Bazar günü günü, 08 noyabr 2026
     

Cəbhə təxribatlarının arxasında müharibəni körükləmək niyyəti – Ermənistandan qondarma “DQR”ə ilk maliyyə sanksiyası...

Image


İşğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla yeni təxribatlar törətməsi Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə olan ümidlərin üzərindən xətt çəkməkdədir.

Çünki cəbhədə vəziyyət faktiki olaraq kəskinləşir və işğalçı ölkə artıq təxribatlarını gizlətmir də. Elə əsgər Elşən Xəlilovun şəhid edilməsi əmrinin şəxsən Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən verilməsi və bunun “Facebook”da “qürurla” bəyan edilməsi də artıq düşmənin sülh prosesində o qədər də maraqlı tərəf qismində çıxış etmədiyini əyani surətdə təsdiqləyir.

Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan “Facebook” səhifəsində qeyd olunan xüsusda bildirib: “Müdafiə naziri David Tonoyan öldürülmüş hərbi qulluqçu Sipan Melkonyanın “qisasını” alan hərbi qulluqçularımıza yüksək mükafatı təqdim etdi. Tapşırıq yüksək səviyyədə yerinə yetirilib”. Məhz bu faktın özü Ermənistanın sülh danışıqlarına qarşı çıxdığını bir daha nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyi artıq məsələyə sərt reaksiya verib,  baş verənlərə görə tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərində olduğunu bildirib. Rəsmi Bakının da qeyd etdiyi kimi, Ermənistan danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq məqsədilə cəbhədə hərbi eskalasiyanı kəskinləşdirir. Məsələ burasındadır ki, son Vyana görüşündə Ermənistanın danışıqları uzatmaq cəhdi olan planları alt-üst edildi. Bu, növbəti təmaslarda işğalçının konstruktiv danışıqlar aparmaqdan başqa heç bir yolunun olmadığı deməkdir. XİN rəhbərlərinin gözlənilən görüşündə real nəticələri olacaq müzakirələr gözlənir və məhz bunun qarşısını almaq məqsədilə işğalçı ölkə cəbhədə təxribatlara əl atır. Hədəf Azərbaycanı müharibəyə təhrik etmək, hərbi eskalasiyanı kəskinləşdirmək və danışıqlar prosesini hazırda konkret nəticələri olacaq səviyyəsindən “sıfır” həddinə endirməkdir. Təbii ki, Azərbaycan bununla razılaşmaq niyyətində deyil. Hesab edilir ki, yaranmış durumda ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr lazımi reaksiyalar verməsə, yeni Qarabağ savaşı qaçılmaz olacaq. Bu zaman Ermənistanın üzləşdiyi böyük zərbələrə görə yeganə məsuliyyət daşıyan tərəf də məhz İrəvan özü və onun hamiləri olacaq.

Ermənistan “1-in.am” saytı da qeyd edir ki, əslində, Azərbaycan savaşa başlamağa tam hazırdır və ordusundakı hərəkətlilik də buna işarədir. Qeyd olunur ki, bu prosesdə Türkiyə Azərbaycanın yanında yer almağa hazır olduğunu nümayiş etdirsə də, Ermənistanın yanında kimsənin yer alağacı böyük şübhə doğurur: ”Azərbaycan və müttəfiqi Türkiyə öz silahlı gücləri arasında müxtəlif formatlarda tədris təlimləri təşkil edərək ikitərəfli hərbi-siyasi münasibətləri dərinləşdirməkdədir. Bu iki ölkənin “Bir millət, iki dövlət” çağırışını rəhbər tutaraq strateji müttəfiq olduqları sirr deyil, amma Ermənistanın şərq və qərb qonşuları son zamanlar daha yüksək hərbi fəallıq göstərir. Və xüsusən də bu hadisələr Ermənistan sərhədinin cəmi bir neçə kilometrliyində baş verirsə, təbii, bu, İrəvanda narahatlıq doğurmaya bilməz. Türkiyə və Azərbaycan son bir ayda sayca ikinci hərbi təlim keçirib – bu dəfə Naxçıvan Muxtar Respublikasının ərazisində.

