulsar…

Image


Ermənistanda cərəyan edən son hadisələr bu ölkədə hakimiyyətlə cəmiyyət arasında artıq ciddi qarşıdurma yarandığını üzə çıxarır. Digər tərəfdən, belə bir vaxtda baş nazir Nikol Paşinyanın komandasında baş verənlər vəziyyətin hökumət üçün daha acınacaqlı xarakter aldığını da üzə çıxarır.

Bu durumda Rusiyanın “regnum.ru” portalı yazır ki, Paşinyanın tezliklə hakimiyyətdən uzaqlaşması qaçılmaz olacaq və bu prosesi iki mühüm məqam sürətləndirir. Bunlardan biri Azərbaycan ordusu, digəri isə “Amulsar” qızıl mədəni ətrafında baş verənlərdir. Portal yazır: “Hələ sentyabrın 15-də “Paşinyanın uzaqlaşdırılması Azərbaycanın yeni savaşa başlamasını önləməyin əsas şərtidir” başlıqlı məqalə “regnum.ru” portalında dərc edilib. Həmin yazını yayan “shame.am” saytında cəmi bur gün boyunca baxış sayı 26 680-i  aşıb, bu zaman məqaləni dəyərləndirən oxuculardan 80%-i ona “əla” (74,29%) və “yaxşı” (5,71%) qiymət verib. Oxucuların çoxu, bununla yanaşı, məqalədə “Amulsar” qızıl yatağında uran ehtiyatlarının varlığı haqda  ötəri adı xatırlanan informasiyanı daha ayrıntılı açqılamağı xahiş edib.

Hələ 2007-ci ildə Rusiyanın dağ işi və dağ elmləri sahəsində ən qədim dövri nəşri sayılan “Qorniy Jurnal”da geologiya-mineralogiya elməri doktoru Q.P.Aloyanın “Ermənistanın radioaktiv xammalının resurs potensialı və mənimsənilməsi perspektivləri ” başlıqlı məqaləsi dərc olunub. Habelə qeyd edək ki, bu jurnal dağ işi və dağ elmləri sahəsində son dərəcə nüfuzludur, dərgi 2018-ci ildə isə Rusiya Təhsil və Elm Nazirliyinin qərarı ilə “Elmlər doktoru və namizədi elmi adı müsabiqəsi üçün dissertasiyaların əsas elmi nəticələrinin dərc edilməli olduğu, resenziyalaşdırılan aparıcı elmi dərgi və nəşrlərin siyahısı”na daxil edilib. Deməli, budur, Aloyanın sözügedən məqaləsində oxuyuruq: “Ermənistan və Rusiya mütəxəssislərinin məlumatına görə, respublikada müxtəlıif geoloji və formasiya şəraitində yerləşən 34 uran (və qismən torium) yatağı  üzə çıxarılıb və müxtəlif dərəcədə, ya da hətta az öyrənildiyindən energetika sahəsində sonrakı bir sıra vəzifələri həll etmək üçün güclü mədən potensialı meydana çıxa bilər… Vaytsdzor qrupu Vardemes, Zovaşen, Yelp, Amulsar, Qetap, Vernaşen, Vayk və Şərqi mədən əlamətləri ilə təmsil olunub… Amulsarda uran təzahürü Keçut kəndindən 4 km cənubi-şərqdə və eyniadlı dağdan 4 km şimali-qərbdə yerləşir. Sahə eotsen porfiritlərindən formalaşıb, bunlar ayrı-ayrı hissələrdə 50 m, bəzi yerlərdə 100 metrədək qalınlığında turşuluq zonası yaradan kvarsitlərə və hidrotermal dəyişilən və kvartslaşan suxurlara çevrilib. Eotsen çöküntüləri dəyişilmiş qabbro, qabbro-dioritlərin … mədən yatağı ilə üzə çıxır. … Uranın miqdarı geniş hüdudda dəyişir – mində bir hissədən 0,5%-ə qədər… “Amulsar” mədəninin beş sahəsində təzahür, gözəyarı, 76 ton uran hesablanıb, torium sahəsindəki uran nəzərə alınsa, onun ümumi ehtiyatı 100 ton dəyərləndirilə bilər”.

