şənbə günü, 07 noyabr 2026
     

Azərbaycanın Babakərdə üstünlük qazandığını ermənilər etiraf etmək zorunda qalır...

Image


Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində baş verən olaylar gündəmin əsas mövzuları sırasında qalmaqda davam edir. Ermənistanda hesab edirlər ki, rəsmi səviyyədə etiraf olunmasa da, bu yaşananlar Azərbaycanın cəbhədə növbəti üstünlüyü sayıla bilər. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli aktiv hərbi mərhələyə keçəcəyi təqdirdə Azərbaycan mövqe üstünlüyündən effektiv şəkildə yararlanaraq, düşmənə kifayət qədər sərt zərbələr endirə biləcək.

Xatırladaq ki, bu günlərdə yayılan məlumatlardan bəlli olduğu kimi, Dövlət Sərhəd Xidmətinin qüvvələri Babakər dağında dörd yüksəklikdə möhkəmlənib. Nəticədə Qazax rayonunun təmas xəttinə ən yaxın İkinci Şıxlı kəndinin əhalisi indi daha təhlükəsiz şəraitdə yaşamaq imkanı qazanıb. Eyni zamanda, yeni mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki mövqelərinə və onlara aparan yollara, Gürcüstan-Ermənistan qaz kəmərinin keçdiyi əraziyə nəzarət etmək imkanı verir. Eləcə də Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində min hektarlarla ərazi nəzarət altına götürülüb. Erməni hərbçi ekspert Taron Ovanesyan da  təsdiq edir ki, Ermənistanın Tavuş vilayəti istiqamətində Azərbaycan qüvvələri Babakər dağı istiqamətində əhəmiyyətli şəkildə irəliləyib və möhkəmlənib. Həmin dağ Azərbaycan-Ermənistan-Gürücüstan sərhəd üçbucağında yerləşir, dəniz səviyyəsindən 700 metr hündürlüyə malikdir. Onun bildirdiyinə görə, mövqelərin irəli çəkilməsindən əvvəl tərəflərin postları arasında məsafə 3.5 kilometrə çatırdı. İndi isə həmin məsafə 600 metrə qədər azalıb:  “Azərbaycan öz mövqelərini sərhədə tərəf 500-600 metr irəli çəkib”.