Türkiyə və Azərbaycanın müdafiə idarələrinin məlumat verdiyi kimi, Naxçıvanda iyunun 7-dən 11-dək keçirilən “Sarsılmaz qardaşlıq-2019” birgə taktiki təlimləri döyüş atışının məşqinə hədəflənib. Keçən dəfə mayın 1-dən 3-nə qədərki Türkiyə-Azərbaycan taktiki təlimlərinin adı  “Mustafa Kamal Atatürk-2019” idi. Əlbəttə, bölgədə savaş, xüsusən Ermənistanda daxili-siyasi sabitsizlik təhlükəsinin meydana çıxması əlamətləri işığında Azərbaycan və Türkiyənin Ermənistan sərhədində bu hərbi fəallığını ciddi narahatlıqla qarşılamaq lazımdır. Hərb işinin bəzi mütəxəssisləri Ermənistan tərəfinə, Ermənistan Silahlı Qüvvələrinin komandanlığına Azərbaycanın bu hərəkətlərinə böyük diqqət ayırmaq və istənilən inkişafa hazır olmağı məsləhət görür.  Məsələn, Baş Qərargah rəisi və müdafiə naziri postlarını tutmuş erməni generalı Norat Ter-Qriqoryants bunda ciddi təhlükələr görərək deyir ki, Azərbaycan savaşa başlamaq üçün uyğun məqam axtarır. Ter-Qriqoryants istisna etmir ki, Azərbaycan tərəfi təlim görüntüsü  altında ağır hərbi texnikanı sonrakı hücum əməliyyatları üçün sərhədlərə yaxınlaşdıra bilər. Rusiya hərbi eksperti Aleksandr Xramçixin Türkiyə və Azərbaycanın son zamanlar niyə belə tez-tez hərbi təlimlər keçirməsi barədə bildirir: ”Aydındır ki, onlar hərbi əməkdaşlığı möhkəmləndirir, ola bilsin, bunu hansısa konkret təcəssüm ala biləcəyi hesabı ilə ciddi möhkəmləndirirlər. Əslini desək, hərbi təlimlər daha nəyə görə keçirilir? Məhz bunun üçün. İzləyə bildiyim qədər, bu iki ölkə ssenari üzrə azdan-çoxdan gerçək təlimlər keçirir, yəni onlar terrorizmlə mübarizəni məşq etmirlər. Ancaq antiterror əməliyyatlarına hazırlaşsaydılar, onda eybi yox idi, deməli, təlim mərasimvari-siyasi xarakter daşıyardı. Bu təlimlər isə azdan-çoxdan həqiqidir. Təlimlər Azərbaycan-Türkiyə formatında keçirilirsə, onda aydındır ki, onlar üçün təsəvvür edilən yeganə düşmən Ermənistandır. Ermənistanda daxili qarışıqlıq baş versə, bu, savaşı tətikləyə bilər. Bu günlərdə İrəvan və Xankəndi  arasında münasibətlərin  soyuması baş verir və bu da savaşı tezləşdirə bilər. Bu fərziyyə də mövcudluq hüququna malikdir ki, təlimlər görüntüsü altında səfərbərlik tədbirləri keçirmək olar. Örnək kimi 1973-cü ilin oktyabr Ərəb-İsrail savaşını tarixi analogiya göstərə bilərəm. Misirlilər hücuma qədər ardıcıl hərbi təlimlər keçiriblər, amma bundan sonra qoşunların tərxisi baş verməyib. Yəni onlar gizli ümumi səfərbərlik aparıb və qoşunları gizlicə Süveyş kanalının yanında yerləşdiriblər. Və bundan sonra oktyabrın 6-da çox uğurla hücuma keçiblər”.

Beləliklə, erməni mediası və ekspertlərinin yuxarıda qeyd edilən bu fikirlərindən aydın görünür ki, Azərbaycanın hərbi əməliyyatlara başlamasının mümkünlüyü düşmən ölkədə böyük təşviş yaradır. Amma belə məlum olur ki, işğalçı ölkənin hakimiyyəti bunu nəzərə almaq istəmir. Əks təqdirdə, Paşinyan iqtidarı bilərəkdən cəbhə təxribatlarına getməzdi. Erməni mediası yazır ki, əslində, Paşinyan daxili ziddiyyətlərdən və “Qarabağ klanı”nın ölkədə artan sosial narazılıqdan istifadə edib ona qarşı çıxmasından ehtiyat edərək cəbhə təxribatları ilə diqqəti yayındırmaq istəyir. Amma burada xatırlatmaq lazım gəlir ki, eyni taktikadan sabiq prezident Serj Sarkisyan da istifadə etməyə çalışıb, lakin bu hal onun hakimiyyətdən devrilməsinin qarşısını ala bilməyib. Bu mənada, Paşinyanın baş verənlərdən lazımi dərs çıxarması zəruri sayılır. Əks təqdirdə, onu da Sarksiyanın taleyi gözləyir.

