Bazar günü günü, 08 noyabr 2026
     

“Azərbaycan yetərincə güzəşt edib, Ermənistan qiymətləndirə bilməyib” – bəzi ermənilər qarışıq, dünya politoloqlarının qənaəti…

Image


Ərazi bütövlüyünün tezliklə bərpasını istəyən Azərbaycan bu istiqamətdə dünya ictimaiyyətinin artıq işğalçı Ermənistana qarşı konkret hərəkətə keçməsini, əməli addımlar atmasını tələb edir. Çünki uzun illərdir Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin və hüququn  tələblərini yerinə yetirməklə bağlı lazımi mövqe nümayiş etdirməyib. Bu da nəticədə Ermənistanın işğal siyasətinin davam etməsinə gətirib çıxarıb, regionda isə Dağlıq Qarabağ müharibəsinin istənilən an alovlanmasına uyğun şərait yaradıb.

Hesab edilir ki,  Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə regionda heç də beynəlxalq ictimaiyyətin marağına cavab verməyən savaşın başlanması qaçılmaz olacaq. Məsələnin sülh yolu ilə tənzimlənməsi üçün isə Ermənistanın müvafiq addımlar atması əsas şərtdir. Belə addımların atılması məhz Ermənistana beynəlxalq təzyiqlərdən keçir. İndilikdə dünya ölkələri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri belə hesab edir ki, münaqişə dinc müstəvidə həllini tapmalıdır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent yenidən bu mövzuya toxunaraq vurğulayır ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir. O bildirib ki, ölkəsi əvvəli kimi Minsk prosesinə sadiqdir: “Biz hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistanın təhlükəsizliyi və çiçəklənən gələcəyi üçün çox vacibdir. Həmkarım, amerikalı həmsədr Endryu Şefer bu yaxınlarda digər həmsədrlərlə birlikdə yüksək və nazirlər səviyyəsində görüşlərin təşkilini davam etdirmək üçün regionda səfərdə oldu. Biz bu uzunmüddətli münaqişənin həlli ilə bağlı səylərimizi güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında davam etdirəcəyik”.

Fransanın Avropada Perspektiv  və Təhlükəsizlik İnstitutunun əməkdaşı Patrisiya Lalond da vurğulayır ki, Paris Qarabağ münaqişəsinin tezliklə dinc müstəvidə həllini istəyir: "Ermənistandan, həmçinin erməni işğalı altındakı Dağlıq Qarabağ və ətraf 7 rayondan qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmaq istəyir. Mən Azərbaycanda olarkən qaçqın və məcburi köçkünlərlə  görüşmüşəm. Onlar öz evlərinə - Qarabağa dönmək istədiklərini bizə dönə-dönə söyləyirdilər. Bu mənada, məsələnin tez həlli vacibdir. Paris problemin dinc müstəvidə həllində maraqlıdır". O vurğulayıb ki, Azərbaycan dövlətinin qarşısında bu gün iki böyük məsələ durur: "Birincisi, məcburi köçkün qadınların geriyə - öz doğma torpaqlarına, evlərinə qayıtmasına nail olmaq, ikincisi isə Dağlıq Qarabağ münaqişəsini həll etmək, sülhə nail olmaqdır". Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Moskvanın münaqişənin sülh yolu ilə həllinə can atdığını vurğulayır.

Avropanın aparıcı dövləti olan Almaniyanın Bundestaqının vitse-prezidenti Tomas Operman da bildirib ki, sülh yolu ilə danışıqların mütləq nəticələri olmalıdır: "Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək". Məsələnin sülh yolu ilə həllinə dair belə çağırışlar edilsə də, reallıqda görünən budur ki, münaqişənin dinc müstəvidə çözümünə ümid getdikcə azalır. Əsas səbəb də budur ki, beynəlxalq ictimaiyyətin çağrışlarına rəğmən, İrəvan konfliktin dinc həlli üçün real addımlar atmır. Əsas səbəblərdən biri məhz Ermənistana dünya dövlətləri və təşkilatları tərəfindən lazımi təzyiqlər göstərilməməsidir. Elə düşmənin davam edən cəbhə təxribatlarını arxasında duran əsas məqamlardan biri də budur.

Xatırladaq ki, son dövrlərdə düşmənin cəbhə təxribatları, atəşkəsi pozması halları yenidən intensivləşib. Hətta iş o yerə çatıb ki, atəşkəsin pozulması zamanı artıq ağır silahlardan da istifadə olunur. Məsələn, elə bu günlərdə  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində, iriçaplı pulemyotlarla yanaşı, 60 millimetrlik minaatanlardan  da istifadə etməklə atəşkəs rejimini pozub.

