Bazar günü, 13 iyul 2025
     

Azərbaycanın Ermənistana son xəbərdarlıq bəyanatları daha çox dəstək jestləri tapır

Image

Ermənistanın hələ də əl çəkmədiyi qefri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli artıq tam dalana dirənmiş vəziyyətdədir. Problemin dünc müstəvidə çözümünə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun işğalçıya qarşı yenə də hansısa real təzyiq mexanizməlrini işə salmaması isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Təbii ki, belə vəziyyət Bakının ciddi narazılığına yol açır. Azərbaycan rəsmi səviyyədə xəbərdarlıq edərək açıq mətnlə bildirir ki, hadisələrin inkişaf axarı Qarabağ probleminin hərbi həllini qaçılmaz edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin son günlərdə biri-birinin ardınca verdiyi bəyantlara nəzər salanda da qeyd edilənlərin tam təsdiqini görmək mümkündür. Xarici İşlər Nazirliyinin son bəyanatında yenidən məsələnin bu tərəfinə nəzər salınaraq bildirilir ki, erməni rəhbərliyinin açıqlamaları, həmçinin münaqişənin həllinə xidmət etməyən digər addımlar vəziyyəti təhlükəli istiqamətə doğru aparır: “Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-kvo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsa belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi”. O da qeyd olunur ki,  erməni rəhbərliyi beynəlxalq hüququn açıq şəkildə tapdanması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səyləri, demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaradıb: “Azərbaycan Hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı… Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi sözdə hər zaman səsləndirdikləri münaqişənin sülh yolu ilə həllinə nəinki xidmət etmir, hətta əksinə, münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə də ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir. Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaq. Buna görə də onun ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcək. Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidir. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin”.

Beləliklə, bu mövqedən tam aydın görünür ki, beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan zəbt edilmiş ərazilərin geri qaytarılması istiqamətində addım atmasa, Azərbaycan məsələni güc yolu ilə həll etmək məcburiyyətində qalacaq. Çünki  BMT nizamnaməsinin 51-ci maddəsi də məhz bunu nəzərdə tutur. Bununla Bakı həm işğalçıya, həm də beynəlxalq vasitəçilərə öz xəbərdarlığını etmiş oldu. İndi, belə demək mümkünsə, top qarşı tərəfdədir və İrəvan gözlənilən addımları atmasa, güc varinatından istifadə qaçılmazdır. Burada digər maraqlı fakt odur ki,  Xarici İşlər Nazirliyinin son bəyanatı fonunda Azərbaycan ordusunun düşməni lərzəyə gətirəcək yeni genişmiqyaslı əməliyyat təlimləri başlanır. Belə ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan 20-dək müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qisimləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək. Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək. Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.

Ekspertlər isə Xarici İşlər Nazirliyinin son bəyanatı və bunun ardınca Müdafiə Nazirliyinin  genişmiqyaslı əməliyyat təlimlərinə başlaması arasında bir sinxronluğun olmasını da istisna etmir. Bununla işğalçı ölkəyə açıq mesaj verilir ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar atmasa, Azərbaycan ordusu qarşısında cavab verməli olacaq. Elə rusiyalı politoloq Dmitri Fetisov da bildirir ki, Nikol Paşinyanın addımları savaş ehtimalını əhəmiyyətli dərəcədə artırır: “Paşinyan Dağlıq Qarabağ mövzusundan siyasi məqsədləri üçün istifadə etmək məsələsində heç də “Qarabağ klanı”ndan geri qalmır. Qarabağ məsələsinin həlli ilə bağlı erməni tərəfində hər hansı irəliləyiş nəzərə çarpmır. Ancaq bu “siyasi xəritə” öz rolunu oynamağa davam edir. Bu, Paşinyanın həm ziddiyyətli açıqlamalarında, həm də erməni tərəfinin cəbhə bölgəsində münaqişəni qızışdırmaq cəhdlərində nəzərə çarpır. Digər tərəfdən, Ermənistanın cəbhə xəttində etdiyi hərəkətlər nəticəsində müşahidə olunan gərginlik yenidən Qarabağ mövzusunu gündəmə gətirə və bütün maraqlı tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinin həllini sürətləndirməyə vadar edə bilər. Bura ilk növbədə Rusiya daxildir”.

