şənbə günü, 07 noyabr 2026
     

Əli Kərimlinin trolları və rolları...

Image


Bir neçə gün öncə bir saytla aramızda baş verən anlaşılmazlıq, mənə qarşı sayğızıslıq haqqında bir status yazmışdım və jurnalist dostlar da, sağ olsunlar, həmin statusu öz saytlarında işıqlandıraraq mənə dəstək olmuş və yenidən feysbukda paylaşmışdılar. Həmin paylaşımlardan birini Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli etmiş, məni dürüst, peşəkar, zəhmətkeş bir yazı-pozu adamı kimi xarakterizə etmişdi. Sağ olsun!

Paylaşımın altında qəfil mövzuya qətiyyən dəxli olmayan bir şərh peyda oldu. Müəllifi kim olsa yaxşıdır? Əli Kərimlinin mətbuat xidməti üzrə trolu Natiq Ədilov! Bu məxluq məni vaxtilə Seymur Həzi həbs olunarkən yazdığım və elə Azinforum.az saytında dərc olunan məqaləyə görə ittiham edirdi. Guya həbs olunan adamın dalınca danışmışam, yıxılana balta vurmuşam, “çörək kəsdiyim” adama qara yaxmışam və çox çirkin adamam. Məhəmmədəli Qəriblini də mənim kimi “çirkin” bir adama dəstək olduğuna görə məzəmmət edirdi.

Bu məxluqun özünü yersiz şəkildə, "yuyulmamış çömçə" kimi ortaya atması bir yana, yazdıqlarında zərrə qədər həqiqət də yox idi. Mən Seymur Həzi məsələsilə bağlı vaxtilə bir neçə dəfə yazmışam və ümumi məzmununu da qısa şəkildə şərh etməyə çalışacağam, amma Ədilovun iddia etdiyi kimi onunla heç vaxt çörək kəsməmişəm. AXCP-ni tərk etdiyim ərəfələrdə partiya qərargahında mənə gülümsəyərək salam verib, mən də salamını almışam, vəssalam, şüdtamam. Ondan sonra sadəcə mətbuatda bəzən yazılarını görmüş, feysbukda dostluq təklifini qəbul etmişəm.

Yazıya gəldikdə. Feysbukda gördüm ki, Seymur Həzi Prezident İlham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında lağlağı xarakterli statuslar paylaşır, onları məsxərə obyektinə çevirməyə cəhd edir. Onu normal, ağıllı biri saydığımdan yazdım ki, belə şeylərə ehtiyac yoxdur, bunlar sənə hörmət gətirmir və ümumiyyətlə belə mübarizə, müxalifətçilik olmur. Şərhimə cavab vermədi və yoluna davam etdi.

Bir müddət sonra oxudum ki, mübahisə zəminində kiminsə başına butulka vurub və həbs olunub. Müxalif mətbuat və sosial şəbəkələrdəki müxlif fikirlilər onun şərləndiyini yazırdılar. Mən araşdırmağa başladım ki, görüm o həqiqətən butulkadan soyuq silah kimi istifadə edib, ya yox. Heç kəs bunu təkzib etmədi, yəni “vurmayıb” deyən olmadı.

Məndə bir ideya əmələ gəldi və yazıya çevrildi. O zaman F.Dostoyevskinin “Karamazov qardaşları” romanını yenicə tərcümə etmişdim və əsər məndə çox güclü təəssürat doğurmuşdu. Deməli, Dmitri Karamazovu atasının qətlində günahlandırırlar. Onların arasında bir qadına görə münaqişə var və bir-birini sevmir, tez-tez dalaşırlar. Dmitri atasını öldürmək istəsə də, bunu edə bilmir, çünki Pavel Karamazovu başqa biri ondan qabaq qətlə yetirir. Məhkəmə istintaqı zamanı Dmitrini sorğu-suala çəkərkən o heç nə gizlətmir və deyir: “Öldürmək istəyirdim, ona nifrət edirdim, ancaq mən öldürməmişəm.” Halbuki, onun “öldürmək istəyirdim” deməsinə ehtiyac yox idi, çünki bu onun durumunu ağırlaşdırırdı. Bununla belə, Dmitri Karamazov hər şeyi olduğu kimi, dürüst danışır...

