şənbə günü, 07 noyabr 2026
     

Ermənistan Qarabağ tənzimlənməsini müharibə həddinə gətirməyin əsl şokunu indi yaşamağa başlayır - Gürcüstan hadisələri fonunda…

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətdə atılan addımlar istənilən nəticəni verməyəcəyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququnu özündə saxladığını dəfələrlə bəyan edib. İndi, Ermənistan da daxil olmaqla, beynəlxalq ictimaiyyətə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də yaxşı məlumdur ki, Azərbaycan artıq səbri tam tükənmiş vəziyyətdədir.

Yaxın tezlikdə münaqişənin həlli istiqamətində Ermənistan tərəfindən müvafiq addımlar atılmasa, yəqin ki, Bakı güc amilinə əl atmalı olacaq.  Bunu rusiyalı politoloq Fyodor Lukyanov da təsdiq edir: “Məlumdur ki, Qarabağ münaqişəsi xüsusi dinamikası olan münaqişədir. Lakin bu münaqişənin digər beynəlxalq inkişaf proseslərindən, xüsusilə tərəflər arasında gözlənilən səmərəli və konstruktiv danışıqların olmaması hallarından təsirləndiyi məqamlar az olmayıb. Bu səbəbdən indi münaqişənin həlli  istiqamətində real addımların yoxluğu istənilən an savaşı alovlandıra bilər. Azərbaycan uzun müddət ərazi bütövlüyünün pozulmuş halda qalmasına dözmək niyyətində deyil”.

O qeyd edib ki, bölgədə vəziyyətin saatlar ərzində dramatik şəkildə dəyişə biləcəyi bir məqamda tərəflər davamlı olaraq artıq nəticəsi olan danışıqlar aparmalıdır: “Lakin xarici işlər nazirləri arasında son Vaşinqton görüşü yaranmış gərginliyi hər hansı şəkildə azaltmağa kömək etməyib. Bu səbəbdən bölgədə vəziyyətin saatlar ərzində dramatik şəkildə dəyişə biləcəyi bir məqamda nazirlərin və rəhbərlərin danışıqlarının davam etdirilməsi çox əhəmiyyətlidir. Söhbət bölgənin qonşuluğunda ABŞ-İran münasibətləri, Gürcüstanda proseslərin inkişafı və gürcü-rus münasibətlərindəki gərginlikdən gedir. Bu, bölgədə zəncirvari bir-biri ilə bağlı olan hadisələrdir və biri digərinə təsir edə bilər. Qeyd etdiyim kimi, Qarabağ münaqişəsi öz xüsusi dinamikası olan münaqişədir. Bu günlərdə ölkələrin təhlükəsizliyi və diplomatiyası bölgədə və Qarabağ münaqişəsi zonasında olan təhlükələri dərk edərək, daha ağır şəkildə işləməlidir. Xüsusən də Gürcüstandakı hadisələr fonunda”.

Maraqlıdır ki, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, Gürcüstan-Rusiya münasibətləri daha da kəskinləşə və Ermənistana doğru istiqamətlənən quru yolu bağlana bilər: “Gürcüstanda baş verənlərin ağır nəticələri ola bilər. Azərbaycan kəşfiyyatı indi iş başındadır. Onlar quru yollarının bağlanmasına nail olmaq məqsədilə Gürcüstan-Rusiya münasibətlərini daha da kəskinləşdirməyə çalışırlar. Nəhayət, yekunda gürcülər sakitləşəcək. Lakin nəticədə Ermənistana doğru aparan yük yolları bağlanacaq. Bundan sonra Azərbaycan Ermənistana müharibə təklif edəcək”.

Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da etiraf edir ki, Rusiya-Gürcüstan və ABŞ-İran münasibətləri ətrafında vəziyyət Ermənistan üçün ciddi problemlər yaradır: “Rusiya-Gürcüstan münasibətlərində gərginlik Ermənistanın maraqlarına uyğun deyil. Biz çox narahatıq. Rusiya bizim müttəfiqimiz və qardaş ölkəmizdir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir”. Onun sözlərinə görə, sözügedən vəziyyətdən Ermənistan heç bir dividend əldə edə bilməz. Hazırkı proseslər həm iqtisadi, həm də siyasi planda mənfi təsirlərlə müşahidə edilə bilər. Moskva ilə Tiflis arasında yaranmış gərginlik barədə danışan Şarmazanov Rusiya tərəfində heç bir səhv görmədiyini qeyd edib:“İstənilən təşkilatçı ölkə öz ərazisindəki tədbir zamanı təhlükəsizliyi təmin etməlidir”. O bildirib ki, İrəvanda Azərbaycan nümayəndələrinin iştirakı ilə dəfələrlə tədbir keçirilib və bənzər proseslər yaşanmayıb. Öz növbəsində erməni deputatlar da Bakıya səfər edib və burada da ciddi insidentlər qeydə alınmayıb. “Gürcüstandakı vəziyyətə ABŞ-İran münasibətlərindəki gərginliyi də əlavə etsək, belə çıxır ki, Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər yaranıb. Hazırkı hakimiyyət çox çətin geosiyasi vəziyyətdədir”.