Digər erməni hərbi ekspert Qraç Petrosyants bildirir ki, Azərbaycan cəbhə xəttində mövqelərini yaxılaşdırır: “Elə mətbuatda yayılan məlumatlara əsasən, Azərbaycan tərəfi həmin mövqelərdə irəliləyib. Bundan sonra Ermənistan müdafiə nazirinin müavini müəyyən fəaliyyətlər həyata keçirildiyi barədə bəyanat verib. Lakin döyüş mövqelərinin irəli çəkilməsi haqqında həm Azərbaycan, həm erməni tərəfi hər hansı məlumat verirsə, bu, həqiqətən də həmin ərazidə müəyyən işlərin aparılmasına dəlalət edir. Bəzi məlumatların gizlədilməsinin heç bir əhəmiyyəti yoxdur və buna misal olaraq, aprel döyüşlərində itkilərin həddən çox olmasına baxmayaraq, rəsmi orqanlar tərəfindən cəmi 18 itki barədə məlumat verilməsi də doğru deyil. Yaxud aprel döyüşlərində ordumuzun nəzarətində olan itirilmiş ərazilərin 700 və ya 800 hektar olması, lakin hərbi ekspertlərin biri tərəfindən 470 hektar sahə olduğu bildirilməsi də hakimiyyətin siyasi zərər görməməsi üçün atılan addımlardır. Müdafiə Nazirliyinin reallığı gizlətməklə belə yanaşmasını səhv hesab edirəm. Açıq-aşkar məlum olan məlumatların gizlədilməsi Müdafiə Nazirliyinin köhnə rəhbərliyin dövründə olduğu kimi qalmaqda davam etdiyini göstərir”. O, Ermənistan Müdafiə Nazirliyinin addımlarını səhv hesab etdyini də bildirir. Jurnalistin, “Sərhəddə baş verənləri mövqe müharibəsinin xüsusiyyətləri, yoxsa məcburi iş hesab etmək olar” deyə səsləndirdiyi növbəti suala cavabında hərbi ekspert baş verənlərin mövqe müharibəsi ilə heç bir əlaqəsi olmadığını ifadə edib: “Bu, ümumi müharibə qanunlarıdır. Hərb sənəti tarixi bucağından baxsaq, Ermənistanda baş verənlər artıq 30 ildir ki, səngər müharibəsi vəziyyətini xatırladır. Bu termini istifadə etmək olar, ona görə ki, mövqe müharibəsinin əslində bir balaca başqa məzmunu var. Biz 30 ildir ki, davam edən döyüş növbətçiliyi üzrə səngər müharibəsi vəziyyətindəyik. Sadəcə, müəyyən məqamlarda gərginlik artır, diversiya əməliyyatları həyata keçirilir, fəal döyüş əməliyyatları baş verir. Müharibə bitməyib, müharibə fasilələrlə davam edir. Bizim müharibənin öz xüsusiyyətləri var. Biz səngər müharibəsi vəziyyətindəyik, 30 ildir davamlı olaraq erməni əsgəri səngərdə xidmət aparır. Biz səngərdən hələ də çıxa bilməmişik. Müdafiə naziri Tonoyanın “biz fasiləsiz müdafiə vəziyyətindən xilas olmaqla hərbi əməliyyatları rəqibin ərazisinə daşıya biləcək bölmələrin sayını artırmalıyıq”, deyə verdiyi bəyanata toxunmaq istəyirəm. Ona məlum olan qədər Ermənistanın müdafiə siyasətində hər hansı əsaslı dəyişikliklər baş verməyib. Heç bir hərbi doktrinada, heç bir müdafiə siyasətində hər hansı hüquqi platformada, heç bir sənəddə hələ də dəyişiklik aparılmayıb. Bunlar layihə, plan olmaqla qanunlar qəbul edildiyi halda büruzə veriləcək layihələrdir. Lakin hazırda Ermənistanın əsas sənədi olan hərbi konsepsiyasında heç bir dəyişiklik aparılmayıb. Erməni tərəfi çox geri qalıb, sadəcə bəyanatlar verməklə informasiya müharibəsində qalib gəlmək mümkün deyil. Bəyanatlar verilməsinin vaxtı çoxdan başa çatıb. Bütün cəmiyyət Azərbaycanın yemlərini udduğumuzu dərk edir”. Ekspert Ermənistan Müdafiə Nazirliyinin yaydığı dezinformasiyaların işlək olmadığını və bu kimi bəyanatların heç bir məna daşımadığını da xatırladıb. Məhz belə vəziyyətdə Azərbaycanın getdikcə artan üstünlüyünün Ermənistan üçün çox baha başa gələcəyini də Qraç Petrosyants açıq şəkildə etiraf edir. Eyni mövqeni digər erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan də bölüşür. O qeyd edib ki, sərhəddə baş verənlər Ermənistanın Çinari kəndi və burada erməni ordusunun mövqelərinin Azərbaycan tərəfindən  daha rahat şəkildə hədəfdə saxlanmasına imkan verir. Ekspert vurğulayır ki, bu durumda keçmişdə müxtəlif bəhanələrlə xidmətdən yayınmış dövlət rəsmilərinin Çinari ilə bağlı fikirlər səsləndirməsi absurddur və bu onların işi deyil, Müdafiə Nazirliyi isə açıq mənzərəni təqdim etməlidir: “Azərbaycanın  bu ərazidə bütün istiqamətlərdə dominantlıq edən mövqeyi var, Odundağ dağı iki vilayətin üzərində yerləşir, bizim mövqelərimiz onun altındadır, mən həmin ordu korpusunda xidmət etmişəm, hər şeyi yaxşı bilirəm. İndi deyirlər ki, artıq Çinari atəşə tutulmayacaq, bu yalnız o halda ola bilər ki, daha çox əraziləri götürmüş olaq. Çinari və Koti rəqibin ovcundadır. Uşaq baxçası, məktəb, market və kəndlilərə sual verin, görün nə deyirlər”.