Mən yazını bu ideya üzərində quraraq, cəbhəçi güruhu, eyni zamanda Seymur Həzini dürüstlüyə dəvət etdim. Yəni butulkanı həqiqətən başqasının başına vurmusansa, bu artıq şərlənmə deyil. Burada təhrik, hətta təxribat ola bilər, amma şər faktı yoxdur. Çünki hadisə faktiki olaraq baş verib. Sən faktı təsdiqləyib, günahını və ya səhvini etiraf etməlisən ki, cəzan yüngülləşsin.

Gəlirəm məsələnin təxribat yönünə. Əvvəla, siyasətlə məşğul olan, dövlət başçısını, digər yüksək vəzifəli, tanınmış və nüfuzlu şəxsləri tənqid edən adam hərəkətlərinə, davranışlarına diqqət yetirməli, hər adamla oturub araq içib, mübahisə etməməlidir. Xüsusilə də, sosial şəbəkədə o cür yersiz paylaşımlar etdikdən sonra. İstər cənab Prezidenti, istərsə də digər yüksək rütbəli şəxsləri sevən, onlara ehtiramla yanaşan, onların rəğbətini qazanmaq istəyən, onlara pərəstiş edən xeyli sayda vətəndaş var və o vətəndaşlardan birinin səninlə mübahisəyə girişməsi çox normaldır. Amma sənin bunu dərhal siyasi sifariş kimi qələmə verməyin, özünü qəhrəman elan etməyin normal deyil. Xaricdə ölkəmiz əleyhinə mənfi rəy formalaşdırmaqdır, ölkəmizə xaricdən təzyiq edənlərin əlinə alibi verməkdir, dövlətimizin imicinə xələl gətirmək, Qarabağ və digər danışıqlarda mövqeyimizi zəiflətməkdir və s. Ölkəni, xalqı düşünən, özünü siyasətçi, ziyalı sayan hər kəs məhz belə düşünməlidir...

Mən bu gün də belə düşünürəm və Natiq Ədilovun şərhinin altına da buna bənzər fikirlər yazdım. Əlavə etdim ki, çirkin işlərlə də siz məşğul olursunuz. Bundan sonra Ədilov təhqirə keçərək, mənə “kazyolluq eləmə” yazdı. Mən ona cavab verməyə də bilərdim, çünki “kanalizasiya quyusu” kimi iylənəcəyini bilirdim. Amma bir məsələ də var ki, bunlara cavab verməyəndə, elə bilirlər qorxursan, hansısa xam xəyallara qapılırlar. Odur ki, söyüşünü əcdadlarına ünvanladım və başladı şüvən qoparmağa, ağzına gələn ədəbsiz söyüşlər yağdırmağa...

Sonradan mənə yazdılar ki, bu adam Əli Kərimlinin mətbuat katibidir və hazırda Fransadadır. Onun ardınca daha bir məxluq peyda olub (adını yazıb şərəfləndirmək istəmirəm), məndən harada olduğumu soruşdu. Araşdırıb gördüm ki, radikal, söyüşçü, həbsə düşmüş bir cəbhəçidir və guya mənimlə haqq-hesab çəkmək istəyir. Ya da özünü liderinə və silahdaşlarına qəhrəman kimi göstərmək istəyir. Nə isə, baş qoşmadım...

Bu gün səhər yenə bir məxluq peyda oldu. “Əsl dövlət adamı” adlı məqaləmin paylaşımı altında mənə bir sual verdi. Əslində məqalədə onun sualına geniş cavab verilib, amma mən yenə də qolaylıq olsun deyə, yazıdan müvafiq abzası çıxarıb, şərh yerinə qoydum ki, oxusun.  Bundan sonra bu məxluq başladı mənim şəxsiyyətimi təhqir etməyə və öz səviyyəsinə uyğun bir neçə anormal, cəfəng cümlə yazdı. İylənməsin deyə cavabını verib, göndərdim bloka.

Bunları niyə yazıram. Mən indiyə qədər çoxlarını tənqid etsəm də, heç vaxt təhqirə keçməmişəm, fərqli fikrə qarşı dözümlü olmağa, etik davranmağa çalışmışam. 2000-ci ildə AXCP-ni tərk etdikdən sonra Əli Kərimlini kəskin tənqid etsəm də, heç vaxt təhqirə keçməmiş, onu təhqir edənlərə qoşulmamış, hətta buna etiraz etmişəm.