Yeri gəlmişkən qeyd edək ki, son günlərdə Rusiya rəsmiləri münaqişə ilə bağlı maraqlı açıqlamalar verir. Məsələn,  Rusiya baş nazirinin müavini Yuri Borisov qeyd edir ki, Kreml Qarabağ münaqişəsinin alovlanmasında maraqlı deyil. Moskvanın Qarabağ münaqişəsinin aradan qaldırılması tərəfdarı olduğunu vurğulayan Borisov diqqətə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin bu istiqamətdə səyləri hamıya məlumdur: “Rusiya bütün vasitələrlə bu münaqişənin aradan qaldırılmasını istəyir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirir ki, Moskvanın mövqeyinə görə, hər şey Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru getməlidir. XİN rəsmisinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında uzun illərdir davam edən ağır və təəssüf ki, həll edilməyən vəziyyətlə bağlı hər şey ona doğru getməlidir ki, bu mürəkkəb və artıq köhnə problem həll edilsin. Zaxarova qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Rusiyalı ekspert Stanislav Tarasov isə bildirir ki, ölkəsinin rəsmi şəxsləri tərəfindən səslənən bu fikirlər Qarabağ münaqişəsi ətrafında indiki vəziyyət fonunda heç də təsadüfi xarakter daşımır. Onun sözlərinə görə, Rusiya İrəvanın münaqişənin həlli istiqamətində müəyyən addımlar atmasını istəyir və bu baş verməsə, Kreml yeni Qarabağ savaşına neytral mövqe sərgiləməklə Ermənistanı cəzalandıra bilər: “Moskvanın belə mövqe sərgiləməsinin əsas günahını isə, heç şübhəsiz,  Paşinyanın hakimiyyətində axtarmaq lazımdır. Ermənistan bizim strateji tərəfdaşımız olmaqdan qaçır. Halbuki, biz iqtisadi birlik çərçivəsində əməkdaşlıq edirik, bizim Gümrüdə hərbi bazamız var. Yəni biz burada tamamilə yad deyilik. Amma Ermənistan hakimiyyəti vəziyyəti dəiyşməyə çalışır və bu da Moskvanın xoşuna gəlmir. Xaçaturovun hekayəsini xatırlayın. Ermənistan hakimiyyətinin onunla bağlı addımları və ABŞ-a doğru meyllənməsi Kremldə narazılıq doğurur,  Moskva buna qarşıdır. Digər bir hal Şişkin hekayəsinin bizim üçün anlaşılmaz olmasıdır. Ermənilərin özlərini bu cür aparması qəribədir. Məsələ Şişkin deyil, Allah xatirinə, istəyirsiz ona sığınacaq verin... Sarkisyan Paşinyandan bilirsiz nə ilə fərqlənirdi? Sarkisyan Moskvaya düzünü deyirdi, biz Sarkisyanı müdafiə etmirik, biz Köçəryanın lehinə çıxış etmirik. Lakin məsələ burasındadır ki, əvvəlkilər səmimi idilər, biz başa düşürdük. Biz əvvəl bilirdik ki, Ermənistan hakimiyyəti konkret nə düşünür, ancaq indi bilmirik. Təbii ki, bu da Rusiyanın mövqeyinə təsir edir və belə vəziyyətdə Moskvanın Qarabağ məsələsində Ermənistandan uzaqlaşmasında qeyri-adi nəsə axtarmaq da lazım deyil. Baş verənlərdə əsas günahkar mövcud Ermənistan hakimiyyətidir”. Hesab edilir ki, proseslərin indiki inkişaf axarı yenə İrəvan üzündən yeni Qarabağ savaşını istsina etmir. Amma bu dəfə Azərbaycan qarşısında tək qalan Ermənistan qısa zaman kəsiyində darmadağın olacağını da yaxşı bilməlidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 22:09
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910