“Daşnaksütyun” partiyasının üzvü Artur Yeğiazaryan da məsələyə maraqlı münasibət bildirərək qeyd edir ki, Ermənistan Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı artıq eyforiyaya düşmək lazım deyil. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi açıqlama verib xalqda yaranan təşvişi aradan qaldırmalıdır: “Əlbəttə, hər birimiz yaxşı xəbərlər eşitmək istəyirik, lakin son zamanlar yayılmış məlumatlar sərhəd qoşunlarımızın fəaliyyətinə ciddi mane ola və təhlükə yarada bilər. Biz mülki əhali sadəcə müşahidəçilərik və istənilən xəbərə qarşı müsbət və ya mənfi emosionallıq nümayiş etdiririk. Və biz bilmək istəyirik ki, sərhəd məntəqələrində nə baş verir”. O qeyd edib ki, yüksək vəzifəli, qeyri-hərbi dövlət rəsmilərinin bu barədə status yazması isə daha təhlükəlidir. Artur Yeğiazaryan, müşahidələrinə əsasən, Azərbaycanın sərhəddə üstünlüyünü artırdığını da etiraf edib.

Baş verənlərin Ermənistanda belə böyük narahatlıq yaratması isə səbəbsiz deyil. Çünki sərhəddə baş verənlər, yuxarıda qeyd olunduğu kimi, Qarabağ münaqişəsi aktiv hərbi fazaya keçəcəyi təqdirdə Azərbaycana mühüm üstünlüklər qazandıracaq. Hazırda yeni mövqelərdə mühəndis işləri nəticəsində həyata keçirilən tədbirlər ilk növbədə şəxsi heyətin təmas xətti boyunca təyin olunan ərazilərə vaxtında və gizli şəkildə irəliləməsi üçün əlverişli şərait yaradır. Bununla yanaşı, görülən işlər bölmələrin çevik manevr etməsinə də imkan verir. Bu tədbirlər nəticəsində arsenalda olan texnika və silahların manevr qabiliyyətini və istifadə effektivliyini artırmaq, düşmənin şəxsi heyətini, texnikalarını, avadanlıqlarını və maddi vəsaitlərini müxtəlif və daha əlverişli mövqelərdən zəmanətlə məhv etmək üçün real şərait mövcuddur. Düşmənin müdafiə zolağında və onun ətrafındakı ərazilərdə yerləşən hərbi bölmə və obyektlərin kəşfiyyatı, onların aşkarlanması və izlənməsi də xeyli asanlaşıb. Bundan başqa, tutulan yeni mövqelərdə sərhədlərin müdafiə və mühafizəsi gücləndirilmiş rejimdə, əlavə silah, avadanlıq və texnikaların cəlb edilməsi həyata keçirilir. Bütün bunlar isə olduqca mühüm sayılır. Çünki Ermənistanın siyasi hakimiyyətinin mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsinin yaxın tezlikdə aktiv hərbi fazaya keçməsi qətiyyən istisna olunmur. Bunu rus hərbi ekspert Pavel Felgenhauer də təsdiq edir. Onun fikrincə, situasiya təhlükəlidir, münaqişə aktiv fazada olmasa da tüstülənməkdədir. Ekspert qeyd edir ki, yaxın zamanlarda münaqişənin eskalasiyasını gözləməyə dəyər. Hərbi politoloq Aleksandr Perenciyev isə hesab edir ki, Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi İrəvanı Qarabağa dair real danışıqlara məcbur etməyə hesablanmış addımdı:  “Azərbaycan Ermənistana təzyiq yolları tapmağa çalışır ki, onu Qarabağ məsələsində güzəştə məcbur edə bilsin. Bununla bağlı olaraq Bakı nümayiş etdirir ki, Azərbaycan ərazilərini geri almağa qadirdir”. Beləliklə, proseslərin inkişaf istiqaməti cəbhə xəttində, digər təmas nöqtələrində Azərbaycanın düşmən üzərində hərbi üstünlüyünün sürətlə artmaqda olduğunu aydın şəkildə nümayiş etdirir. Bunlardan qarşı tərəfin müvafiq nəticə çıxarıb münaqişənin həlli istiqamətində konstruktiv mövqeyə gəlməməmsi fonunda isə Azərbaycanın düşmənə yönəlik daha sərt addımlar atması qaçılmaz sayılır. Hər halda, Qazax istiqamətində sərhəddə baş verənlər fonunda Azərbaycan bunu bir daha düşmənə əyani şəkildə göstərib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