Amma bu gün Əli Kərimlinin partiyasının üzvləri, mətbuat katibi, sosial şəbəkədə saxladığı və yönləndirdiyi adamlar məni vaxtaşırı təhqir edir, söyüşlər yağdırırlar. Mən də belə qərara gəlmişəm ki, bundan sonra siyasi məsələlərlə bağlı uşaq-muşağın mənə ünvanladığı təhqiri onların bioloji yox, ideoloji böyüklərinə yönləndirim. Çünki belə daha ədalətli olar...

İndi isə Əli Kərimli ilə əks cəbhədə dayanmağımızın bu günə qədər açıqlamadığım təməl səbəbi haqqında bir neçə kəlmə yazmaq istəyirəm.

Siyasi analiz qabiliyyətindən məhrum, həvəskar, məhdud ağıla və dünyagörüşə sahib, “obıvatel” təfəkkürlü insanlar ölkədəki siyasi mübarizənin ancaq hakimiyyətlə müxalifət, xüsusilə də Əli Kərimlinin rəhbərlik etdiyi və xaricdən qızışdırılan qüvvələr arasında getdiyini zənn edirlər. Bu adamlar elə bilir ki, indiki hakimiyyət getsə və yerinə Əli Kərimli gəlsə, bütün problemlər həll olunacaq, ölkədə hər şey yağ kimi gedəcək, nefti satıb xan kefində yaşayacağıq. Ancaq bu sadəcə ilk baxışda belə görünə və buna ancaq axmaqlar inana bilər. Əli Kərimlinin ölkəni bundan daha yaxşı idarə edə biləcəyinə, əxlaq baxımından rüşvətxor məmurlardan daha üstün olduğuna, tamahının onlarınkından daha küt olduğuna inanmaq da böyük sadəlövhlükdür. Bunu Əlini az-çox tanıyan, ona bələd olan və proseslərdən az-maz baş çıxaran hər kəs bilir.

Fikrimi əsaslandırmaq üçün tarixə müraciət etməyə məcburam. 1998-ci ildə Türkiyədən qayıtdıqdan sonra bir müddət rayonda yaşamalı oldum və AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımov adlı şəxs mənə 1-ci müavin olmağı təklif etdi. O, əlbəttə, bunu məni çox sevdiyi üçün etmir, kəskin rəqabətdə Müsavatdan daha irəli çıxmaqda biliyimdən, savadımdan, potensialımdan, adımdan və nüfuzumdan yararlanmağa çalışırdı. Mən öz intellektimə görə rayon çərçivəsini aşan bir adam idim, BDU-nu bitirmişdim, Ankarada oxumuşdum, mətbuatda yazılar yazırdım və s.  Nə AXCP-nin, nə də Müsavatın yerli şöbəsində belə bir adam vardı. Sıravi cəbhəçilər də mənə böyük maraq göstərir, hörmət edirdilər. Mən həm də Əli Kərimlinin “dostu” sayılırdım.