Burada bilə-bilə heç nəyi redaktə etmədik ki, mümkün opponentlərim tərəfindən “ümumi kontekstdən çıxarılmış sitat gətirmək”də ittiham edilməyək. Əziz oxucu, dərindən düşün: “Amulsar mədəninin beş sahəsində təzahür, gözəyarı, 76 ton uran hesablanıb, torium sahəsindəki uran nəzərə alınsa, onun ümumi ehtiyatı 100 ton dəyərləndirilə bilər”. Beləliklə, “Amulsar” qızıl mədəninin istismarı Göyçə gölünün suyunu zəhərləmək planında ekoloji fəlakəti gizlədərək (“Lydian Armenia” ildə 100 tona yaxın sianid işlətməyi planlaşdırır. Yəni “Amulsar” yatağının on il müddətində mənimsənilməsi Ermənistanın hidrosferinə 1000 ton sianid atacaq) Ermənistan əhalisinin daha təhlükəli radioaktiv zəhərlənməsini ört-basdır edir. Yəni iddia etməyə haqqımız var ki, Ermənistan dövlətçiliyinin özünün varlığı təhlükə altındadır. Təəssüf ki, bu, şişirtmə deyil, vur-tut, gerçək təhlükələri və milli təhlükəsizliyə çağırışları qeydə almaqdır. Həqiqətin gözünə baxsaq, bu şəraitdə Nikol Paşinyanı baş nazir vəzifəsindən uzaqlaşdırmaq təkcə Azərbaycanın yeni savaşa başlamasını önləməyin əsas şərti deyil, həm də erməni dövlətinin – Ermənistan Respublikasının varlığına zəmanətdir”. Bütün bunlar fonunda hesab edilir ki, yaxın tezlikdə Paşinyanı ciddi problemlər gözləyir. Çünki o, baş nazir kimi bütün ölkəni hərraca qoyub və bu da artıq cəmiyyətin ondan üz döndərməsi ilə müşayiət olunur.  Məsələ burasındadır ki, ölkədə ciddi siyasi, iqtisadi böhran yaranıb. Eləcə də, işğalçı siyasət nəticəsində yaranan hərbi şərait əhalinin öz dövlətində yaşaması üçün problem yaradır. Bu səbəbdən Ermənistanda da əhalinin sayının azalması müşahidə edilir.  Paşinyanın dönəmində bu proses əhəmiyyətli dərəcədə sürətlənib. Ermənistanın üzləşdiyi çoxsaylı sosial, siyasi və iqtisadi, hərbi problemlər səbəbindən vətəndaşları, xüsusilə kişi cinsinə mənsub sakinləri xaricə daha yaxşı yaşamaq üçün üz tutur. Bu arada qeyd edək ki, 2020-ci il oktyabrın 18-dən 27-dək Ermənistanda əhalinin siyahıyaalınması keçiriləcək. Ehtimal etmək olar ki, bu sosial tədbirin nəticələri Ermənistan üçün heç də ürəkaçan olmayacaq. Həmin kampaniyanın yekunu Nikol Paşinyanın “Strategiya 2050”sinin baş tutmayacağını təsdiqləyəcək. Bunlar onu göstərir ki, işğalçılıq, təcavüzkarlıq, etnik təmizləmə Ermənistana ucuz başa gəlmir. İndi bu problemin işartıları görünməkdədir. Belə vəziyyətdə əhalinin Paşinyana ümidləri tam iükənir və bu da sonuncunun yaxın tezlikdə hakimiyyətdən devrilməsi ilə müşayiət ediləcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