Xatırladaq ki, söhbət Gürcüstanda parlamenti sədrinin istefa verməsi ilə nəticələnən Rusiya əleyhinə keçirilən nümayişlərdən gedir. Düzdür, Azərbaycan burada heç də gürcüləri ruslara qarşı qoymaq üçün fəaliyyət göstərmir. Amma yuxarıda səslənən fikirlərdən bəlli olur ki,  Rusiya və Gürcüstan arasında münasibətlər kəskinləşsə, Ermənistan çətin vəziyyətdə qalacaq. Ən azından, quru yol vasitəsilə Rusiyadan Ermənistana yükdışmalar çətinləşəcək. Bu isə Rusiyadan əhəmiyyətli dərəcədə asılı olan Ermənistan üçün böyük zərbə deməkdir.

Xatırladaq ki, Ermənistanın Rusiyaya yeganə birbaşa quru yolu Gürcüstandakı Yuxarı Larsdan keçir. Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin bəzən birgünlük belə bağlanması Ermənistan üçün dəhral böyük problemlər yaradır. İndi Ermənistanın qorxusu Rusiya və Gürcüstan arasında yenidən münasibətlərin gərgin həddə çaat bilməsi və bunun İrəvana böyük iqtisadi zərbələr vurmasıdır. İndilikdə Moskva və Tiflis arasında münasibətlər getdikcə daha gərgin mərhələyə yönəlir və İrəvan qoxmaqda haqlıdır. Qeyd edək ki, bir neçə gün əvvəl rusiyalı deputat Sergey Qavrilovun gürcü parlamentində çıxışı zamanı minlərlə gürcü küçələrə axışaraq qanunverici orqanın binasına hücum çəkib. Bunlara səbəb Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündə əyləşməsi və həm də rus dilində Parlamentlərarası Pravoslav Assambleyasının yığıncağını aparması olub. Rus deputatlara qarşı sərt münasibət fonunda onlar təcili surətdə Tiflisin “Radisson” otelini tərk edib, polis qoruması altında aeroporta qaçmağa məcbur olublar.  Prezident Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze baş verənlərdə rusiyanı günahlandırıb. Zurabişvili qeyd edib ki, cəmiyyətin iki düşərgəyə bölünməsi Rusiyadan başqa heç kimə lazım deyil. Kreml isə olanlara sərt reaksiya verərək, artıq Gürcüstana qarşı təzyiq rıçaqlarını işə salıb. Amma separatçı rejimlər vasitəsilə Gürcüstanın hərbi müstəvidə də sıxışdırılması istisnalıq təşkil etmir. Bəzi gürcü ekspertlər də vurğulayır ki, hazırda Rusiyaya lazım olan şey qanlı münaqişədir. O halda Rusiyanın Gürcüstanı 2008-ci illə müqayisədə daha amansızlıqla əzməsi istisna olunmur. Elə işğalçı Ermənistanı qorxudan başlıca məqamlardan biri də məhz hadisələrin bu istiqamətdə inkişaf edə biləcəyidir. Çünki Tiflis - Moskva münasibətləri Gürcüstan ərazisindən Ermənistana Rusiya yüklərinin daşınmasını mümkünsüz hala gətirəcək. Bunun Ermənistan üçün hansı böyük fəsadlar yaratması isə 2008-ci ildə də açıq müşahidə olunmuşdu. Yuxarı Larsda istənilən ləngimə  Ermənistan iqtisadiyyatına böyük zərbədir. Belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçməsi isə Ermənistanın daha qısa müddətdə çökməsi anlamına gəlir.