Digər tərəfdən ekspertlər burada bir məqama da diqqət yönəldir ki, Qarabağ münaqişəsinin davam etdirilməsi Ermənistan üçün getdikcə baha başa gəlir. İrəvanın iqtisadi gücü indiki Qarabağ siyasətini davam etdirməyə imkan vermir. Məhz bu şəraitdə erməni mediasında iddialar səslənir ki, Paşinyan iqtidarı Qarabağdakı separatçı rejimi Azərbaycanla döyüş meydanında yalqız buraxmağı da düşünür. Son zamanlar Ermənistan rəhbərliyinin Qarabağ separatçılarına qarşı kəskin münasibətinin kökündə həm də bu məqamın dayandığı qeyd olunur. Belə bir vaxtda artıq o da bəlli olub ki, Ermənistan separatçı “DQR”in maliyyə yardımları xahişlərini rədd edir. Ermənistanın “Politik” nəşri qeyd edir ki, Paşinyan hökuməti separatçılara maliyyə dəstəyinin verilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Separatçıların maliyyə xahişləri artıq iki aydır İrəvan tərəfindən rədd edilir. Nəşrin mənbələri bildirir ki, bu, Ermənistan tərəfindən “DQR”ə ilk sanksiya hadisəsidir. Separatçı rejimin rəhbəri daha əvvəl Vitali Balasanyanla görüşüb, Paşinyanın istefa tələbini ona çatdırıb. Bu həm də onu göstərir ki, Ermənistanda Paşinyan hakimiyyəti ilə separatçıların mübarizəsi qızışır. Nikol Paşinyan isə, Balasanyan da daxil olmaqla, separatçı rejimin hərbi rəhbərliyini Azərbaycan və Ermənistan arasında yeni müharibənin alovlandırılmasına görə ittiham edib. Separatçıların maliyyə yardımının kəsilməsi isə böhranı daha da dərinləşdirib. Mümkündür ki, Paşinyanın komandasının separatçılara maliyyə yardımını verməməsi iki hədəfə hesablanıb: birincisi, Paşinyanın istəmədiyi şəxslər istefaya göndəriləcək, ikincisi, Qarabağdakı ermənilər iqtisadi çətinliyə görə rejimə etiraz edəcək. Əsas məqsəd keçmiş hakimiyyətə yaxın olan separatçı rejimin rəhbərliyinin təmizlənməsidir. Lakin bu situasiya Azərbaycanın da əlini gücləndirə bilər. Çünki Qarabağdakı ermənilər nə qədər iqtisadi çətinliklə qarşılaşsalar, bu onlar üçün Azərbaycanı daha cəzbedici edəcək. Bu, rəsmi Bakının Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi və oradakı ermənilərin Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşaması təklifinin qəbul edilməsi ilə nəticələnə bilər. Hər halda, Qarabağın yaratdığı iqtisadi yükdən azad olmaq üçün Paşinyanın bu versiyanı düşünməsi istisna deyil. İkincisi isə, yuxarıda qeyd olunduğu kimi, İrəvan mümkün döyüş əməliiyatları zamanı separatçı rejimi yalnız buraxmağı da düşünür. Çünki bu şəraitdə Azərbaycanın daha qısa müddətdə Qarabağ münaqişəsini həll edib başa çatdırıcağı İrəvana bəllidir. Ona görə iddialar da səslənir ki, cəbhə təxribatları törətməklə İrəvan Bakını savaşa başlamağa təhrik etmək istəyir. Ermənistan hakimiyyəti bu zaman separatçı rejimə kömək imitasiyası edib reallıqda prosesə seyrçi qalmağa üstünlük verəcək. Nəticədə isə Qarabağ münaqişəsi qısa müddətdə həllini tapacaq və erməni cəmiyyəti üçün bu problem tam aktuüallığını itirəcək. Məhz bundan sonra işğalçı ölkənin varlığını davam etdirməsi mümkün sayılır. Hər halda, hadisələrin hansı səpkidə inkişaf edəcəyi yaxın tezlikdə bəlli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