Mən rayon şöbəsinə gələndə Əli Kərimlinin, demək olar, şöbədə heç bir nüfuzu yox idi. Şöbənin sədri birbaşa onun əleyhinə danışır, onu Elçibəyə xəyanətdə günahlandırırdı. Mənim şöbəyə gəlişim və Əli Kərimlini təbliğ etməyib, xeyli dönüş yaratdı və buna görə şöbə sədri, məclis sədri, ali məclis üzvü də tezliklə “kərimovçu” oldular. Onlar nəinki Kərimovu sözdə dəstəkləyir, hətta “əməli” tədbirlər görməkdə də zirək tərpənirdilər. Əli Qasımov tezliklə iki qardaşını Əli Kərimliyə havayı cangüdən düzəltdi. Daha doğrusu, onların maaşını Sosial Təminat nazirliyində şöbə müdiri işləyən yeznələri verirdi. Yəni Əli Qasımovun bacısının əri. O adamın adını, təəssüf ki, unutmuşam. Yadımda qalan odur ki, o zaman nazir Fəzail Ağamalı idi. Təsəvvür edirsiniz, pensiya oğrusunun pulu ilə dolanan adamlar Əli Kərimlinin canını qoruyurlar. Camaat da elə bilir ki, Əli Kərimli gəlib bunların pensiyasını artıracaq. Əli Qasımovun özünü də o adam saxlayırdı. Heç bir yerdə işləmədiyi halda yaxşı dolanır, təzə maşın sürür, Bakıdakı mitinqlərə gediş-gəlişin xərcini əsasən özü çəkirdi. Əli Qasımov İmişli rayon YAP şöbəsinin sədri, rayon xəstəxanasının baş həkimi Arif həkimin bacısı oğlu Asif həkimi rayon məclisinin sədri seçdirmişdi. Mən bunu ona deyəndə, qayıtdı ki, Asif bizə lazımdır. Amma Asif YAP-ın AXCP-dəki emissarı idi və Əli Qasımov bunu Əli Kərimlinin razılığı ilə etmişdi. Rayon şöbəsinin sədr müvinlərindən biri də Ehtiram adlı həkim idi (artıq rəhmətə gedib), onun qardaşı İlqar da həm AXCP gənclər şöbəsinin sədri, həm də Yurddaş partiyasının sədri idi. Onların üçüncü qardaşı İlham Hüseynov Bakıda Binəqədi rayonunda sədr idi. Onlar rayon icra hakimiyyətində birinci müavin işləyən yaxın qohumları Seyid Sarı adlı şəxsin himayəsi altında rayondakı ən böyük dərman ticarəti şəbəkəsinə rəhbərlik edirdilər və yaxşı pul qazanırdılar. İndi baxın, özünü radikal müxalifət, xalqın xilaskarı kimi qələmə verən Kərimlinin partiyası YAP-ın, icra hakimiyyətinin, sosial təminat nazirliyinin, dərman mafiyası üzvlərinin və baş həkimin ovcunun içindədir. Bu adamların Əli Kərimlinin maliyyələşdirilməsində çox ciddi rolları vardı, adlarını çəkdiyim adamlar vaxtaşırı Bakıya, Əli Kərimliyə pul, pay-püş daşıyırdılar.

Belə bir yerdə pulu, hakimiyyətdə qohumları, kanalları olmayan Nadir Qocabəyli necə qala bilərdi? Üstəlik Əli Kərimli həm 1999-cu il bələdiyyə, həm də 2000-ci ilin parlament seçkilərində min cür cirkin oyunlar qurandan, şəxsən məni və digərlərini aldadandan, yalanlar, kirli əlaqələr üzərində özünə var-dövlət toplayandan, ev-eşik düzəldəndən, bahalı maşın, bahalı mebellər alandan sonra. Amma mən hələ də atamdan qalma evi satıb, onun cüzi puluna tikdirdiyim təmirsiz gecəqonduda yaşayıram və Əli Kərimlinin trolları tərəfindən tənqid olunuram.

Adlarını çəkdiyim adamlar Əli Kərimliyə pay-püş, pul daşıyarkən məndən donos da daşıdılar. Asif həkim üzümə dedi ki, sən Əli Kərimli haqqında demisən ki, “ömründə bir bokal pivə içməyib”. Mən Kərimovun əskik tərəfləri haqqında fikir söyləmişdim, amma pivə söhbəti olmamışdı. Bütün bu çirkin işlərdən sonra, əlbəttə, o partiyanın sıralarında, o adamlarla birlikdə qalmaq mümkün deyildi.

Bəs mübarizə kimlə kim arasında gedir? Əlbəttə ki, yaxşı, dürüst, təmiz, vicdanlı adamlarla məkrlilər, paxıllar, nadürüstlər, əliəyrilər arasında. O adamlar o zaman da həm iqtidarda, həm də müxalifətdə vardılar, indi də mövcuddurlar. Mübarizə də həmin cəbhələr arasında gedir. Zaman keçdikcə bu qüvvələrin transformasiyası baş verəcək və pislərlə yaxşıların səfi, cərgəsi bir-birindən ayrılacaq. Bəzilərinin düşündüyü kimi müxalifətçi olmaq heç də yaxşı, iqtidarda olmaq isə pis olmaq anlamına gəlmir. Həm iqtidarda, həm həm müxalifətdə yaxşı işlərə mane olanlar və badalaq quranlar kifayət qədərdir. Onlar Prezidentin apardığı islahatlara belə mane olmağa səy göstərir, vaxtaşırı sabotajlar edirlər. Onlar müxlifətli-iqtidarlı birlikdədirlər və Əli Kərimli də partiyası ilə həmin badalaqçıların yanındadır. Amma mütərəqqi qüvvələr əzmlə və inadkacasına yollarına davam edirlər və qələbə bizimlə olacaq.

Nadir Qocabəyli



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