Hadisələrin bu istiqamətində mümkün inkişafı, əslində erməniləri çoxdan narahat edir. Elə buna görə erməni tərəfi, uzun müddətdir ki,  Abxaziyadan keçən və Rusiyanı Ermənistanla birləşdirən dəmir yolunun açılmasına çalışır. Bu dəmir yolunun açılması 2012-ci ildə Gürcüstanda “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra bir neçə dəfə gündəmə gətirilib. Rusiya bu dəhlizi açmaq üçün Gürcüstana təzyiqlər də göstərib. Gürcüstan tərəfi Abxaziya dəmir yolunun açılmasına dair bir neçə dəfə qeyri-rəsmi müzakirələr aparsa da, rəsmi mövqe belədir ki, Abxaziyanın de-fakto işğalına son qoyulmadan bu mümkün olmayacaq. Gürcü ekspert Mamuka Areşidze hesab edir ki, erməni tərəfinin istədiyi bu yolun açılması yaxın tezlikdə mümkün deyil: “Elə 2008-ci ilin avqust müharibəsinin əsas məqsədlərindən biri həm də Ermənistana quru dəhlizi açmaq vəzifəsi ilə bağlı idi. O vaxt ermənilər bunu çox istəyirdilər, rusları bu istiqamətdə həvəsləndirməyə çalışırdılar. Amma beynəlxalq ictimaiyyətin səyləri sayəsində Rusiyanı dayandırmaq mümkün oldu. Buna qədər isə ruslar Kaxetiya yoluna çıxaraq oradan Ermənistana, Gümrü bazasına gedən yeganə magistral yola nəzarət etmək istəyirdilər. Bizim 20 faiz ərazilərimizi zəbt etməsinə baxmayaraq, Kreml öz hədəfinə çatmayıb. Elə Ermənistan da Rusiya ilə etibarlı quru əlaqəsinə malik deyil”.

Erməni ekspert Stepan Danielyan da indiki vəziyyətdə durumu şərh edərək vurğulayır ki, yaxın gələcəkdə Gürcüstan vasitəsilə Rusiyaya aparan alternativ yollar və Abxaziyadan keçən dəmir yolunun fəaliyyətə başlaması perspektivi ilə xudahafizləşmək olar: “Bu, Ermənistan baxımından belədir. İndi isə daha böyük oyun haqqında məlumat verim. Niyə Ermənistanın baş naziri Nikol Paşinyanı aparıb Rusiya və Çin rəhbərlərinin yanında oturtmuşdular? Bu məsələ Ermənistanda səsləndirilmədi. Başa düşmək lazımdır ki, Ermənistan bu iki ölkə və coğrafi məkan üçbucağının cızılması üçün coğrafi nöqtə olaraq təqdim olunurdu. Ermənistan nümayəndəsi də İran və Gürcüstan kommunikasiya əlaqələrinin yaradılması haqqında danışırdı. Bundan əvvəl Ermənistanın nümayəndəsi də, şəxsiyyətindən asılı olmayaraq, Çində hörmətlə qəbul edilib. Yəqin indi Gürcüstanda nəyin və nə üçün baş verdiyi başadüşüləndir. Kommunikasiyaların yaradılması və ya onların yaradılmasına maneçilik törədilməsi geosiyasi yarışın oyun taxtasının düzülüşündən asılıdır. Ermənistan yenə tranzit xətlərdən kənarda saxlanır. Regionda bu istiqamətdə ən pis vəziyyət məhz Ermənistana aiddir”.

Bütün bunlar fonunda Gürcüstandan keçən quru əlaqəsinin Moskva və Tiflis arasında  gərginlik üzündən dayana biləcəyi Ermənistanı çox ciddi surətdə əndişələndirir. Eyni zamanda yuxarıda səslənən fikirlərdən bəlli olur ki, məhz bu şəraitdə Qarabağ münaqişəsinin yenidən alovlanması da Ermənistanın ən böyük qorxularıdan biridir. Çünki bu halda Ermənistan daha qısa müddətdə çökəcəyini yaxşı bilir. 

Ermənistanın “Arabo” cinayətkar dəstəsinin komandiri Manvel Yeqiazaryan “armlur.am” xəbər agentliyinə müsahibəsində təsdiq edir ki, kənardan iqtisadi və digər yardımlar olmadan Azərbaycanla savaş aparmaq müşkül məsələdir. O, indiki halda Azərbaycanın iqtisadi cəhətdən Ermənistanı daha sürətlə çökdürmək istiqamətində addımlar atdığını da açıq vurğulayır. Məsələn, qeyd edir ki, Azərbaycan təlimlər keçirməklə öz qüvvəsini göstərməyə çalışır, eyni zamanda Ermənistanı da təlimlər keçirməyə məcbur etmək istəyir: "Çünki bu təlimlər böyük vəsait tələb edir. Onlar çox yaxşı bilir ki, Azərbaycan və Türkiyəyə nisbətən Ermənistan çox kasıb ölkədir. Bu təlimlər Ermənistana daha çox mənəvi və iqtisadi zərbələr vurur". Yeqiazaryan bildirib ki, bu gedişlə Azərbaycanın iqtisadi pressinqləri qarşısında tab gətirmək daha çətin olacaq. Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycanın Gürcüstan vasitəsilə dünya bazarlarına çıxması heç vaxt problem olmayıb. Hətta 2008-ci ildə də bu istiqamətdə hansısa problem yaranmayıb. Amma Ermənistan prizmasından vəziyyət tamam fərqlidir və elə bu səbəbdəndir ki, Rusiya və Gürcüstan arasında gərginliyin artdığı bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanma ehtimalı Ermənistanda əsl vahimə yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