Qeyd edək ki, Ermənistan ordusunun təmas xəttində minaatanlardan  istifadə etməsi haqda xeyli vaxtdır məlumat verilmirdi. İndi isə, göründüyü  kimi, düşmən təmas xətti boyu gərginliyi artırır, minaatanlardan  istifadə etməyə başlayır. Bundan əvvəl Ermənistan müdafiə naziri David Tonoyan bildirmişdi ki, təmas xəttində Azərbaycan ordusunun hərbçisinin vurulması əmrini şəxsən verib. Bu da o mənanı verir ki, təmas xəttində gərginliyin azaldılmasına dair Azərbaycan və Ermənistan rəhbərləri arasında ötən ilin payızında Düşənbədə əldə edilmiş anlaşma artıq işləmir. Bunu cəbhədəki son hadisələri şərh edərkən almaniyalı politoloq Uve Halbax da təsdiqəlyir: “Danışıqlar masasında ciddi razılaşmalar olmadan cəbhə xəttində vəziyyəti uzun müddət stabil saxlamaq mümkün olmayacaq. Həmçinin qeyd etmək lazımdır ki, mexanizmlərin tətbiq olunması məsələsində irəliləyişlərə nail olunmayıb”. Analitik qeyd edib ki, son zamanlar cəbhə xəttindəki vəziyyət Düşənbə razılaşmasının yerinə yetirilmədiyini göstərir: “Buna görə də, hər iki tərəfin və vasitəçilərin etibarını qazanacaq əlavə mexanizmlərə ehtiyac var”. Amma reallıq göstərir ki, erməni tərəfi təzyiq görməyincə, hansısa razılaşmaya, müqaviləyə əməl etməyəcək. Elə bu da Qarabağda savaş ehtimalını əhəmiyyətli dərəcədə artırır. Çünki İrəvan hələ lazımi təzyiqləri görmür. Məhz bu durumda Bakının Qarabağ münaqişəsini  hərbi yolla həll etməkdən başqa çıxış yolu qalmır. Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu fonda vurğulayır ki, başqa seçim variantı qalmayan Azərbaycan, Ermənistandan fərqli olaraq, savaşa tam hazırdır. Onun sözlərinə görə, Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir: “O ərazilərdən azərbaycanlılar çıxarılıb. Bundan əlavə, BMT. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu qeyd olunub.  İndi münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır. Amma danışıqlar nəticə vermir və bu da savaş ehtimalını artırır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər. Minsk Qrupunun və dünya ictimamiyyətinin bunu nəzərə alması vacibdir".  

Erməni politoloq Naira Ayrumyan da bu gedişlə Qarabağ münaqişəsinin hərbi həllini istisna etmir. Onun sözlərinə görə, əvvəllər danışıqlara ümid böyük idisə, indi fərqli vəziyyət yaranıb: "Məndə olan məlumata əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də Dağlıq Qarabağın sakinləri adından danışıqlar aparmağa hazır olmadığını iddia edir. Bu isə danışıqlar prosesini dalana dirəyir. Özü də bütün bunlar cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir. Faktiki olaraq danışıqlar yoxdur və belə vəziyyət erməni tərəfini tamamilə qane edir, amma Azərbaycanı heç cür qane edə bilməz. Və Azərbaycan tərəfi həmsədrlərin köməyi ilə kompromis variant tapmaq istəyir. Belə variantın yoxluğu da müharibəni qaçılmaz edir. Amma yeni Qarabağ savaşının aparılmasına Ermənistanın lazımi resursları yoxdur”. Digər ekspert Viktor Soqomonyan da yaranmış situasiyanı ölkəsi üçün təhlükəli sayır: “Biz Ermənistan tarixində misli görünməmiş halla üz-üzəyik. Hakimiyyət danışıqlar aparmaqda acizlik nümayiş etdirir. Eyni zamanda prosesi hansı prinsiplər əsasında aparmağa hazırlaşdığını bəyan etmir. Bununla bağlı çox böyük narahatlıqlar var. Konkret olaraq belə narahatlıq var ki, erməni tərəfinin bu siyasəti beynəlxalq birlik - Minsk Qrupunun həmsədrləri, vasitəçilər tərəfindən qeyri-konstruktiv olaraq qiymətləndiriləcək və hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Bu, olduqca arzuolunmaz ssenaridir”. Soqomonyan ümid edir ki, Paşinyan hökuməti tezliklə Qarabağ məsəəlsi ilə bağlı mövqeyini müəyyən edəcək və danışıqlar prosesində hansı prinsiplər əsasında iştirak edəcəyini açıqlayacaq: “Ancaq bundan sonra Qarabağ məsələsinin sülh yolu ilə nizamlanması perspektivləri barədə danışmaq olar”.

Yaranmış durumda Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz. Ona görə də Bakı İrəvanın artıq dəqiq addımlar atmasını, beynəlxalq ictimaiyyətin də bu məsələdə öz sözünü deməsini istəyir. Əks təqdirdə, yuxarıda qeyd olunduğu kimi, Qarabağ münaqişəsinin hərbi həlli qaçılmaz olacaq. Məhz bundan sonra baş verəcək hadisələrə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyacaq. Çünki onlar sülhə hansısa şans saxlamırlar. Lakin düşmən tərəf indi onu da nəzərə almalıdır ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır.  Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan indiyə kimi sülhü gözləyərək Ermənistana çoxlu güzəştlər edib. Ermənilər isə hələ də bunu lazımınca qiymətləndirə bilmir. Elə bu səbəbdən də Azərbaycan ordusunun bu gedişlə  işğalçı qüvvələri darmadağın etməsi üçün yenidən hərbi əməliyyatlara start verməsi qaçılmaz sayılır. Hər halda, hadislərin inkişaf axarı yaxın tezlikdə bu ssenarinin reallaşma ehtimalının daha yüksək olduğunu üzə çıxarır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